Məhkəmə qərarları › İş №2-2(115)-205/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-205/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-205/2020 16.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi,İddiaçı Qapalı X1mayan kredit təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC X6 təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı QSC X6 təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1640 manat əsas borcun, 96 manat faiz borcunun, cəmi 1736 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC X6 təşkilatına ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-538/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon sakini, Cavabdeh ilə İddiaçı QSC X6 Təşkilatının Bərdə filialı arasında pambıq istehsalı üçün 10 ay müddətinə illik 10 faizlə 10 030 manat məbləğində kredit verilməsinə dair xx xxxxxx 2018- tarixli 291/18pk saylı kredit müqaviləsi bağlanmış, faktiki olaraq Cavabdeh 7210 manat kredit verilmişdir. Cavabdeh ilə bağlanmış müqavilənin 2.2.2-ci bəndinə görə borcalan öhdəlik daşıyır :2.2.2.c. “Xam pambığın yığılması ilə tədarükünə dair təlimat’ın tələblərinə uyğun olaraq istehsal etdiyi xam yalnız Tədarükçüyə təhvil vermək; 2.2.2.d. Məhsulu pambıq mövsümü ilində vaxtında və tam həcmdə təhvil verilməsini təmin etmək; 2 2.2.f. Xam pambığı digər fiziki və hüquqi şəxslərə satmamaq; 2 2.2.g. Borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək; 2.2.2.k. Bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və -"A əl ərin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal borcverənə məlumat vermək. Cavabdeh ilə X4 filialı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 291/18pk saylı kredit müqaviləsinin 2.2.lb bəndinə əsasən pambıq istehsalı üçün borcverəndən götürdüyü krediti vaxtında ödəməlidir. Lakin cavabdeh bağlanmış kredit müqaviləsinin yuxanda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında öhdəliyi icra etməmişdir.Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 7210 manat kredit borcundan 5570 manat əsas, hesabblanmış faiz borcundan 476 manat faiz borcu ödəniş etmişdir. Bununla da cavabdeh kredit əsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh təşkilata olan əsas borcu 1640 manat, faiz borcu 96 manat təşkil edir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 291/18pk saylı kredit müqaviləsinin surətindən görünür ki, borcverən İddiaçı kredit təşkilatı borcalan Cavabdeh 10 030 manat kredit verməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli, 150 saylı bildirişdən görünür ki, cavabdeh yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İddiaçı QSC X6 təşkilaatının xx xxxxxxxx 2019-cu il tarixli məlumat cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya əsas borc üzrə 1736 manat, faiz borcu üzrə 96 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC X6 təşkilatı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli 291/18-pk saylı kredit bağlanmış, borcverən İddiaçı QSC BOKT borcalan Cavabdeh nəğd pul kreditə vermişdir. Verilən pul məbləğindən cavabdeh tərəfindən ödənişlər olmuş, son olaraq iddiaçıya əsas borc üzrə 1736 manat, faiz borcu üzrə 96 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1640 (min altı yüz qırx) manat əsas borc, 96 (doxsan altı) manat faiz borcu, ümumilikdə 1736 (min yeddi yüz otuz altı) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutlaraq İddiaçı QSC X6 Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar