Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1403/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Mustafayev İlham Məcid oğlunun, Cavabdeh cavabdeh2, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ##.##.1977-ci il tarixli orderin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzil İddiaçı oğlu Hüseynov Mehdi Firuz oğlu ilə birlikdə ayrılmışdır. İddiaçı şəxsi mülkiyyətdə olan mənzilin ##.##.1996-cı il tarixdə tərtib olunmuş texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil yaşayış sahəsi 21 kv.metr olan bir otaqdan və köməkçi sahələrdən ibarətdir. Bakı İnventar Bürosuna ünvanlanmış razılıq ərizələrinin surətlərindən görünür ki, Hüseynov Mehdi Firuz oğlu və cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilin anaları İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54,40 kv.metr olan bir otaqlı mənzilə dair İddiaçı tam payla xüsusi mülkiyyət hüququ ##.##.2010-cu il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Balabala Məcidov küçəsi, ev 61, * saylı mənzil Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin ***/** saylı, ##.##.1995-ci il tarixli mənzilin bölünməsi haqqında sərəncamına, *- ***/**** saylı Yasamal Rayon Xalq Məhkəməsinin qətnaməsinə, forma 2 arayışına, Hüseynov Mehdi Firuz oğlunun, cavabdeh2 razılıq ərizələrinə əsasən İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. ******* saylı, ##.##.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı, Hüseynov Mehdi Firuz oğlu, X1, X3, Hüseynov Rəbna Mehdi oğlu, X5, cavabdeh2, cavabdeh1, X2, X6 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 04, ** saylı mənzil ****** nömrəli ##.##.2007-ci il tarixli orderə, ##.##.2007-ci il tarixli forma 2 arayışına əsasən ##.##.2007-ci il tarixdə ilkin olaraq Əkbərov Oqtay İzzət oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2012-ci il tarixli, 2V-01/** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2012-ci il tarixdə İddiaçı və cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2012-ci il tarixli, 4Ə- 02/*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ##.##.2012-ci il tarixdə cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil-Kommunal İstismar Sahəsinin ##.##.2026-cı il tarixli arayışından görünür ki, cavabdeh2, İddiaçı, Hüseynov Mehdi Firuz oğlu, X5, cavabdeh1, X2, X6, X1, X3, Hüseynov Rəbna Mehdi oğlu ünvan 4 ünvanında daimi qeydiyyatdadırlar. AB******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1951-ci ildə anadan olmuşdur. X-JQ seriyalı, ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh2 ##.##.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Əkbərov Oqtay İzzət oğlu, anası İddiaçıdır. AZ-İ seriyalı, ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh2 ilə cavabdeh1 ## ####### 2007-ci il tarixdə nikaha daxil olmuşlar. AZ-II seriyalı, ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası cavabdeh2, anası cavabdeh1dır. AZ-II seriyalı, ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası cavabdeh2, anası cavabdeh1dır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin ******* nömrəli dövlət reyestr çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ***L saylı bağ sahəsi 1119009171 dövlət qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbləri barədə iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, cavabdeh1, yetkinlik yaşına çatmayan övladları ##.##.2008-ci il təvəllüdlü X2, ##.##.2012-ci il təvəllüdlü X6 iddiaçı İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ** nömrəli evin ** nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Mustafayev İlham Məcid oğlu iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı məxsusdur. Belə ki, iddiaçı birinci dəfə nikahda olduğu X7 ilə boşandıqdan sonra həmin nikahdan doğulmuş Hüseynov Mehdi Firuz oğlu onun himayəsində saxlanılmış, bundan sonra mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan tək ana kimi növbə əsasında Bakı şəhəri X10 İcraiyyə Komitəsinin ## ###### 1977-ci il tarixli, ** nömrəli qərarı əsasında yazılmış order ilə ona və övladı Hüseynov Mehdi Firuz oğluna 21 kv.metr sahəsi olan həmin 01 otaqlı mənzil verilmişdir. Bir müddət sonra iddiaçı Əkbərov Oqtay İzzət oğlu ilə ikinci nikaha daxil olmuş, bu nikahlarından cavabdeh2 anadan olmuşdur. Əkbərov Oqtayın adında ünvan 1 ünvanında yerləşən mənzil olmuş, onun vəfatından sonra iddiaçıya və ikinci nikahdan olan oğlu cavabdeh2 ½ payda miras qalmışdır. Bundan sonra iddiaçı özünə məxsus ½ payını Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ## ####### 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh2 bağışlamış, həmin mənzil cavabdeh cavabdeh2 mülkiyyətinə keçmişdir. Mənzil üzərində pay bağışlananda tərəflər razılaşmışlar ki, cavabdehlər həmin mənzilə köçüb yaşayacaqlar. Həmin vaxtdan cavabdeh cavabdeh2 həyat yoldaşı cavabdeh1 və uşaqları ilə birlikdə özünə məxsus mənzildə yaşamış, lakin 4-5 il əvvəl həmin mənzili təmir etdirmək istədiyini bildirərək ailəsi ilə birgə yenidən iddiaçıya məxsus birotaqlı mənzilə qayıtmışdır. Lakin təmir bitdikdən sonra cavabdehlər öz mənzillərini kirayə verərək iddiaçıya məxsus mənzildən çıxmamışlar və bu günə qədər uşaqları ilə birgə orada yaşamağa davam edirlər. Cavabdehlərin yaşamağa ayrıca mənzili olduğu halda, iddiaçıya məxsus birotaqlı mənzili zəbt edərək 75 yaşlı iddiaçıya daimi narahatlıq və münaqişə yaradır, olmazın əzab verirlər, iddiaçı qorxudan öz evində rahat yata bilmir. Həmçinin darısqallıq səbəbindən böyük oğlu Hüseynov Mehdi Firuz oğlu, onun həyat yoldaşı və üç övladı hal-hazırda kirayədə yaşamağa məcbur olmuşdur, halbuki Mehdi və həyat yoldaşı onkoloji xəstədir. Cavabdehin etirazı ilə bağlı bildirir ki, iddiaçıya məxsus birotaqlı mənzildə müəyyən artırmalar iddiaçının öz vəsaiti ilə həyata keçirilib, onların cavabdehə heç bir aidiyyəti yoxdur, cavabdehin ayrıca mənzili vardır, həmin mənzilin yarısını ona iddiaçı özü bağışlamışdır, lakin cavabdehlər iddiaçıya məxsus mənzildən çıxmamaqla mülkiyyətçinin hüquqlarını kobud şəkildə pozmağa davam edirlər, ona görə də hər hansı kompensasiya verilmədən cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməli və onlar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 iddia tələbinə yazılı etiraza uyğun izahat verərək bildirdi ki, cavabdeh cavabdeh2 iddia tələbini əsassız hesab edir. Belə ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair Yasamal rayonu (keçmiş Oktyabr rayonu) XDS İK tərəfindən ## ###### 1977-ci il tarixdə iddiaçının adına order verilərkən iddiaçı ikinci dəfə, cavabdehin mərhum atası Oktay Əkbərovla nikaha daxil olmuş, ## ###### 1977-ci il tarixdə isə cavabdeh doğulmuşdur. Adıçəkilən mənzilin ümumi sahəsi iddiaçı qeyd etdiyi kimi 21 kv.metr olmuşdur. Keçən illər ərzində atasının vəsaiti hesabına mənzil sahəsi rəsmi sənədlərlə 54,40 kv.metr, digər artırmalarla birlikdə 100 kv.metr artırılmışdır. Hazırda cavabdehin istifadəsində olan otaqlar tam şəkildə onun vəsaiti hesabına təmir edilmişdir. Atası iddiaçı ilə nikahı pozulduqdan sonra ünvan 1 ünvanında yerləşən mənzili növbəlilik əsasında almışdır. İddiaçı ona müraciət etmiş və xahiş etmişdir ki, atası ilə nikahının bərpa olunmasına yardımçı olsun. Belə ki, atası hərbçi olaraq yüksək pensiya alırdı və bu onun vəfatından sonra pensiyasını iddiaçının alması üçün edilmişdir, nikah bərpa edildikdən sonra atası qəfildən vəfat etmiş və bağışlama müqaviləsi əsasında mənzili onun adına rəsmiləşdirə bilməmişdir. Bundan sonra vərəsəlik qaydasında mənzil iddiaçıya və ona keçmiş, iddiaçı öz payını ona bağışlamışdır, həmin mənzil hazırda tam mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur. Cavabdeh Ramazan anadan olandan Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ** nömrəli evin ** nömrəli mənzilində yaşayır, ailə qurandan həyat yoldaşı və sonradan uşaqları da bu mənzildə yaşayır, həmçinin mənzilin özəlləşdirilməsi zamanı cavabdehlər də razılıq vermişdir. Hazırda iddiaçı və oğlu Mehdi bu ünvanda yaşamırlar. Cavabdeh iddiaçıya təsərrüfat işlərində, təmir işlərində həmişə yardımçı olmuşdur və bunu özünə borc bilmişdir. Yaşadıqları sahə söküntü zonası olduğundan iddiaçı kiminsə təsir dairəsinə düşmüşdür və ana-oğul münasibətlərinə uyğun olmayan hərəkətlər edir. Cavabdehlərin həmin mənzildə istifadə hüququnun mövcudluğunu tərəflər mübahisəsiz olaraq təsdiq edirlər, lakin iddiaçı hər hansı kompensasiya təklif etmədən cavabdehləri mənzildən çıxarmaq istəyir, ona görə də hesab edir ki, iddia əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələblərinin rədd edilməsini xahiş edir. Digər cavabdeh cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Məmmədov İnqilab Saməddin oğlu ifadə verərək bildirdi ki, İddiaçı bacısının qaynanasıdır, cavabdeh2 isə bacısının qaynıdır. Cavabdeh cavabdeh2 çoxdan tanıyır, qohumdurlar. Şəfiqə xanım digər mənzildəki payını Ramazana verib, Ramazan öz ailəsi ilə birgə həmin mənzildə yaşayıb, bir müddət əvvəl təmir edəcəyini deyib və bu mənzilə gəlib, anasından müvəqqəti qalmaq üçün sığınacaq istəyib. Lakin sonradan aralarında mübahisə başlayıb, Ramazan mənzildən çıxmaq istəməyib. Şəfiqə xanımın yaşadığı mənzilin bir girişi var, yanında xırda tikililər var. Şəfiqə xanım özünə məxsus olan həmin mənzildə yaşayır və hazırda Ramazanla aralarında münaqişə var. Bacısı onkoloji xəstədir, əvvəl bu mənzildə yaşayıb, darısqallıq və xəstəlik səbəbindən Yasamalda kirayədə yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şahid1 ifadə verərək bildirdi ki, tərəfləri yaxşı tanıyır, İddiaçı bacısı qızının qayınanasıdır, həmin evə çox gedib gəlmişdir, cavabdeh2 isə İddiaçı oğludur. Bu ev Mehdinin atasına məxsus olub, Ramazanla Mehdinin ataları ayrıdır. İddiaçı birinci yoldaşı Mehdinin atası olub, sonradan İddiaçı Ramazanın atası Oqtaya ərə gedib. Şəfiqə xanım Oqtaydan qalan evi Ramazana bağışlayıb. Ramazan ailəsi ilə birgə orada yaşayıb. Sonradan Ramazan öz evini təmir etmək adı ilə Şəfiqə xanımın evinə gəlib. Öz evini də təmirdən sonra kirayəyə verib. İndi isə anasından və qardaşı Mehdidən pay istəyir, ona görə aralarında mübahisə yaranıb. Ramazan bu evə təqribən 5-6 il əvvəl gəlib. Şəfiqə xanım öz mənzilində yaşayır, mənzil bir otaqlıdır, mənzilin bir girişi var, yanında əlavə tikililər var. Bacısı qızı darısqallığa və xəstə olduğuna görə başqa ünvanda kirayədə qalmalı olub. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh2, cavabdeh1, yetkinlik yaşına çatmayan uşaqları ##.##.2008-ci il təvəllüdlü X2, ##.##.2012-ci il təvəllüdlü X6 iddiaçı İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ** nömrəli evin ** nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Balabala Məcidov küçəsi, ev 61, * saylı mənzilin mülkiyyətçisi iddiaçı İddiaçıdır, cavabdehlər isə həmin mənzildə iddiaçı ilə birgə yaşayan oğlu cavabdeh2 və onun həyat yoldaşı cavabdeh1dır. Sonuncular arasında rəsmi nikah 2007-ci ildə bağlanmış, onlar həmin mənzildə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşamış, 2012-ci ildə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 4, * saylı mənzil üzərində özünün ½ payını cavabdehə bağışladıqdan və qeyd olunan mənzil cavabdeh cavabdeh2 mülkiyyətinə keçdikdən sonra bir müddət orada yaşamış, lakin sonradan yenidən iddiaçı ilə birgə iddiaçıya məxsus mənzildə yaşamağa davam etmişlər. İzahatlar, şahid ifadələri və iş materiallarında olan yazılı sübutlar təsdiq edir ki, mülkiyyətçi olan, 75 yaşlı iddiaçının özünə məxsus, rəsmi sənədlərə əsasən bir otaqdan və köməkçi sahələrdən ibarət mənzilində yaşamasına hazırda cavabdehlər tərəfindən maneələr yaradılmaqla, iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqdadır, qeyd olunan səbəblərdən iddiaçı özünə məxsus mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə çıxarılmalarını tələb edir. Cavabdehlərin mənzil üzərində hər hansı pay hüququ olmasa da, onların həmin mənzildən istifadə hüquqlarının mövcudluğunu tərəflər mübahisəsiz olaraq təsdiq edirlər, lakin cavabdeh tərəf hər hansı kompensasiya təklif edilmədiyindən iddia tələbinə etiraz edir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı İddiaçı ##.##.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 4, * saylı mənzilə dair payını cavabdeh cavabdeh2 bağışlamışdır və hazırda qeyd olunan mənzil həmin cavabdehin mülkiyyətindədir. Beləliklə, cavabdeh cavabdeh2 və ailə üzvlərinin yaşaması üçün onun mülkiyyətində ayrıca yaşayış sahəsi mövcuddur, bu səbəbdən cavabdeh tərəf yaşayış sahəsinə olan ehtiyacını mülkiyyətçinin mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, mülkiyyətçi olan iddiaçının iddia tələbləri əsaslı hesab olunaraq təmin edilməli, həmçinin, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün istifadə hüququna xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyanın məqsədi və təyinatı nəzərə alınmaqla, ayrıca yaşayış sahəsinə malik olan, bununla da yaşayış sahəsinə olan ehtiyacını mülkiyyətçinin mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmayan cavabdehin etirazının dəlilləri əsassız hesab olunmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair ##.##.2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2014-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair ##.##.2016-cı il tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X11 * saylı Protokolun 1-ci maddəsinə istinadla əsaslanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı anası olmaqla məhkəməyə müraciət etmiş, onu həyat yoldaşı və iki azyaşlı övladı ilə Yasamal rayonu, B.B.Məcidov küçəsi ** saylı evin ** saylı mənzilinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmasını tələb etmiş və məhkəmə bu tələbi təmin etmişdir. Məhkəməyə təqdim olunan sənədlər verilən vəsatətlər tam və obyektiv araşdırılmamışdır. İddiaçı ilə onun arasında iddiaçının xahişi ilə şifahi sövdələşmə olmuşdur ki, atası ilə anasının pozulmuş nikahı onun xahişi ilə atası yenidən nikaha daxil olur və bu zaman atasının səhhəti son dərəcədə pisləşmişdir. Atası M.Nağıyev adına X4 müalicə alırdı və VVAQ-1 şöbəsinin əməkdaşları tibbi müəssisəyə gəlmiş və ## ###### 2011ci ildə atası ilə anası nikahı ikinci dəfə qeydə almış və ## ###### 2011-ci ildə xəstəxanada atası vəfat etmişdir. Nikahın yenidən qeydə alınmasının səbəbi isə bundan ibarət olmuşdur ki, atasının təqaüdünü anası ala bilsin, bu şərtlə ki, atasından miras qalan mənzilə anası iddialı olmasın. İddiaçı qeyd edir ki, guya o, atasından miras qalmış mənzilə köçmüş, sonradan təmir adı altında əvvəl yaşadığı mənzilə qayıtmış, bu formada iddiaçını aldatmışdır. Nəzərə çatdırır ki, o, doğulan gündən Yasamal rayonu B.B.Məcidov küçəsi, ** saylı evin * saylı mənzilində yaşamış, bir gün olsun belə bu mənzili tərk etməmiş, atasından miras qalan mənzildə ona münasib olan insanlar yaşamış və bu gün də yaşayır. Məhkəməyə onun Yasamal rayon, B.B.Məcidov küçəsi, ** saylı evin ** saylı mənzilindən köçməyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bu barədə məhkəmə ancaq iddiaçının sözünə əsaslanmışdır. Məhkəməyə çağırılmış şahidlər isə qardaşı Mehdinin qohumlarıdır, qərəzli izahat vermişlər. Mehdi bu ünvandan yeni mənzil aldığı üçün köçmüşdür. Mehdinin istifadəsində olan, həmçinin iddiaçının yaşayış sahəsi onun yaşayış yerindən təcrid olunmuşdur, hətta kommunal xərclər belə Mehdinin öz adına ayrıca ödənilir. İddiaçıya və ona məxsus mənzilin tavanı çökmüş, bu sahəni o, öz maliyyə vəsaiti ilə bərpa etmişdir. Bunu təsdiq edəcək çox saylı qonşuları var və məhkəməyə həqiqəti danışmağa hazırdırlar. İddiaçının adına ilkin olaraq bir otaqlı 21 kv.metr mənzil verilmiş, sonra mərhum atasının vəsaiti hesabına mənzil genişləndirilmiş, 54 kv.metr sahəsi olan yaşayış sahəsi iddiaçının adına onun və qardaşı Mehdinin razılığı əsasında özəlləşdirilmiş, onun vəsaiti hesabına əlavə 55 kv.metr yaşayış sahəsi inşa edilmişdir. Məhkəməyə yaşayış sahəsinə baxış keçirməklə obyektiv araşdırma aparılması barədə vəsatəti təmin olunmur, halbuki, ona yerli baxış zamanı məlum olmalı idi ki, iddiaçının yaşayış sahəsi, qardaşı Mehdinin və onun yaşayış sahələri biri digərindən təcrid olunub. İddiaçı uzun illərdir ki, mülkiyyətində olan Vişnovka-Albalı bağlarında olan bağ evində yaşayır. Yaşayış sahəsinə yerli baxışın təyin edilməməsi obyektiv araşdırma prinsipini pozmuşdur. İddiaçının atasından miras qalmış əmlakdan onun xeyrinə imtina etməsinin səbəbi uzun illər əvvəl iddiaçı ilə mərhum atası arasında nikahın pozulması, atasının ölümündən 04 gün əvvəl nikahın yenidən bağlanması, bu illər ərzində hər iki valideyninin əlaqəsinin olmamasıdır. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı İddiaçı oğlunun nümayəndəsi (vəkili) Mustafayev İlham Məcid oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etirazında göstərilmişdir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin bu arqumenti ilə razılaşmaq olmaz. Cavabdeh cavabdeh2 və vəkilinin verdiyi apellyasiya şıkayətində hansı maddi hüquq normalarının pozulduğunu və bu pozuntunun nədən ibarət olduğunu və məhkəmənin hansı maddi hüquq normalarını tətbiq edilməli olduğu, lakin tətbiq edilmədiyi konkret göstərilməmişdir. Cavabdeh prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77 və 88-ci maddələrinə istinad edərək pozulduğunu iddia etmiş, lakin bu pozuntunun nədən ibarət olduğunu konkret göstərməmişdir. Cavabdeh onun hüquqlarının pozulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, hansı maddi və prosessual hüquq normalarını tətbiq etməli olduğunu, lakin etmədiyini konkret göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərini nəzərə almalı idi. Həmin maddəyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd etdiyi kimi cavabdeh tələbini əsaslandıran heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər: birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər; birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər. Görünür ki, cavabdeh məhkəmə qətnaməsinin “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” hissəsi ilə və məhkəmənin bu mövqeyi ilə razılaşmışdır. Əgər belə olmasaydı, həmin bəndlərdə olan tələblərə uyğun razılaşmadığı halları apellyasiya şikayətində göstərərdi, lakin cavabdeh apellyasiya şikayətində yazdıqlarını qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək haqlı olaraq iddia tələblərini təmin etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, 3-21-3-30/2- **977/2025 ************ nömrəli məktubunda yazılmışdır ki, “Sizin Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 04, ** saylı mənzilin hüquqi vəziyyəti barədə ətraflı məlumat verilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində baxılmış, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 04, ** saylı mənzil ****** nömrəli, ##.##.2007-ci il tarixli orderə, ##.##.2007-ci il tarixli forma 2 arayışına əsasən ##.##.2007-ci il tarixdə ilkin olaraq Əkbərov Oqtay İzzət oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2012-ci il tarixli, 2V-01/** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2012-ci il tarixdə İddiaçı və cavabdeh2 adına qeydiyyatdan keçmiş; Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2012ci il tarixli 40-02/*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ##.##.2012-ci il tarixdə cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir”. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 04, ** saylı mənzil mülkiyyət hüququ ilə cavabdeh cavabdeh2 məxsusdur. Lakin cavabdeh həmin iki otaqlı mənzili kirayə verərək ailəsi ilə birlikdə onun mülkiyyətində olan mübahisəli bir otaqlı mənzildə yaşayırlar. Bu halın yaranması onun böyük övladı Hüseynov Mehdi Firuz oğlu və arvadının üç övladı ilə birlikdə hal-hazırda kirayədə yaşamağa məcbur qoymuşdur, övladı Mehdi və arvadı hər ikisi də, onkoloji xəstədirlər. Hal-hazırda cavabdeh2 mübahisəli ona məxsus Bakı şəhəri, Yasamal rayonu Balababa Məcidov küçəsi ** nömrəli evin, ** nömrəli mənzilə qeydiyyatı olmasa da, arvadı və iki övladı ilə birlikdə bu bir otaqlı mənzili zəbt edərək mülkiyyət hüququ ilə ona məxsus evində sərbəst yaşamağı faktiki olaraq narahatçılıq yaradır. Halbuki cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ** nömrəli evin, ** nömrəli mənzili var, yəni onun və ailəsinin yaşamağa mənzili var. Cavabdehlərin özlərinin yaşamağa xüsusi mülkiyyətində olan evləri olmasına baxmayaraq mənzilindən çıxmırlar, yaşlı bir insan olaraq onun rahatlığını pozaraq onu narahat edirlər, ona olmazın əzablarını verirlər. Qorxusundan evdə sərbəst yata bilmir. O, cavabdehlərdən cavabdeh1 ilə heç bir notariat qaydasında təsdiqlənən yazılı razılaşma müqaviləsi bağlamamışdır. Hesab edir ki, məhkəmə bu maddi hüquq normalarına istinad etməklə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarında qeyd olunur ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə haqlı olaraq nəzərə almışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 04, ** saylı mənzil mülkiyyət hüququ ilə cavabdeh cavabdeh2 məxsusdur. Cavabdeh həmin iki otaqlı mənzili kirayə verərək pul qazanmaqla ailəsi ilə birlikdə onun mülkiyyətində olan mübahisəli bir otaqlı mənzildə yaşamaqla onun mülkiyyətçi hüquqlarını pozmuşdur. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 və vəkilinin verdiyi apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, 1977-ci ildə mübahisəli mənzilin yerləşdiyi ünvanda anadan olmuş, bu günə kimi də həmin ünvanda yaşayır. O, 75 yaşlı anasını künahlandırmır. Hər bir ailədə olduğu kimi onların da ailəsində də mübahisələr olub. O, 2010-cü ildə qardaşı Mehdi ilə birlikdə mənzilin analarının adına özəlləşdirilməsinə razılıq vermişdir. Atası 2011-ci il ######un ##-də vəfat etmişdir. 2012-cü ildə də anası miras qalan mənzildə olan payının ona bağışlamışdır. 2011-ci ilə qədər həmin mənzildə atası tək yaşamış, onlar atalarından ayrı yaşamışlar. Atasının yüksək pensiyası olduğundan onlar atası ilə ansını barışdırmışlar. Bundan sonra mənzilin bir hissəsi də anasına pay olaraq keçmişdir. O, anası ilə Xətai rayonundakı mənzilə getməsi barədə razılaşmamışdır. O, anasına pensiyanın verilməsini, miras qalan mənzilin isə onun uşağına qalması barədə danışmışdır. Atasının vəsiyyətinə əsasən o, pensiya ilə uşağını oxutdurmalı idi. Lakin o, atasına uşağını özü oxutduracağını demişdir. Xətaidəki yerləşən mənzildə təmir işləri aparılmayıb, o, həmin mənzildə yaşamayıb. Xətaidəki mənzildə onun qayını öz ailəsi ilə yaşayır. Onun öz qaynına küllü miqdarda borcu olduğundan, qayın kürəkən olaraq belə razılığa gəlmişlər ki, ya mənzil borcun bir hissəsinin əvəzində ona verilsin, ya da nə vaxtsa ev söküləndə o, borcunu qaytarar. Həmin vaxta qədər qayını onun mülkiyyətində olan mənzildə yaşamalıdır. İşi olmadığı üçün o, qaynından borc götürmüşdür. İndi ya o bütün pulu ona verəcək, ya da evi onun adına keçirdəcəkdir. Onun qaynına borcu 31.000 manat təşkil edir. Xətaidəki mənzil sahəsi 32,7 kv.m olmaqla bir otaqdan ibarətdir. Hazırda o, ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Ev satılanda qaynına olan borcunu qaytaracaqdır. Qonşulardan şəxsən özü xahiş edərək izahat almış, qonşular onun Xətaidəki evdə bir gün belə yaşamadığını təsdiq edirlər. Anası hazırda Maştağadakı bağında yaşayır. O, anasına oranın təmir işlərində kömək etmişdir. Bağ anasının adınadır. Anası mütəmadi olaraq mübahisəli evə gəlib-gedir. Anası iddia edir ki, Balababa Məcidov ünvanında yerləşən mənzildə guya yaşamağa yeri yoxdur, amma həmin mənzildə yaşamaq üçün onun yeri var, mənzilin 2 giriş çıxışı və 2 sanuzeli vardır. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinə şahid ifadələrinin alınması ilə bağlı şifahi qaydada vəsatət verilsə də, təmin edilməmişdir. Hazırda 3 şahidin dindirilməsini xahiş edir. Şahidlərdə hazırda bu mülki mübahisə ilə bağlı məlumatlar vardır. Onlar həmin evdə kimin yaşayıb-yaşamaması, iddiaçıya aid hissənin ona aid olub-olmaması barədə ifadələr verəcəklər. İddiaçının sənə üzrə 54 kvadratmetrlik sahəsi var. Faktiki olaraq evin sahəsi 110 kvadratmetrdir. Həmin sahənin kimlər tərəfindən tikilməsi, kimlərin harada yaşaması barədə şahidlər ifadə verəcəklər. Məhkəmə həmin şahidləri dindirib müəyyən edəc ki, Ramazanın adına mənzil olsa da, o heç vaxt Xətai prospektində yerləşən mənzildə yaşamayıb. Həmin mənzil atasının mülkiyyətindən qalan mənzildir, mənzil dərhal da şifahi razılaşma əsasında başqa şəxsə satılıb, lakin alqı-satqı rəsmiləşdirilməyib. Qonşular da bu faktı təsdiq edir ki, Ramazanın adına mənzil olsa belə bu vaxta kimi bir gün belə həmin mənzildə yaşamamışdır. Məhkəmə həmin şahidləri dindirib müəyyən edə bilər ki, Ramazanın adına mənzil olsa da, o heç vaxt Xətai prospektində yerləşən mənzildə yaşamayıb. Həmin mənzil atasının mülkiyyətindən qalan mənzildir, mənzil dərhal da şifahi razılaşma əsasında başqa şəxsə satılıb. Ancaq hələ rəsmiləşdirməyiblər. Qonşular da bu faktı təsdiq edir ki, Ramazanın adına mənzil olsa belə bu vaxta kimi bir gün belə həmin mənzildə yaşamayıb. Cavabdehin anası uzun müddətdir ki, bağ evində yaşayır, mübahisəli evdə yaşamır. Yasamal rayonundakı evə iddiaçı mütəmadi olaraq gəlib-gedir, nəvələrini görür, onların normal ana-bala münasibətləri vardır. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Mustafayev İlham Məcid oğlu apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi ilə bağlı vəsatət verməmişdir. Vəsatət o vaxt təmin oluna bilər ki, birinci instansiya məhkəməsində verilsin, lakin təmin edilməsin. Dəhlizdə şahid kimi dəvət olunan xanım iddiaçı ilə ədavəti olan bir qadındır. Təhqiqat orqanlarında da həmin şahid qismində dəvət edilən şəxsin barəsində iddiaçıya münasibətdə cinayət işi gedib. Belə bir şəxs obyektiv ifadə verə bilməz. Qərəzli mövqeydə olan insandır. Mülkiyyətçiyi qanunvericiliyin tələblərinə əsasən öz mülkiyyətində olan əmlakdan istədiyi qaydada istifadə edə bilər. İddiaçının iki nikahı olmuş və həmin nikahlardan da iki övladı vardır. Həmin övladlarından biri hazırki iş üzrə cavabdehdir. İddiaçı əmlakları övladları arasında bölmüşdür. Digər övladına bağışladığı əmlakdan hazırki iş üzrə cavabdeh çıxmır. İddiaçı Yasamal rayonundakı evi Mehdiyə verib, digər evi də hazırki iş üzrə cavabdehə verib. Yasamaldakı evdə iddiaçı özü yaşayır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh1 məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair ## #### 2001-ci il tarixli Qərarı 1.2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli Qərarı “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair ## #### 2016-cı il tarixli Qərarı 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. 2.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. 3.Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı cavabdeh cavabdeh2 münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, mülkiyyət hüququ və yaşayış sahəsinə istifadə hüququ müxtəlif hüquqi kateqoriyalardır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilib. Həmçinin, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllə ilə tənzimlənir. Kollegiya eyni zamanda qeyd edir ki, mülki qanunvercilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Balabala Məcidov küçəsi ** saylı evin * saylı mənzilinin cavabdeh cavabdeh2 da razılığı ilə anası İddiaçı adına özəlləşdirilməsi, ümumi sahəsi 54,40 kv.metr olan bir otaqlı mənzilin İddiaçı tam payla xüsusi mülkiyyətində olması, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ** saylı evin ** saylı mənzilində olan 1/2 hissədə payının Bakı ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2012-ci il tarixli, 4Ə-02/*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı tərəfindən cavabdeh2 bağışlanması, hazırda həmin mənzilin cavabdeh2 mülkiyyətində olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçı İddiaçı oğlu - cavabdeh cavabdeh2 miras əmlakda olan payını bağışlamasını, cavabdehin mülkiyyətində ayrıca yaşayış sahəsi olmasını, mənzilə təkrar qayıtdıqdan sonra ailəsi ilə birlikdə mənzildən çıxmamasını, təmirdən sonra cavabdeh tərəfindən mülkiyyətində olan öz mənzilini kirayəyə verilməsini, cavabdehlə bir mənzildə yaşamasının mümkün olmaması səbəbindən kompensasiya verilmədən Bakı şəhəri, Yasamal rayonu, Balabala Məcidov küçəsi ** saylı evin * saylı mənzilinə cavabdeh cavabdeh2 da istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını tələb edir. Cavabdeh cavabdeh2 iddiaya qarşı etiraz edərək mərhum atasından miras qalan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 04, ** saylı mənzilində olan 1\2 hissədə payının anası tərəfindən ona bağışlansa da, heç vaxt həmin mənzildə yaşamadığını, mənzili təmir etmədiyini, borc əvəzi olaraq həmin mənzili öz qaynına verdiyini, daimi olaraq ünvan 4 ünvanında yaşadığını, həmin ünvanda əlavə tikinti işlərinin aparılması nəticəsində mənzilin sahəsinin artırılmasını, anası ilə bir mənzildə yaşamasının mümkün olmasını bildirir. Kollegiya qeyd edir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan və yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, cavabdeh cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Balabala Məcidov küçəsi, ** saylı evin * saylı mənzilinə ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən istifadə hüququ yaranmışdır. Tədqiq olunan sübutlardan eyni zamanda müəyyən olunur ki, iddiaçı İddiaçı mərhum ərindən miras qalan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 04, ** saylı mənzilində olan 1\2 hissədə payını hələ ##.##.2012-ci il tarixdə oğluna bağışlamış, ##.##.2012-ci il tarixdən həmin mənzil cavabdeh2 mülkiyyətindədir. Göründüyü kimi cavabdehin ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə mövcud olmuş istifadə hüququna ehtiyacı hələ 2012-ci ildən aradan qalxsa da, hazırda da anasının mülkiyyətində olan mənzildə ailə üzvləri ilə birlikdə, mənzilin mülkiyyətçisinin etirazına baxmayaraq, yaşamaqda davam edir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh iddiaçının da hədiyyəsi nəticəsində ayrıca yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyindən, mülkiyyətçi olaraq iddiaçı ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüququna malik olduğundan, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin yaşayış sahəsinə ehtiyacı aradan qalxdıqda mülkiyyətçinin tələbi ilə mənzilə istifadə hüququna xitam verilməsi mümkün olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri, şahidlərinin dindirilməsi ilə bağlı vəsatəti ilə bağlı eyni zamanda qeyd edir ki, mənzilə istifadə hüququ olmuş cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması tədqiq olunan sübutlarla öz təsdiqini tapdığından, mülkiyyətində olan mənzilin borc əvəzi olaraq kiməsə verməsi halı öz təsdiqini tapdığı halda belə bu hal cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə sonuncunun iradəsinə zidd olaraq yaşamaqda davam etməsi üçün əsas ola bilməz. Cavabdehin şahid ifadələri ilə müəyyən etmək istədiyi hallar isə onu mülkiyyətində ayrıca yaşayış sahəsi ilə təmin olunmasında iştirak edən iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1403/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1403/2026
27.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver