Məhkəmə qərarları › İş №2-2(119)-257/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-257/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-257/2021 07.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 20 iyun 2016-cı il tarixli, 108050-1-4174/6/2 saylı kredit müqaviləsi üzrə 10.01.2018-ci il tarixə Banka borclu olduğu 1.018.968,02 (bir milyon on səkkiz min doqquz yüz altmış səkkiz manat, 02 qəpik) manat məbləğində əsas borc, 103.413,50 (yüz üç min dörd yüz on üç manat 50 qəpik) manat məbləğində faiz borcu, 100.572 (yüz min beş yüz yetmiş iki) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.222.953,52 (bir milyon iki yüz iyirmi iki min doqquz yüz əlli üç manat 52 qəpik) manat məbləğində pulun, həmçinin,30 (otuz) manat məbləğində məhkəmə üçün və 30 (otuz) manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun müştərək qaydada “xxxx” MMC, “xxxx” MMC və Cavabdeh3İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğin İddiaçı ASC ilə“xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçıASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 30.10.2012-ci il tarixli, 108050-1-4174 saylı “Baş kredit razılaşması” əsasında Bank“xxxx” MMC-nə 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”nın şərtlərinə uyğun olaraq Bank ilə “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən “xxxx” MMC-nə cari fəaliyyətinin maliyələşdirilməsi məqsədi üçün illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən “xxxx” MMC-nə investisiya məqsədi üçün istifadə edilmiş məbləğə illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bundan başqa, Bank ilə “xxxx” MMC arasında bağlanmış “13.03.2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 22 yanvar 2016-cı il tarixli, 1 saylı Razılaşmaya əsasən bank tərəfindən kredit alana 100.000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Daha sonra, Bank ilə “xxxx” MMC arasında bağlanmış “13.03.2015ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə və 13.03.2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 24 may 2016-cı il tarixli, 1 saylı Razılaşmaya əsasən “xxxx” MMC-nin Banka 24.05.2016cı il tarixə hər iki kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılmış və “xxxx” MMC cəmi 702.494,73 ABŞ dolları məbləğində borcu illik 10 faiz hesablanması şərti ilə 60 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra, Bank ilə “xxxx” MMC arasında bağlanmış “13.03.2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə və 13.03.2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 20 iyun 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən “xxxx” MMC-nin 20.06.2016-cı il tarixə banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnə ilə (ABŞ dollarından 1,5245 məzənnə ilə manata) konvertasiya edilərək 1.070.953,22 manat məbləğində müəyyən edilmiş və “xxxx” MMC illik 18 faiz hesablanması şərti ilə 59 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş və “Baş kredit razılaşması”na əsasən kredit müqavilələrinin təminatı kimi Bank ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30.10.2012-ci il tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə “xxxx” MMC-nə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, “Baş kredit razılaşması” üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə “xxxx” MMC 30 oktyabr 2012ci il tarixli, 108238-G_RAN-39 saylı “Zaminlik müqaviləsi” əsasında “xxxx” MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin, “Baş kredit razılaşması” üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 31 oktyabr 2012-ci il tarixli, 108237-7-2820 saylı “Zaminlik müqaviləsi” əsasında “xxxx” MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bundan əlavə, verilmiş kreditin təminatı üsulu kimi, bankla “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallar bankın xeyrinə girov qoyulmuşdur. İddia tələbi onunla əsaslandırılır ki, borclu “xxxx” MMC üzərinə götürdüyü kredit öhdəliklərini 20.04.2017-ciil tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu, 100.572 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.222.953,52 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. İddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1, 442, 385.1 və 462.1-ci maddələrinə istinad edilmişdir. İddia ərizəsi daha sonra onunla əsaslandırılır ki, Bank ilə “xxxx” MMC və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin tələbinə görə «Kredit alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, «Zamin» «Kredit alan» ilə birlikdə Bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. İddia ərizəsində Mülki Məcllənin 472-ci maddəsinə istinad edilməklə göstərilir ki, tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən “xxxx” MMC, “xxxx” MMC və Cavabdeh3 Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə “xxxx” MMC, “xxxx” MMC və Cavabdeh3 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, Bank ilə “xxxx” MMC arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetlərinə ödəniş yönəltmək hüququ vardır. Bank ilə “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, girov saxlayanının tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyalara yönəldilməlidir. Belə ki, cavabdehlər “xxxx” MMC, “xxxx” MMC və Cavabdeh3 kredit müqavilələri üzrə borcu qaytarmalı olduqlarına dair vəzifələrini icra etməmələri nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə zərər çəkmişdir. İddiaçı hesab edir ki, dövlət rüsumları da, cavabdehlər “xxxx” MMC, “xxxx” MMC və Cavabdeh3 tutulmalıdır. Daha sonra ilkin iddia üzrə Cavabdeh3 İddiaçı ASC-yə qarşı zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin «xxxx» MMC, «xxxx» MMC və ona qarşı iddia tələbinin qismən, zamin kimi ona qarşı hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ASC ilə «xxxx» MMC arasında bağlanmış 30.10.2012-ci il tarixli «Baş kredit razılaşması» üzrə onun zaminliyinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddia ərizəsində İddiaçı ASC-nin iddia ərizəsində sadalanan işin hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, bankla onun arasında bağlanmış 31.10.2012-ci il tarixli, 108237-7-2820 saylı «Zaminlik müqaviləsi»nin predmeti bankla borcalan «xxxx» MMC arasında bağlanmış 30.10.2012-ci il tarixli, 108050-1-4174 saylı «Baş kredit razılaşması»ndan irəli gələn öhdəliklərin təminatıdır. Sözügedən «Baş kredit Razılaşması»nın məzmunundan göründüyü kimi, həmin razılaşma ilə bank «Kredit alan»a 120 ay mddətinə, 5 000.000 ABŞ dolları məbləğində kredit xətti açır. Bu razılaşma bankın «kredit alan»a kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cı bənd nəzərə alınaraq kredit(lər) bu razılaşma əsasında tərəflər arasında «Kredit müqaviləsi» və «Bank qarantiyasının verilməsinə dair Razılaşma», o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. «Baş kredit razılaşması»nın 2.3-cü bəndində göstərilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqaviləsi(ləri) ilə müəyyən edilir. Göründüyü kimi, «Baş kredit razılaşması»nda bank tərəfindən «kredit alan»a kredit verilməsi öhdəliyi götürülmür, gələcəkdə veriləcək kreditlərin ayrıca bağlanacaq kredit müqavilələri ilə verilməsi nəzərdə tutulur. Baş kredit razılaşmasında konkret olaraq verilməsi razılaşdırılan kredit məbləği, faiz dərəcəsi, müddəti, qaytarılma şərtləri, ödəniş qrafiki və s. kredit müqaviləsi üçün əsas sayılan şərtlər nəzərdə tutulmamışdır. 31.10.2012-ci il tarixli 108237-7-2820 saylı «Zaminlik müqaviləsi» isə yalnız - bankla borcalan «xxxx» MMC arasında bağlanmış 30.10.2012-ci il tarixli, 108050-1-4174 saylı «Baş kredit Razılaşması»ndan irəli gələn öhdəliklərin təminatı kimi nəzərdə tutulmaqla, həmin tarixdə və ondan sonra bankla “kredit alan” arasında bağlanılmış “kredit müqavilə”ləri və onlara əlavə və dəyişikliklər edilməsinə dair heç bir razılaşmada nəzərdə tutulan öhdəliklərin təminatı deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, bankla “kredit alan” müəssisə arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqavilələri və həmin müqaviləyə əlavə və dəyişikliklərə dair 24.05.2016-cı il tarixli və 20.06.2016-cı il tarixli, 1 saylı və 2 saylı razılaşmalardan Cavabdeh3 məlumatı olmamış, həmin müqavilə və razılaşmalarda “xxxx” MMC-nin üzərinə götürdüyü öhdəliklərə Cavabdeh3 zamin olmamışdır. Məhz bankla “xxxx” MMC arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqavilələrində bank tərəfindən verilən kreditin məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və şərtləri müəyyənləşdirilmiş, sonradan həmin müqavilələrə dair 1 saylı və 2 saylı razılaşmalarda kreditin qaytarılması şərtlərində dəyişikliklər edilmiş, qaytarılma müddəti uzadılmış, faiz dərəcəsi artırılmış və s. mühüm şərtlər dəyişdirilmişdir. Bütün bu dəyişiklik və əlavələr isə onun iştirakı, məlumatı və razılığı olmadan bankla «kredit alan» arasında bağlanmış razılaşmalarda öz əksini tapdığından, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, o zamin olaraq «kredit alan»ın bank qarşısında sözügedən kredit müqaviləsi və razılaşmalarla götürdüyü öhdəliklərə görə məsuliyyət daşımır. Qarşılıqlı iddia ərizəsində Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il, 4 sentyabr tarixli qərarında əks edilmiş hüquqi mövqeyinə istinadl edilməklə göstərilir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Sözügedən qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Yuxarıda şərh olunan xüsusatlardan və sadalanan maddi hüquq normalarının tələblərindən, Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında şərh olunan hüquqi mövqeyindən göründüyü kimi, bankla Cavabdeh3 arasında bağlanmış 31.10.2012-ci il tarixli «Zaminlik müqaviləsi» yalnız Bankla «xxxx» MMC arasında bağlanmış «Baş kredit razılaşması»nın təminatı kimi nəzərdə tutulduğundan, həmin «Baş kredit razılaşması»nda verilməsi nəzərədə tutulan kreditin faiz dərəcəsi və qaytarılma şərtləri nəzərdə tutulmadığından, sonradan Bankla kreditalan «xxxx» MMC arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqavilələrində faiz dərəcəsi müəyyənləşməsinə baxmayaraq, zamin kimi həmin kredit razılaşmalarına Cavabdeh3 razılığı alınmadığından, sonradan - 24.05.2016-cı il tarixli və 20.06.2016-cı il tarixli «Kommersiya krediti razılaşmalarına əlavə və dəyişikliyə dair» razılaşmalarla, Cavabdeh3 razılığı və zaminliyi olmadan artıq götürülmüş kredit məbləğlərinin qaytarılması şərtləri, faiz dərəcəsi, müddəti, valyutası dəyişdirildiyindən və yuxarıda sadalanan işin digər mühüm hallarına istinadla qeyd edir ki, hazırki iş üzrə bankın iddia tələbinin zaminə yəni, Cavabdeh3 qarşı yönəlməsi hissəsi rədd edilməli, həmçinin, sadalanan xüsusatlar və hazırki qarşılıqlı iddia tələbi nəzərə alınmaqla, bankla Cavabdeh3 arasında bağlanmış «Baş kredit razılaşması» üzrə Cavabdeh3 zaminliyinə xitam verilməsinə dair qətnamə qəbul olunmalıdır. İş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olarkən İddiaçı ASC-nin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməklə onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh3 arasında 31 oktyabr 2012-ci il tarixli, 108237-7-2820 saylı “Zaminlik müqaviləsi” bağlanmış, həmin müqavilənin nüsxələrindən biri Bankda saxlanılmış, digəri isə zamin Cavabdeh3 təqdim olunmuşdur. Müqvilənin bağlanılmasında Cavabdeh3 şəxsən iştirak etmiş və onu imzalamaqla, müqavilə şərtlərindən məlumatlı olmuşdur.Zaminlik müqaviləsinin Cavabdeh3 təqdim edildiyi 31.10.2012-ci il tarixi onun hüquqlarının “pozulduğunu” bildiyi və ya bilməli olduğu tarixdir və o, 2019-cu ilin yanvar ayında qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməklə (təxminən 7 ildən artıq müddət sonra) iddia müddətini ötürmüşdür. Halbuki, Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, iddia tələbini uzun müddət keçdikdən sonra irəli sürmüşdür. Bu səbəbdən Mülki Məcəllənin 372, 372.2, 373.2, 354.2, 375.2 və 377-ci maddələri baxımından Cavabdeh3 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 və sonuncu iclasda iştirak edən X4 ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, Cavabdeh3 «xxxx» MMC-nin təsisçisi kimi bütün kredit müqavilələrinin şərtlərindən məlumatlı olduğunu bildirməklə, habelə iddia müddəti tətbiq olunmaqla ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsində göstərilən hallara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına istinad etməklə İddiaçı ASC-nin «xxxx» MMC, «xxxx» MMC və Cavabdeh3 qarşı iddia tələbinin qismən, zamin kimi Cavabdeh3 qarşı hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ASC ilə «xxxx» MMC arasında bağlanmış 30.10.2012-ci il tarixli «Baş kredit razılaşması» üzrə Cavabdeh3 zaminliyinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəkil izahatında həmçinin iddia müddətinin tətbiqi barədə ərizənin əsassız olduğunu, 31.10.2012-ci il tarixi zaminlik müqaviləsi bağlanılan zaman öz-özlüyündə Cavabdeh3 hüquqlarını pozmadığını, yalnız iddiaçı tərəfindən qeyd edilən müqavilənin şərtlərinə istinad olunmaqla ona qarşı hazırkı iddia tələbi irəli sürülərkən hüquqlarını pozduğunu bildiyini, buna görə də iddia müddətinin keçmədiyini bildirmişdir. Cavabdehlər “xxxx” MMC və “xxxx” MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materialları tədqiq edib, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılqılı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 108050-1-4174 saylı Baş kredit razılaşmasından görünür ki, Bank “xxxx” MMC-nə 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin razılaşmanın 2.2 və 2.3-cü bəndlərinə əsasən “Bank” bu razılaşma və həmin razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini 30 oktyabr 2012-ci il tarixdən 30 oktyabr 2022-ci il tarixədək açır və verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və razılaşmanın ayrılmaz hissəsi olan kredit müqaviləsi(ləri) ilə müəyyən edilir. Razılaşmanın 2.6-cı bəndi nəzərdə tutur ki, həmin kredit xətti “Bank”ın məqbul hesab etdiyi girovla/ipoteka və digər təminat ilə Kredit alan və/və ya üçüncü şəxslər tərəfindən təmin edilir. Tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”nın şərtlərinə uyğun olaraq Bank ilə “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən “xxxx” MMC-nə cari fəaliyyətinin maliyələşdirilməsi məqsədi üçün illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə tərəflər arasında bağlanılmış 13 mart 2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən “xxxx” MMC-nə investisiya məqsədi üçün istifadə edilmiş məbləğə illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Daha sonra Bank ilə “xxxx” MMC arasında bağlanmış 22 yanvar 2016-cı il tarixli “13.03.2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 1 saylı Razılaşmaya əsasən qeyd edilən “Bərpa olunan kredit xətti müqaviləsi”nin 2.1-ci bəndi dəyişdirilərək bank tərəfindən kredit alana 100.000 ABŞ dolları məbləğində bərpa olunan kredit xəttinin açılması müəyyən edilmiş, müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır. Bundan əlavə, Bank ilə “xxxx” MMC arasında bağlanmış “13.03.2015-ci il tarixli 108050-1- 4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə və 13.03.2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 24 may 2016-cı il tarixli, 1 saylı Razılaşmaya əsasən “xxxx” MMC-nin banka 24.05.2016-cı il tarixə yuxarıda qeyd edilən hər iki kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılmış və “xxxx” MMC cəmi 702.494,73 (yeddi yüx iki min dörd yüz doxsan dörd dollar 73 sent) ABŞ dolları məbləğində borcu illik 10 faiz hesablanması şərti ilə 60 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Bank ilə “xxxx” MMC arasında bağlanmış “13.03.2015-ci il tarixli, 108050-1- 4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə və 13.03.2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 20 iyun 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən “xxxx” MMC-nin 20.06.2016-cı il tarixə banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnə ilə konvertasiya edilərək 1.070.953,22 manat məbləğində müəyyən edilmiş və “xxxx” MMC illik 18 faiz hesablanması şərti ilə 59 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan Bank ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə “xxxx” MMC-nə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, “Baş kredit razılaşması” üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə “xxxx” MMC 30 oktyabr 2012-ci il tarixli, 108238-G_RAN-39 saylı “Zaminlik müqaviləsi” əsasında “xxxx” MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan dövriyyədəki malların girov müqaviləsindən görünür ki, verilmiş kreditin təminatı üsulu kimi, bankla “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallar bankın xeyrinə girov qoyulmuşdur. İş materiallarında olan 31 oktyabr 2012-ci il tarixli, 108237-7-2820 saylı “Zaminlik müqaviləsi”nin 2.1 və 2.2-ci bəndlərindən görünür ki, zamin Cavabdeh3 İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 108050-1-4174 saylı “Baş kredit razılaşması” və qeyd edilən “Baş kredit razılaşması”nın ayrılmaz tərkib hissəsi olan müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləri (zaminliklə təmin edilmiş öhdəlik) icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin 2.5-ci bəndində göstərilir ki, 30 oktyabr 2012-ci il tarixli, 108050-1-4174 saylı “Baş kredit razılaşması”nın və qeyd edilən “Baş kredit razılaşması”nın ayrılmaz tərkib hissəsi olan “Kredit müqaviləsi”nin, o cümlədən Bərpa olun(may)an Kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Eyni zamanda zamin qeyd edilən müqavilənin 3.4.4-cü maddəsinə əsasən Cavabdeh3 zamin kimi “zaminliklə təmin edilmiş öhdəliyin dəyişdirilməsinə, dəyişdirmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olub olmamasından asılı olmayaraq, habelə zaminliklə təmin edilmiş öhdəliyin başqa şəxsə keçməsinə etiraz etməməyi; 3.4.7-ci maddəsinə əsasən isə müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi” öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, “xxxx” MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10.01.2018-ci il tarixinə 1.222.953,52 manat kredit borcu vardır. İş materiallarında olan pretenziya və bildiriş məktublarının surətlərindən görünür ki, cavabdehlərə müqavilə şərtlərini pozulması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.08.2019-cu il tarixli, 10061 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “xxxx” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 13.03.2015-ci il tarixli, 108050-1-4174/5 saylı kommersiya kredit müqaviləsi, 13.03.2015-ci il tarixli, 108050-1-4174/6 saylı bərpa olunan kredit xətti müqaviləsi, 22.01.2016-cı il tarixli, 01 saylı razılaşma, 24.05.2016-cı il tarixli, 01 saylı razılaşma və 20.06.12016-cı il tarixli 02 saylı razılaşmanın şərtləri əsas götürülməklə “xxxx” MMC-nin 19.02.2018-ci il tarixə banka olan borcu 1.122.381,52 manat, o cümlədən 1.018.968,02 manat əsas, 103.413,50 manat faiz borcu təşkil edir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası üzrə “xxxx” MMC tərəfindən verilmiş M206/20, 24.09.2020-ci il tarixli “Qiymətləndirmə Hesabat” ilə “xxxx” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin orta bazar qiymətinin 1.630.000,00 manat, likvid dəyərinin isə 1.500.000 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəllənin borc müqaviləsinin anlayışını nəzərdə tutan 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə verilən borc pul vəsaitidir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. İşin yuxarıda qeyd edilən hallarından və iş üzrə sübutlardan görünür ki, borclu – kredit alan “xxxx” MMC kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir və onun kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit borcu yaranmışdır. Mülki Məcəllənin 425.1. maddəsinə əsasən ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddia tələbinin cavabdeh – borclu “xxxx” MMC-yə dair hissəsi işin yuxarıda qeyd edilən halları və qanunvericiliyin sadalanan normaları ilə tam sübuta yetirilir. Həmçinin, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Həmin Qanunun 34-cü maddəsinin şərtlərinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, habelə ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Qeyd edilən qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bundan əlavə, Mülki Məcəllənin 300-cü maddəsinə əsasən dövriyyədəki malların girovu (maddə 300.0.6) girovun növlərindən biridir. Həmin Məcəllənin 295-ci maddəsi nəzərdə tutur ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin yuxarıda qeyd edilən hallarına və Bank ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nin, habelə bankla “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nin şərtlərinə əsasən “xxxx” MMC tərəfindən öhdəliklər icra edilmədiyindən iddiaçının iddia tələbi tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması, habelə tutulmalı olan məbləğin “xxxx” MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan (müqavilənin 1 saylı Əlavəsində göstərilən) dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçıASC-nə ödənilməsinə dair hissələrdə də əsaslıdır. Məhkəmə ilkin iddia ərizəsinin Cavabdeh3 qarşı sürülmüş tələbə dair hissəsinə, habelə sonuncunun qarşılıqlı iddia ərizəsinin zaminliyə xitam verilməsinə dair hissəsinə münasibətdə isə aşağıdıkaları qeyd etməyi zəruri hesab edir. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, Bank tərəflər arasında bağlanılmış 31.10.2012-ci il tarixli “Zaminlik müqaviləsi”nə, habelə müqavilənin 2.5-ci maddəsinə istinad etməklə Cavabdeh3 qarşı da borcun ödənilməsi tələbini irəli sürür. Cavabdeh3 isə Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə istinad etməklə, “Baş kredit razılaşması”nda verilməsi nəzərədə tutulan kreditin faiz dərəcəsi və qaytarılma şərtləri nəzərdə tutulmadığından, habelə sonradan bağlanmış kredit razılaşmalarına onun razılığı alınmadığından, onun razılığı və zaminliyi olmadan artıq götürülmüş kredit məbləğlərinin qaytarılması şərtləri, faiz dərəcəsi, müddəti, valyutası dəyişdirildiyindən onun zaminliyinə xitam verilməsini tələb edir. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin məcəllənin “Zaminin məsuliyyəti” adlanan 472-ci maddəsinin şərtlərinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən isə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04.09.2012-ci iltarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31.05.2018-ci il tarixli qərarına əsasən “...zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur” X2 Məhkəməsi özünün hüquqi mövqeyini belə əsaslandırmışdır ki, “...Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçnin göstərmişdir ki, “...zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır”. Məhkəmə hazırkı işin hallarını Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqeyini Mülki Məcəllənin zaminliklə bağlı normalarını qarşılıqlı şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, hazırkı işdə Cavabdeh3 zaminliyinə xitam verilməsi üçün Mülki Məcəllədə və Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərarında nəzərdə tutulan dispozisiya şərtləri müəyyən olunmamışdır. Belə ki, V.Y. Sultanov qarşılıqlı iddia ərizəsində Bank ilə kredit alan arasında bağlanılan kredit müqaviləsindən və həmin müqaviləyə əlavə və dəyişiklərdən məlumatı olmadığını, onun razılığının alınmadığını bildirsə də həmin dəlillər iş materialları ilə təkzib olunur. Əksinə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 kredit alan “xxxx” MMC-nin təsisçisi olmaqla bütün bağlanan müqavilələrdən məlumatı olmuş və hətta pulun bir hissəsini bankdan götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh3 özü fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçməklə (VÖEN №**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, kommersiya hüquqi şəxslərinin dövlət reyesterindən verilmiş 12.10.2012-ci il tarixli çıxarışa əsasən nizamnamədə 50% paya malik olmaqla kredit alan “xxxx” MMC-nin (VÖEN №**********) iki təsisçisindən biridir. “xxxx” MMC-nin nizamnaməsinin 9.1-ci bəndinə əsasən cəmiyyətin ali idarə orqanı cəmiyyətin təsisçilərinin ümumi yığıncağıdır. Həmin Nizamnamənin 9.2-ci bəndinin sonuncu abzasına görə isə bank krediti və digər kreditlərin götürülməsinə dair qərarların verilməsi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. “xxxx” MMC-nin təsisçilərinin 01.10.2012-ci il tarixli qərarından görünür ki, “xxxx” MMC tərəfindən dövriyyə vəsaitlərinin alınması üçün 550000 USD məbləğində 36 ay müddətinə İddiaçı ASC-dən kredit götürülməsi qərara alınmışdır. “xxxx” MMCnin təsisçilərinin 19.02.2015-ci il tarixli qərarı ilə İddiaçı ASC-dən avadanlıqların alınması və həmin bankda aktiv kreditlərin bağlanması üçün 60 ay müddətinə (12 ay güzəşt) 600.000 USD kreditə müraciət olunması, İddiaçı ASC-dən avadanlıqların alınması məqsədi ilə 200.000 USD kredit xətti üçün müraciət olunması qərara alınmışdır. “xxxx” MMC-nin təsisçilərinin 01.04.2016ci il tarixli qərarı ilə İddiaçı ASC-dən alınmış kreditləri kapitallaşdırmaq, aylıq ödənişi 12.000 USD təyin etmək və 60 ay müddətinə uzatmaq və qalıq məbləği müddətin sonuna təyin edilməsi üçün müraciət olunması qərara alınmışdır. “xxxx” MMC-nin təsisçilərinin 02.05.2016-ci il tarixli qərarı ilə İddiaçı ASC-dən alınmış kreditlərin USD dollarında olan qalığının AZN valyutasına keçirilməsi üçün müraciət olunması qərara alınmışdır. İş materiallarında olan 16.05.2013-cü il tarixli və 17.03.2015-ci il tarixli çeklərin surətindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-dən kredit üzrə pulun bir hissəsini bankdan şəxsən götürmüşdür. Göründüyü kimi, hazırkı işin halları baxımından Cavabdeh3 nəinki onun qarşılıqlı iddia ərizəsində göstərdiyi kimi, “məsuliyyətinin artması və ya digər əlverişsiz nəticələrə səbəb olan” kredit müqavilələrindən məlumatsız olmuşdur, əksinə borc alan “xxxx” MMC-nin təsisçisi kimi onun adından qəbul edilmiş qərarlarla həmin müqavilələrin şərtlərini (kreditin məbləği, müddəti, faiz dərəcəsi və s.) əvvəlcədən İddiaçı ASC-yə təklif edilməsində iştirak etmişdir. Həmçinin, həmin müqavilələr üzrə öhdəliyin həcmi “Baş kredit razılaşması”nda nəzərdə tutulan hədd (120 ay müddətinə 5.000.000 ABŞ dolları) daxilində olmuşdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib prinsiplərindən biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində də təsbit edilmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında bağlanılmış 31.10.2012-ci il tarixli “Zaminlik müqaviləsi” üzrə zaminliyə xitam verilməsi üçün Mülki Məcəllədə və Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərarında nəzərdə tutulan dispozisiya şərtləri müəyyən olunmadığından, habelə Bankla “xxxx” MMC arasında bağlanılan kredit müqavilələrinin bağlanılması və onun şərtlərinin müəyyənləşdirilməsi zamanı sonuncunun təsisçisi olmaqla yanaşı, əvvəlcədən zamin kimi də məsuliyyətini dərk edən, öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olan fiziki şəxs kimi Cavabdeh3la da mövcud olmuş qarşılıqlı münasibətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, Cavabdeh3 qarşı irəli sürülmüş ilkin iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə eyni zamanda qarşılıqlı iddianın iddia müddəti tətiq edilməklə rədd edilməsi barədə iddiaçının ərizəsni əsaslı hesab etmir. Belə ki, həmin ərizədə Cavabdeh3 məhz hansı iddia müddətini buraxması konkret göstərilməmiş və əsaslandırılmamışdır. Əksinə, cavabdehin nümayəndəsinin dəlilinə əsasən qeyd edilən müqavilə bağlanan zaman onun Cavabdeh3 hüquqlarını pozmaması, yalnız ona qarşı hazırkı iddia tələbi irəli sürülərkən hüquqlarını pozduğunu bilməsi barədə dəlilləri daha ağlabatandır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırkı iş üzrə Cavabdeh3 ilk tələb pretenziya qaydasında 16.08.2017-ci il tarixdə irəli sürülmüş, Cavabdeh3 isə 07.01.2019-cu il tarixdə zaminliyə xitam verilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, ilkin iddia tələbindən göründüyü kimi iddiaçı cavabdehlərdən 20.06.2016-cı il tarixli 108050-1-4174/6/2 saylı əlavə kredit müqaviləsinə görə 100.572 manat məbləğində dəbbə pulunun tutulmasını tələb edir. Məhkəmə, işin yuxarda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini, habelə hazırkı işin 3 ildən artıq müddətdir ki, məhkəmə icraatında olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsi üzrə 10.000 (on min) manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı ödəmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 345 manat təşkil edir. Qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı cavabdehlərə aid edilməli və onlardan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 345 manat məbləğində pul cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 20 iyun 2016-cı il tarixli, 108050-1-4174/6/2 saylı kredit müqaviləsi üzrə 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu və 10.000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.132.381,52 (bir milyon yüz otuz iki min üç yüz səksən bir manat əlli iki qəpik) manat məbləğində pul, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumu müştərək qaydada “xxxx” MMC, “xxxx” MMC-dən və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan ünvan 1 ünvanında 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməli, həmin əmlak kompleksinin ilkin satış qiyməti 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində müəyyən olunmaqla əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçı ASC-nə ödənilməli, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlak kompleksi boşaldılmalı, cavabdehlərdən tutulmalı olan məbləğ İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməli, həmin mallar açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçıASC-nə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər “xxxx” MMC, “xxxx” MMC-dən və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh3 İddiaçı ASC-yə qarşı “zaminliyə xitam verilməsi tələbinə” dair qarşılıqlı iddiası isə rədd edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 20 iyun 2016-cı il tarixli, 108050-1- 4174/6/2 saylı kredit müqaviləsi üzrə 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu və 10.000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.132.381,52 (bir milyon yüz otuz iki min üç yüz səksən bir manat əlli iki qəpik) manat məbləğində pul, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumu müştərək qaydada “xxxx” MMC, “xxxx” MMC-dən və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilsin, həmin əmlak kompleksinin ilkin satış qiyməti 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində müəyyən olunmaqla əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-nə ödənilsin. Daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlak kompleksi boşaldılsın. Cavabdehlərdən tutulmalı olan məbləğ İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilsin, həmin mallar açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçıASC-nə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər “xxxx” MMC, “xxxx” MMC-dən və Cavabdeh3 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********0 ********* hesabına köçürülsün İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh3 İddiaçı ASC-yə qarşı “zaminliyə xitam verilməsi tələbinə” dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar