Məhkəmə qərarları › İş №2(3-6)-1379/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1379/2026

10.09.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1379/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxx” MMC cavabdehlər X5, X8, Cavabdeh, X4, X3, X6, X2, X7 və X1 qarşı “kompensasiya ödənilməklə tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə bazar qiymətlərinə uyğun kompensasiya verilməklə, sonuncuların sahiblik etdikləri, ünvan 1 142 ünvanında yerləşən tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddia ərizəsinin nəticə hissəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlərə bazar qiymətlərinə uyğun 1 kv.metr üçün 2.000 manat kompensasiya verilməklə, sonuncuların sahiblik etdikləri ünvan 2 142 ünvanlarında yerləşən tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin hər bir cavabdehə qarşı olan hissəsinin ayrılaraq, hər birinin ayrıca icraatda baxılması, həmin işlərin hər birinə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı “xxxx” MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Cavabdeh sahiblik etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küç.ev 142 ünvanda yerləşən, ##.##.2025-ci il tarixli ekspertiza rəyində göstərilmiş, 48,3. kv.m. tikiliyə görə bazar qiymətlərinə uyğun kompensasiya verilməklə, həmin tikilinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” MMC-yə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun iddiaçı “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 900 manat məbləğində pulun iddiaçı “xxxx” MMC-dən alınaraq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “xxxx” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında məsələnin məhkəmədən kənar həll etdiklərindən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iştirak etmirlər, səbəbləri barədə məlumat daxil olmamışdır. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı “xxxx” MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə iddiaçı “xxxx” MMC-nin apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki iddiaçı “xxxx” MMC-nin qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı, iddiaçı “xxxx” MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar