Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-13/2024 06.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, Hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X2 Cavabdeh qarşı “media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi barədə” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikasının X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdeh media subyektinin və onun “kanal24.az” onlayn media redaksiyasının (“kanal24.az” veb-saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mahiyyəti ondan ibarətdir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın X1”nin 3.1.19-2-ci yarımbəndinə əsasən “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin əsas vəzifələrindəndir. Cavabdeh (bundan sonra - cavabdeh) Media subyekti olaraq (“kanal24.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq, cavabdeh Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X3 bu günə qədər müraciət etməmişdir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X3 (iddiaçıya) müraciət etməli idi. “Media haqqında” AR Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməlidir. Qeyd ounan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X3 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X3 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Hazırki halda isə cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin fəaliyyətinə xitam verilməlidir. Odur ki, Qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq media subyektinin və onun onlayn media redaksiyasının (“kanal24.az” veb-saytının) - cavabdehin fəaliyyətinə xitam verilməsi ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edirlər. Belə ki, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin, audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 128.2-ci maddəsinin tələblərinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin, audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “Media haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs; 1.1.7. onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı vebsaytda yayımlayan media; Maddə 62. Çap mediası və onlayn media subyektinin təsis edilməsi 62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. ... Maddə 73. Media Reyestri 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. 73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir: 73.3.1. audiovizual media subyektləri; 73.3.2. çap mediası subyektləri; 73.3.3. onlayn media subyektləri; 73.3.4. informasiya agentlikləri; 73.3.5. jurnalistlər. 73.4. Şura bu Qanunun 54.7-ci, 55.8-ci, 57.6-cı və 58.3-cü maddələrində nəzərdə tutulmuş hallarda audiovizual media subyekti barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. 73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. 73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 73.7. Media Reyestrinə aşağıdakı məlumatlar daxil edilir: 73.7.1. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı; 73.7.2. fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatlar; 73.7.3. media subyektinin VÖEN-i; 73.7.4. media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; 73.7.5. məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; 73.7.6. media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları); 73.7.7. çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat; 73.7.8. onlayn media subyektinin domen adının sahibi haqqında məlumat; 73.7.9. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası; 73.7.10. audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və növü; 73.7.11. audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar; 73.7.12. informasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar; 73.7.13. jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; 73.7.14. verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat; 73.7.15. jurnalistin əmək və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti haqqında ümumi məlumat; 73.7.16. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i; 73.7.17. media subyektinin idarəetmə orqanının rəhbərinin, jurnalistin ali təhsili haqqında məlumat; 73.7.18. təsisçi (iştirakçı) fiziki şəxs olduqda, onun (onların), media subyektinin idarəetmə orqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması” Qaydaları:
2. Əsas anlayışlar 2.1.7. elektron kabinet – istifadəçinin X5 (“ASAN Login”) ilə eyniləşdirilməklə, Reyestrə daxil olmasına və ondan istifadəsinə (özü barəsindəki məlumatlarla tanış olmasına, onları əldə etməsinə, həmin məlumatlarda olan hər hansı dəyişikliklə bağlı məlumat almasına, müraciətləri elektron formada göndərməsinə və xidmətlərdən istifadə etməsinə, ödənişlər həyata keçirməsinə və s.) imkan verən, həmçinin operatorla qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə. 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. reyestr – Azərbaycan Respublikasının X4 (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı;
4. Reyestrin strukturu 4.1. Reyestrin strukturu aşağıdakı modullardan ibarətdir: 4.1.1. “elektron kabinet” modulu; 4.1.2. “müraciətlər” modulu; 4.1.3. “əməliyyatlar” modulu; 4.1.4. “istifadəçilər” modulu; 4.1.5. “məlumatlandırma” modulu; 4.1.6. “hesabatlar” modulu; 4.1.7. “digər sistemlərlə inteqrasiya” modulu; 4.1.8. “inzibatçılıq” modulu; 4.1.9. “ödəniş” modulu. 4.2. Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir: 4.2.1. “elektron kabinet” modulu vasitəsilə tələb olunan məlumatların daxil edilməsi, reyestr məlumatlarında dəyişiklik edilməsi, ödənişlər barədə məlumatın olması, habelə bu Qaydalarda nəzərdə tutulan digər imkanların təmin edilməsi; 4.2.2. “müraciətlər” modulu vasitəsilə müraciətlərin qəbulu və aidiyyəti üzrə yönəldilməsi; …
6. Reyestrin aparılması qaydaları 6.1. Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir. 6.2. Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində Reyestrin operatoru çatışmazlıqların olub-olmamasını yoxlayır və çatışmazlıqlar aşkar edilmədikdə Reyestrə daxil edir. 6.3. Təqdim edilmiş məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıqlar müəyyən edildikdə, müraciət edən şəxslərə, o cümlədən jurnalistlərə bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş müddətdən gec olmayaraq, çatışmazlıqlar qeyd edilməklə onların aradan qaldırılması barədə elektron qaydada bildiriş göndərilir. Çatışmazlıqlar həmin şəxslər tərəfindən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır. 6.4. Çatışmazlıqlar bu Qaydaların 6.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Agentlik tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal həmin şəxslərin yenidən müraciət etməsinə mane olmur.
“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VİQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli, 1589 nömrəli Fərmanı: … 2.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.5. həmin Qanunun 62.2-ci, 65.2-ci, 65.2.3-cü, 65.4-cü, 65.4.4-cü maddələrində, .................... və 78.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının X4 nəzərdə tutulur; ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. XVİİ fəsil. MEDİA İLƏ BAĞLİ MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT Maddə 128. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh media subyektinin və onun “kanal24.az” onlayn media redaksiyasının (veb-saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh media subyekti olaraq “kanal24.az” onlayn media redaksiyası (veb-saytı) vasitəsi ilə fəaliyyət göstərir. Hazırda iddiaçı cavabdehin “Media haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərdiyini əsas gətirərək onun fəaliyyətinə xitam verilməsini tələb edir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, həmin Qanunun: - 78.3-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. - 62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. - 65.4 və 65.4.4-cü maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Sadalanan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, qanunverici “Media haqqında” Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektlərinə münasibətdə Media Reyestri formalaşdıqdan 6 ay müddətində Azərbaycan Respublikasının X3 müraciət edilməli olması ilə bağlı imperativ tələb qoymuşdur. Belə tələbə riayət edilmədikdə isə Agentlik media subyektinin fəaliyyətinə xitam verilməsinə dair məhkəmə iddia qaldırır. Nəzərə almaq lazımdır ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə “Media Reyestrinin aparılması” Qaydaları təsdiq edilmiş, həmin qanunvericilik aktları əsasında iddiaçı tərəfindən Media Reyestri formalaşdırılmış və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlamışdır. İşdən görünür ki, cavabdeh Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya müraciət etməmiş, fəaliyyətini Media Reyestrinə daxil olmadan, yəni qeyri-qanuni olaraq (“kanal24.az”) onlayn redaksiyası (veb-saytı) vasitəsilə davam etdirmişdir. Hazırda da o, qanunvericiliyin tələblərinə zidd olaraq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Media haqqında” Qanunun 78.3-cü maddəsinin tələbinə əməl etmədiyindən iddiaçı həmin Qanunun 62.2 və 65.4.4-cü maddələrinə əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hazırkı iş üzrə cavabdehin media subyekti olaraq fəaliyyətinə xitam verilməsinə əsas Media Reyestrində qeydiyyata alınması üçün müraciət etməməsidir. Kollegiya qeyd edir ki, qanunlara əməl etməmə və eləcə də hüquqlardan sui-istifadə yol verilməzdir. Ümumi hüquq nəzəriyyəsinə görə qanun və ya hüquq pozuntusu baş verdikdə buna qarşı dövlət tərəfindən məcburi təsir tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh media subyektinin və onun “kanal24.az” onlayn media redaksiyasının (veb-saytı) media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3