Məhkəmə qərarları › İş №2(3-10)-662/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-662/2026

09.09.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-662/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı “əmrdə dəyişiklik olunaraq tam ştat vahidi ilə işə qəbul olunma və məcburi işə buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrdə dəyişiklik edilməsi və əmək haqqının ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili İbrahimov Xəyal Rahim oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı “əmrdə dəyişiklik olunaraq tam ştat vahidi ilə işə qəbul olunma və məcburi işə buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı Cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx” X2 direktor v.m.i.e Sevinc Məmmədova tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli “vəzifəyə təyin etmə haqqında” **-*-**/*-*-****/**** saylı əmrin qismən (0.5 ştat vahidi hissəsində) ləğv olunaraq tam ştat vahidi ilə işə qəbul olunması və ##.##.2025-ci il tarixdən məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək buraxılmış məcburi iş buraxmaya görə əmək haqqının və ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ilin avqust ayından etibarən xxxxnda həkim mama-ginekoloq vəzifəsində çalışmışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2024-cü ilin iyun ayında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sonradan işə bərpa olmaq məqsədilə ##.##.2025-ci il tarixdə keçirilən sertifikasiya imtahanında iştirak edərək müsbət nəticə əldə etmişdir. Bundan sonra xxxxnda vakant olan 1 ştat vahidi həkim mama-ginekoloq vəzifəsi üzrə müsahibə mərhələsində iştirak edərək müsbət nəticə əldə etsə də, lakin həmin vəzifəyə 0.5 ştat vahidi ilə təyin olunmuşdur. Bununla bağlı xxxx PHŞ-nin direktoru v.m.i.e Sevinc Məmmədova tərəfindən ## ######## 2025-ci il tarixdə **-*-**/*-*-****/**** saylı əmr imzalanmışdır. Hesab edir ki, müsahibədən uğurla keçməsinə baxmayaraq 0.5 ştat vahidi ilə həkim mama-ginekoloq vəzifəsinə təyin olunması əmək hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı işin hallarında digər qanun pozuntularının olmasının bariz nümunəsidir. İlk öncə qeyd edir ki, elan olunmuş 1 ştat vahidi həkim mama-ginekoloq vəzifəsi üçün müəyyən olunmuş müsahibə mərhələsində iştirak etdikdən sonra tam ştat olaraq işə qəbul olunacağı barədə ona məlumat verilmişdir. Lakin sonradan işəgötürən əsassız olaraq onu 0.5 ştat vahidi ilə işə qəbul etmişdir. O bunun səbəbləri barədə işəgötürəndən məlumat əldə etmək istəsə də, müraciətinə aidiyyəti olmayan cavablar verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, onun müsahibədə uğur qazandığı 1 ştat vahidin 0.5 ştat vahidi ona verilmiş, qalan 0.5 hissəsinə isə ona məlum olmayan əsaslarla digər şəxs təyin olunmuşdur. Lakin hesab edir ki, işəgötürən kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, mövcud qanunvericiliyin tələbi onu deməyə əsas verir ki, mövcud ştatlar olduqda işəgötürən ilk öncə yarımştat çalışan işçilərin ştatlarını artırmağa borcludur. İşçilər lazımi qaydada işlə təmin olunduqdan sonra yalnız digər şəxslərin işə götürülməsi mümkündür. Hazırki işdə isə işəgötürən ümumiyyətlə qəbuledilməz addım ataraq işsiz olmasına baxmayaraq 0.5 ştat vahidi ilə işə qəbul etmiş, eyni zamanda tam ştat çalışan digər şəxsə isə əlavə olaraq 0.5 ştatı ilə yeni iş yeri vermişdir. Hesab edir ki, bu hal qanun pozuntusu olmaqla yanaşı 43 ilini tibb sahəsinə ayırmış şəxsə qarşı ayrı-seçkilikdir. Hansı ki, Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsi imperativ normalardan çıxış edərək işəgötürən tərəfindən işçilərə qarşı ayrı-seçkiliyə yol verilməməsini müəyyən edir. Eyni zamanda qeyd edir ki, cavabdeh hansı əsasla onu 0.5 ştat vahidi ilə vəzifəyə təyin etdiyini əsaslandırmamışdır. Baş vermiş qanun pozuntusu ilə əlaqədar həmin tarixdən etibarən uzun müddətdir ki, bir çox dövlət qurumlarına şikayət məktubları ünvanlanmışdır. Ünvanlanmış şikayətlər əsasında xxxxnın direktoru v.m.i.e Sevinc Məmmədova İXM-nin 539.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan əlavə qeyd edir ki, çoxsaylı şikayətlərdən sonra 0.5 ştat vahidinə təyin olunan digər həkim işdən azad olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh hələ də tam şəkildə onun əmək hüquqlarını bərpa etməmişdir. Yaranmış mübahisə ilə əlaqədar mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir. Buna əsasən ona ##.##.2026-cı il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə № MŞZ/MT***/****-***** saylı arayış verilmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir.

3. Cavabdeh X2 direktoru vəzifəsini müvəqqəti icra edən Xavər Teymurova iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz ünvanlayaraq Zərdab şəhər sakini İddiaçı xəstəxanaya qarşı “əmrdə dəyişiklik olunaraq tam ştat vahidi ilə işə qəbul olunma və məcburi işə buraxmağa görə əmək haqqı tələbinə” dair iddia ərizəsinin əsassız və hüquqi əsası olmayan bir tələb olduğunu, məhkəmədə iddia qaldırmaqla barəsində verilmiş əmrə dəyişiklik edilməsi, iddiaçının tam ştat vahidi üzrə yenidən işə qəbul edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı almaq barədə iddia tələbinin heç bir hüquqi əsası olmadığını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 1982-ci ilin avqust ayından 2024-cü ilin iyun ayına qədər xxxxnda həkim mamaginekoloq vəzifəsində çalışmış, 2023-cü ildə o, son yaş həddinə çatdığı üçün onunla bağlanmış müqaviləsi 1 il müddətinə uzadılmışdır. Lakin müəyyən səbəblərdən, həmçinin sertifikatının müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə 2024-cü ilin iyun ayında xitam verilmişdir. Sonradan sertifikasiya imtahanında iştirak edərək müsbət nəticə əldə etmiş və yenidən işə bərpa olması üçün xxxx tərəfindən 1 ştat vahidində vakansiya elan edilmiş həkim mama-ginekoloq vəzifəsinə işə qəbul olunması ilə bağlı müraciət etmişdir. Həmin vaxt Ucar rayon xəstəxanasında tam ştat olaraq müvafiq vəzifədə işləyən, yaşayış yeri isə Göyçay rayonu olan digər şəxs xxxx tərəfindən 1 ştat vahidində vakansiyaya çıxarılmış həkim mama-ginekoloq vəzifəsinə yarım ştat vahidində işə qəbul edilməsi üçün müraciət etmişdir. Tam ştat üzrə vəzifənin tutulmasına dair özünün müraciətinə baxmayaraq onun müsahibəsindən təxminən 5 gün qabaq digər şəxs həmin vəzifəyə yarım ştat olaraq qəbul edilmişdir. Müsahibə keçirildikdən sonra isə ona həmin vəzifənin qalan yarım ştatı təklif olunmuş və o, xəstəxana rəhbərliyinin ona qısa zaman ərzində tam ştat vahidi ilə işə götürüləcəyinə dair verdiyi vədlərə inanaraq əmək müqaviləsini könüllü olaraq imzalamışdır. Digər yarımştat vəzifədə işləyən, əsas iş yeri Ucar rayon Mərkəzi Xəstəxanası olan işçi isə vaxtında işə gəlməmiş, onun iş qrafiki saat 16:30-dan 19:30-a qədər olmasına baxmayaraq işə səhər saatlarında gəlmişdir. Buna görə də həmin o şəxsə Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən bir neçə dəfə töhmət də verilmişdir. Bundan başqa, o şəxs xxxxnda vəzifədə olarkən heç bir cərrahi əməliyyat keçirməmişdir. Həmin şəxs ## ###### 2026-cı il tarixdə işdən azad olunma barədə ərizə vermiş və onu öz ərizəsi əsasında işdən azad etmişdirlər. Bundan sonra o, xəstəxananın direktoruna müraciət edərək onun tam ştatda işə qəbul olunmasını xahiş etmiş, direktor söz verməsinə baxmayaraq onu tam ştatda işə qəbul etməmişdir. Bunun əvəzinə ona şifahi qaydada xəstəxananın ailə və sağlamlıq mərkəzində yarım ştat vahidində digər vəzifə təklif olunsa da, o bundan imtina etmişdir. Məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh X2 nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iddia əsassızdır və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim C.Abbasov) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı ## ###### 2026cı il tarixdən cavabdeh Cavabdeh X2 Ginekologiya və doğum şöbəsində tam ştatla həkim mama-ginekoloq vəzifəsinə təyin olunmuş hesab edilməsi və iddiaçıya həmin müddətdən sonra məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi, cavabdeh Cavabdeh X2 60 (altımış) manat məbləğində mediasiya xərcinin əvəzinin tutularaq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh X2 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa), iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İddia tələbindən göründüyü kimi, iddiaçının hüquqi marağı işə qəbul edilərkən tam ştat deyil yarım ştat olaraq işə qəbul edilməsi barədə əmrin mübahisələndirilməsi yolu ilə həmin əmrin nəticələrinin aradan qaldırılmasından ibarətdir. Odur ki, iddianın əsasları mübahisələndirilən əmrin və yaranmış hüquq münasibətləri çərçivəsində işəgötürənin sonrakı hərəkətlərinin qanuniliyi prizmasından yoxlanılmalıdır.

8. İş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, xxxx” X2 tərəfindən həkim mama-ginekoloq vəzifəsi tam ştat vahidində vakansiyaya çıxarılmış, müvafiq vakansiya üzrə müsabiqədə iştirak etmək üçün ##.##.2025-ci il tarixdə Əlizadə Səadət Talıb qızı tərəfindən, ##.##.2025-ci il tarixdə isə İddiaçı tərəfindən elektron müraciətlər edilmişdir.

9. Müraciətlərlə əlaqədar hər iki namizəd müsabiqədə iştirak edərək uğur qazanmış və keçirilmiş müsabiqənin nəticəsinə dair ##.##.2025-ci il tarixli qiymətləndirmə protokolu ilə Əlizadə Səadət Talıb qızı, ##.##.2025-ci il tarixli qiymətləndirmə protokolu ilə isə İddiaçı elan edilmiş vakansiya üzrə vəzifənin tutulmasına uyğun hesab edilmişlər. Nəticədə Cavabdeh PHŞ-nin ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmri ilə Əlizadə Səadət Talıb qızı ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixinədək bir il müddətinə Cavabdeh PHŞ-də Ginekologiya və doğum şöbəsinə 0.5 ştat vahidində, iddiaçı İddiaçı isə ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmrlə xxxx” PHŞ-də ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 03 ay müddətinə Ginekologiya və doğum şöbəsinə 0.5 ştat vahidi ilə həkim mamaginekoloq vəzifəsinə təyin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ##.##.2023-cü il tarixdə uzadılmışdır. Mövcud mübahisə iddiaçının tam ştat vahidində vakansiyaya çıxarılmış vəzifəyə 0.5 ştat vahidində təyin edilməsi ilə başlanmışdır.

10. Məhkəmə iddiaçının mübahisələndirdiyi ##.##.2025-ci tarixli, **-*-**/*-*-****/**** saylı əmrin qanuniliyi ilə bağlı iş materialları ilə müəyyən olunan faktiki hallar üzrə bu qənaətə gəlmişdir ki, müvafiq əmr qəbul edilərkən Cavabdeh PHŞ tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

11. Belə ki, əmək qanunvericiliyində işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biri kimi nəzərdə tutulmuşdur. Cavabdeh göstərilən hüququndan istifadə edərək müsabiqədə uğur qazanmış ilk namizədlə 0.5 ştat vahidi ilə (əsas iş yeri olduğu üçün əvəzçilik qaydasında) və daha sonra müsabiqədə uğur qazanmış iddiaçı ilə eyni qaydada əmək müqaviləsi bağlamışdır. İddiaçı isə bu halı mübahisələndirmədən, təklif olunan əmək müqaviləsi üzrə əmək şəraitinin şərtləri ilə razılaşaraq könüllü olaraq müqaviləni imzalamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, Cavabdeh PHŞ-nin ilkin əmri yuxarıda göstərilən zərurətlə əlaqəli olmuş və ictimai maraqlarla bağlı riskləri, habelə ikinci namizədin müsabiqədə əldə edə biləcəyi nəticənin neqativlik ehtimalını sığortalamaq məqsədini daşımışdır.

12. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmr qanuni və əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir.

13. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh təşkilatın əmək münasibətləri çərçivəsindəki sonrakı hərəkətlərində qanunvericiliyin tələblərinin pozulması halları müşahidə edilmişdir.

14. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ilkin namizəd olaraq müsabiqədə uğur qazanaraq işə qəbul edilmiş Əlizadə Səadət Talıb qızı ##.##.2026-cı il tarixli, 18-1-79/3- 1- ***/**** saylı əmrlə son iş günü ##.##.2026-cı il tarixi olmaqla tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçı ilə 0.5 ştat vahidində əmək münasibətlərinin davam etdirilməsinə səbəb olan zərurət ##.##.2026-cı il tarixdə aradan qalxmış, lakin qeyd olunan zərurətin aradan qalxmasına baxmayaraq cavabdeh təşkilat işçinin tam ştatla çalışmasına lazımi şərait yaradılması istiqamətində heç bir tədbir görməmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 94-cü maddəsinin 4-cü hissəsinin tələblərinə görə işəgötürən əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.

15. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının natamam iş vaxtını yaradan zəruri amillər ## ###### 2026-cı il tarixdən aradan qalxdığı üçün o, həmin tarixdən tam ştatla “həkim-mama-ginekoloq” vəzifəsinə təyin olunmuş hesab edilməli və iddiaçıya həmin müddətdən sonra məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməli, habelə cavabdehdən 60 (altımış) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, tələb qismən təmin edildiyindən cavabdeh Cavabdeh PHŞ-dən 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulmalıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə, 35, 60.1 və 71-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 4-1, 9, 11-ci maddəsinin a) bəndi, 11-ci maddəsinin 2-ci hissəsi, 42.1, 58-ci maddəsinin 3-cü hissəsi, 94.1, 94.4, 287, 294.1 və 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair ## ##### 2023-cü il tarixli Qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 9.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.2, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı və cavabdeh Cavabdeh X2 аpellyаsiyа şikаyəti vermişlər.

18. İddiaçı İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını tam və hər tərəfli araşdırmamaqla maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə həm onunla həmdə digər həkim Əlizadə Səadət Talıb qızı ilə bağlanmış əmək müqaviləsini düzgün hesab etmiş və ona əsasən həmin əmrləri ləğv etməmişdir. Məhkəmə qətnaməsinin əsasını yalnız ƏM-nin 94-cü maddəsi təşkil etmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə Əlizadə Səadət Talıb qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh onu tam ştat vahidi ilə işə qəbul etməli idi. Hesab edir ki, bu hal hüquq pozuntusu olsada lakin iddia ərizəsində qeyd etdiyim hallar işin daha ciddi tərəfləridi və bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır.

19. Vəsatətim əsasında əldə olunmuş məlumatlardan müəyyən olunur ki, cavabdeh tərəfindən müxtəlif elan saytlarında həkim mama-ginekoluq vəzifəsi üzrə tam ştat vahidi ilə müsahibə ilə işə qəbul elan olunmuş və elanın bitməsi üçün son müdət müəyyən olunmuşdur. Elan mətni ümumi standartlara əsaslanaraq başlama və bitmə vaxtlarından eləcədə namizədlər üçün tələblərdən ibarət olmuşdur. O, həmin elandan istifadə edərək elektron qaydada sənədlərini elanda göstərilən ünvana göndərmişdir. Bundan sonra isə cavabdeh tərəfindən müsahibəyə dəvət olunmuşdur. O. tam ştat vahidi ilə işə qəbul olunacağına dair söz verilsədə lakin sonradan 05 ştat vahidi ilə işə qəbul olunmuşdur. Bununla bağlı işəgötürənə etirazını bildirsədə lakin cavabdeh qısa zaman ərzində tam ştatla işə qəbul olunacağına dair söz vermişdir. Məhkəmə işin hallarını müəyyən edən zaman müsahibə mərhələsinin ardıcıllığına istinad edərək Əlizadə Səadət Talıb qızının elanla bağlı birinci müraciət etdiyini nəzərə alaraq cavabdeh tərəfindən qəbul olunmuş hər iki əmri əsaslı hesab etmişdir. Bildirir ki, fərdi əmək münasibətləri ilə çalışan şəxslərin müsahibə mərhələsini tənzilməyən bir başa hüquq norması olmadığından hazır ki, işə analogiya üzrə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## #### **** nömrəli fərmanı ilə təsdiq olunmuş Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi qaydalarının normaları tətbiq edilməlidir.

20. İkinci diqqət yetirməli məqam ondan ibarətdir ki, vəzifənin tam ştat vahidi ilə elana çıxarılması işin mübahisəsiz hissəsidir. Bu həm tərəflərin izahatları ilə həmdə iş materiallarına əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Lakin cavabdeh elanda dəyişiklik etmədən hansısa səbəbdən işə qəbul zamanı ştatları iki hissəyə bölmüşdür. Ştatın hansı səbəbdən iki hissəyə bölünməsi və bununla bağlı əmrin məhkəməyə təqdim olunması ilə bağlı verdiyi vəsatət təmin olunsada lakin cavabdeh həmin əmri məhkəməyə təqdim edə bilməmişdir. Bu isə cavabdehin qanunsuz hərəkətlərinin gizlədilməsidir. Hesab edir ki, boş vakant ştatın iki hissəyə bölünməsi əmrləşdirilməli və bununla bağlı qabaqcadan tərəflərə məlumat verilməlidir.

21. Bundan əlavə qeyd edəcəyi hal odur ki, məhkəmə tərəfindən əldə olunmmuş qiymətləndirmə rəyindən müəyyən olunur ki, həm o, həm digər həkim komissiya üzvləri tərəfindən 30 balla qiymətləndirilmişdir. Hesab edir ki, həm ona həm digər həkimə bərabər bal verildiyindən işə qəbul zamanı digər keyfiyyətlər nəzərə alınmalı idi. Belə ki, bu tip hallarda onun 43 ildən artıq müddətdə təcrübəyə malik olmağı, eləcədə iş yerindən 3-5 km məsafədə yaşamağı nəzərə alınmalı idi. Qeyd edir ki, digər həkimin əmək stajı az olmaqla ümumilikdə iş yerindən 45-50 km məsafədə yaşayır. Yəni həmin şəxsin təcili müayinə və müalicəyə ehtiyacı olan şəxslərə ilkin tibbi yardım göstərməsi mümkünsüzdür

22. Birinci instansiya məhkəməsi ədalət mühakiməsi çəkişmə,tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsada məhkəmə qətnamə qəbul edilən zaman qanunvericiliyin tələblərini pozmuş və onun hüquqlarının müdafiəsində maraqlı olmamışdır.

23. Məhkəmə elan olunmuş ştat vahidinin hansı əsasla iki hissəyə bölünməsini, qiymətləndirmənin hansı əsaslarla aparılmasını və s halları müəyyən etməmişdir.

24. Məhkəmə müsahibənin qiymətləndirilməsinin yalnız müraciətin olunma tarixinə əsasən qiymətləndirildiyini müəyyən etsədə lakin buna hüquqi münasibət bildirməmişdir.

25. Odur ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin qismən ləğv olunaraq ## ######## 2025-ci il tarixli “Vəzifəyə təyin etmə haqqında” **-*-**/*-*-****/**** saylı əmrin qismən (0.5 ştat vahidi hissəsində) ləğv olunaraq həmin tarixdən tam ştat vahidi ilə işə qəbul olunması və ##.##.2025-ci il tarixdən məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək buraxılmış məcburi iş buraxmaya görə əməkhaqqının tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Cavabdeh Cavabdeh X2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları səhv təfsir edilmiş, subyektiv mülahizələrə yol verilmişdir.

27. İş materiallarından göründüyü kimi, iddiaçı T. Səfərəliyeva sertifikasiya imtahanından keçdikdən sonra müvafiq vakansiya üzrə müraciət etmişdir. Xəstəxana rəhbərliyi, kadr siyasəti və idarəetmə zərurətindən çıxış edərək, mövcud olan 1 ştat vahidini səmərəli bölüşdürmüş və iddiaçını ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** nömrəli əmrlə 0.5 ştat vahidi ilə işə qəbul etmişdir. Birinci instansiya məhkəməsi öz qərarında digər işçi Əlizadə Səadətin ##.##.2026-cı il tarixində işdən azad olunması faktına istinad edərək, həmin tarixdən etibarən boşalan 0.5 ştatın mütləq şəkildə iddiaçıya verilməli olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə tərəfindən mühüm bir fakt – ##.##.2025-ci il tarixli imtina aktı – obyektiv qiymətləndirilməmişdir. Belə ki, xəstəxana rəhbərliyi hələ dekabr ayında iddiaçıya tam ştatla təmin olunması üçün Zərdab ASM bölməsində əlavə 0.5 ştat vahidi (ailə həkimi ginekoloq vəzifəsi) təklif etmişdir. İddiaçının bu rəsmi təklifdən imtina etməsi onun tam ştatla işləmək hüququnun pozulması deyil, onun işəgötürənin idarəetmə qərarlarına tabe olmaq istəməməsi və qeyri-konstruktiv mövqe nümayiş etdirməsidir.

28. "Mediasiya haqqında" AR Qanununun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, əmək mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak mütləqdir. İş materiallarında mövcud olan ##.##.2026- cı il tarixli № MŞZ/MT***/****-***** nömrəli arayışdan aydın olur ki, mediasiya prosesinin predmeti yalnız işə qəbul və əmrdə dəyişiklik məsələsi olmuşdur. İddiaçının məcburi işburaxmaya görə əmək haqqı tələbi mediasiya sessiyasında müzakirə obyekti olmamışdır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən həmin kateqoriya mübahisələr üçün müəyyən edilmiş məhkəmədənkənar tənzimləmə qaydasına riayət edilmədikdə, məhkəmə iddianı geri qaytarmalı və ya həmin hissədə icraata xitam verməli idi. Məhkəmənin mediasiya predmeti olmayan pul tələbini təmin etməsi kobud prosessual hüquq pozuntusudur.

29. İddiaçının tam ştat tələb etməsinə baxmayaraq, ona real imkan daxilində təklif edilən 0.5 ştat vahidindən (Zərdab ASM) imtina etməsi (Source Image 5) onun mübahisənin həllində maraqlı olmadığını sübut edir. Bu hal "vəzifədən sui-istifadə" kontekstində qiymətləndirilməli idi. Ştat vahidinin ##.##.2026-cı il tarixdə boşalması faktı iddiaçıya həmin yer üzərində mütləq üstünlük vermir, çünki o, artıq bir dəfə müvafiq təklifdən imtina etməklə öz hüququndan faktiki olaraq vaz keçmişdir. Məhkəmənin bu faktı nəzərə almaması obyektivlik prinsipinə tamamilə ziddir.

30. Məhkəmə tərəfindən istinad olunan Əmək Məcəlləsinin 94.4-cü maddəsi (natamam iş vaxtı ilə çalışan işçilərin tam iş vaxtına keçirilməsi üçün tədbirlər görmək vəzifəsi) işəgötürən tərəfindən hələ 2025-ci ilin dekabr ayında alternativ vakansiya təklif edilməklə icra olunmuşdur. İşəgötürənin vəzifəsi işçiyə müvafiq iş təklif etməkdir, işçinin subyektiv istəyi əsasında konkret bir ştat vahidini ona "bron etmək" deyildir.

31. Odur ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunmaması barədə yeni məhkəmə qətnaməsi qəbul olunmasını xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin qismən ləğv olunaraq ## ######## 2025-ci il tarixli “Vəzifəyə təyin etmə haqqında” **-*-**/*-*-****/**** saylı əmrin qismən (0.5 ştat vahidi hissəsində) ləğv olunaraq həmin tarixdən tam ştat vahidi ilə işə qəbul olunması və ##.##.2025-ci il tarixdən məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək buraxılmış məcburi iş buraxmaya görə əməkhaqqının tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

34. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi və vəkili İbrahimov Xəyal Rahim oğlu iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin qismən ləğv olunaraq ## ######## 2025-ci il tarixli “Vəzifəyə təyin etmə haqqında” **-*-**/*-*-****/**** saylı əmrin qismən (0.5 ştat vahidi hissəsində) ləğv olunaraq həmin tarixdən tam ştat vahidi ilə işə qəbul olunması və ##.##.2025-ci il tarixdən məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək buraxılmış məcburi iş buraxmaya görə əməkhaqqının tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

35. Cavabdeh Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş yükünün çox olması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin əsas hüquqlarındadır. 11-ci maddəsinin a) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi göstərilmişdir. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 42.1-ci maddəsinə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 94.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. 94.4-cü maddəsinə əsasən işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir. 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri dedikdə, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı başa düşülür. 288-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinəxitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

41. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

42. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

43. İddiaçı İddiaçı Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, cavabdeh Cavabdeh X2 isə Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnamədən hər iki tərəfin şikayət verməsini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

45. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xxxx” X2 tərəfindən həkim mamaginekoloq vəzifəsi tam ştat vahidində vakansiyaya çıxarılmış, müvafiq vakansiya üzrə müsabiqədə iştirak etmək üçün ##.##.2025-ci il tarixdə Əlizadə Səadət Talıb qızı tərəfindən, ##.##.2025-ci il tarixdə isə İddiaçı tərəfindən elektron müraciətlər edilmişdir. Müraciətlərlə əlaqədar hər iki namizəd müsabiqədə iştirak edərək uğur qazanmış və keçirilmiş müsabiqənin nəticəsinə dair ##.##.2025-ci il tarixli qiymətləndirmə protokolu ilə Əlizadə Səadət Talıb qızı, ##.##.2025-ci il tarixli qiymətləndirmə protokolu ilə isə İddiaçı elan edilmiş vakansiya üzrə vəzifənin tutulmasına uyğun hesab edilmişlər. Cavabdeh PHŞ-nin ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmri ilə Əlizadə Səadət Talıb qızı ##.##.2025ci il tarixdən ##.##.2026-cı il tarixinədək bir il müddətinə Cavabdeh PHŞ-də Ginekologiya və doğum şöbəsinə 0.5 ştat vahidində, iddiaçı İddiaçı isə ##.##.2025-ci il tarixli, **-*-**/*-*- ****/**** saylı əmrlə xxxx” PHŞ-də ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 03 ay müddətinə Ginekologiya və doğum şöbəsinə 0.5 ştat vahidi ilə həkim mama-ginekoloq vəzifəsinə təyin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdə uzadılmışdır. 2025-ci ilin dekabr ayında iddiaçı İddiaçı Zərdab ASM bölməsində əlavə 0.5 ştat vahidi ailə həkimi ginekoloq vəzifəsi təklif edilmiş, lakin o, bu vəzifədən imtina etmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.

48. İddiaçının apellyasiya şikayətinin əsas dəlili Cavabdeh X2 tərəfindən əmək qanunvericilinin tələbləri pozularaq onun tam ştat vahidinə deyil, 0.5 ştat vahidi ilə işə qəbul olunması olmuşdur.

49. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həm onunla həmdə digər həkim Əlizadə Səadət Talıb qızı ilə bağlanmış əmək müqaviləsini düzgün hesab etməsi və həmin əmrləri ləğv etməməsi, məhkəmə qətnaməsinin əsasını yalnız ƏM-nin 94-cü maddəsi təşkil etməsi, məhkəmənin mövqeyinə görə Əlizadə Səadət Talıb qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh onu tam ştat vahidi ilə işə qəbul etməli olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki iş materiallarında olan Cavabdeh X2 direktoru Sevinc Məmmədova tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 18-1-79/3-1- ****/**** saylı “vəzifəyə təyin etmə” haqqında əmrdən, həmçinin işəgötürən ilə işçi arasında bağlanan əmək müqaviləsindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək 3 ay müddətinə Cavabdeh X2 Ginekologiya və doğum şöbəsinə 0.5 ştat vahidi ilə həkim-mama-ginekoloq vəzifəsinə təyin edilmişdir.

49. İş materiallarında olan Cavabdeh X2 direktoru Sevinc Məmmədova tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 18-1-79/3-1- ****/**** saylı “əmək müqaviləsinin uzadılması” haqqında əmrindən görünür ki, Cavabdeh X2 Ginekologiya və doğum şöbəsinin həkimmama-ginekoluqu vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixinədək 3 ay müddətinə uzadılmışdır.

50. İş materiallarında olan Cavabdeh X2 direktoru Sevinc Məmmədova tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 18-1-79/3-1- ****/**** saylı “vəzifəyə təyin etmə” haqqında əmrindən görünür ki, Əlizadə Səadət Talıb qızı ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixinədək 3 ay müddətinə Cavabdeh X2də Ginekologiya və doğum şöbəsinə 0.5 ştat vahidi ilə həkim-mama-ginekoloq vəzifəsinə təyin edilmişdir.

51. İş materiallarında olan Cavabdeh X2 direktoru Sevinc Məmmədova tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, 18-1-79/3-1- ***/**** saylı “əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrindən görünür ki, Cavabdeh X2 Ginekologiya və doğum şöbəsinin həkim-mama-ginekoloqu vəzifəsində çalışan Əlizadə Səadət Talıb qızı Azərbaycan Respublikası əmək məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ##.##.2026-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.

52. İş materiallarında olan ##.##.2025-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, "xxxx” PHŞ-nin ginekologiya və doğum şöbəsində 0.5 ştat vahidi ilə həkim mama-ginekoloq vəzifəsində çalışan İddiaçı müraciətlərini nəzərə alıb ona Zərdab ASM böməsində əlavə 0.5 ştat vahidi ailə həkimi ginekoloq vəzifəsi təklif edilmiş, lakin o bu təklifdən imtina etmişdir. 52.Göründüyü kimi xxxx” X2 tərəfindən həkim mama-ginekoloq vəzifəsi tam ştat vahidində vakansiyaya çıxarılmış, müvafiq vakansiya üzrə müsabiqədə iştirak etmək üçün ##.##.2025-ci il tarixdə Əlizadə Səadət Talıb qızı tərəfindən, ##.##.2025-ci il tarixdə isə İddiaçı tərəfindən elektron müraciətlər edilmişdir. Müraciətlərlə əlaqədar hər iki namizəd müsabiqədə iştirak edərək uğur qazanmış və Cavabdeh PHŞ-nin müvafiq əmrləri ilə Əlizadə Səadət Talıb qızı və İddiaçı xxxx” PHŞ-də Ginekologiya və doğum şöbəsinə 0.5 ştat vahidi ilə həkim mama-ginekoloq vəzifəsinə təyin edilmişlər. Bundan sonra 2025-ci ilin dekabr ayında İddiaçı müraciətlərini nəzərə alıb ona Zərdab ASM böməsində əlavə 0.5 ştat vahidi ailə həkimi ginekoloq vəzifəsi təklif edilmiş, lakin o bu təklifdən imtina etmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdə uzadılmışdır.

53. Kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlər nəzərdən keçirilərkən İddiaçı işə qəbul olunarkən xxxx” PHŞ tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar olunmamışdır.

54. Kollegiya həmçinin qeyd edir ki, xxxx” PHŞ tərəfindən iddiaçının tam ştat vahidinə keçirilməsi üçün 2025-ci ilin dekabr ayında Zərdab ASM böməsində əlavə 0.5 ştat vahidi ailə həkimi ginekoloq vəzifəsi təklif edilmiş, lakin o könüllü şəkildə bu təklifdən imtina etmişdir.

55. Kollegiya hesab edir ki, belə olan təqdirdə iddiaçının xxxx” PHŞ qarşı hazırkı tələbi əsassız olmuşdur.

56. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmaması, ##.##.2025-ci il tarixli imtina aktının obyektiv qiymətləndirilməməsi, iddiaçının rəsmi təklifdən imtina etməsi onun tam ştatla işləmək hüququnun pozulması deyil, iddiaçının tam ştat tələb etməsinə baxmayaraq, ona real imkan daxilində təklif edilən 0.5 ştat vahidindən (Zərdab ASM) imtina etməsi (Source Image 5) onun mübahisənin həllində maraqlı olmadığını sübut etməsi, məhkəmə tərəfindən istinad olunan Əmək Məcəlləsinin 94.4-cü maddəsi işəgötürən tərəfindən hələ 2025-ci ilin dekabr ayında alternativ vakansiya təklif edilməklə icra olunmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, "xxxx” PHŞ iddiaçıya Zərdab ASM böməsində əlavə 0.5 ştat vahidi ailə həkimi ginekoloq vəzifəsi təklif etməklə əmək qanunvericiliyinin normalarının tələblərini lazımi qaydada icra etmişdir.

57. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə öz razılığı ilə işəgötürənin təklif etdiyi 0.5 ştat vahidi ilə razılaşaraq əmək müqaviləsi bağlamış, bundan sonra işəgötürən tərəfindən təklif olunan əlavə 0.5 ştat vahidi ailə həkimi ginekoloq vəzifəsindən imtina etmiş, daha sonra sonuncunun əmək müqaviləsinin müddəti ##.##.2025ci il tarixdə 0.5 ştat vahidi uzadılarkən hər hansı etirazı olmamışdır.

58. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, "xxxx” PHŞ tərəfindən iddiaçı İddiaçı münasibətdə əmək qanunvericiliyinin tələblərinin pozulması halı aşkar olunmamışdır.

59. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi əmək funksiyalarını 0.5 ştat vahidi üzrə yerinə yetirdiyi halda iddiaçı İddiaçı qızının ## ###### 2026-cı il tarixdən cavabdeh Cavabdeh X2 Ginekologiya və doğum şöbəsində tam ştatla həkim mamaginekoloq vəzifəsinə təyin olunmuş hesab edilməklə iddiaçıya həmin müddətdən sonra məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qanuni və əsaslı hesab edilə bilməz. Kollegiyаnın qənaətinə görə mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir.

61. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın təmin edilmiş iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdən cavabdeh Cavabdeh X2 Ginekologiya və doğum şöbəsində tam ştatla həkim mamaginekoloq vəzifəsinə təyin olunmuş hesab edilməsi və iddiaçıya həmin müddətdən sonra məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi aid hissələrdə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə cavabdeh Cavabdeh X2 apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdən cavabdeh Cavabdeh X2 Ginekologiya və doğum şöbəsində tam ştatla həkim mamaginekoloq vəzifəsinə təyin olunmuş hesab edilməsi və iddiaçıya həmin müddətdən sonra məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi aid hissələrdə ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar