Məhkəmə qərarları › İş №2(3-6)-2322/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2322/2026

18.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2322/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən cavabdehin çıxarılması və özünün köçürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, subyektiv hüquq) Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1, Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi Rayon Şöbəsi cəlb edilməklə) “yaşayış sahəsindən cavabdehin çıxarılması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh yaşayış sahəsindən çıxarılması və özünün həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizədə göstərdiyi ünvanda Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşmışlar. İddiaçı ailə qurduğuna görə yataqxanada ayrı otaq verilməsi üçün müraciətlər etmişdir. Həmin ünvanda yerləşən BSU nun 1 №li yataqxanasının ** saylı otağında yaşayan məcburi köçkün getdiyinə görə otaq boşalmışdır və iddiaçının dövlət orqanlarına müraciəti əsasında həmin otaq iddiaçının istifadəsinə verildi və bu barədə aidiyyəti qurumlar məlumatlandırıldı. ##.##.2023-cü ildə cavabdehlə rəsmi nikaha girmişdir. Yataqxanada ona verilmiş və artıq yaşadığı otağa cavabdehi də yaşamağa buraxmışdır. Lakin nikah münasibətləri tezliklə pozulmuş, ailə ola bilməmişlər. 2-3 ay sonra münasibətləri tamamilə kəskinləşmişdir. Nikahlarının pozulması üçün əvvəlcə mediasiyaya, sonra isə məhkəməyə müraciət etmişdir. Nikah Binəqədi rayon Məhkəməsinin qətnaməsi əsasında ##.##.2024-ci il tarixdə pozuldu. Nikahın pozulması ##.##.2024-cü il tarixdə qeydə alınaraq müvafiq şəhadətnamə verilmişdir. Buna qədər isə cavabdeh iddiaçını döyüb otaqdan çıxarmışdır. O anasıgilin qaldığı otağa sığınmalı olmuşdur. Əşyaları isə həmin otaqda qalmaqdadır. Cavabdeh iddiaçını və nənəsini döyüb xəsarət yetirdiyi üçün o polis orqanına şikayət etmişdir. Təhqiqatçının qərarı ilə cinayət işinin başlanması rədd edilsə də, cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. Bildirir ki, cavabdeh tərəfindən iddiaçı yaşadığı yaşayış sahəsindən qanunsuz olaraq çıxarılmışdır. Onun başqa yerdə yaşamağa hər cür imkanı vardır. Hazırda o yaşamaq üçün dövlət orqanları tərəfindən icazə verilmiş otaqda yaşaya bilmir. Cavabdeh isə heç bir hüquqi əsas olmadan həmin otaqda iddiaçının əşyalarından qanunsuz istifadə etməklə yaşayır. İddiaçı qeyd edir ki, onların birlikdə yaşaması mümkün deyil və onun həyatına təhlükə yaradır. Binəqədi RİHB-nın, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə DK-nin və Komitənin Binəqədi rayon şöbəsinin məktubları ilə yataqxananın həmin otağında iddiaçının yaşamağına icazə verilir. Cavabdeh Cavabdeh Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 31A ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 1 №li yataqxanasının ** saylı otağından çıxarılması, otağın boşaldılması və həmin otağa iddiaçının köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim S.Məmmədova) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağından çıxarılması və İddiaçı həmin otağa köçürülməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən sözügedən yataqxana müstəqil tələb irəli sürməyən III şəxs olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsusdur. Təbii ki, müvafiq qurumların təklifi və xahişi əsasında məcburi köçkün və ya yaşayış sahəsinə ehtiyacı olan digər şəxslərin yaşamasına şərait yaradılması məhz onun səlahiyyətindədir. Lakin işin tədqiq edilmiş hallarından müəyyən olunur ki, cavabdeh məcburi köçkün statusuna malik deyil, həmçinin tərəflər artıq gənc ailə statusuna da malik deyillər və rəsmi nikahlarına son qoyulmuşdur. Cavabdehin sözügedən otağa münasibətdə heç bir rəsmi qeydiyyatı mövcud deyil. Hazırda iddiaçı ilə münasibətləri son dərəcədə münaqişəlidir, dəfələrlə yerli polis qurumlarında özləri və yaxın qohumları barəsində qarşılıqlı şikayət məzmunlu müraciətlər edilmiş, döymə faktı, ailə-məişət zəmnində mübahisələr dəfələrlə təkrarlanmışdır. Belə olan vəziyyətdə iddiaçının cavabdehlə eyni yaşayış sahəsinə köçürülməsi təbii ki, daha artıq münaqişə və inzibati, o cümlədən də cinayət xarakterli hadisələrə, faciəvi nəticələrə gətirib çıxara bilər. Otaq məcburi köçkün kimi iddiaçının yaşaması üçün nəzərdə tutulduğu halda onun müvəqqəti yaşadığı otaqda rahat və təhlükəsiz şəraitdə yaşaması nöqteyi nəzərdən sonuncunun müəyyən maraqlara malik olması danılmazdır. Təbii ki, otağa mülkiyyət və ya digər qaydada rəsmi qeydiyyata alınmış hüquqlara malik olmasa da, otaq şəxsin yaşaması üçün nəzərdə tutulmuş və ya ona yaşaması üçün şərait yaradılmışdırsa, şəxsin həmin otaqdan istifadə və sahibliklə bağlı özünə digər şəxslər tərəfindən yaradılan maneələrdən qorunmaq kimi hüquqlarının yaranması ilə yanaşı bu otaqdan heç bir qanuni əsasla istifadə və sahibliyi müəyyən edilməyən şəxslərin də çıxarılmasını tələb etmək hüququ yarana bilər. Bundan əlavə, hazırki vəziyyətdə iddianı qismən təmin etməklə yalnız iddiaçını həmin otağa köçürmək və cavabdehin otaqdan çıxarılmasını digər maraqlı şəxslərin iddiası əsasında həyata keçirilməsini gözləmək mübahisənin həll etməməklə, artıq yuxarıda sadalanan hallara əsasən tərəflər arasında münaqişəli vəziyyətin həddən artıq şiddətlənməsi ilə nəticələnə bilər. Məhkəmə hazırki mübahisənin məhkəmə təcrübəsindən irəli gələn prinsip və normalara uyğun həll edilməsinin tərəfləri gələcək məhkəmə çəkişmələrindən azad etməklə yanaşı, eyni tərəflər arasında oxşar mübahisələrin dəfələrlə məhkəmə müstəvisinə çıxarılmasının da qarşısını almağın ən uyğun yolu hesab etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ünvan 2 ünvanında yerləşən, Bakı Slavyan Üniversitetinin * saylı yataqxanasının ** saylı otağının iddiaçı İddiaçı hansı əsaslarla verilməsi araşdırılmamışdır. Həmin otağın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, iddiaçının cavabdehi həmin otaqdan çıxarılmasını tələb etmək üçün subyektiv hüququnun olubolmaması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı İddiaçı məcburi köçkün statusu yoxdur. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vəkil tərəfindən verilmiş sorğuya cavab verilməmişdir. Cavabdeh Cavabdeh Füzuli rayonundan məcburi köçkündür və o, məcburi köçkünlərə yemək xərci üçün müvafiq aylıq müavinət alır. Bu barədə müvafiq arayış apellyasiya şikayətinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş iddiaçının doğum haqqında şəhadətnaməsinin surətindən görsənir ki, iddiaçının atalığı belə müəyyən olunmamışdır. Bu halın özü də məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Çünki apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının məcburi köçkün statusunun olmamasıdır. Qanunvericiliyin tələbinə görə məcburi köçkün statusu ataya görə müəyyən olunur ki, bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır. ünvan 2 ünvanında yerləşən, Bakı Slavyan Üniversitetinin * saylı yataqxanasının ** saylı otağı cavabdehin müraciəti əsasında ona verilmişdir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilmiş məhkəmə bildirişi zərfdə geri qaytarılmış, adına rəsmiləşdirilmiş mobil telefon nömrələrinə məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, sonuncu məhkəmə iclasının bitməsindən sonra məhkəməyə yaxınlaşaraq növbəti məhkəmə iclasları barədə məlumat verilməsini xahiş etmişdir. Lakin məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər tamamilə əsassızdır. Cavabdehə məhkəmə iclasının vaxtı barədə məhkəmə tərəfindən məlumat verilməmiş və telefonuna SMS göndərilməmişdir. Məhkəmə prosesinin keçirilməsi barədə iddiaçı tərəfindən onun ünvanı ilə bağlı yanlış məlumatlar bilərəkdən məhkəməyə təqdim olunmuşdur ki, o, zəruri sübutları məhkəməyə təqdim etməkdən məhrum olsun. Həmçinin, onun məhkəmədə iştirakı əsl həqiqətin üzə çıxarılmasına səbəb olacaqdır deyə və iddia tələbinin rədd edilməsi ilə nəticələnə bilməsi səbəbindən bu addim iddiaçı tərəfindən atılmışdır.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026cı il tarixli qətnaməsinin dəyişdirilməsini, qətnamənin "cavabdeh Cavabdeh ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 1 №li yataqxanasının ** saylı otağından çıxarılması" hissəsinin saxlanılmasını, qalan hissəsinin ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, lakin elektron məhkəmə sistemində tərəf qismində işə düzgün əlavə edilmədiyi üçün və məhkəmə bildirişləri düzgün poçt ünvanına göndərilmədiyi üçün mövcud məhkəmə işindən məlumatlı olmamışdır. Universitet yalnız yekun məhkəmə aktı çıxdığı zaman xəbər tutmuş və Binəqədi rayon Məhkəməsi ilə əlaqə saxlayaraq düzgün formada elektron məhkəmə sisteminə əlavə edilmişdir. Bu səbəblə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 öz maraqlarını müdafiə edə bilməmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yataqxananın nə iddiaçının, nə də cavabdehin istifadəsinə verilməsinə rəsmi razılıq verməmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif tarixlərdə Elm və Təhsil Nazirliyinə işğaldan azad olunmuş ərazilərə köçürülən məcburi köçkünlərin əvvəlki məskunlaşdığı yaşayış sahələrinin digər şəxslər tərəfindən zəbt edilməsinin qarşısının alınmasına görə müvafiq tədbirlərin görülməsi üçün müraciət ünvanlamışdır. Belə müraciətlərdən biri olan Elm və Təhsil Nazirliyinin ## ###### 2023-cü il tarixli, *-**/*-****/**** saylı məktubuna əsasən, işğaldan azad olunmuş ərazilərə köçürülmüş məcburi köçkünlərin əvvəlki məskunlaşdığı binaların digər şəxslər tərəfindən zəbt edilməsinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. İddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yataqxanasında iddia etdiyi mənzildə əvvəllər ##.##.1974-cü il təvəllüdlü X3 məskunlaşmış, lakin daha sonra işğaldan azad olunmuş əraziyə köçürülmüşdür. Bu səbəblə mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 istifadəsinə qaytarılmalı idi. X1 mənzili boşaltdıqdan sonra iddiaçı və cavabdeh qanunsuz olaraq həmin mənzili zəbt etmişlər. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məqsədi mənzilin boşaldılıb təkrar Universitetin istifadəsinə qaytarılmasını təmin etməkdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 maraqlarına toxunması, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin işğaldan azad olunmuş ərazilərə köçürülmüş məcburi köçkünlərin əvvəlki məskunlaşdığı binaların digər şəxslər tərəfindən zəbt edilməsinin qarşısının alınması üçün gördüyü tədbirlər, ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının müvafiq mənzillərinin boşaldılıb mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təhvil verilməli olduğu nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərək tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

11. Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxır.

12. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi nümayəndə2 məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

13. İddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Maddə 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Maddə 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir.

17. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

1.1-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il ## ### tarixli, ***-IQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il # #### tarixli, *** nömrəli Fərmanının 2-ci hissəsinin ikinci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci, 3.17-ci və 3.19-cu bəndlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır. 1.2-ci bəndinə əsasən bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın * nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın * nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia tələbi tam təmin edilmiş, cavabdeh Cavabdeh tərəfindən qətnamə bütövlükdə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən isə iddiaçı İddiaçı ünvan 1 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağına köçürülməsi hissəsində mübahisələndirilmişdir. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissədə iddia tələbi təmin edilməməlidir.

22. ##.##.2024-cü il tarixli, ****** saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə cavabdeh Cavabdeh arasındakı nikah ##.##.2024-cü il tarixində pozulmuşdur.

23. Binəqədi Rayon Polis İdarəsinin ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı barələrində Azərbaycan Respublikasının İXM 157-ci maddəsi ilə inzibati qaydada tənbeh görülməsi, toplanmış material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.

24. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *-**/*-Q-**-***/**** saylı məktubda göstərilmişdir ki, İddiaçı * saylı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tələbə yataqxanasında yerləşən mənzildən həyat yoldaşı ilə yaşadığı mübahisə nəticəsində çıxarılmış və mənzildə olan əşyaların geri qaytarılmasına köməklik göstərilməsi ilə bağlı ## ###### 2024-cü il tarixli, *-**/*-Q-**-***/**** saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmış və Binəqədi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə mövcud problemin həlli istiqamətində zəruri tədbirlər görülməsi xahiş olunur.

25. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhər Binəqədi rayonu üzrə bölməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 maliyyə-təsərrüfat işləri üzrə prorektoru Elçin Hüseynova ünvanlanmış ##.##.2024-cü il tarixli, **/*** saylı məktubda göstərilmişdir ki, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31, BSU-nun * saylı yataqxanasında ** saylı otağında İddiaçı və məcburi köçkün statusu olmayan Cavabdeh ilə gənc ailə kimi zəbt edərək məskunlaşmışlar. Sonradan ailə boşanmışdır. Hazırda otaq Cavabdeh ixtiyarındadır. Müraciətə baxılaraq, X4 proqramı əsasında İddiaçı Ağdam rayonuna qayıdana qədər sözügedən ünvanda məskunlaşmasına köməklik göstərmələri xahiş edilmişdir.

26. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ##.##.2026-cı il tarixli məktuba əsasən Cavabdeh hansı ünvanda müvəqqəti qeydiyyatda olması haqqında məlumata rast gəlinməmişdir.

27. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **** saylı arayışa əsasən İddiaçı Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31, BSU-nun * saylı yataqxanasında qalmasına etiraz etmirlər. Sözügedən otaqda faktiki İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh qeydiyyatsız yaşayır. Qeyd: Cavabdeh məcburi köçkün statusu yoxdur

28. İşin hallarından görünür ki, iddiaçı İddiaçı iddia tələbi 2 hissədən ibarətdir: 1) İddiaçı İddiaçı ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağına köçürülməsi; 2) Cavabdeh Cavabdeh ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağından çıxarılması;

29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

30. İddiaçı İddiaçı ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağına köçürülməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə ##.##.2023-cü ildə rəsmi nikaha daxil olmuşlar. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət kirayə mənzildə yaşamış, sonradan isə yuxarıda qeyd olunan yataqxanaya köçərək orada yaşamışlar. ##.##.2024-cü il tarixində nikah pozulduqdan sonra cavabdeh Cavabdeh iddiaçı İddiaçı mübahisəli yaşayış sahəsinə daxil olmasına maneə yaratmışdır.

31. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 dəlili odur ki, həm İddiaçı, həm də Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 razılığı olmadan sözügedən yaşayış sahəsində məskunlaşmışlar.

32. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı (FİN: *******) və Cavabdeh (FİN:*******) məcburi köçkün statusunun olub-olmaması, qeyd olunan şəxslərin məcburi köçkün statusuna malik olduğu təqdirdə, onların faktiki yaşayış yeri üzrə hansı ünvanda (müvəqqəti məskunlaşdığı ünvan) qeydiyyata alınması barədə müvafiq məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu göndərilmişdir.

33. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olan elektron məlumat bazasına əsasən məktubda adı qeyd olunan vətəndaş - İddiaçı məcburi köçkün statusuna malik olması barədə məlumat aşkarlanmadı, eyni zamanda digər vətəndaş - Cavabdeh Füzuli rayonundan məcburi köçkün olduğu qeyd edilib və sözügedən hər iki vətəndaş faktiki olaraq ünvan 1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı yataqxanası ünvanında məskunlaşıb.

34. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında ## ###### 2017-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Qərarın 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

35. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il tarixli qərarında qeyd edilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə ## ###### 2012-ci il tarixli Qərarları).

36. İşin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 balansındadır. Belə olan halda yataqxanada vətəndaşların yerləşdirilməsi və çıxarılması səlahiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1dir.

37. İddiaçı sözügedən otaqda məskunlaşan zaman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən buna hər hansı maneçilik törədilməmişdir. Həmçinin, iş materiallarından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı sözügedən yaşayış sahəsindən çıxarılması ilə bağlı hər hansı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi müəyyən edilmir. Bu hal mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 gələcəkdə belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasını istisna etmir.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağına köçürülməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.

39. Cavabdeh Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağından çıxarılması barədə iddiaçı İddiaçı tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü hər hansı icazə olmadan, razılıq əldə edilmədən yaşayış sahəsinə faktiki sahiblik etməyə başladığı üçün yaşayış sahəsi ilə bağlı qanuni sahiblik hüququ yaranmamışdır.

40. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

41. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;

2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;

3. Cavabdehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.

42. ünvan 2 ünvanda yerləşən * №-li yataqxana mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 balansında olduğu üçün Cavabdeh sözügedən yaşayış sahəsindən çıxarılması tələbi ilə müraciət etmək hüququ Universitetə məxsusdur. Bu səbəbdən iddiaçının iddia tələbi həmin hissədə əsaslı deyil və təmin edilə bilməz.

43. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfndən verilmiş apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh sözügedən yaşayış sahəsindən çıxarılması hissəsində mübahisələndirilmir. Belə qənaətə gəlmək olar ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Cavabdeh sözügedən yaşayış sahəsindən çıxarılmasına etiraz etmir.

44. Lakin qeyd edilməlidir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı və Cavabdeh qanunvericiliyin tələbinə əməl edilmədən yataqxananın ** saylı otağında yerləşməsi ilə bağlı dəlillərə əsaslanaraq balanssaxlayıcı – hüquq sahibi olaraq müstəqil şəkildə məhkəməyə müraciət edə və həmin vətəndaşların yaşayış sahəsindən çıxarılmasına nail ola bilər.

45. Hazırkı halda belə bir iddia ərizəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən məhkəməyə müraciət edilməsi və ya qanuni qüvvəyə minmiş məhkəmə aktının olması müəyyən edilmədiyi üçün İddiaçı tələbi əsasında Cavabdeh ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasından çıxarılması qanunvericiliyin tələbinə uyğun deyil.

46. Qanunvericiliyin tələbinə əsasən subyektiv hüquq — hüquq normaları əsasında konkret şəxslərə (fiziki və ya hüquqi şəxslərə) verilən, öz maraqlarını təmin etmək məqsədilə müəyyən hərəkətləri etmək və ya başqalarından müəyyən hərəkətləri tələb etmək imkanıdır. O, obyektiv hüquqdan (qanunvericilik aktları, normalar məcmusundan) fərqli olaraq, cəmiyyət üçün ümumi qaydaları deyil, məhz fərdin özünün sahib olduğu imkanları ifadə edir. Hər bir subyektiv hüquq daxilində aşağıdakı imkanlar (səlahiyyətlər) birləşir: - Müstəqil hərəkət etmək imkanı (şəxsin öz hüququ çərçivəsində davranması). - Tələb etmək imkanı (borclu tərəfdən öhdəliyi yerinə yetirməyi tələb etmək). - Müdafiə olunmaq imkanı (hüquq pozulduqda dövlət orqanlarına, xüsusilə məhkəməyə müraciət etmək).

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi qismən – cavabdeh Cavabdeh ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağından çıxarılması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi qismən – cavabdeh Cavabdeh ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * №-li yataqxanasının ** saylı otağından çıxarılması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar