Məhkəmə qərarları › İş №2(3-6)-1261/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1261/2026

10.06.2026 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1261/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İqbal qızına qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: mənzilə mülkiyyət hüququnun tanınması və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili vəkil1 və cavabdehin nümayəndəsi-vəkili vəkil2 iştirakları, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İqbal qızına qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İqbal qızına qarşı «mənzilə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3M-** reyestr nömrəli ##.##.2022-ci il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi *** saylı evin *** saylı mənzili üzərində onun, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 127, ** saylı mənzil üzərində isə cavabdeh Cavabdeh İqbal qızının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, müqaviləyə uyğun onun cavabdeh Cavabdeh İqbal qızından 11.000 manat miqdarında pul vəsaitini tələb etmək hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia obyekti olan mənzillər üzrə dövlət reyestrində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanına - «xxxx» Publik Hüquqi şəxsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ************-*****-****** saylı və ************-*****-****** saylı reyestr qeydlərinin ləğv edilməsi, 3M-** reyestr nömrəli, ##.##.2022ci il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi *** saylı evin *** saylı mənzil üzərində onun, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 127, ** saylı mənzil üzərində isə cavabdeh Cavabdeh İqbal qızının mülkiyyət hüququnun tanınması, bu barədə müvafiq olaraq dövlət reyestrində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanına – «xxxx» Publik Hüquqi şəxsinə həvalə olunması, sözügedən müqaviləyə uyğun iddiaçının cavabdehdən 11.000 manat miqdarında pul vəsaitini tələb etmək hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 127, ** saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh İqbal qızı arasında bərabər hissələrdə bölünməsi və hər birinin həmin əmlakdakı payının 1/2 hissədə müəyyən edilməsi, Cavabdeh İqbal qızının azyaşlı övladları ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü Məmmədbəyli Camal Elnur oğlu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilin özünə aid hissəsinə köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» ##.##.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsinin İddiaçı, 1/2 hissəsi Cavabdeh İqbal qızına aid edilməsi, Cavabdeh İqbal qızı tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsinin ##.##.2021-ci il tarixdən başlanılması, 11.000 manat məbləğində pulun Cavabdeh İqbal qızından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamənin icrasının qarşılıqlı razılıq əsasında barışıq yolu ilə həll etmək məqsədi ilə iddiaçı və cavabdeh aşağıdakı şərtlərlə 3M-** reyestr nömrəli, ##.##.2022-ci il tarixli barışıq sazişi bağlamışlar: Tərəflərin öhdəlikləri: İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh İqbal qızı arasında bərabər hissələrdə bölünməsi və hər birinin həmin əmlakdakı payı 1/2 hissədə müəyyən edilməsi və Cavabdeh İqbal qızı azyaşlı övladları ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü Məmmədbəyli Camal Elnur oğlu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilin özünə aid hissəsinə köçürülməsi ilə bağlı: 1. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh İqbal qızı arasında bərabər hissələrdə bölünərək və hər birinin həmin əmlakdakı payı 1/2 hissədə müəyyən edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı ərazi idarəsində qeydiyyata alındıqdan sonra həmin mənzil üzrə İddiaçı özünə məxsus 1/2 hissədə payını Cavabdeh İqbal qızına bağışlamağı, bununla da həmin mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarını itirməsini, həmin mənzildən dərhal qeydiyyatdan çıxmaqla mənzili Cavabdeh İqbal qızına təhvil verməyi, həmin mənzilin bağışlanılmasınadək Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» ##.##.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh İqbal qızına aid edilməsi və Cavabdeh İqbal qızı tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsinin ##.##.2021-ci il tarixdən başlanılması ilə əlaqədar ödəniş gününə qalan borcun 1/2 hissəsinin İddiaçı tərəfindən ödənilməsini İddiaçı öz öhdəsinə götürür. 2. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilin özgəninkiləşdirilməsinə dair qabaqcadan notarial qaydada razılıq ərizəsini Cavabdeh İqbal qızına verməyi və gələcəkdə həmin mənzil ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. 3. İddiaçı «İnfiniti G25 minik» markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 11.000 manat məbləğində pulun Cavabdeh İqbal qızından tutularaq İddiaçı ödənilməsindən imtina edir və həmin məbləğ ilə bağlı Cavabdeh İqbal qızına qarşı heç bir tələb və iddiası yoxdur. Bununla bağlı icra icraatına xitam verilməsinə dair ərizə verməyi və gələcəkdə həmin məbləğ ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. 4. Cavabdeh İqbal qızı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi *** saylı evin *** saylı mənzilini İddiaçı bağışlamağı, bununla da həmin mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarını itirir, həmin mənzildən dərhal qeydiyyatdan çıxmaqla mənzili İddiaçı təhvil verməyi, mənzilin özgəninkiləşdirilməsinə dair qabaqcadan notarial qaydada razılıq ərizəsini İddiaçı verməyi və gələcəkdə həmin mənzil ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. 5. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilin bağışlanılmasınadək Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» ##.##.2014- cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh İqbal qızına aid edilməsi və Cavabdeh İqbal qızı tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsi ##.##.2021-ci il tarixdən başlanılması ilə əlaqədar ödəniş gününə qalan borcun 1/2 hissəsi Cavabdeh İqbal qızı tərəfindən ödənilməsini Cavabdeh İqbal qızı öhdəsinə götürür. İddiaçı və cavabdeh öhdəliklərinin icrasına yönələn hərəkətləri etmiş və ipoteka kreditinin özlərinə aid hissəsinin icrasını təmin etmişlər. Bundan başqa iddiaçı faktiki olaraq cavabdehə qarşı tələb hüququ olan 11.000 manat miqdarında pul vəsaitini cavabdehdən tələb etməməklə müqavilənin icrasına yönələn digər hərəkəti etmişdir. Göründüyü kimi, iddiaçı və cavabdeh tərəfindən əmlak üzərində qanuni rejim istisna edilməklə müqavilə rejimi tətbiq edilmiş və tərəflərin həqiqi niyyəti mülkiyyətlərində olan əmlakın dəyişdirilməsi olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı və cavabdeh iddiaçıya aid Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilin ½ hissəsi və həmçinin 11.000 manat üzərində tələb hüququ ilə, Cavabdeh İqbal qızına aid Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi *** saylı evin *** saylı mənzili dəyişdirməyi öhdələrinə götürmüş və bunun üçün ilkin hərəkətləri belə edilmişdir. Lakin cavabdeh paylı mülkiyyətlərində olan mənzili istifadəsində saxlamaqla, digər mənzili kirayə vermiş, iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərinin icrasına yönələn heç bir real addım atmamışdır. Qeyd edilənlərdən aydın olur ki, cavabdehin müqavilə üzrə öhdəliklərini könüllü icra etmək niyyəti yoxdur. Bu səbəbdən də, iddia predmeti olan əmlaklar üzərində müqavilə rejimindən irəli gələn öhdəliklər məhkəmə tərəfindən tətbiq edilməli, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzil üzərində cavabdehin, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi *** saylı evin *** saylı mənzil üzərində isə iddiaçının mülkiyyəti müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlər cavabdehin öz sərbəst iradəsi ilə notarial qaydada imzası ilə təsdiq etdiyi müqavilə ilə tam təsdiqinin tapmaqdadır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın bütün tələblər üzrə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.3, 144.1, 324.4, 324.5, 372.1, 373.1, 373.2, 377.2, 375.2, 402.1, 402.2, 4.23., 402.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmənin müqaviləni “ilkin müqavilə” kimi qiymətləndirməsi Mülki Məcəllənin 404-cü maddəsinə uyğun təfsir sayıla bilməz. Çünki işin konkret halları tərəflərin gələcəkdə bağlanacaq bir müqavilə üzrə deyil, mövcud münasibətləri tənzimləmək məqsədi ilə müqavilə bağladığını aydın şəkildə göstərir. Əlavə olaraq qeyd edilməlidir ki, mübahisəli tərəflərin mübahisəni ilkin müqavilə ilə yekunlaşdırması hüquqi baxımdan məqsədəuyğun və praktik deyil, çünki belə müqavilə tərəflər üçün “etibarlı liman” hesab oluna bilməz və mübahisəni qəti şəkildə həll etmə gücünə malik deyil. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

7. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi *** saylı evin *** saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh İqbal qızının adına daşınmaz əmlakın dövlət reyestrində **** saylı reyestr kitabının ****** saylı vərəqində qeydiyyata alınmışdır.

8. Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru A.Ə.Heydərov tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı icra sənədi icrasız olaraq məhkəməyə qaytarılmışdır.

9. Azərbaycan Respublikası ƏMDX-nın DƏDK və Reyestri PHŞ-nın müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti, 468-**2-ci məhəllə, *** saylı evin ** saylı mənzili bərabər paylarda (müvafiq olaraq 1/2 və 1/2 hissədə) olmaqla İddiaçı və Cavabdeh İqbal qızının adlarına qeydiyyata alınmışdır.

10. Bakı şəhəri ** saylı notariat ofisində təsdiq olunmuş ##.##.2022-ci il tarixli 3M-** reyestr saylı razılaşma müqaviləsindən görünür ki, müqavilənin şərtləri aşağıdakılardan ibarətdir: bu razılaşma müqaviləsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli 2(006)- ****/**** saylı qətnaməsinin icrası ilə bağlı qarşılıqlı razılaşma yolu ilə həll edilməsindən ötrü İddiaçı və Cavabdeh İqbal qızı arasında heç bir kənar təsir olmadan tərəflərin könüllü razılaşması əsasında imzalanmışdır. Tərəflər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən «Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh İqbal qızı arasında bərabər hissələrdə bölünsün və hər birinin həmin əmlakdakı payı 1/2 hissədə müəyyən edilsin. Cavabdeh İqbal qızı azyaşlı övladları ##.##.2013cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü Məmmədbəyli Camal Elnur oğlu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilin özünə aid hissəsinə köçürülsün. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» ##.##.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh İqbal qızına aid edilsin. Cavabdeh İqbal qızı tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsi ##.##.2021-ci il tarixdən başlanılsın. 11.000 manat məbləğində pul Cavabdeh İqbal qızından tutularaq İddiaçı ödənilsin.» qət edilməsinin icrasını qarşılıqlı razılıq əsasında barışıq yolu ilə həll etmək niyyətindədirlər. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh İqbal qızı arasında bərabər hissələrdə bölünərək və hər birinin həmin əmlakdakı payı 1/2 hissədə müəyyən edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı ərazi idarəsində qeydiyyata alındıqdan sonra həmin mənzil üzrə İddiaçı özünə məxsus 1/2 hissədə payını Cavabdeh İqbal qızına bağışlamağı, bununla da həmin mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarını itirməsini, həmin mənzildən dərhal qeydiyyatdan çıxmaqla mənzili Cavabdeh İqbal qızına təhvil verməyi, həmin mənzilin bağışlanılmasınadək Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» ##.##.2014- cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh İqbal qızına aid edilməsi və Cavabdeh İqbal qızı tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsi, ##.##.2021-ci il tarixdən başlanılması ilə əlaqədar ödəniş gününə qalan borcun 1/2 hissəsinin İddiaçı tərəfindən ödənilməsini İddiaçı öz öhdəsinə götürür. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilin özgəninkiləşdirilməsinə dair qabaqcadan notarial qaydada razılıq ərizəsini Cavabdeh İqbal qızına verməyi və gələcəkdə həmin mənzil ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. İddiaçı «İnfiniti G25 minik» markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 11.000 manat məbləğində pulun Cavabdeh İqbal qızından tutularaq İddiaçı ödənilməsindən imtina edir və həmin məbləğ ilə bağlı Cavabdeh İqbal qızına qarşı heç bir tələb və iddiası yoxdur. Bununla bağlı icra icraatına xitam verilməsinə dair ərizə verməyi və gələcəkdə həmin məbləğ ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. Cavabdeh İqbal qızı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi *** saylı evin *** saylı mənzilini İddiaçı bağışlamağı, bununla da həmin mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarını itirir, həmin mənzildən dərhal qeydiyyatdan çıxmaqla mənzili İddiaçı təhvil verməyi, mənzilin özgəninkiləşdirilməsinə dair qabaqcadan notarial qaydada razılıq ərizəsini İddiaçı verməyi və gələcəkdə həmin mənzil ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilin bağışlanılmasınadək Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, ** saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» ##.##.2014- cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh İqbal qızına aid edilməsi və Cavabdeh İqbal qızı tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsi ##.##.2021-ci il tarixdən başlanılması ilə əlaqədar ödəniş gününə qalan borcun 1/2 hissəsi Cavabdeh İqbal qızı tərəfindən ödənilməsini Cavabdeh İqbal qızı öhdəsinə götürür. Tərəflər bağışlama prosesini eyni vaxtda icra edəcəklər. 11.##.##.2025-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh İqbal qızı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X1, Məmmədbəyli Camal Elnur oğlu ünvan 1 ünvanda qeydiyyatdadırlar.

12. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ## #### 2025-ci il tarixli 12- */*-****/**** saylı məktubundan görünür ki, İddiaçı ## #### 2014-cü il tarixli 873AİF nömrəli kredit müqaviləsi əsasında verilmiş güzəştli ipoteka krediti üzrə öhdəliklər ## ###### 2022-ci il tarixdə tam icra edilmişdir. 13.##.##.2025-ci il tarixli ************ saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 402.1-ci madəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

19. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

20. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının ## ##### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir.

21. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə daha əvvəlki məhkəmə qətnaməsinin icrasından irəli gəlsə də, mülkiyyətlərində olan əmlaklar üzrə gələcək müvafiq sərəncamverici hərəkətlərin edilməsi ilə bağlı razılaşma müqaviləsi imzalanmışdır. Razılaşma şərtlərinə əsasən tərəflər müəyyənləşdirilməmiş müddət ərzində mülkiyyətlərində olan əmlakların bağışlanmasını şərtləşdirmişlər. Tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin Mülki Məcəllənin 402-ci maddəsində tərifi verilmiş ilkin müqaviləsi olması mübahisəsiz hesab edilməlidir, belə ki, həmin əqdin adının razılaşma müqaviləsi olmasından asılı olmayaraq tərəflər əqdin gələcəkdə müvafiq hərəkətlərin edilməsi istiqamətində ilkin mərhələdə razılaşma olmasını 6-cı bəndində bağışlama prosesinin eyni vaxtda icra ediləcəkləri şərti ilə təsdiqləmişlər. İddiaçı tərəf hər nə qədər də hazırki müqavilənin tərəflər arasında əmlakın əvəzləşdirmə (dəyişdirmə) müqaviləsi olmasına istinad etmiş olsa da, istər müqavilənin mahiyyətindən, istərsə də, həmin müqavilənin özlüyündə hüquqi nəticə doğurmamasından razılaşma müqaviləsinin ilkin müqaviləsi olması aşkardır. Tərəflər həmçinin bu ilkin müqavilə üzrə əsas müqavilənin bağlanması müddətini müəyyənləşdirmədiklərindən mülki qanunvericilklə müəyyən edilmiş 1 illik müddət nəzərə alınmalıdır. Belə olan təqdirdə isə ilkin müqavilə üzrə müəyyən edilmiş əsas müqavilə ##.##.2022-ci il tarixdən sonrakı 1 il ərzində bağlanmadığından ilkin müqavilə özlüyündə əhəmiyyətini itirmiş hesab edilməlidir.

22. Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, tərəflər arasında bağlanmış müqavilənin hüquqi mahiyyətini düzgün müəyyən etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd iştirakçılarının həqiqi iradəsi müəyyən edilərkən onun məzmunu, məqsədi və bağlanma şəraiti nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə daşınmaz əmlakın bilavasitə özgəninkiləşdirilməsini nəzərdə tutan müqavilə deyil, gələcəkdə müəyyən hüquq münasibətlərinin yaranmasına yönəlmiş təşkilati xarakterli razılaşmadır. Həmin müqavilə ilə tərəflər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dərhal keçməsi barədə deyil, gələcəkdə müvafiq hüquqi hərəkətlərin həyata keçirilməsi barədə öhdəliklər götürmüşlər. Kollegiya nəzərə alır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda və müvafiq qaydada rəsmiləşdirildikdə əmələ gəlir. İddiaçının istinad etdiyi müqavilə öz hüquqi mahiyyətinə görə daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə müqavilə hesab edilə bilməz və mübahisəli mənzillər üzərində mülkiyyət hüququnun yaranması üçün müstəqil hüquqi əsas təşkil etmir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu sübuta yetirilmədikdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun məhkəmə qaydasında tanınması mümkün deyildir. İş materiallarında iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququnun yarandığını təsdiq edən mötəbər və kifayət qədər sübutlar mövcud deyildir. Kollegiya həmçinin qeyd edir ki, dövlət reyestrində qeydiyyatın aparılması və ya mövcud qeydiyyatın dəyişdirilməsi müvafiq inzibati orqanın səlahiyyətlərinə aid məsələdir. Mülkiyyət hüququnun mövcudluğu müəyyən edilmədiyi halda, qeydiyyatın aparılmasının müvafiq dövlət orqanına həvalə edilməsi barədə tələb də təmin oluna bilməz. 23.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

24. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 25.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar