Məhkəmə qərarları › İş №2-2(3-8)-24/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-8)-24/2026

22.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-2(3-8)-24/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası sədrlik edən və və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, Dəmirov Ilqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, iddiaçı “xxxx” firmasının qanuni təmsilçisi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanuni nümayəndə2, iddiaçı “xxxx” firmasının nümayəndəsi və vəkili vəkil2 və cavabdehlər cavabdeh2 MTK və cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı “xxxx” firması tərəfindən cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə və cavabdeh1 qarşı verilmiş “ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, yoldan, duracaqdan qanunsuz istifadəyə qadağan qoyulması və maddi zərərin əvəzinin ödənilməsi" tələbi barədə iddia ərizəsinə və iddiaçı (ilkin iddia üzrə cavabdeh) cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) “xxxx” firmasına (qanuni nümayəndə2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) qarşı verilmiş "obyektlərin sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” firması, cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativi və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI:

1. Iddiaçı “xxxx” firması cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə və cavabdeh1 qarşı “ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, yoldan və duracaqdan qanunsuz istifadəyə qadağan qoyulması" tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında cavabdeh1 MTK və cavabdeh1 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yolundan istifadə olunmasının qadağan edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən sahədən avtomobillər üçün duracaq meydançası (parkinq) qismində cavabdehlər tərəfindən qanunsuz istifadə edilməsinə son qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 12 ünvanında hasarın bərpası üçün çəkilən xərclərin əvəzi qismində 8150 manat, çalağın doldurub yolun bərpa olunması ilə bağlı çəkilən xərclərin əvəzi qismində “xxxx” firması tərəfindən 23160 manat, ödənilmiş mütəxəssis xidməti haqqının əvəzi qismində 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 188 manat məbləğində olmaqla, cəmi 32498 manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh1 MTK və cavabdeh1 MMC-dən müştərək qaydada tutulub iddiaçı “xxxx” firmasının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh cavabdeh1 MTK “xxxx” firmasına qarşı "obyektlərin sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx" MTK və “xxxx" MMCnin mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına gedən yolda qanunsuz inşa edilmiş hasarın və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə girən yolda qanunsuz qoyulmuş şlaqbaumun öz vəsaiti hesabına sökülməsi öhdəliyinin “xxxx" Firmasının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” firması tərəfindən cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə və cavabdeh1 qarşı verilmiş “ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, yoldan, duracaqdan qanunsuz istifadəyə qadağan qoyulması və maddi zərərin əvəzinin ödənilməsi" tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 Mənzil Tikinti Kooperativi və cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan (dalan yolundan) istifadə olunmasının cavabdehlərə qadağan edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına (parkinqə) giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan (dalan yolundan) cavabdehlər tərəfindən istifadəyə son qoyulması, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 Mənzil Tikinti Kooperativindən və cavabdeh cavabdeh1 müştərək qaydada 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” firmasının xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı (ilkin iddia üzrə cavabdeh) cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) “xxxx” firmasına qarşı verilmiş "obyektlərin sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli).

4. Qətnamədən narazı qalan iddiaçı “xxxx” firması apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsini, cavabdehlər cavabdeh1 və cavabdeh1 Mənzil-Tikinti Kooperativi isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” firmasının qanuni təmsilçisi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanuni nümayəndə2, iddiaçı “xxxx” firmasının nümayəndəsi və vəkili vəkil2 və cavabdehlər cavabdeh2 MTK və cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili vəkil1 tərəflər arasında barışıq əldə olunduğunu bildirmiş və barışıq sazişinin imzalanmamış layihəsini məhkəmə kollegiyasına təqdim etmişlər. Məhkəmə kollegiyası barışıq sazişinin mətni ilə tanış olaraq barışıq sazişinin əsas şərtlərinin birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi ilə eynilik təşkil etdiyini, sazişinin 5-ci bəndinin isə tərəflər arasında hazırda mövcud olan mübahisəyə aidiyyəti olmadığını bildirmiş, mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməsi üsulu kimi tərəflərin apellyasiya şikayətlərindən imtina etmələrini onlara təklif etmişdir.

6. Iddiaçının qanuni təmsilçisi qanuni nümayəndə2 ilə iddiaçının nümayəndəsi və vəkili vəkil2, habelə cavabdehlərin nümayəndəsi və vəkili vəkil1 ayrı-ayrılıqda ərizələr təqdim edərək apellyasiya şikayətlərindən imtina etdiklərini bildirmişlər.

7. Məhkəmə kollegiyası iş materiallarını və ərizələri araşdıraraq hesab edir ki, tərəflərin apellyasiya şikayətlərindən imtinası qəbul olunmalı və hazırkı iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

8. Belə ki, Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası tərəflərə izah etmişdir ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

9. Iş materiallarından göründüyü kimi, iddiaçının və cavabdehlərin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina ərizələri qanuna zidd deyildir, bu səbəbdən də onların apellyasiya şikayətlərindən imtinaları qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

10. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” firması, cavabdehlər cavabdeh2 Mənzil-Tikinti Kooperativi və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina qəbul edilsin və apellyasiya şikayətləri üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar