AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-286/2026 14.04.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, əsas borc, dəbbə pulu, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyiilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında,açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında ##.##.2022-ci il tarixdə ARG-PM-***/******** saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sifarişçi, Bakı şəhərində yerləşən “Aypara Şəhərciyi” layihəsinin ərazisində, passiv yanğın durdurucu sistemlərinin quraşdırılmasına dair işləri, anker dartma testi və Beton döşəməninkəsilməsini,dəliklərinaçılmasınıicraçıyasifarişedir.
2. Müqavilənin 2.1-ci bəndinə görə, icraçı tərəfindən görüləcək işlərin ümumi dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 18 206,49 manat müəyyən olunur və müqavilənin ayrılmaz hissəsi hesabolunan*№-liəlavəyəsmetaşəklindəəlavəedilir.
3. Müqavilənin 2.2-ci bəndinə əsasən, tərəflər həmçinin razılaşır ki, ödənilən məbləğ, X2(ƏDV18%)daxilolmaqlamanatlaödənilir.
4. Müqavilənin 2.3-cü bəndinə əsasən, sifarişçi yekun məbləğdən material pulunun 30%ni, quraşdırılmanın isə 30%-ni müqavilə bağlandığı gündən 5 bank iş günü ərzində avans olaraq ödəyir; 2.4-cü bəndinə görə, icraçı işlərini tam yerinə yetirərkən, tərtib olunmuş akta əsasən sifarişçidən ödəniş tələb edir. Ödənişlər icraçının bank hesabına köçürmə yolu ilə 10 bank iş günüərzindəköçürülməlidir.
5. Müqavilənin 2.5-ci bəndinə görə, icraçı işlərini yerinə yetirərkən tərtib olunmuş akta əsasən elektron-qaimə təqdim etdikdən sonra, sifarişçidən 10 bank iş günü ərzində ödəniş tələb edir. Ödənişin hər gecikmə ayı üçün, ümumi məbləğin 5%-ini icraçıya aylıq kompensasiya şəklindəödəyir.
6. Müqaviləyə ##.##.2024-cü il tarixli ** nömrəli Əlavə ilə, “City Qülləsi”ndə və Alış-veriş X8 sıstemlərınin quraşdırılması (Mineral Woll thickness 5cm (Texnonikol) xidmətinə görə materialın dəyəri 10 217,10 manat, işçiliyin dəyəri 3828,81 manat olmaqla, ümumilikdə 14 045,91manat,ƏDVdaxil16574,17manatmüəyyənedilmişdir.
7. Həmin Əlavə üzrə smetada nəzərdə tutulmuş qiymət razılaşmasında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən ƏDV daxil 16574,17 manat, eyni tarixli, ARG-INV-**-***/** saylı hesab-fakturaya əsasən ƏDV daxil 16574,17 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2407 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 16 574,17 manat olan elektron qaimə-faktura göndərilmişdir.
8. Müqaviləyə ##.##.2024-cü il tarixli ** nömrəli Əlavə ilə, “City Qülləsi”ndə və Alış-veriş X9 sıstemlərınin quraşdırılması (Mineral Woll thickness 5cm (Texnonikol) xidmətinə görə materialın dəyəri 14 903,44 manat, işçiliyin dəyəri 4924,51 manat olmaqla, ümumilikdə 19 827,95manat,ƏDVdaxil23396,98manatmüəyyənedilmişdir.
9. Həmin Əlavə üzrə smetada nəzərdə tutulmuş qiymət razılaşmasında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən ƏDV daxil 23 396,98 manat, eyni tarixli, ARG-INV-**-***/** saylı hesab-fakturaya əsasən ƏDV daxil 23 396,98 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2407 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 23 396,98 manat olan elektron qaimə-faktura göndərilmişdir.
10. Müqaviləyə ##.##.2024-cü il tarixli ** nömrəli Əlavə ilə, “City Qülləsi”ndə və Alış-veriş X9 sistemlərinin quraşdırılması (Mineral Woll thickness 5cm (Texnonikol) xidmətinə görə materialın dəyəri 7123,63 manat, işçiliyin dəyəri 3532,65 manat olmaqla, ümumilikdə 10 656,28 manat,ƏDVdaxil12574,41manatmüəyyənedilmişdir.
11. Həmin Əlavə üzrə smetada nəzərə tutulmuş qiymət razılaşmasında, yerinə yetirilmiş işlərin ** saylı qəbul aktına əsasən ƏDV daxil 12 574,41 manat, eyni tarixli, RG-INV-**-***/** nömrəli ƏDV daxil 12 574,41 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2408 seriyalı, ******** nömrəli, ##.##.2024cüiltarixli,dəyəri12574,41manatolanelektronqaimə-fakturagöndərilmişdir.
12. Müqaviləyə ##.##.2024-cü il tarixli ** nömrəli Əlavə ilə, “City Qülləsi”ndə və Alış-veriş X9 sistemlərinin quraşdırılması (Mineral Woll thickness 5cm (Texnonikol) xidmətinə görə materialın dəyəri 14 505,96 manat, işçiliyin dəyəri 2329,19 manat olmaqla, ümumilikdə 16 835,15manat,ƏDVdaxil19865,48manatmüəyyənedilmişdir.
13. Həmin Əlavə üzrə smetada nəzərə tutulmuş qiymət razılaşmasında, yerinə yetirilmiş işlərin ** saylı qəbul aktına əsasən ƏDV daxil 19 865,48 manat, eyni tarixli RG-INV-**-***/** nömrəli ƏDV daxil 19 865,48 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2409 seriyalı, ******** nömrəli, ##.##.2024cüiltarixli,dəyəri19865,48manatolanelektronqaimə-fakturagöndərilmişdir.
14. Müqaviləyə ##.##.2024-cü il tarixli ** nömrəli Əlavə ilə, “City Qülləsi”ndə və Alış-veriş X9 sistemlərinin quraşdırılması (Mineral Woll thickness 5cm (Texnonikol) xidmətinə görə materialın dəyəri 11 149,55 manat, işçiliyin dəyəri 4600,13 manat olmaqla, ümumilikdə 15 749,68manat,ƏDVdaxil18584,63manatmüəyyənedilmişdir.
15. Həmin Əlavə üzrə smetada nəzərə tutulmuş qiymət razılaşmasında, yerinə yetirilmiş işlərin ** saylı, ##.##.2024-cü il tarixli qəbul aktına əsasən ƏDV daxil 18 584,63 manat, eyni tarixli hesab-fakturaya əsasən ƏDV daxil 18 584,63 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırıılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2409 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 18 584,63 manat olan elektron qaimə-faktura göndərilmişdir.
16. Müqaviləyə ##.##.2024-cü il tarixli ** nömrəli Əlavə ilə, “City Qülləsi”ndə və Alış-veriş X9 sistemlərinin quraşdırılması (Mineral Woll thickness 5cm (Texnonikol) xidmətinə görə materialın dəyəri 5360,95 manat, işçiliyin dəyəri 2647,58 manat olmaqla, ümumilikdə 8008,53 manat,ƏDVdaxil9450,07manatmüəyyənedilmişdir.
17. Həmin Əlavə üzrə smetada nəzərə tutulmuş qiymət razılaşmasında, yerinə yetirilmiş işlərin ** saylı, ##.##.2024-cü il tarixli qəbul aktına əsasən ƏDV daxil 9450,07 manat, eyni tarixli hesab-fakturaya əsasən ƏDV daxil 9450,07 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 9450,07 manat olan elektron qaimə-faktura göndərilmişdir.
18. Müqaviləyə ##.##.2024-cü il tarixli ** nömrəli Əlavə ilə, “City Qülləsi”ndə və Alış-veriş X9 sistemlərinin quraşdırılması (Mineral Woll thickness 5cm (Texnonikol) xidmətinə görə materialın dəyəri 3847,66 manat, işçiliyin dəyəri 1773,85 manat olmaqla, ümumilikdə 5621,51 manat,ƏDVdaxil6633,38manatmüəyyənedilmişdir.
19. Həmin Əlavə üzrə smetada nəzərə tutulmuş qiymət razılaşmasında, yerinə yetirilmiş işlərin ** saylı, ##.##.2024-cü il tarixli qəbul aktına əsasən ƏDV daxil 9450,07 manat, RG-INV- **-***/** nömrəli, eyni tarixli hesab-fakturaya əsasən ƏDV daxil 6633,38 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 6633,38 manat olan elektron qaiməfakturagöndərilmişdir.
20. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış ## #### 2024-cü il tarixli ARG-PM-**/******** saylı müqaviləyə əsasən sifarişçi, Şamaxı şəhərində yerləşən "Meysari Hotel" layihəsinin ərazisində, passiv yanğın durdurucu sistemlərinin quraşdırılmasına dair işləri icraçıya sifariş edir; icraçı tərəfindən görüləcək işlərinin ümumi dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 32 778,79 manat müəyyən olunur və müqavilənin ayrılmaz hissəsi hesab olunan * №-li əlavəyə smeta şəklində əlavə olunur; tərəflər həmçinin razılaşır ki, ödənilən məbləğ, X2 (ƏDV 18%) daxil olmaqla manatla ödənilir; sifarişçi yekun məbləğdən material pulunun 30%-ni, quraşdırılmanın isə 30%-ni müqavilə bağlandığı gündən 5 bank iş günü ərzində avans olaraq ödəyir; tərəflər həmçinin razılaşır ki, icraçı işlərini tam yerinə yetirərkən, tərtib olunmuş akta əsasən sifarişçidən ödəniş tələb edir. Ödənişlər icraçının bank hesabına köçürmə yolu ilə 10 (on) bank iş günü ərzində köçürülməlidir; tərəflər həmçinin razılaşır ki, icraçı işlərini yerinə yetirərkən tərtib olunmuş akta əsasən elektron-qaimə təqdim etdikdən sonra, sifarişçidən 10 bank iş günü ərzində ödəniş tələb edir. Ödənişin hər gecikmə ayı üçün, ümumi məbləğin 5%ini icraçıya aylıq kompensasiya şəklində ödəyir; tərəflər həmçinin razılaşır ki, müqavilənin ayrılmaz hissəsi hesab olunan * №-li əlavədəki smetadan kənar tələb olunan bütün materiallar sifarişçinin hesabına alınır və icraçının bütün əlavə görüləcək quraşdırılma işlərinin dəyəri tərəflərinqarşılıqlırazılığıiləəlavəhesablanır.
21. ## #### 2024-cü il tarixli ARG-PM-**/******** saylı müqaviləyə ** nömrəli ##.##.2024cü il tarixli Əlavəyə əsasən, Passiv Yanğın sistemlərinin quraşdırılması xidmətinə görə materialın dəyəri 17718,27 manat, işçiliyin dəyəri 15060,52 manat olmaqla, ümumilikdə 32778,79manat,ƏDVdaxil38678,97manattəşkiledir.
22. ##.##.2024-cü il tarixli ** saylı qəbul aktına əsasən, ƏDV daxil 19 339,48 manat, RG-INV-**-***/** nömrəli ## #### 2024-cü il tarixli hesab-fakturaya əsasən ƏDV daxil 19 339,48 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırıılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2405 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 19 339,48 manatolanelektronqaimə-fakturagöndərilmişdir.
23. ##.##.2025-ci il tarixli ** saylı qəbul aktına əsasən ƏDV daxil 13537,64 manat, ARG-INV-**-***/** nömrəli, ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən ƏDV daxil 13537,64 manat dəyərində Passiv Yanğın sistemlərinin quraşdırıılması xidməti icraçı tərəfindən həyata keçirilmiş, qeyd olunan məbləğdə xidmətlərlə bağlı ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən sifarişçiyə MT2502 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 13537,64 manatolanelektronqaimə-fakturagöndərilmişdir.
24. İddiaçı MMC-nin direktoru ilə Cavabdeh MMC-nin direktoru X3 arasında imzalanmış ##.##.2025-ci il tarixli “X11 Aktı”na əsasən ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək müəssisələr arasındakı qarşılıqlı borclar üzrə dövrün sonuna qalıq 135 256,13 manat, dövrün sonuna qalıq ƏDV 24 346,11 manat müəyyən edilmiş, üzləşmə aktı hər iki hüquqi şəxsin direktorununimzalarıvəmöhürləriilətəsdiqolunmuşdur.
25. ##.##.2025-ci il tarixli cədvəldə, ##.##.2022-ci il müqaviləyə əsasən "Aypara Şəhərciyi" layihəsi üzrə sifarişçinin ƏDV daxil 107 079,11 manat, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən "Meysari Otel" Xidmət layihəsi üzrə 32 877,12 manat, ##.##.2024-cü il müqaviləyə əsasən "Meysari Otel" Alqı-satqı layihəsi üzrə 19 646,01 manat borcu olduğu göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
26. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilələr üzrə 135 256,14 manat əsas, 24 346,11 manat ƏDV (18%) borcu, 60 909,50 manat (5%) gecikmə məbləği olmaqla, ümumilikdə 220 511,74 manat borc məbləğinin, hüquqi xidmət haqqı kimi ödənilmiş 2000 manatın və dövlət rüsumu olaraq ödənilmiş 513 manatın, yəni cəmi 223 024,74 manatın cavabdehdənxeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
27. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında ##.##.2022-ci il tarixli ARG-PM-***/******** nömrəli “Xidmətlərin göstərilməsi” müqaviləsi (passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılmasına dair işlərin xidmətləri) və ##.##.2024cü il tarixli ARG-PM-**/******** nömrəli “Alqı-satqı və xidmətlərin göstərilməsi müqaviləsi (yanğın sismik və havalandırma sismik materiallarının satışı və passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılmasına dair işlərin xidmətləri)” bağlanmışdır. Müvafiq müqavilələrin şərtləri nəzərə alınmaqla müqavilələrin əlavələrindən göründüyü kimi Cavabdeh MMC tərəfindən ödənilməli olan ümumilikdə 220 511,74 manat ödənməmişdir. Belə ki, hesab cədvəlində də göstərildiyi kimi: 1) ##.##.2022-ci il tarixli, ARG-PM-***/******** nömrəli müqavilə ilə “Aypara Şəhərciyi” layihəsinə görə: #.##.2024-cü il tarixli təhvil-təslim aktı, MT************ nömrəli Eqaimə ilə ##.##.2024-cü il tarixli təhvil-təslim aktı, MT************ nömrəli E-qaimə ilə ##.##.2024cü il tarixli təhvil-təslim aktı, MT************ nömrəli E-qaimə ilə ##.##.2024-cü il tarixli təhviltəslim aktı, MT************ nömrəli E-qaimə ilə ##.##.2024-cü il tarixli təhvil-təslim aktı, MT************ nömrəli E-qaimə ilə ##.##.2024-cü il tarixli təhvil-təslim aktı, MT************ nömrəli E-qaimə ilə ##.##.2024-cü il tarixli təhvil-təslim aktı, MT************ nömrəli E-qaimə ilə ümumilikdə İcraçı (İddiaçı MMC) qarşısında ƏDV, gecikmə məbləği nəzərə alınmaqla, sifarişçi olaraq 147 142,10 manat Cavabdeh MMC-nin borcu yaranmışdır. ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024-cü il tarixli ödəniş sənədləri bu günə kimi Cavabdeh MMC tərəfindən icra edilməmişdir. 2) ##.##.2024-cü il tarixli, ARGPM- **/******** nömrəli müqavilə ilə “Meysari Otel” layihəsi ilə bağlı xidmətlərin göstərilməsinə görə: ##.##.2024-cü il tarixli təhvil-təslim aktı, MT24********** nömrəli E-qaimə ilə ##.##.2025-ci il tarixli təhvil-təslim aktı, MT************ nömrəli E-qaimə ilə ümumilikdə İcraçı (İddiaçı MMC) qarşısında ƏDV, gecikmə məbləği nəzərə alınmaqla, sifarişçi olaraq 43 900,63 manat, Cavabdeh MMCnin borcu yaranmışdır. ##.##.2024, ##.##.2025-ci il tarixli ödəniş sənədləri bu günə kimi Cavabdeh MMC tərəfindən icra edilməmişdir. 1) ##.##.2024-cü il tarixli, ARG-PM-**/******** nömrəli müqavilə ilə “Meysari Otel” layihəsi ilə bağlı alqı-satqı müqaviləsinə görə: ##.##.2024cü il tarixli təhvil-təslim aktı, MT24********** nömrəli E-qaimə ilə ümumilikdə İcraçı (İddiaçı MMC) qarşısında ƏDV, gecikmə məbləği nəzərə alınmaqla, Sifarişçi olaraq 29.469,01 manat Cavabdeh MMC-nin borcu yaranmışdır. ##.##.2024-cü il tarixi üçün ödəniş sənədləri bu günə kimi Cavabdeh MMC tərəfindən icra edilməmişdir. Eyni zamanda, qeyd olunan məbləğdə borcun mövcudluğu cavabdeh Cavabdeh MMC-nin direktoru Rafis Məmmədov tərəfindən təsdiq edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixdə tərtib edilmiş və həm İddiaçı MMC-nin direktoru X5, həm də Cavabdeh MMC-nin direktoru X4 tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş “Üzləşmə Aktı”nda dövrün sonuna qədər 135.256,13 manat və 24 346,11 manat ƏDV daxil olmaqla, Cavabdeh MMC-nin ümumilikdə 159.602,24 manat borcu olması öz əksini tapmışdır. İddia ərizəsində qeyd olunan ümumi məbləğin “Üzləşmə aktı”nda qeyd olunmuş məbləğdən çox olmasının səbəbi isə, müqavilə şərtlərinin nəzərə alınmasıdır. Belə ki, müqavilədə qeyd olunan ödənişin gecikdirilməsinə görə kompensasiya məbləği də hesablanmışdır. Müqavilələrin 2.5-ci maddəsinə əsasən, 10 bank iş günü müddətində ödəniş icra olunmalıdır və ödənişin hər gecikmə ayı üçün, ümumi məbləğin 5%-ini icraçıya aylıq kompensasiya şəklində ödəməlidir. Eyni zamanda 2.2-ci maddədə qeyd olunmuşdur ki, ödənilən məbləğ X2 (ƏDV 18%) daxil olmaqla ödənilir. Cavabdeh MMC-yə ##.##.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək borcun 7 gün ərzində geri qaytarılması xahiş olunmuş, əks halda tərəfindən məhkəməyə müraciət olunacağı, vəkilə hüquqi xidmətlə bağlı ödənilən xərc, ödənmiş dövlət rüsumu və proseslə bağlı çıxacaq digər xərclərin də ödənməsinin tələb olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən 7 gündən çox müddət keçməsinə baxmayaraq pretenziya məktubunda göstərilmiştələbləbağlıheçbirtədbirgörülməmişvəmüraciətəcavabverilməmişdir.
28. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyəgəlməmişdir.
29. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 159 602,25 manat (ƏDV daxil) əsas borc, 7908,75 manat cərimə məbləği olmaqla, ümumilikdə 167 511 (yüz altmış yeddi min beş yüz on bir) manatın, ödənilmiş hüquqi yardıma görə 1000 (bir min) manatın, ödənilmiş dövlət rüsumunun 457,51 (dörd yüz əlli yeddi manat 51 qəpik) hissəsinin tutulub İddiaçı MMC-yə ödənilməsi,iddianınqalanhissədətəminedilməməsiqətolunmuşdur.
30. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
İddia tələbi 2 hissədən ibarətdir: 1) ##.##.2022-ci il tarixli ARG-PM-***/******** nömrəli və ##.##.2024-cü il tarixli ARG-PM**/******** nömrəli müqavilələrə əsasən əsas borc üzrə 135 256,14 manat, ƏDV üzrə 24 346,11 manat olmaqla, ümumilikdə 159 602,25 manat borcun tutulması; 2) həmin müqavilələr üzrə 60 909,50 manat cərimə borcunun tutulması.
Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş işləri görsə də, cavabdeh tərəfindən razılaşdırılmış muzd iddiaçıya tam ödənilməmişdir. Bununla da, cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş muzdu ödəməmişdir. Bu fakt qəbul aktları, hesabfakturalar, elektron qaimələr və üzləşmə aktı ilə öz təsdiqini tapmış, üzləşmə aktı ilə cavabdehin iddiaçıya 159 602,25 manat borcunun olması təsdiq olunmuşdur. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
Cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə (2.5-ci bənd) öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır.
Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 7908,75 manat müəyyən olunmalıdır.
Yerinə yetirilən hüquqi xidmətin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 2000 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə 1000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-
31. 443.1-ci, 445.1-ci, 445.7-ci, 448.1-ci, 462.1-ci, 463-cü, 465.2-ci, 467-ci maddələrinə ci, 442-ci, istinadetmişdir.
32. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasını xahiş etmiş, şikayətini, müqavilənin 2.5-ci bəndinə əsasən cərimə məbləği 60 909,50 manat hesablandığı halda, məhkəmənin əsasız olaraq cəriməni 7908,75 manat müəyyən etdiyi, hüquqi yardıma dair 2000 manat xərc çəkilməsi ilə bağlı mötəbər sübut təqdim edilməsinə baxmayaraq, məhkəmənin bu məbləği də düzgün müəyyənləşdirmədiyi, dövlət rüsumunun əsassız olaraq 513 manat əvəzinə 457,51 manat müəyyən edildiyi arqumentləri ilə əsaslandırmışdır.
33. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, borc məbləğinin düzgün hesablanmadığını, məhkəmənin ekspertiza təyin etməklə borc məbləğinin düzgünlüyünü yoxlamadığınıirəlisürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
34. Apellyasiyaşikayətlərinəqarşıyazılıetirazlarverilməmişdir.
Apellyasiya baxışı
35. İddiaçının nümayəndəsi ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, özünün apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmiş, cavabdehinnümayəndəsiisəsəbəbinibildirmədənməhkəməyəgəlməmişdir.
36. İşin halları, cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsi ilə bağlı heç bir üzrlü səbəb bildirməməsi, eləcə də şikayətlərin dəlillərinə işdə olan sübutlar əsasında qiymət verilməsinin mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesabolunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanlahəyatakeçirməyəborcludurlar.
38. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsiolanfəaliyyətdir.
39. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələbetməkhüququvardır.
41. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digərtərəfinhüquqlarınavəəmlakınaxüsusiqayğıgöstərməkvəzifəsiniqoyabilər.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
44. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalarmüvafiqhissələrdətətbiqedilir.
45. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtinməzmunununbuMəcəllədəgöstərildiyihallaristisnatəşkiledir.
46. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitivnormailəmüəyyənləşdirilir.
47. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
48. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
50. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digərşərtlərinpozulmasıbaşadüşülməlidir.
51. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcluonunriskdairəsinədaxilolanöhdəliklərinicraedilmədiyibütünhallarüçüncavabdehdir.
52. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütünəsaslımənafelərinəzərəalınır.
53. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,sifarişçiisəpodratçıyarazılaşdırılmışmuzdödəməyiöhdəsinəgötürür.
54. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərinəvəziniödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarsübutlarhesabolunur.
58. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıiləmüəyyənedilir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
60. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.
61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
62. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
63. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyənolunmuşhesabedəbilər.
64. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
66. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın.
67. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarınauyğungəlməməsi.
Apellyasiya baxışının həddi
68. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
70. Qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyasının mövqeyi
71. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
72. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
73. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
74. İşin faktiki hallarından, iddiaçının cavabdehlə ##.##.2022-ci il tarixli ARG-PM- ***/******** nömrəli və ##.##.2024-cü il tarixli ARG-PM**/******** nömrəli müqavilələr bağladığı müəyyən olunur və müqavilələrin şərtlərindən görünür ki, iddiaçı işlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin işlərin görülməsinə görə müvafiq ödənişləri yerinə yetirməyiözöhdəsinəgötürmüşdür.
75. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 53) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
76. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cürhallarınsübutayetirilməsiüçüntərəflərinməhkəməyədəliltəqdimetmələrizəruridir.
77. Müqavilə üzrə iddiaçının öz öhdəliyini yerinə yetirdiyi və cavabdehin buna görə borcunun yaranması işin müəyyən olunan hallarıdır. İşin hallarından görünür ki, müqavilə üzrə sifariş yerinə yetirilmiş, işlərə görə təhvil-təslim aktları tərtib olunaraq hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş, iddiaçı tərəfindən cavabdehə müvafiq qaimələr də göndərilmişdir.
78. İş materiallarına əlavə edilmiş üzləşmə aktı ilə cavabdehin iddiaçıya 159 602,25 manatborcununmövcudolduğutəsdiqedilmişdir.
79. Cavabdeh apellyasiya şikayətində ümumi ifadələrlə borcun məbləğinin düzgün hesablanmadığını irəli sürsə də, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdimetməmişdir.
80. Kollegiya cərimə məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyidəbbə pulununməbləğiniazaldabiləcəyinitəsbitetmişdir.
81. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasibşəkildəazaltmışdır.
82. Məhkəmə kollegiyası yerinə yetirilən hüquqi xidmətin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq cavabdehdən 1000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinətutulmasınıdaağlabatanhesabedir.
83. İddia qismən təmin edildiyindən məhkəmənin, ödənilmiş 513 manat dövlət rüsumunun 457,51 manat məbləğində hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlımövqeyidədüzgündür.
84. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsiüçünəsastəşkiletmir.
85. Apellyasiya şikayətləri üçün ödənilən rüsum məbləğləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbinolub-olmamasınabağlıdeyildir.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
Apellyasiyaşikayətləritəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə 12 noyabr 2025-ci il tarixliqətnaməsidəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özünəaidolunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov