Məhkəmə qərarları › İş №2-3(3-6)-4/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(3-6)-4/2026

21.04.2026 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-3(3-6)-4/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikasının X3 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Media subyektinin və onun onlayn media redaksiyasının (veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikasının X3 cavabdeh Cavabdeh qarşı media subyektinin və onun onlayn media redaksiyasının media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə iddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh Cavabdeh (VÖEN 1307841382) Media subyekti olaraq (“arhd.az” ) onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq, cavabdeh bu günə qədər Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X3 müraciət etməmişdir.

2. Video və çap olunmuş ekran qeydlərindən (video və kağız daşıyıcıda olan sübutlar) görünür ki, cavabdeh media subyekti kimi fəaliyyətini davam etdirir.

Iddia ərizəsinin dəlilləri

3. Iddiaçı Azərbaycan Respublikasının X3 cavabdeh cavabdeh Cavabdeh qarşı cavabdeh - Cavabdeh (VÖEN 1307841382)- media subyektinin və onun onlayn media redaksiyasının (“arhd.az” onlayn media redaksiyası - veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh (VÖEN 1307841382)- media subyekti olaraq (“arhd.az” onlayn media redaksiyası - veb saytı vasitəsilə) fəaliyyət göstərir. Buna baxmayaraq, cavabdeh bu günə qədər Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X3 müraciət etməmişdir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Media Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X3 müraciət etməli idi.“Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməlidir.Qeyd ounan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni ##.##.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni ## ##### 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X3 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə Ağentlik aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: bu bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı, habelə media subyektinin Media Reyestrində olmadan fəaliyyət göstərdiyi aşkarlandıqda. Cavabdeh onlayn media subyekti kimi fəaliyyətini qanunvericiliyə uyğun həyata keçirmək üçün fəaliyyətini Reyestrə daxil olmadan, yəni qanunsuz olaraq veb saytının vasitəsi ilə davam etdirmişdir.Hazırda da cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir.Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin fəaliyyətinə xitam verilməlidir. Odur ki, Qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdehin (redaksiyasının) müvafiq media subyekti olaraq fəaliyyətinə xitam verilməsi ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

5. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

Prosses iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının X3 cavabdeh cavabdeh Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli məktubun qeydiyyatdan imtina məktubu olmadığını, müraciətə cavab olduğunu qeyd edərək bildirmişdir ki, qeydiyyat üçün qanunvericiliyin tələbinə uyğun formada X3 müraciət olunmalıdır.Cavabdeh isə qeydiyyat üçün tələb olunan formada müraciət etməmişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının X3 cavabdeh cavabdeh Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli məktubunu məhkəməyə təqdim edərək bildirmişdir ki, o, qeydiyyat üçün iddiaçıya müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir.

Tətbiq edilən hüquq

8. “Media haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar; 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti –əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs, həmçinin media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyi; 1.1.4. jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs; 1.1.5. audiovizual media – televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media; 1.1.6. çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media; 1.1.7. onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı vebsaytda yayımlayan media; 1.1.8. informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media; 1.1.9. redaksiya – veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmə; .......... 1.1.14. audiovizual yayımçı – televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxs; .........

62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. ........ 65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: ......... 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı, habelə media subyektinin Media Reyestrində olmadan fəaliyyət göstərdiyi aşkarlandıqda. ..........

78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməlidir.

9. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi

Maddə 127. Audiovizual media subyektlərinə lisenziyanın verilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat 127.1. Audiovizual media subyektlərinə lisenziyanın verilməsindən imtina olunması ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 127.2. Audiovizual media subyektlərinə lisenziyanın verilməsindən imtina olunması haqqında qərara (inzibati akta) qarşı iddia ərizəsi audiovizual yayımı həyata keçirmək iddiasında olan şəxs tərəfindən verilə bilər. 127.3. Iddia ərizəsi imtina haqqında qərar (inzibati akt) barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 30 gün müddətində verilə bilər. 127.4. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 127.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Maddə 128. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

10. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

11. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

12. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh Cavabdeh (VÖEN 1307841382) Media subyekti olaraq (“arhd.az” ) onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir.

13. Həmçinin, video və çap olunmuş ekran qeydlərindən (video və kağız daşıyıcıda olan sübutlar) görünür ki, cavabdeh media subyekti kimi fəaliyyətini davam etdirir.

14. Buna baxmayaraq, cavabdeh bu günə qədər Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X3 müraciət etməmişdir.

15. Belə ki, media subyekti-əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs, həmçinin media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyidir. Həmçinin, audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan onlayn mediadır. (“Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü və 1.1.7-ci maddəsi).

16. Iş materiallarında olan video və çap olunmuş ekran qeydlərindən görünür ki, cavabdeh “Media haqqında” Azərbaycan Respublikası Qanununun 65.4.4-cü maddəsinin tələblərinə zidd olaraq media subyekti kimi qanunsuz olaraq fəaliyyətini davam etdirir.

17. Halbuki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməlidir.

18. Qeyd ounan müddəa keçid müddəa olmuş və “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər, yəni ##.##.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı.

19. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni ## ##### 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirmişdir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir.

20. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X3 rəsmi müraciət etməlidir.

21. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı, habelə media subyektinin Media Reyestrində olmadan fəaliyyət göstərdiyi aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.

22. Beləliklə, cavabdehin onlayn media subyekti kimi fəaliyyətini qanunvericiliyə uyğun həyata keçirmək üçün fəaliyyətini qanunun tələblərinə uyğunlaşdıraraq Reyestrə daxil edilməsi üçün iddiaçıya müraciət etməmiş, fəaliyyətini Reyestrə daxil olmadan, yəni qanunsuz olaraq “arhd.az” onlayn media redaksiyası - veb saytının onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə davam etdirir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikasının X3 cavabdeh cavabdeh Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli məktubunu məhkəməyə təqdim edərək bildirmişdir ki, o, qeydiyyat üçün iddiaçıya müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir.

24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının X3 cavabdeh cavabdeh Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli məktubun qeydiyyatdan imtina məktubu olmadığı, sadəcə müraciətə cavab olduğu müəyyən olunur.

25. Həmçinin, cavabdehin izahatından belə müəyyən olunmuşdur ki, cavabdeh media subyekti olaraq 2024-cü ilin yanvarından fəaliyyət göstərir, lakin məktub xarakterli müraciəti 2025-ci ilin yanvarın əvvəlində olmuşdur.

26. Halbuki, media subyekti “Media haqqında” Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməlidir.

27. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi, Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X3 rəsmi müraciət etməlidir.

28. Məhkəmə Kollegiyası nəzərə alır ki, qeydiyyat üçün “Media haqqında” qanunvericiliyin tələbinə uyğun formada X3 müraciət olunmalıdır.Cavabdeh isə qeydiyyat üçün tələb olunan formada müraciət etməmişdir.

29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh - Cavabdeh (VÖEN 1307841382)- media subyektinin və onun onlayn media redaksiyasının (“arhd.az” onlayn media redaksiyası - veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 128-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Iddia tələbi təmin edilsin. Cavabdeh - Cavabdeh (VÖEN 1307841382)- media subyektinin və onun onlayn media redaksiyasının (“arhd.az” onlayn media redaksiyası - veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar