Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-4/2024 26.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (MMC-nin) müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ərizəsinə dair kommersiya işi üzrə Açar sözlər: müflis elan edilmə və əmlak inzibatçısının təyin edilməsi, sübut edilmir. X42 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Həşimov Yaşar Xanoğlan oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Maraqlı şəxslər Ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin nümanyəndəsi Nümayəndə2, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X12, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X16 iştirakları ilə, Ərizəçi (MMC-nin) müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsinə dair ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, e-2-2(121)- 38/2021 saylı qətnaməsindən (hakim hakim Rafiq İsmayılov) maraqlı şəxs ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında apellyasiya icraatı qaydasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi "İmişli-Quşçuluq” MMC ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "İmişli-Quşçuluq” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən maraqlı şəxslər (kreditorlar) qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azəriqaz” İstehsalat Birliyi, "Atrabank” ASC və "Atabank” ASC cəlb edilmişdir. Həmçinin məhkəmənin 16 iyul 2020-ci il tarixində keçirilən iclasında Maraqlı şəxs4 ASC-nin və "Atabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, 12 noyabr 2020-ci il tarixində keçirilən iclasında isə Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsi (10 saylı regional ərazi filialı) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxs qismində məhkəmənin icraatına cəlb olunmuşlar. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC-nin təsisçisinin və direktorunun xx.xx.2020-ci il tarixli qərarları ilə ödəmə qabiliyyətinin olmaması səbəbindən Ərizəçi MMC-nin iflas prosesinə başlanması üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Belə ki, Ərizəçi MMC-nin əmlaklarının dəyəri kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli deyildir. Hazırki iş üzrə maraqlı şəxslərin Ərizəçi MMC-yə qarşı pul tələbinə dair iddiaları təmin edilmişdir. Həmçinin "İmişli-Quşçuluq” MMC-nin xeyrinə də müxtəlif məhkəmə qərarları ilə pul məbləğləri tutulsa da, həmin qətnamələr icra edilməmişdir. Mühasibat balansından göründüyü kimi ərizəçi "İmişli-Quşçuluq” MMC illərdir ki, kreditorlar qarşısında vaxtı keçmiş öhdəliklərini ödəyə bilməmiş və ərizəçi "İmişli- Quşçuluq” MMC-nin kreditor banklara olan külli miqdarda pul borclarının ödənilməsi barədə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri vardır. Həmin qatnamələrin bir hissəsi artıq icraya yönəlsə də ərizəçi "İmişli-Quşçuluq” MMC maliyyə imkanlarının olmaması səbəbindən həmin qətnamələri icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəçi "İmişli-Quşçuluq” MMC-nin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədi ilə aktivlərinin müəyyən edilməsi üçün X27 əmlak inzibatçısı təyin edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ərizəçi "İmişli-Quşçuluq” MMC-nin nümayəndələri Nümayəndə1 və X37 ərizənin məzmununa izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, müəssisənin yenidən fəaliyyət göstərməyə başlayacağı təqdirdə, yaranmış borclar ödənişlər və öhdəlikləri yerinə yetirilmiş olar. Bu istiqamətdə tədbirlər görülə və sağlamlaşdırma aparıla bilər. Sonda ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının (İmişli Rayon şöbəsinin) nümayəndəsi X25 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən əmlak inzibatçısı təyin edilməsi üçün müraciət etmiş şəxs X20 ərizənin təmin olunmasını və "İmişli-Quşçuluq” MMC-nin əmlak inzibatçısı təyin olunmasını məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli e-2-2(121)-38/2021 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi müflis elan edilmiş, müəssisənin iflas prosesinə başlanılması, 27 sentyabr 1953-cü il tarixdə İmişli rayonu, Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsi 5 ünvanında qeydiyyatda olan X8 Ərizəçi əmlak inzibatçısı təyin edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər İsmayıl Əhmədov, Tale Kərimov, Tofiq Heydərov) 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, e-2-2(121)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər Kəmalə Abiyeva, İlqar Dadaşov və Bəhman Qəribov) 01 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2-2(103)-123/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 38/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, borclunun müflis elan etməkdən imtina olunmasına dair qətnamə qəbul edilməsini, “İmişli-Quşçuluq" MMC-nin məsul şəxslərinin hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan cinayət işinin başlanması barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ki, Ərizəçi MMC-nin müflis elan edilməsini düzgün saymırlar. Müəssisə müflis edilməzdən əvvəl edilməli olan bütün hərəkətlər edilməmiş, müəssisənin tərəfdaşları ilə kredit münasibətlərinin qaydaya salınması üçün mümkün olan danışıqlar və məsləhətləşmələr aparılmamışdır. Belə ki, iş materiallarından görünür ki, iflas prosesinə məhkəmənin iştirakı ilə başlanılarkən borclu tərəfindən saziş bağlanması barədə kreditorlara hər hansı müraciət etməmişdir. Birinci instansiya məhkəməsi isə ümumiyyətlə bu hala heç bir hüquqiq qiymət verməmiş iş materiallarında olan formal auditor hesabatlarına əsaslanmaqla əsassız və düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə iş materillarında olan sərbəst auditor X21 08 iyul 2019-cu il tarixli hesabatında qeyd olunur ki, cəmiyyətin likvid aktivlərinin məbləği faktiki olaraq onun ödənilməmiş kreditlərinin həcmini təmin etmir. 2015-ci il ərzində Azərbaycan Respublikasında baş vermiş manatın devalvasiyasından sonra bu hal daha da kəskinləşmişdir. Cəmiyyət alınmış kreditlərin qaytarılması və bu barədə olan məhkəmə qərarlarının icra etmək iqtidarında deyildir. Əlavə dövriyyə vəsaitlərinin cəlb edilməsinə baxmayaraq cəmiyyətin fəaliyyətinin fasiləsizliyi pozulmuşdur. Faktiki olaraq, cəmiyyət iflas həddinə çatmışdır. Zəruri sanasiya tədbirləri əlavə investisiyanın cəlb edilməlidiyi halda cəmiyyətin iflas olma ehtimalı çox yüksəkdir. Əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 31 dekabr 2018-ci il, 31 dekabr 2017-ci il, 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixlərə başa çatan illər üçün X6 Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir. “Q.R.T Audit" MMC tərəfindən tərtib edilmiş 12 oktyabr 2020-ci il tarixli müstəqil auditorun hesabatında isə qeyd olunur ki, cəmiyyətin likvid aktivlərinin məbləği faktiki olaraq onun ödənilməmiş kreditlərinin həcmini təmin etmir. Potensial müflisləşmə əlamətləri “İmişli-Quşçuluq" MMCnin 2014-2018-ci illər üzrə fəaliyyətində mövcud olmuşdur. Audit zamanı müəyyən edilmişdir ki, “İmişli- Quşçuluq" MMC kreditorlarının qanuni tələblərini ödəməyə qadir deyildir və vaxtı çatmış maliyyə öhdəliklərini aktivlərinin olmaması səbəbindən icra etmək iqtidarında deyildir. "xxxx" MMC hazırda ödəmə qabiliyyəti olmayan hesab edilə bilər. Ərizəçi MMC-də aparılmış audit ilə saxta müflisləşmənin əlamətləri olmadığı müəyyən edildi. Ərizəçi MMC-də qəsdən müflismənin əlamətləri aşkar olunmadı. Qeyd edilmişdir ki, hər iki auditor rəyi şübhə doğrur. Ərizəçi MMC-də saxta müflismənin əlamətləri mövcuddur. Belə ki, Maraqlı şəxs5 ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017- ci il tarixli, 04 №-İi protokoluna əsasən, “X30 (CDB)” ASC-nin Maraqlı şəxs5 ASC-yə qoşulması şəklində Maraqlı şəxs5 ASC-nin yenidən təşkil edilməsi, “X30 (CDB)”ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan Maraqlı şəxs5 ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yamnda Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Maraqlı şəxs5 ASC “X30 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X30 (CDB)” ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2015-cı il tarixli, CBHK-0014 №-li «Kredit xətti müqaviləsi»nə əsasən, sonuncuya kreditdən dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün 6 (altı) ay müddətinə, ******* (iki milyon beş yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. “X30 (CDB)” ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2015-cİ il tarixli, CBHK- 0014 №-İi kredit müqaviləsinə düzəliş və əlavənin edilməsi barədə 01 iyun 2016-cı il tarixli 2 saylı Əlavəyə əsasən 01 dekabr 2015-ci il tarixdə bağlanmış CBHK-0014 №-H kredit müqaviləsi üzrə mövcud faiz dərəcəsi 1% azaldılaraq illik 11% müəyyən edilmişdir və 01 dekabr 2015-ci il tarixdə bağlanmış CBHK-0014 №-li kredit müqaviləsinin bitmə tarixi 12 (on iki) ay müddətinə 01 iyun 2017-ci il tarixədək uzadılmışdır. Sonuncu "xxxx" MMC tərəfindən tərtib edilmiş 12 oktyabr 2020-ci il tarixli müstəqil auditorun hesabatında isə qeyd olunur ki, Potensial müflisləşmə əlamətləri Ərizəçi MMC-nin 2014-2018-ci illər üzrə fəaliyyətində mövcud olmuşdur. Halbuki, Potensial müflisləşmə əlamətləri Ərizəçi MMCnin 2014-2018-ci illər üzrə fəaliyyətində mövcud olsa idi “X30 (CDB)” ASC ilə cavabdeh “İmişli Quşçuluq" MMC arasında ******* (iki milyon beş yüz min) ABŞ dolları məbləğində xx.xx.2015-cı il tarixli, CBHK-0014 M-li «Kredit xətti müqaviləsi» bağlanmazdı. Bu da onu göstərir ki, hər iki auditor rəyləri formal tərtib edilmiş və həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsi isə hər iki auditor rəyini sübut növü kimi qəbul edərək düzgün olmayan nətəcəyə gəlmişdir. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinin “a” bəndində qeyd edilir ki, ödəmə qabiliyyəti olan borclunun yalandan iflas prosesinə başlaması və ya borclunun özünü qəsdən iflasa uğratması qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məsuliyyətə cəlb olunmasına səbəb olur. Bundan əlavə iş materiallarından görünür ki, Ərizəçi MMC-yə qarşı çoxsaylı məhkəmə qətnamələrilə pul tələbinə dair iddialar (cəmi bütün qətnamələr üzrə 1.862.515,28 manat və 3.264.770,39 ABŞ dolları) təmin edilmiş və həmin qətnamələrin əksəriyyəti qanuni qüvvəsini almışdır. Əsaslığı şübhə doğuran hər iki auditot rəyləri onu deməyə əsas verir ki, Ərizəçi MMC götürdüyü kreditləri təyinatı üzrə istifadə etməmiş və nəticədə nəinki Maraqlı şəxs5 ASC-yə eyni zamanda digər kreditorlara yüksək məbləğdə ziyan vurmuşdur. Kreditin təyinatı dedikdə, ayrılan vəsaitin təyinata uyğun olaraq, həmin məqsəd üzrə istifadəsi nəzərdə tutulur. Ərizəçi MMC-yə ayrılmış kreditlər uzunmüddətli vəsait qoyuluşundan ibarət olmaqla borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanması üçün kifayət qədər yüksək məbləğdir. Beləliklə Ərizəçi MMC-nin öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması onu deməyə əsas verir ki, götürdüyü kreditlər təyinatı üzrə istifadə edilməmişdir. Kreditdən təyinatı üzrə istifadə edilməməsi qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır. Göründyü kimi Ərizəçi MMC kreditorları aldadaraq aldığı kreditləri təhlil olunmuş təyinat üzrə deyil, başqa təyinat üzrə sərf etmişdir. Hər iki auditor rəyində isə bu hal gizlədilmiş və şişirdilmiş maliyyə hesabatları aparılmaqla məhkəməyə saxta sübutlar təqdim edilmişdir. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Maraqlı şəxs Ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin nümanyəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş, onun dəlilləri üzrə izahat vermiş, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. Sonunçu məhkəmə iclasında həmçinin göstərmişdir ki, ərizəçinin Maraqlı şəxs5 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə məsələnin məhkəmədən kənar həlli istiqamətində danışıqlar aparılması məqsədilə ərizəçiyə vaxt verilməsinə etiraz etmir. Lakin bildirmişdir ki, hər bir halda apellyasiya şikayətlərini müdafiə edirlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X26 məhkəməyə öz mülahizələrini təqdim etmiş və bildirmişdir ki, Maraqlı şəxs5 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətini müdafiə edir, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X28 da Maraqlı şəxs5 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin olunmamasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, ərizəçi tərəfindən onlara ödənilməli olan borcunun qaytarılmasını tələb edirlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Ərizəçi nümayəndəsi və vəkili X13 Maraqlı şəxs5 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətini əsassız hesab etmiş, ərizənin məzmununa uyğun izahat vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ədalətli və qanuni hesab etmiş, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə əmlak inzibatçısı təyin edilmiş X20 16 mart 2023-cü ildə vəfat etmişdir. Odur ki, hazırkı halda Ərizəçi əmlak inzibatçısının X22 təyin edilməsini xahiş etmişdir. Ərizəçi direktoru Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, "xxxx" MMC-nin müflisləşməsi ilə bağlı hal-hazırda icraatda olan kommersiya işi ilə əlaqədar tələbkar Maraqlı şəxs5 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə işin məhkəmədən kənar qaydada həlli istiqamətində müzakirələr aparılır və mübahisəli məsələni qəti həlli üçün zamana ehtiyac var. Ona görədə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasını təxirə salınmasına dair qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Bundan başqa Ərizəçi digər nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət göndərərək Ali Məhkəmənin xx.xx.2022-ci il tarixdə qəbul etmiş olduğu qərarındakı göstərişlərinə uyğun cavablandırılmayan suallar əsasında əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi sonuncu apellyasiya baxışında iştirak etməmişdir. Həmçinin digər maraqlı şəxslər nümayəndələri vasitəsilə apellyasiya baxışında iştirak etməmişlər. Ərizəçinin və digər maraqlı şəxslərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda Maraqlı şəxs5 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizəçiyə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 59. Hüquqi şəxsin ləğvi: 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Maddə 63. Hüquqi şəxsin müflis olması: 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. 63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və "Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.” “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 2. İflas prosesinə başlanmasının ümumi qaydaları:
1. İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.
2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir.
3. Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir.
5. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən də məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilər. Borclu fərdi borclu olan halda ərizəni onun özü və ya nümayəndəsi verir.
Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu
“Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.”
“Maddə 4 . Borclunun iflas prosesinə başlaması:
1. Borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Borclunun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.
2. İflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir:
a) ərizənin verildiyi məhkəmənin adı; b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı; ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.”
“Maddə 5 . Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər:
1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.”
"Maddə 10. İflas haqqında iddia ərizəsi verildikdən sonra borclu tərəfindən borcların ödənilməsi:
1. İflas haqqında ərizə məhkəmə tərəfindən baxılmaq üçün qəbul edildikdən sonra və bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada qərar elan edilənədək borclu öz kreditorları ilə hesablaşmaq (onların tələblərini ödəmək) niyyəti barədə müvafiq vəsatətlə məhkəməyə müraciət edə bilər. Həmin vəsatətin ödənilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının müvafiq mərhələlərində vəsatətin baxılması qaydaları və bu baxılmanın prosessual nəticələrinə uyğun olaraq məhkəmə tərəfindən həll olunur.
"Maddə 11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri:
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.
"Maddə 19. Əmlak inzibatçısının təyin edilməsi şərtləri:
1. Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər.
2. Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir.
Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20l 9- cu il 18 mart tarixli qərarına əsasən, ... hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli qərarına əsasən, ... hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
İşdə üzrə olan sübutlar: İş materiallarında olan kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışdan, nizamnamədən, ona edilmiş dəyişikliklərdən və digər təsis sənədlərindən görünür ki, müəssisə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə D-2648 saylı şəhadətnamə ilə "İmişli-Broyler” X57 Cəmiyyəti kimi dövlət qeydiyyatına alınmış, sonradan adı dəyişdirilərək, "İmişli-Broyler” MMC, daha sonra isə "İmişli-Quşçuluq” MMC olmuşdur. Hazırda Cəmiyyətin təsisçisi X2, direktoru (qanuni təmsilçisi) isə Nümayəndə1dır. İş materiallarında olan qərarlardan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin təsisçisi X1 və direktoru Nümayəndə1 xx.xx.2020-ci il tarixli qərarları ilə Ərizəçi MMC-nin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədi ilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi məqsədi ilə Şirvan Kommersiya Məhkəməsinə rəsmi ərizə ilə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1952-ci il tarixdə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, S.Babayeva küçəsi, ev 12 ünvanında qeydiyyatda olan, 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu "Kənd təsərrüfatının təşkili və iqtisadiyyatı” ixtisası üzrə bitirmiş X41 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edilərək, "İmişli-Quşçuluq” MMC-nin müflisləşməsi ilə bağlı əmlak inzibatçısı təyin edilməsi xahiş edilmiş, heç bir şəxsi maddi və s. marağının olmadığı bildirilmişdir. İş materiallarında olan "AzərTürkBank” AsC-nin 19 may 2020-ci il tarixli, 17/04-625 saylı arayışdan görünür ki, xx.xx.2015-ci il tarixində AZN, USD, EUR hesabları açılmış, xx.xx.2020- ci il tarixinə "AzərTürkBank” ASC-də olan hesablaşma hesablarında hər üç valyuta üzrə "İmişli-Quşçuluq” MMC-nin qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan "Bank Respublika” ASC-nin xx.xx.2020-ci il tarixli, 0905 saylı məktubundan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin "Bank Respublika” ASC-də AZN, USD, EUR hesabları mövcud deyildir. İş materiallarında olan "Azərbaycan Beynəlxaq Bankı” ASC-nin Nəsimi filialının xx.xx.2020- ci il tarixli, 0768 saylı arayışından görünür ki, xx.xx.2020-ci il tarixə "İmişli- Quşçuluq” MMC-nin "Azərbaycan Beynəlxaq Bankı” ASC-nin Nəsimi filialında olan USD hesabında 9,61 ABŞ dolları, EUR hesabında 0,74 avro mövcuddur, AZN hesablarında isə qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan "MuğanBank” ASC-nin 12 may 2020-ci il tarixli, İMİ-75 saylı arayışından və arayışa əlavə edilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin "MuğanBank” ASC-də olan AZN hesabında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan "X32” ASC-nin və "Yapıkredi Bank” QSC-nin bank hesablarından çıxarışlardan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin həmn banklarda olan AZN, USD, EUR hesablarında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan "Günay Bank” ASC-nin xx.xx.2020-ci il tarixli, 1050 saylı arayışından və bank hesablarından çıxarışlarından görünür ki, "İmişli-Quşçuluq” MMC-nin "Günay Bank” ASC-də AZN hesabında 0,69 manat pul vəsaiti mövcuddur, USD və EUR hesablarında isə qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan LPO "Atrabank” ASC-nin bank hesablarından çıxarışlardan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin LPO "Atrabank” ASC-də olan USD hesablarında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan Ləğv prosesində olan "KredoBank” ASC-nin xx.xx.2020-ci il tarixli, **********343 saylı məktubundan və məktuba əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin "KredoBank” ASC-də olan AZN hesabında 2.013,66 manat, USD hesabında 0,4 ABŞ dolları mövcuddur. İş materiallarında olan "Rabitəbank” ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin "Rabitəbank” ASC-də AZN, USD, EUR hesablarında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan Ləğv prosesində olan "AtaBank” ASC-nin xx.xx.2020-ci il tarixli hesabdan çıxarışlarından görünür ki, "İmişli-Quşçuluq” MMC-nin Ləğv prosesində olan "Atabank” ASC-də olan AZN və USD hesablarında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2020ci il tarixli, 01/03-548 saylı məktubunda qeyd olunur ki, 14 may 2020-ci il tarixinə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində "İmişli-Quşçuluq” MMC-yə hesab açılmamışdır və onların qiymətli kağızlara sahibliyi barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********29 saylı məktubundan görünür ki, "İmişli- Quşçuluq” MMC-nin adına İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında yerləşən əmlak kompleksi kimi 2 müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkarlandı. Azərbaycan Respublikası ərazisində "İmişli Quşçuluq” MMC-nin adına digər qeydiyyat keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********84 saylı məktubundan görünür ki, "İmişli-Broyler” MMC-nin adına **********65-12301 reyestr nömrə ilə əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə məlumat aşkarlandı. Lakin sorğuda qeyd edilən **********54-12301 reyestr nömrə ilə əmlak kompleksi kimi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə elektron bazada məlumat aşkarlansa da, həmin əmlak kompleksinin və sənədlərinin mövcudluğu barədə hər-hansı bir məlumat aşkarlanmadı. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən "İmişli-Quşçuluq” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********061 saylı məktubunda qeyd edilmişdir ki, idarənin elektron arxiv əsaslarında yalnız **********65-12301 reyestr nömrəli daşınmaz əmlakın "İmişli-Quşçuluq” MMC-nin mülkiyyətində olması müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, seriya MH, ******* saylı çıxarışdan görünür ki, İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında istifadəsində olan 8.5 ha. torpaq sahəsində yerləşən 21.675 m2 ümumi, 18.376,5 m2 əsas, 3.298,5 m2 köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə "İmişli-Broyler” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021 -ci il tarixli, **********65-12301 reyestr nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında 8.5 ha. torpaq sahəsində yerləşən 21.675 m2 ümumi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə "Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X60 İdarəsinin 04 iyul 2020-ci il tarixli, 57986-1220 saylı məktubundan və məktuba əlavə edilmiş çıxarışdan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin mülkiyyətində olan cəmi 19 ədəd nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X60 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasında qeydiyyatdan keçmişdir. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsinin **********534000 saylı, xx.xx.2020- ci il tarixli məktubundan görünür ki, "İmişli-Quşçuluq” MMC-nin xx.xx.2020-ci il tarixə vergilər üzrə 3.598,48 manat, MDSS üzrə ümumilikdə 243.547,63 manat, işsizlikdən sosial sığorta haqqı üzrə 62,33 manat, əmlaka yönəldilən məbləğ üzrə 2.175,89 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 1.088 manat ödənilməmiş borc məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli aktlarda qeyd olunur ki, "İmişli-Quşçuluq” MMC-nin yumurtalıq sexlərində cəmi 311.821 baş yumurtalıq toyuqlar boğularaq kütləvi surətdə tələf olmuşdur. Akt onu tərtib edən şəxslər tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan "Azəriqaz” X15 X46 İdarəsi ilə "İmişli-Quşçuluq” MMC arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, "İmişli-Quşçuluq” MMC-nin 31 dekabr 2019-cu il tarixə "Azəriqaz” İstehsalat Birliyinə olan borcu 96.004,22 manat təşkil etmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-2(086)-319/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiası təmin edilmiş, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə cavabdeh "İmişli-Quşçuluq” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı - 970.968 manat, xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı - 494.268,60 manat, cəmi 1.465.236,60 manat məbləğində pul cavabdeh "İmişli-Quşçuluq” MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, 2- 2(106)-09/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh "İmişli- Quşçuluq” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-2(086)-319/2017 saylı qətnaməsi cavabdeh "İmişli-Quşçuluq” MMC-nin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2018ci il tarixli, 2-2(102)-258/2018 saylı qərarından görünür ki, həmin qərarla cavabdeh "İmişli- Quşçuluq” MMC-nin kasasiya şikayəti təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2018-ci il tarixli, 2-2(106)-09/2018 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2- 2(106)-30/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh "İmişli- Quşçuluq” MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-2(086)-319/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə "İmişli-Quşçuluq” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı 575.760 manat məbləğində pulun "İmişli-Quşçuluq” MMC-dən tutularaq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2019cu il tarixli, 2-2(102)-413/2019 saylı qərarından görünür ki, həmin qərarla iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, cavabdeh "İmişli-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(106)-30/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2- 2(106)-41/2020 saylı qərardadından görünür ki, həmin qərardadla iş üzrə məhkəməmühasibatlıq, kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2-2(106)-79/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh "İmişli- Quşçuluq” MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2-2(086)-155/2018 saylı qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017- ci il və xx.xx.2017-ci il tarixli aktlar üzrə "İmişli-Quşçuluq” MMC-dən 42.265 manat borcun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2-2(086)-360/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı AtaBank” ASC-nin iddiası qismən təmin olunaraq, cavabdeh "İmişli-Quşçuluq” MMC-dən xx.xx.2015-ci il tarixli, CBHK-0014 nömrəli kredit xətti müqaviləsi üzrə 1.787.825,88 manat məbləğində əsas borc, 32.428,40 manat faiz borcu olmaqla ümumilikdə 1.820.254,28 manat, həmçinin 50.100 ABŞ dolları məbləğində əsas borc, 8.322,70 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 58.422,70 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "AtaBank” ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2- 2(106)-21/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə, iddiaçı "Atabank” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh "Atrabank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2-2(086)-360/2018 saylı qətnaməsi Ləğv prosesində olan "Atrabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dair hissədə ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 oktyabr 2019cu il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçı "AtaBank” ASC-nin Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2- 2(106)-21/2019 saylı qərardadından verdiyi kasasiya şikayəti edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2- 2(106)-21/2019 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmış, iddiaçı "AtaBank” və cavabdeh "İmişli- Quşçuluq” MMC-nin Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2-2(106)-21/2019 saylı qətnaməsindən kasasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019- cu il tarixli, 2-2(106)-21/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-338/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, həmin qərardada əsasən, iddiaçı "Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatı ilə cavabdehlər "Kristal Fermer” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Kapital” Məhdud Məsuliyyətli Cəmiyyəti, "X39” Məhdud Məsuliyyətli Cəmiyyəti, "İmişli-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti, Məhdud Məsuliyyətli "Cənub” Fermer Təsərrüfatı, "X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və X29 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, bağlanmış barışıq sazişinə əsasən, 1) "Kristal Fermer” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 16797654,71 manat hissəsini bu sazişə 1 saylı əlavəyə uyğun olaraq, illik 3 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə "Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 2) "Kristal Fermer” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 1-ci bəndində göstərilən 16797654,71 manat əsas borca görə mövcud olan 1632151,61 manat məbləğində faiz borcunu bu sazişə 1 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə "Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 3) "Kristal Fermer” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 5747019,09 manat hissəsini bu sazişə 2 saylı əlavəyə uyğun olaraq, illik 5 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə "Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 4) "Kristal Fermer” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 3-cü bəndində göstərilən 5747019,09 manat əsas borca görə mövcud olan 1137717,87 manat məbləğində faiz borcunu bu sazişə 2 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 5) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 1221726,20 manat hissəsini bu sazişə 3 saylı əlavəyə uyğun olaraq, illik 10 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 6) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 5-ci bəndində göstərilən 1221726,20 manat əsas borca görə mövcud olan 300911,64 manat məbləğində faiz borcunu bu sazişə 3 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 7) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu barışıq sazişini təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 8) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC Bank olmayan kredit təşkilatına olan borc üzrə ödənişlər ardıcıl olaraq 3 ay müddətində bu sazişə 1, 2 və 3 saylı əlavələrdə göstərilən qaydada aparılmadığı təqdirdə "xxxx" QSC Bank olmayan kredit təşkilatı ərizə ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kredit borcunun həmin günə olan ödənilməmiş hissəsinin "xxxx" QSC Bank olmayan kredit təşkilatının xeyrinə tutulması, borc tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan daşınmaz və daşınar əmlaklara, o cümlədən nəqliyyat vasitələri və texnikalara, ipoteka predmeti olan Ərizəçi mülkiyyətindəki İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında istifadədə olan 8,5 hektar torpaq sahəsində yerləşən 21675 m2 ümumi, 18376,5 m2 əsas, 3298,5 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə (Broyler Quşçuluq fabriki) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Ərizəçi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011 -ci il tarixli, 02 nömrəli girov müqaviləsinə əsasən girov predmeti olan Ərizəçinə məxsus İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında yerləşən həmin müqavilədə adları sadalanan daşınar əmlaklara, eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ərizəçinə və Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatına məxsus olan daşınmaz və daşınar əmlaklara, o cümlədən nəqliyyat vasitələri və texnikalara, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və “X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə ipoteka predmeti olan "xxxx" MMC-nin mülkiyyətindəki İmişli rayonu, Otuziki kəndində yerləşən ümumi sahəsi 12054,9 m2, torpaq sahəsi 1,23 hektar olan əmlak kompleksi kimi müəssisəyə, “X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə ipoteka predmeti olan X17 mülkiyyətindəki İmişli rayonu, Otuziki kəndində yerləşən ümumi sahəsi 7,4004 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və onların üzərində olan tikililərə yönəldilməsi, həmin əmlaklar üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Ərizəçi və Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatının mülkiyyət hüquqlarına xitam verilməsi, "xxxx" QSC Bank olmayan kredit təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X60 İdarəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə "xxxx" QSC Bank olmayan kredit təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması ilə bağlı icra vərəqəsinin verilməsini xahiş etmək hüququna malikdir. İddiaçı "xxxx" QSC Bank olmayan kredit təşkilatının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X39” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ərizəçinə, Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatına, “X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və X23 qarşı kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi, əmlakların iddiaçının mülkiyyətinə keçməsi və əmlaklar üzərində hüquqların qeydiyyatı barədə iddia tələbinə dair iqtisadi iş üzrə icraata xitam verilmişdir. (Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2-2(086)- 338/2018 saylı qərardadı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2-2(086)-338/2018 saylı qərardadı ilə icraya yönəldilmişdir). İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2- 2(106)-30/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə, Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Ərizəçi MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin olunaraq, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 75.341,59 ABŞ dolları faiz borcunun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 84.554,10 ABŞ dolları faiz borcunun Ərizəçi MMC-dən alınaraq Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-yə ödənilməsi, ödənişlər icra olunan gün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin Qətnamədən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə Maraqlı şəxs4 ASC-nin iddiası qismən təmin edilmiş, Ərizəçi MMCdən və “X39” MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.510.000 ABŞ dolları əsas, 958.862 ABŞ dolları faiz , xx.xx.2015- ci il tarixli kredit müqaviləsi üzrə 536.452 ABŞ dolları əsas, 156.293 ABŞ dolları faiz borcunun tutulması qət edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli, 2-1(086)-2450/2017 saylı qərarının surətindən görünür ki, həmin qərarla Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon şöbəsinin iddiası qismən təmin olunaraq, cavabdeh Ərizəçi MMC-nin xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dövr ərzində yaranmış 168.087,75 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun və 38.493,01 manat maliyyə sanksiyasının, cəmi 206.580,76 manat borcun cavabdehin əmlakının satılması yolu ilə DSMF-nin İmişli Rayon şöbəsinin xeyrinə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin olunmaməşdır (Qərar qanuni qüvvəsini almışdır). İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2-1(106)-16/2018 saylı qərarından görünür ki, həmin qərarla cavabdeh Ərizəçi MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli, 2-1(086)-2450/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2-1(102)-1034/2018 saylı qərarından görünür ki, həmin qərarla cavabdeh "İmişli- Quşçuluq” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (106)-16/18 saylı, 23 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 12 mart 2012-ci il tarixli, 2(049)-258/2012 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı "İmişli-Quşçuluq” MMC-nin iddiası təmin olunaraq, cavabdeh X9 13.040,53 manat pulun alınaraq "İmişli-Quşçuluq” MMC-yə verilməsi qət edilmişdir (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Ordubad Rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli, 2(80)- 15/2011 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı "İmişli-Quşçuluq” MMC-nin iddiası təmin olunaraq, cavabdeh X24 18.021 manat əsas borcun və ödənilmiş dövlət rüsumu 20 manat, cəmi 18.041 manat məbləğində pulun alınaraq "İmişli-Quşçuluq” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 03 fevral 2011 -ci il tarixli, 2(075)- 206/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı "İmişli-Quşçuluq” MMC-nin iddiası təmin olunaraq, cavabdeh X10 11.234 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "İmişli- Quşçuluq” MMC-yə verilməsi qət edilmişdir (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli, 2(012)- 590/2011 saylı qiyabi qətnaməsindən görünür ki, həmin qiyabi qətnamə ilə iddiaçı "İmişli- Quşçuluq” MMC-nin iddiası təmin olunaraq, cavabdeh X11 10.990 manat məbləğində pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "İmişli- Quşçuluq” MMC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(020)-537/2010 saylı qiyabi qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qiyabi qətnamə ilə iddiaçı "İmişli-Quşçuluq” MMC-nin iddiası təmin olunaraq, X3 22.911 manat məbləğində pulun alınaraq "İmişli-Quşçuluq” MMC-nin verilməsi qət edilmişdir. İş materiallarında olan X52 Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2-(86)- 187/2010 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "İmişli- Quşçuluq” MMC-nin iddiası qismən təmin olunaraq, elektrik enerjisinin kəsilməsi nəticəsində "İmişli- Quşçuluq” MMC-yə vurulmuş maddi zərər 510.479,63 manat məbləğində müəyyən edilmiş, elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya vurulmuş 510.479,63 manat məbləğində maddi zərərin "İmişli-Quşçuluq” MMC-nin gələcəkdə istehlak edəcəyi elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi qət edilmiş, iddia 11.197,14 manat məbləğində maddi zərərin gələcəkdə istehlak ediləcək elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi tələbi hissəsində rədd edilmişdir (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 2-1(106)-62/2010 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "İmişli- Quşçuluq” MMC və cavabdeh "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin "X40 Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə X52 Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2- (86)-187/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2011-ci il tarixli, 2-1 (102)-152/2011 saylı qərarından görünür ki, həmin qərarla cavabdehlər "X40 Təchizat” MMC, "X33 Şəbəkəsi” MMC və onların vəkili X18 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(009)- 1171/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, "İmişli-Quşçuluq” MMC-nin iddiası qismən təmin olunaraq, cavabdeh X4 cəmi 31.567,45 manat məbləğində pulun tutularaq "İmişli-Quşçuluq” MMC-yə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2011-ci il tarixli, 2(103)-4321/2011 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X5 apelyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 08 iyun 2011-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2- 2(106)-30/2019 saylı məktubunda qeyd olunur ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh "İmişli Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iqtisadi işə, Şirvan Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 12 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri əsasındabaxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərarı ilə iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 12 aprel 2019-cu il tarixli, 2- 2(106)-30/2018 saylı qətnaməsi ləğv edilmiş və iqtisadi iş yeni apelyasiya baxışına qaytarılmışdır. Hazırda iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır (Məruzəçi hakim F.Soltanov). İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” İstehsalat Birliyinin cavabdeh "İmişli-Quşçuluq” MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iqtisadi işə, Şirvan inzibati-iqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri əsasında kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qərarı ilə iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iqtisadi iş yenidən baxılmaq üçün Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Hazırda iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır (Məruzəçi hakim TKərimov). İddiaçı ləğv prosesində olan "Atrabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "İmişli-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "X39” MMC-yə qarşı kredit borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iqtisadi iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə baxılmış, Şirvan Apelyasiya Məhkəməsinin inzibati- iqtisadi Kollegiyasının 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan "Atrabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, "İmişli Quşçuluq” MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi qismən-faiz borcunun tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 75.341,59 (yetmiş beş min üç yüz qırx bir tam, əlli doqquz) ABŞ dolları faiz borcunun, xx.xx.2015-ci il redit müqaviləsi üzrə 84.554,10 (səksən dörd min beş yüz əlli dörd tam on) ABŞ dolları borcunun "İmişli- Quşçuluq” MMC-dən alınaraq ləğv prosesində olan "Atrabank” ASC-yə ödənilməsi, ödənişlərin icra olunan gün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadidi Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, iqtisadi iş icra üsulunun dəyişdirilməsi barədə mübahisəyə baxılması ilə əlaqədar 15 may 2019-cu il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 11 avqust 2020-ci il tarixli, 8/929 saylı məktubunda qeyd olunur ki, "İmişli Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi haqqında e-2-2(121)-766/2020 nömrəli iş üzrə Müdafiə Nazirliyi maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dondurulmuş toyuq ətinin alınmasına dair 1 kq qiyməti 3,45 manat olmaqla, ümumi dəyəri 3.450.000 manat məbləğində olan xx.xx.2015- ci il tarixli, 199 nömrəli və toyuq yumurtasının alınmasına dair 1 ədədin qiyməti 0,14 manat olmaqla dəyəri 2.800.000 manat məbləğində olan xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələri bağlanmışdır. Satınalma müqavilələrinin şərtlərinə əsasən cəmiyyət razılaşdırılmış daşınma qrafiklərinə uyğun vaxtlı-vaxtında Azərbaycan Ordusunun şəxsi heyətini 2016-cı il ərzində dondurulmuş toyuq əti və 20.000.000 ədəd toyuq yumurtası ilə təmin etməli idi. müqavilələrin şərtlərinin yerinə yetirilməsi üçün cəmiyyətin hesablaşma hesabına 199 nömrəli müqavilə üzrə xx.xx.2015-ci il tarixdə 2.499.870,00 manat, xx.xx.2016-cı il tarixə 950.130,00 manat, cəmi 3.450.000 manat və 200 nömrəli müqavilə üzrə xx.xx.2016-cı il tarixdə 997.640,00 manat, xx.xx.2016-cı il tarixdə 1.802.360,00 manat, cəmi 2.800.000 manat məbləğində qabaqcadan ödənişlər həyata keçirilmişdir. Müqavilələr üzrə müəyyən edilmiş öhdəliklərin tam icrasının son müddəti 30 dekabr 2016-cı il tarixi olmasına baxmayaraq, cəmiyyət 199 nömrəli müqavilə üzrə qabaqcadan həyata keçirilmiş ödənişdən yalnız 2.479.032,00 manat məbləğində 718.560 kq dondurulmuş toyuq əti, 200 nömrəli müqavilə üzrə qabaqcadan həyata keçirilmiş ödənişdən isə yalnız 2.305.731,40 manat məbləğində 16.469.510 ədəd toyuq yumurtası təhvil vermişdir. Qabaqcadan ödəniş məbləğini almış "İmişli Quşçuluq” MMC Müdafiə Nazirliyinin məhsulları üçün qabaqcadan ödədiyi məbləğlərin qalıqlarının ümumilikdə 1.465.236,60 manat (xx.xx.2015-ci il tarixli 199 nömrəli satınalma müqaviləsi üzrə 970. 968,00 manat, xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsi üzrə 494.268,60 manat) müəyyyənləşdirilmiş müddətdə qaytarılmasını icra etməmişdir. Bundan sonra işin hüquqi həllinə nail olmaq məqsədilə iddiaçı Müdafiə Nazirliyi tərəfindən cavabdeh "İmişli Quşçuluq” MMC-yə qarşı qalıq borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. "İmişli Quşçuluq” MMC-nin Müdafiə Nazirliyinə hal-hazırda 1.465.236.60 manat qalıq borcunun olması birneçə məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir və həmçinin sözügedən cəmiyyətin nümayəndəsinin də hal-hazırda baxılan iddia ərizəsində də bu barədə qeydləri ardır. İddiaçı Müdafiə Nazirliyi tərəfindən cavabdeh "İmişli Quşçuluq” MMC-yə qarşı qalıq borcun qaytarılması tələbinə dair verilmiş iddia ərizəsi üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsi 11 oktyabr 2017-ci il tarixli, 2-2(086)-319/2017 saylı qətnamə çıxarmış, cavabdehin həmin qətnamədən verdiyi şikayət ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən sonuncu qətnamənin dəyişdirilmədən saxlanılması, cavabdehin şikayətinin təmin edilməməsi barədə 10 yanvar 2018-ci il tarixli, 2-2(106)-09/2018 nömrəli qətnamə çıxarılmışdır. Bundan sonra cavabdehin kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2-2(102)-258/18 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, 2-2(106)-09/2018 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2-2(106)-30/20l9 nömrəli iş üzrə çıxardığı qətnamə ilə iddia qismən təmin edilmişdir. Sonuncu qətnamədən tərəflərin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 2(102)-413/2019 nömrəli iş üzrə çıxardığı qərar ilə 12 aprel 2019-cu il tarixli, 2-2(106)- 30/2019 qətnamə ləğv olunaraq işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmış və hal-hazırda sonuncu məhkəmədə sözügedən iddiaya dair 2-2(106)-41/2020 nömrəli iş icraat davam etdirilir. Qeyd olunanlara əsasən, iddiaçı "İmişli-Quşçuluq” MMC-nin müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi, e-2-2(121)-766/2020 saylı iş üzrə qətnamə çıxarılarkən "İmişli-Quşçuluq” MMC-nin son icra müddəti 30 dekabr 2016-cı il tarixə qədər olan satınalma müqavilələri üzrə Müdafiə Nazirliyinə 1.465.236,60 manat məbləğində qalıq borcunun olmasının nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli Rayon İcra və Probasiya şöbəsinin 11 avqust 2020-ci il tarixli, 985 saylı məktubunda qeyd olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-30/2018 saylı, xx.xx.2018-ci il tarixli icra əsasən "İmişli Quşçuluq” MMC-dən və "X39” MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 2.510.000 ABŞ dolları əsas borcun, 75.341,59 ABŞ dolları faiz, xx.xx.2015-ci il tarixli, KXM "03” saylı kredit müqaviləsi üzrə 536.452 ABŞ dolları əsas borcun, 84.554,10 ABŞ dolları faiz borcun alınaraq ləğv prosesində olan "Atrabank” ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2015-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 2.510.000 ABŞ dolları əsas borcun, 75.341,59 ABŞ dolları faiz borcuna tutmanın ipoteka ilə yükli edilmiş "X39” MMC-yə məxsus İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən, ümumi sahəsi 2.521,6 m2 olan əmlak kompleksi kimi müəssisəyə -1,18 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək həmin əmlak kimi müəssisənin açıq hərracda satılması, müəssisənin açıq hərracda ilkin satış qiyməti 1.200.000 manat edilməli və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və xx.xx.2015-ci il tarixli, KXM 03 saylı kredit xətti müqaviləsi üzrə 536.452 ABŞ dolları əsas borcun, 84.554,10 ABŞ dolları faiz borcunun xx.xx.2015-ci il tarixli, ipoteka predmetinə əsasən yüklü edilmiş "X39” MMCyə məxsus İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən ümumi sahəsi 14.421,8 m2 olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılaraq, açıq hərracda ilkin satış qiyməti 7.200.000 manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc ödənilməli və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "İmişli Quşçuluq” MMC-dən və "X39” MMC-dən müştərək qaydada tutularaq "Atrabank” ASC-yə ödənilməlidir. İpoteka əmlaklarının açıq hərrac vasitəsilə satılması üçün xx.xx.2018-ci il tarixdə hərraca sifariş verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən tərəflər arasında ipoteka predmetinin dəyişməsi ilə əlaqədar danışıqların başlanılmasına razılıq verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli müraciətimiz əsasında hərracın keçirilməsi dayandırılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qətnamənin icra üsulu dəyişdirilmişdir. İcra sənədi üzrə borc "Taleh” ATSC-nin mülkiyyətində olan 5.495.800 manat dəyərində qiymətləndirilmiş əmlak kompleksinə "Taleh” ATSC-nin mülkiyyətində olan əmlakların çıq hərrac vasitəsilə satılması üçün xx.xx.2019-cu il tarixdə sifariş verilmişdir. Hərracın nəticəsi barədə məlumat verilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-2(086)-338/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 1. "Kristal Fermer” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 16797654,71 manat hissəsini bu sazişə 1 saylı əlavəyə uyğun olaraq, illik 3 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 1 -ci bəndində göstərilən 16797654,71 manat əsas borca görə mövcud olan 1632151,61 manat məbləğində faiz borcunu bu sazişə 1 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 5747019,09 manat hissəsini bu sazişə 2 saylı əlavəyə uyğun olaraq, illik 5 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 3-cü bəndində göstərilən 5747019,09 manat əsas borca görə mövcud olan 1137717,87 manat məbləğində faiz borcunu bu sazişə 2 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 1221726,20 manat hissəsini bu sazişə 3 saylı əlavəyə uyğun olaraq, illik 10 %lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 5-ci bəndində göstərilən 1221726,20 manat əsas borca görə mövcud olan 300911,64 manat məbləğində faiz borcunu bu sazişə 3 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə "xxxx" QSC Bank olmayan kredit təşkilatına ödənilməsini öhdəsinə götürür. 7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu barışıq sazişini təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC Bank olmayan kredit təşkilatına olan borc üzrə ödənişlər ardıcıl olaraq 3 ay müddətində bu sazişə 1, 2 və 3 saylı əlavələrdə göstərilən qaydada aparılmadığı təqdirdə "xxxx" QSC Bank olmayan kredit təşkilatı ərizə ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kredit borcunun həmin günə olan ödənilməmiş hissəsinin "xxxx" QSC Bank olmayan kredit təşkilatının xeyrinə tutulması, borc tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan daşınmaz və daşınar əmlaklara, o cümlədən nəqliyyat vasitələri və texnikalara, ipoteka predmeti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindəki İmişli şəhəri, Kürdəmir- Biləsuvar şossesinin kənarında istifadədə olan 8,5 hektar torpaq sahəsində yerləşən 21675 m2 ümumi, 18376,5 m2 əsas, 3298,5 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə (Broyler Quşçuluq fabriki) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Ərizəçi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011 -ci il tarixli, 02 nömrəli girov müqaviləsinə əsasən girov predmeti olan Ərizəçinə məxsus İmişli şəhəri, Kürdəmir- Biləsuvar şossesinin kənarında yerləşən həmin müqavilədə adları sadalanan daşınar əmlaklara, eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "İmişli-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Məhdud Məsuliyyətli "Cənub” Fermer Təsərrüfatına məxsus olan daşınmaz və daşınar əmlaklara, o cümlədən nəqliyyat vasitələri və texnikalara, "Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinin və "X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə ipoteka predmeti olan "Kristal Fermer” MMC-nin mülkiyyətindəki İmişli rayonu, Otuziki kəndində yerləşən ümumi sahəsi 12054,9 m2, torpaq sahəsi 1,23 hektar olan əmlak kompleksi kimi müəssisəyə, "X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə ipoteka predmeti olan X17 mülkiyyətindəki İmişli rayonu, Otuziki kəndində yerləşən ümumi sahəsi 7,4004 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və onların üzərində olan tikililərə yönəldilməsi, həmin əmlaklar üzərində "Kristal Fermer” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "X55 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "İmişli-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Məhdud Məsuliyyətli "Cənub” Fermer Təsərrüfatının mülkiyyət hüquqlarına xitam verilməsi, "Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X60 İdarəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə "Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması ilə bağlı icra vərəqəsinin verilməsini xahiş etmək hüququna malikdir. İcra sənədi O8.01.2020-ci il tarixdə icra edilməsi üçün icraata daxil olmuş və borclulara həmin tarixdə bildiriş göndərilməsinə baxmayaraq icra sənədinin icrası könülü təmin edilməmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində göstərilən əmlaklar qiymətləndirici-ekspert tərəfindən qiymətləndirilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə göstərilən əmlaklar üzərində "Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatının adına mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və AR DİN-nin Baş X60 idarəsinə tərəfimizdən müraciət edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2450/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, cavabdeh "İmişli Quşçuluq” MMC-nin xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək yaranmış 168.087 manat, 75 qəpik məbləğində məcburi dövlət sosial sığorta borcunun və 38.493 manat, 01 qəpik məbləğində maliyyə sanksiyasının, cəmi 206.580 manat, 76 qəpik məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə DSMF-nin İmişli rayon şöbəsinin xeyrinə ödənilməlidir. xx.xx.2018-ci il tarixli qərarla başlanılmış icraata zamanı tələb borclu tərəfindən könüllü olaraq icra edilməmişdir. İcra tədbirləri nəticəsində borclu hüquqi şəxsin mülkiyyətində əmlak müəyyən edilməmişdir. Müvafiq bank hesabları müəyyən olunmuş və hesablar üzərinə qadağalar qoyulmuşdur. Hesablara pul vəsaiti daxil olmadığından icra sənədinin icrası təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-360/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu "İmişli-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2015-ci il tarixli, CBHK- 0014 nömrəli kredit xətti müqaviləsi üzrə 1.787.825,88 manat məbləğində əsas borc, 32.428,40 manat faiz borcu olmaqla ümumilikdə 1.820.254,28 manat, həmçinin 50.100 ABŞ dolları məbləğində əsas borc, 8.322,70 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 58.422,7 ABŞ dolları məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumu "AtaBank” ASC xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü olaraq icra edilməmişdir. İcra sənədinin icrası istiqamətində icra tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh "İmişli-Quşçuluq” MMC-yə qarşı pul tələbinə dair Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(106)- 30/2019 saylı qətnaməsi və iddiaçıMaraqlı şəxs1 İB-nin cavabdeh Ərizəçi MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2- 2(106)-79/2018 saylı qətnaməsi icra edilməsi üçün icraata daxil olmamışdır. İş materiallarında olan sərbəst auditor X21 08 iyul 2019-cu il tarixli hesabatında qeyd olunur ki, cəmiyyətin likvid aktivlərinin məbləği faktiki olaraq onun ödənilməmiş kreditlərinin həcmini təmin etmir. 2015-ci il ərzində Azərbaycan Respublikasında baş vermiş manatın devalvasiyasından sonra bu hal daha da kəskinləşmişdir. Cəmiyyət alınmış kreditlərin qaytarılması və bu barədə olan məhkəmə qərarlarını icra etmək iqtidarında deyildir. Əlavə dövriyyə vəsaitlərinin cəlb edilməsinə baxmayaraq cəmiyyətin fəaliyyətinin fasiləsizliyi pozulmuşdur. Faktiki olaraq, cəmiyyət iflas həddinə çatmışdır. Zəruri sanasiya tədbirləri əlavə investisiyanın cəlb edilməlidiyi halda cəmiyyətin iflas olma ehtimalı çox yüksəkdir. Əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 31 dekabr 2018-ci il, 31 dekabr 2017-ci il, 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixlərə başa çatan illər üçün X6 Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir. İş materiallarında olan və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-766/2020 saylı Qərardadının icrası olaraq "xxxx" MMC tərəfindən tərtib edilmiş 12 oktyabr 2020-ci il tarixli müstəqil auditorun hesabatında qeyd olunur ki, cəmiyyətin likvid aktivlərinin məbləği faktiki olaraq onun ödənilməmiş kreditlərinin həcmini təmin etmir. Potensial müflisləşmə əlamətləri Ərizəçi MMC-nin 2014-2018-ci illər üzrə fəaliyyətində mövcud olmuşdur. Audit zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC kreditorlarının qanuni tələblərini ödəməyə qadir deyildir və vaxtı çatmış maliyyə öhdəliklərini aktivlərinin olmaması səbəbindən icra etmək iqtidarında deyildir. Ərizəçi MMC hazırda ödəmə qabiliyyəti olmayan hesab edilə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış audit ilə saxta müflisləşmənin əlamətləri olmadığı müəyyən edildi. Ərizəçi MMC-də qəsdən müflismənin əlamətləri aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən edilmiş çıxarışdan görünür ki, Ərizəçi MMC-nin müflis elan olunması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021 -ci il tarixlərdə elanlar dərc olunmuşdur. İş materiallarında olan Respublika qəzetinin 30 oktyabr 2020-ci il tarixli, 01 dekabr 2020-ci il tarixli və 23 yanvar 2021 -ci il tarixli buraxılışından görünür ki, Ərizəçi MMC-nin müflis olunması barədə elanlar “Respublika” qəzetində dərc olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X20 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət olunaraq, "xxxx" MMC-nin əmlak inzibatçısı təyin olunmasını xahiş olunmuşdur. Həmçinin ərizəyə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, 358-772-3221 saylı arayışından görünür ki, 27 sentyabr 1953-cü il tarixdə İmişli şəhərində anadan olmuş X8 məhkumluğu yoxdur. Ərizəyə əlavə olunmuş 5-İ 008737 saylı diplomun təsdiq olunmuş surətindən görünür ki, X20 1971 -ci ildə “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisası üzrə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, dövlət imtahan komissiyasının 22 aprel 1976-cı il tarixli qərarı ilə ona “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisası verilmişdir. Ərizəyə əlavə olunmuş X14 məxsus ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X20 müxtəlif illərdə İmişli rayonu, Kolinin adına kolxozda baş iqtisadçı, rayon Kənd Təsərrüfatı İdarəsində baş mühasib, İmişli Rayon İcra Hakimiyyətində referent, İmişli Rayon Statistika İdarəsinin rəisi vəzifələrində işləmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni, ərizəçini və kollegiyanın iclasında iştirak edən maraqlı tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə üzrə tələbin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiyası məhkəməsi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə müəyyən edilmiş dispozisiya şərtlərinin mövcud olması ilə bağlı qənaətini əsaslandırarkən, işdə olan müstəqil auiditorlar tərəfindən verilmiş rəylərə istinad etmişdir. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən maraqlı şəxs -LPO "AtaBank” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ərizəçi götürdüyü kreditləri təyinatı üzrə istifadə etməmiş və nəticədə nəinki Maraqlı şəxs5 ASC-yə eyni zamanda, digər kreditorlara yüksək məbləğdə ziyan vurmuşdur. Ərizəçiyə ayrılmış kreditlər uzunmüddətli vəsait qoyuluşundan ibarət olmaqla borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanması üçün kifayət qədər yüksək məbləğlər olmuş və götürülmüş həmin kreditlər təyinatı üzrə istifadə edilməmişdir. Qeyd edilmişdir ki, Audit rəylərində böyük məbləğdə götürülmüş kredit məbləğlərinin təyinatı üzrə istifadəsi məsələsinə toxunulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Birincisi, mülki prosessual qanunvericiliyin tələblərinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və qanunvericiliyin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində ödəmə qabiliyyətsizliyinin anlayışı verilmiş, borclunun ödəmə qabiliyyətinin olmamasının iflas prosesinə məruz qalması üçün əsas olması müəyyən edilmişdir. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ödəmə qabiliyyətsizliyi iki formada müəyyən olunur: a) borclu tərəfindən təsdiq edilməklə; b) məhkəmə və ya kreditorlar tərəfindən müəyyən edilməklə. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən müəyyən edilir ki, hazırki ərizənin verilməsindən əvvəlki beş il ərzində ərizəçi tərəfindən ayrı-ayrı banklardan külli miqdarda kreditlər götürülmüşdür. Buna baxmayaraq, ərizəçi Cəmiyyətin zərərlə işləməsini, onun ödəmə qabiliyyətsizliyini şərtləndirən hallara dair məhkəməyə sübutlar təqdim edilməmiş, belə əsaslandırma ərizəçinin verdiyi ərizədə də qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, iflas haqqında məhkəməyə verilən ərizədə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması göstərilməlidir ("Müflisləşmə və iflas haqqında” Qanunun 4-cü maddəsi). Həmçinin qeyd olunmalıdır ki, baxılan iş üzrə istinad edilən Qanunun 5-ci maddəsinin “c” bəndinin tələblərinə uyğun olaraq sonuncu hesabat tarixinə olan mühasibat balansı əlavə edilməmiş, beləliklə, ərizəçinin həqiqi iqtisadi və maliyyə vəziyyətini əks etdirən mühüm sənədlər olmadan mübahisəyə mahiyyəti üzrə baxılmış, sübutetmə ilə bağlı MPMnin 14.2 və 77.1-ci maddələrinin tələbləri pozulmuş, tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir. İkincisi, birinci instansiyası məhkəməsi tərəfindən istinad olunan auditor rəylərinə gəldikdə, qeyd olunmalıdır ki, audit aparılarkən borclu tərəfindən təqdim edilən maliyyə hesabatlarının düzgünlüyü yoxlanılmaqla, təminatlı və təminatsız öhdəliklər təhlil edilir və yaranma əsası araşdırılır, məcmu aktivlərin ədalətli dəyəri müəyyən edilir, müəssisənin likvidlik səviyyəsi müəyyənləşdirilir, mülkiyyətin xaric edilməsi və debitor borcların alınmasının qanunvericiliyə uyğun əməliyyatlar çərçivəsində iqtisadi cəhətdən mümkünlüyü yoxlanılır, mənfəət və zərər hesabatlarının nəticələrinə baxış keçirilir, şübhəli əməliyyatlar aşkar edilməklə qəsdən və ya saxta müflisləşmə əlamətləri müəyyən edilir. Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir (“Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsi). Baxılan iş üzrə məhkəmənin qərardadına əsasən verilmiş 2020-ci il 12 oktyabr tarixli “Müstəqil auditorun hesabatı”nda, eləcə də ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş auditor rəylərində hansı maliyyə mühasibatlıq sənədlərinə əsasən müvafiq cədvəllərin tərtib edildiyi və Cəmiyyətin ödəmə qabiliyyətinin olmamasına dair nəticəyə gəlindiyi, eləcə də, auditi aparan şəxsin müvafiq təhlilləri gösərilməmişdir. Birinci insansiyası məhkəməsi tərəfindən auditor rəyləri sübut kimi qiymətləndirilərkən “Auditor xidməti haqqında” Qanunla auditor rəyləri üçün müyyən edilmiş tələblər nəzərə alınmamış və MPM-nin sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələbləri pozulmuşdur. Üçüncüsü, Apellyasiya baxışında iki dəfə ekspertiza təyin edilmiş və Rəylər əldə edilərək işə əlavə edilmişdir. İşə əlavə edilmiş 31 mart 2023-cü il tarixli, 9/6119 nömrəli İ məhkəmə-mühasibat ekspertizası Rəyində aşağıdakılar göstərilmişdir:
Birinci sual üzrə İş materiallarında olan xx.xx.2016-cı il tarixli akt məlumatından (cild 1 i.v 82) göründüyü kimi 2016-cı ilin may ayının 30-dan 31-nə keçən gecə ventiliyasiya qurğularının dayanması nəticəsində Ərizəçi MMC-nin 4 saylı yumurtalıq sexində 54738 baş yumurtalıq toyuqlar boğularaq kütləvi surətdə tələf olduğu; - xx.xx.2016- cı il tarixli akt akt məlumatından (cild 1 i.v 83) göründüyü kimi 2016-cı ilin oktyabr 20-dan 21-nə keçən gecə ventiliyasiya qurğularının dayanması nəticəsində "xxxx" MMC-nin 1 və 2 saylı sexində ümumilikdə 128.346 baş yumurtalıq fərələrin boğularaq kütləvi surətdə tələf olduğu; - xx.xx.2016-cı il tarixli akt akt məlumatından (cild 1 i.v 84) göründüyü kimi 2016-cı ilin dekabr ayının 22-dən 23-nə keçən gecə ventiliyasiya qurğularının dayanması nəticəsində “İmişli-Quşçuluq" MMC-nin 1, 2 və 3 saylı sexlərində ümumilikdə 128.737 baş yumurtalıq toyuqların boğularaq kütləvi surətdə tələf olduğu qeyd edilmişdir. İkinci-səkkizinci suallar üzrə Məhkəmənin ekspertiza təyini haqqında 28.07,2022-ci il tarixli qərardadında qeyd edilən ikinci-səkkizinci suallar üzrə tədqiqat aparılması üçün ekspert tərəfindən xx.xx.2022-ci il tarixli vəsatət verilmişdir. Vəsatətdə aşağıda qeyd edilən sənədlərin təqdim edilməsi xahiş edilmişdir: - Ərizəçi MMC-nin fəaliyyəti üzrə 2016, 2017 və 2018-ci illər üzrə maliyyə vəziyyətini özündə əks etdirən bütün mühasibat sənədləri, hesabatları və müstəqil auditor rəyi tərtib olunan zaman tədqiqat aparılan bütün sənədlər. - Məhkəmənin xx.xx.2022-ci it tarixli məktubu ilə xx.xx.2022-ci il tarixindən 25 vərəqdən ibarət xx.xx.2019-cu il tarixli Müstəqil auditor hesabatı, müəssisə ilə banklar arasında rəsmiləşdirilmiş kredit müqavilələri, məhkəmə qətnamələri təqdim edilmişdir. Vəsatətin verilmə müddətindən xeyli keçməsinə baxmayaraq hal-hazıradək xx.xx.2022-ci il tarixli vəsatətdə qeyd edilən tədqiqatına aparılması üçün zəruri olan MMC-nin fəaliyyəti üzrə 2016, 2017 və 2018-ci illər üzrə maliyyə vəziyyətini özündə əks etdirən bütün mühasibat sənədləri, hesabatları təqdim edilməmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən suallar üzrə tədqiqat aparmaq mümkün olmadı. Ekspertiza xərci 50 manat təşkil etmişdir.
İşə əlavə edilmiş 16 may 2024-cü il tarixli, 9/8957 nömrəli İİ məhkəmə-mühasibat ekspertizası Rəyində aşağıdakılar göstərilmişdir: İş materiallarında olan xx.xx.2016-cı il tarixli akt məlumatından (cild 1 i.v 82) göründüyü kimi 2016-cı ilin may ayının 30-dan 31-nə keçən gecə ventiliyasiya qurğularının dayanması nəticəsində Ərizəçi MMC-nin 4 saylı yumurtalıq sexində 54738 baş yumurtalıq toyuqlar boğularaq kütləvi surətdə tələf olduğu, xx.xx.2016- cı il tarixli akt akt məlumatından (cild.1 i.v 83) göründüyü kimi 2016-cı ilin oktyabr 20-dan 21-nə keçən gecə ventiliyasiya qurğularının dayanması nəticəsində Ərizəçi MMC-nin 1 və 2 saylı sexində ümumilikdə 128.346 baş yumurtalıq fərələrin boğularaq kütləvi surətdə tələf olduğu, xx.xx.2016-cı il tarixli akt məlumatından (cild.1 i.v 84) göründüyü kimi 2016-cı ilin dekabr ayının 22-dən 23-nə keçən gecə ventiliyasiya qurğularının dayanması nəticəsində Ərizəçi MMC-nin 1, 2 və 3 saylı sexlərində ümumilikdə 128.737 baş yumurtalıq toyuqların boğularaq kütləvi surətdə tələf olduğu qeyd edilmişdir. Beləliklə təqdim olunmuş mövcud sənədlərə əsasən, yəni Ərizəçi MMC-nin təsərrüfat fəaliyyəti ilə bağlı tərtib edilmiş maliyyə hesabatlarından, bank sənədlərindən, ekspeditorların reyestr məlumatları və ona əlavə edilmiş mühasibat sənədlərindən göründüyü ki, müəssisənin qeyd olunan dövrləri üzrə debitor borcları ilə bağlı vaxtı çatmış öhdəliklərinin ödəmə qabliyyətində olmaması, müəssisənin mənfəətində azalmaların olması müəyyən edilir. Həmçinin bildirilir manatın devalvasiyasının Cəmiyyətin fəaliyyətinə təsir göstərib göstərməməsi eləcə də Ərizəçi MMC-nin təsərrüfat fəaliyyəti ilə bağlı yaranmış vəziyyətin hansı səbdən yaranması məhkəmə-mühasibat ekspertizası tədqiqatı ilə müəyyən edilmir. Ekspertza dəyəri 200 manat təşkil etmişdir. Göründüyü kimi Apellyasiya baxışında təyin edilən hər iki məhkəmə-mühasibat ekspertizası Rəyində Cəmiyyətin maraqlı şəxslər qarşısında olan öhdəliklərinin ödəmə qabliyyətində olmaması dəqiq olaraq müəyyən edilməmişdir. Birinci Rəydə Cəmiyyətin maraqlı şəxslər qarşısında olan öhdəliklərinin ödəmə qabliyyətində olmaması ilə bağlı ümumiyyətlə heç bir müddəa öz əksini tapmamışdır. İkinci Rəydə isə Müəssisənin (Ərizəçi MMC-nin) mənfəətində azalmaların olmasının müəyyən edildiyi qeyd edilir. Göründüyü kimi İİ Rəydə Cəmiyyətdə olan toyuqların kütləvi olaraq məhv olması və buna görə də Cəmiyyətin mənfəətində azalmaların olmasının müəyyən edildiyi qeyd edilmiş və bu hal Ərizəçi MMC-nin maraqlı şəxslər qarşısında olan öhdəliklərinin ödəmə qabliyyətində olmaması kimi qiymətləndirilə bilməz. Dördüncü, işin materiallarındakı ərizəçinin təqdim etdiyi siyahıya əsasən debitorlarının ona ümumilikdə 802.496,43 manat borcunun mövcudluğu qeyd edilsə də, ərizəçi tərəfindən həmin debitor borcunun tələb edilərək müəssisəyə qaytarılması və beləliklə də, kreditor borclarının müəyyən hissəsini əhatə edən və kifayət qədər yüksək məbləğlərin müəssisəyə qaytarılması istiqamətində hər hansı işlərin aparıldığı, müvafiq və zəruri addımların atıldığı da, işin materiallarından aydın olmur. Beşinci, görünür ki, ərizəçi işə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* saylı 22 aprel 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” QƏRARİNİ əlavə etmişdir. Həmin qərardan görünür ki, ********* saylı cinayət işi rədd edilərkən qanuni qüvvəsini almamış Şirvan Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, e-2-2(121)-38/2021 saylı qətnaməsinə istinad olunmuşdur. Altıncı, işin materiallarından göründüyü kimi (İİ cild i.v 46-56), cəmi 6.311.222,69 manat məbləğində kreditor borcun ödənilməsi üçün ödəmə qabiliyyətinin olmamasını iddia edən ərizəçinin, ümumi dəyəri 31.392.000 manat olan, İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesi ünvanında yerləşən əmlak kompleksi başqa hüquqi şəxslərin müvafiq Bank qarşısında kredit öhdəliklərinin təminatı məqsədilə ipoteka ilə yüklü edilmiş, son nəticədə öhdəliklər yerinə yetirilmədiyi üçün həmin əmlakın hesabına borc ödənilmişdir. Lakin kredit öhdəlikləri üçün 31.392.000 manat dəyərində olan əmlakından məhrum olan ərizəçinin borcalan hüquqi şəxslərə qarşı tələb hüququnun olub-olmaması işin materiallarından müəyyən edilmir. Yeddinci, Ərizəçi kreditorları qarşısında ödəmə qabliyyətində olmasını özüdə etiraf etmişdir. Belə ki, Ərizəçi direktoru Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, "xxxx" MMC-nin müflisləşməsi ilə bağlı hal-hazırda icraatınızda olan mülki işlə əlaqədar tələbkar Maraqlı şəxs5 Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə işin məhkəmədən kənar qaydada həlli istiqamətində müzakirələr aparılır və mübahisəli məsələni qəti həlli üçün zamana ehtiyac var. Ona görədə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasını təxirə salınmasına dair qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Göründüyü kimi LPO olan Maraqlı şəxs5 ASC-nə 3 000 000 dollara yaxın börcu olan ərizəçi tələbkar Maraqlı şəxs5 Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə işin məhkəmədən kənar qaydada həlli istiqamətində müzakirələr aparılır və mübahisəli məsələni qəti həlli üçün zamana ehtiyaclarının olmasını bildirərək məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Bu isə o deməkdir ki, ərizəçi "xxxx" MMC kreditorları qarşısında hələ ödəmə qabiliyyətindədir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən də, maraqlı şəxs ləğv prosesində olan Maraqlı şəxs5 ASCnin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, e-2-2(121)- 38/2021 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsinə dair ərizəsi təmin edilməməlidir. Həmçinin apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyərləri olan 250 (50+200=250) manat pul vəsaiti Ərizəçi MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Maraqlı şəxs ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, e-2-2(121)-38/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsinə dair ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 15 (on beş) manat məbləğində pul vəsaiti Ərizəçi MMC-dən tutularaq, ləğv prosesində olan Maraqlı şəxs5 ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyər olan 250 manat pul vəsaiti Ərizəçi MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.