Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-207/2020 16.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi,İddiaçı Qapalı X2mayan kredit təşkilatının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC X8 təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı QSC X8 təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13 299 manat əsas borcun, 435 manat faiz borcunun, cəmi 13 734 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC X8 təşkilatına ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-507/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon sakini, Cavabdeh ilə İddiaçı QSC X8 Təşkilatının Bərdə filialı arasında pambıq istehsalı üçün 12 ay müddətinə illik 10 faizlə 24 950 manat məbləğində kredit verilməsinə dair xx xxxxxx 2018- tarixli 19/18pk saylı kredit müqaviləsi bağlanmış, faktiki olaraq Cavabdeh 18247 manat kredit verilmişdir. Cavabdeh ilə bağlanmış müqavilənin 2.2.2-ci bəndinə görə borcalan öhdəlik daşıyır :2.2.2.c. “Xam pambığın yığılması ilə tədarükünə dair təlimat’ın tələblərinə uyğun olaraq istehsal etdiyi xam yalnız Tədarükçüyə təhvil vermək; 2.2.2.d. Məhsulu pambıq mövsümü ilində vaxtında və tam həcmdə təhvil verilməsini təmin etmək; 2 2.2.f. Xam pambığı digər fiziki və hüquqi şəxslərə satmamaq; 2 2.2.g. Borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək; 2.2.2.k. Bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və -"A əl ərin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal borcverənə məlumat vermək. Cavabdeh ilə X5 filialı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 19/18pk saylı kredit müqaviləsinin 2.2.lb bəndinə əsasən pambıq istehsalı üçün borcverəndən götürdüyü krediti vaxtında ödəməlidir. Lakin cavabdeh bağlanmış kredit müqaviləsinin yuxanda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında öhdəliyi icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 18247,0 manat kredit borcundan 4948.0 manat əsas, hesabblanmış faiz borcundan 1563.0 manat faiz borcu ödəniş etmişdir. Bununla da cavabdeh kredit əsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh təşkilata olan əsas borcu 13299.0 manat, faiz borcu 435 manat təşkil edir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehin vəkili X1 xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiklərini, nəzərdə tutulan pambığın əldə edilmədiyini, iddiaçı tərəfin qarşılamalı olduğu xərcləri də cavabdeh tərəfin qarşıladığını və kredit borcu ilə bağlı ödənişlər etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 19/18-pk saylı kredit müqaviləsinin sur\tindən görünür ki, borcverən İddiaçı kredit təşkilatı borcalan Cavabdeh 24 950 manat kredit vermişdir. xx xxxxxx 2019-cu il tarixli, 152 saylı bildirişdən görünür ki, cavabdeh yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İddiaçı QSC X8 təşkilaatının xx xxxxxx 2020-ci il tarixli məlumat cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya 12 324,92 manat əsas məbləğ üzrə ödənilməmiş borcu qalmışdır. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC X8 təşkilatı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli 19/18-pk saylı kredit bağlanmış, borcverən İddiaçı QSC BOKT borcalan Cavabdeh nəğd pul kreditə vermişdir. Verilən pul məbləğindən cavabdeh tərəfindən ödənişlər olmuş, son olaraq iddiaçıya 12 324,92 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12324,92 (on iki min üç yüz iyirmi dörd manat doxsan iki qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutlaraq İddiaçı QSC X8 Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-207/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-207/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver