Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2067/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Məmmədov İlham Almas oğlunun cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: iddianın təmini tədbirinin ləğv edilməsi) ünvan 1əhkəməsinin Mülki kollegiyası, hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, İddiaçı Məmmədov İlham Almas oğlunun cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq sahibliyə geri qaytarılması, pul və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh7 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş şikayətə ünvan 1əhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Cavabdeh cavabdeh7 nümayəndəsi və vəkili vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadının ləğv edilməsi və əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardad qəbul edərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.metr olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdeh cavabdeh7 istisna olmaqla digər cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və digər şəxslərə qadağan edilməsi və cavabdeh cavabdeh5 adına olan ünvan 5 ünvanda yerləşən * saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- ****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadının ləğv edilməsi və əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair icraata ##.##.2025-ci il tarixində ərizə daxil olmuşdur, lakin bu günə qədər həmin ərizəyə baxılıb qərar qəbul edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili vəkil2, ərizəni müdafiə edərək, əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddia ərizəsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmuş, qətnamə cavabdeh cavabdeh7 münasib hissədə təmin olunmuş, cavabdeh cavabdeh5 mütənasib hissədə isə təmin edilməmişdir. Artıq zərurət olmadığına görə Azərbaycan Respublikasının MPM-in 162-ci maddəsinə əsasən əmlaka qoyulmuş həbsin və həmin əmlaka dair cavabdehin giriş-çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Əmlak Şahbazla İlhamın paylı mülkiyyətində olmuş, İlham məhkəməyə müraciət edərək Şahbazın onun icarə haqqını ödəmədiyini bildirmiş, bu səbəbdən məhkəmə Şahbaz və onun nümayəndələrinin həmin əmlaka giriş-çıxışına qadağa qoymuşdur. Qətnamə qanuni qüvvəsini almış, 5 ildir ki İlham oranı icarəyə vermiş, digər cavabdehlər həmin əmlaka girə bilməmişlər. Mənzil cavabdeh5 mülkiyyətində olmuş, Yaqubun əmlakı üzərindəki həbsin hazırki mübahisə predmetinə aidiyyəti olmamışdır. Şahbazın nümayəndəsi digər cavabdeh cavabdeh2 olmuş, məhkəmə qətnaməsi əsasında onun da əmlaka mütənasib hissədə giriş-çıxışı qadağan edilmişdir. Hazırki məhkəmə qətnaməsinin cavabdeh5 aidiyyəti olmamışdır. Eyni zamanda cavabdeh cavabdeh5 da məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadının ləğv edilməsi və əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili vəkil3 məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16.000 (on altı min) manat məbləğində pul vəsaiti cavabdeh cavabdeh7 tutularaq, iddiaçı Məmmədov İlham Almas oğluna ödənilməsi qət edilmiş, qətnamə ##.##.2026-cı il tarixdə qanuni qüvvəsini almış və icraya göndərilmiş, lakin bu günədək icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbiri məhkəmə aktının icrasına qədər qüvvəsini saxlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qərardadının ləğv edilməsi və əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı ilə cavabdeh7 nümayəndəsi və vəkili vəkil2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qərardadın ləğv edilməsi və əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh cavabdeh7 nümayəndəsi (vəkili) vəkil2 şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətin 7 gün ərzində aidiyyəti üzərə baxılması üçün ünvan 1əhkəməsinin Mülki kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh7 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmənin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadının ləğv edilməsi və cavabdeh5 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi ku çəsi, ev 15 u nvanda yerləşən * saylı mənzilin u zərinə qoyulmuş həbsin götu ru lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-*/**** saylı qərardadı ilə cavabdeh7 nu mayəndəsi və vəkili vəkil2 Su cahət oğlunun Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qərardadın ləğv edilməsi və əmlak u zərinə qoyulmuş həbsin götu ru lməsi barədə ərizəsi rədd edmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardad qəbul edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova ku çəsi 205 u nvanında yerləşən u mumi sahəsi 916,3 kv.metr olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdeh cavabdeh7 istisna olmaqla digər cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və digər şəxslərə qadağan edilməsi və cavabdeh cavabdeh5 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi ku çəsi, ev 15 u nvanda yerləşən * saylı mənzilin u zərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. cavabdeh7və cavabdeh Məmmədov İlham Almas oğlu birlikdə ##.##.2006-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ****** nömrəli Şəhadətnamə əsasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 916,3 kv.metr olan qeyri-yaşayış sahəsini (“Mehriban” kafesi) satın almışlar və onlara mu lkiyyət u zərində sahiblik hu ququnu təsdiqləyən şəhadətnamə verilmişdir. cavabdeh7 Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ****** nömrəli Şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 916,3 kv.metr olan qeyriyaşayış sahəsinin (“Mehriban” kafesi) müəyyən hissəsini təmir edərək, cavabdeh6 arasında bağlanmış və notarial qaydada təsdiq olunan ##.##.2018-ci il tarixli icarə mu qaviləsinə əsasən özu nəməxsus hissəsini icarəçi cavabdeh6 aylıq 300 manat olmaqla, ##.##.2022-ci il tarixinədək icarəyə vermişdir. Bununla bağlı Məmmədov İlham Almas oğlu cavabdeh7 və onun yaxın qohumlarına, eləcə də icarəçi cavabdeh6 qarşı "Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrarayon, S.Məmmədova ku çəsi 205 u nvanında yerləşən u mumi sahəsi 916,3 kv.metr olan qeyri-yaşayış sahəsinin ("Mehriban" kafesi) boşaldılması və əmlakın sahibliyə geri qaytarılması, cavabdehlər tərəfindən mu lkiyyət hu ququna edilən mu daxilələrin aradan qaldırılması və bu cu r hərəkətlərə son qoyulması, əldə olunmuş 168.000 manat gəlirdən onun payına du şən (50%) 84.000 manat pul məbləğinin və 20.000 manat mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə mu raciət edərək 84.000 manat pul məbləğinin və mənəvi ziyana görə 20.000 manat məbləğində pul vəsaitinin mu ştərək qaydada alınaraq Məmmədov İlham Almas oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasında cavabdeh7 mübahisəli qeyri-yaşayış sahəsini bütünlüklə icarəyə verdiyini, habelə həmin əmlak üzrə aylıq icarə haqqının 300 manat deyil, 2.000 manat təşkil etdiyini qeyd etmişdir. Birgə mülkiyyətdə olan əmlakdan əldə edilən icarə gəlirinin bölüşdürülməməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə 16 ay üçün aylıq 2.000 manat icarə haqqının yarısı olmaqla 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin cavabdeh7 tutularaq Məmmədov İlham Almas oğluna ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı şəhəri Binədəqi Rayon Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixli, iş № *(***)-*/**** saylı qərardad ilə Azərbaycan Respublikası MPM-in 162.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Əlavə Protokolun 1-ci maddəsini, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən Bakı şəhəri Binədəqi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı ləğv edilmədiyi təqdirdə şikayətin baxılması üçün aidiyyəti üzrə ünvan 1əhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş 16.000 (on altı min) manat məbləğində pul öhdəliyi cavabdeh cavabdeh7 aiddir. cavabdeh5 bu iş üzrə nə əsas borclu, nə də borcun icrasına təminat verən zamin qismində çıxış etmir. cavabdeh7 öhdəliyinə görə borca tamamilə aidiyyəti olmayan üçüncü şəxs cavabdeh5 əmlakı üzərində məhdudiyyətin saxlanılması mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilədir. Məhkəmə heç bir maddihüquqi əsas olmadan həbsi qüvvədə saxlamaqla cavabdeh5 5 il müddətində öz mülkiyyəti üzərində bu fundamental səlahiyyətindən məhrum etmişdir. Məhkəmə iş u zrə qanuni qu vvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin icra olunması, yəni 16.000 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh7 tutularaq, iddiaçı Məmmədov İlham Almas oğluna ödənilməsi barədə sənədlər məhkəməyə təqdim edilmədiyini, iddiaçının nu mayəndəsi məhkəməyə u nvanlandığı ərizəsində qətnamənin icra olunmadığını bildirmiş və mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçının hu quqlarının qorunması (təmin və ya bərpa edilməsi) mu mku n olmaya və ya əhəmiyyətli dərəcədə çətinləşə biləcəyini hesab etmişdir. İş materiallarından gründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia yalnız cavabdeh7 münasibətdə təmin edilmiş, cavabdeh5 və digərlərinə münasibətdə isə rədd edilmişdir. Həmin qərardadla artıq 7 ildir ki, cavabdeh5 Məxsus əmlakın üzərinə həbs qoyulmuş və cavabdeh7 nümayəndələrinin Mehriban kafesinə giriş çıxışı qadağan edilmişdir. Buda Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində öz təsbitini tapmış mülkiyyət hüququ ilə bağlı normaların kobudcasına ppzulmasına gətirib çıxarmışdır. Belə ki, cavabdeh5 qarşı heç bir tələb olmadığı halda onun əmlakının üzərində həbsin götürülməməsi məhkəmənin maddi hüququ normasının kobud pozuntusudur. Bundan başqa cavabdeh7 nümayəndələrinin həmin əmlaka giri çıxışına qoyulmuş qadağa Azərbaycan Respublikasının MM-də öz əksini tapmış istifadə hüququnu pozmuşdur ki, İlham Məmmdəov həmin əmlakı 7 ilə yaxın müddətdə icarəyə verərək külli miqdarda gəlir əldə etmiş, cavabdeh7 isə həmin əmlakdan istifadə edə bilmədiyi üçün ehtimla olunan gəlirindən məhrum olmuşdur. Məhkəmə Mülki Məcəlləsinin 152-ci maddəsini səhv təfsir etmişdir. Belə ki, qeyd olunan maddə mülkiyyətçiyə öz əmlakı üzərində mütləq sahiblik, istifadə və sərəncam vermək hüququ tanıyır. cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi ku çəsi, ev 15 u nvanda yerləşən * saylı mənzilin üzərində borca aidiyyəti olmadan həbsin saxlanılması, onun 152-ci maddə ilə təsbit olunmuş sərəncam vermək hüququnun mahiyyətini itirməsinə səbəb olmuşdur. Qanunsuz həbs nəticəsində mülkiyyətçi cavabdeh5 öz əmlakı üzərində sərəncam vermək hüququnu faktiki olaraq itirmişdir. Məhkəmə sübutları obyektiv qiymətləndirməmiş, qüvvəyə minmiş qətnamənin müəyyən etdiyi subyekt dairəsindən kənara çıxmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin şəxslərin iştirak etdiyi başqa işdə yenidən sübut edilmir. Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi artıq 16.000 manat borcun məbləğini və borclu cavabdeh7 qəti olaraq müəyyən etmişdir. Qətnamədə cavabdeh5 hər hansı borcu olduğu təsbit edilməyib. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(***)- */**** saylı qərardadında faktları, yəni borclunun kimliyini nəzərə almayaraq, sanki Yaqub da borcluymuş kimi onun əmlakı üzərindəki həbsi qüvvədə saxlamışdır. Bu, qüvvəyə minmiş qətnamənin müəyyən etdiyi faktlara zidd davranmaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadından cavabdeh7 nümayəndəsi və vəkili vəkil2 tərəfindən şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı ##.##.2026-cı il tarixli qərardadından cavabdeh7 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlillərinə münasibət bildirib ilk növbədə qeyd edir ki, nümayəndə (vəkil) cavabdeh cavabdeh7 təmsil etsə də, şikayətini əsasən cavabdeh5 hüquqlarının müdafiəsi ilə bağlı əsaslandırmış, baxmayaraq ki, sonuncu məhkəmə aktını mübahisələndirməmiş və bu barədə cavabdeh7 nümayəndəsinə (vəkilinə) səlahiyyət verməmişdir. Mülki işdən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı ilə ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdeh cavabdeh7 istisna olmaqla digər cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və digər şəxslərə qadağan edilməsi, cavabdeh cavabdeh5 adına olan ünvan 5 ünvanda yerləşən * saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. ünvan 1əhkəməsinin *(***)-*****/** saylı, ##.##.2019-cu il tarixli qərardadı ilə cavabdehlər cavabdeh7 nümayəndəsi və vəkili vəkil2, cavabdeh5 və cavabdeh2 şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh7 tutularaq, iddiaçı Məmmədov İlham Almas oğluna ödənilməsi qət edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. ünvan 1əhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, ünvan 1əhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh7 nümayəndəsi (vəkili) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı ilə seçilən iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etsə də, həmin qərardadla cavabdeh cavabdeh7 barəsində iddianın təmini tədbirləri olaraq hər hansı bir tədbir görülməmiş, əksinə qərardadda ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərməyin cavabdeh cavabdeh7 istisna olmaqla digər cavabdehlərə qarşı yönəlməsi bir başa qeyd olunmuş, cavabdeh7 deyil, cavabdeh5 mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulmuşdur. İstinad olunanlara əsasən, kollegiya şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-2067/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2067/2026
25.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver