Məhkəmə qərarları › İş №2-2(117)-225/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-225/2020

22.05.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-225/2020 22.05.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh Qəbələ Regional X3rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 X4 X2 Meşəbəyliyinin 99-cu kvartalının 16-cı bölməsində yerləşən 0,80 ha torpaq sahəsinin istirahət rekreasiya məqsədilə istifadəsinə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ Regional X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 X4 X2 Meşəbəyliyinin 99-cu kvartalının 16-cı bölməsində yerləşən 0,80 ha torpaq sahəsinin istirahət rekreasiya məqsədilə istifadəsinə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildi və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Bundan əlavə məhkəmə tərəfindən iddiaçıya növbəti dəfə məhkəməyə müraciət etməsi ilə əlaqədar izah olunur ki, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq meşə fonduna məxsus torpaq sahəsinin icarəsinə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 X4 X2 Meşəbəyliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 1998-ci il tarixli, 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası”nın 2-ci bəndinə əsasən meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Qeyd edilən normanın tələbindən göründüyü kimi, meşə fondu torpaqlarının icarəyə verilməsi səlahiyyətini inzibati orqan həyata keçirdiyindən və torpaq sahəsi icarəyə verilməmişdən əvvəl həmin orqanın müvafiq araşdırma aparması və rəy verilməsi ilə bağlı inzibati faəliyyəti mövcud olduğundan hazırkı mübahisəyə kommersiya məhkəmələri tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılmalı və iddiaçı növbəti dəfə məhkəməyə müraciət edərkən məhkəmə aidiyyəti məsələsinə diqqət yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qəbələ Regional X3rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 X4 X2 Meşəbəyliyinin 99-cu kvartalının 16-cı bölməsində yerləşən 0,80 ha torpaq sahəsinin istirahət rekreasiya məqsədilə istifadəsinə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar