Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2578/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qafarova Rəna Nazim qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Kərimov Ilkin Camal oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı payların naturada ayrılması, paylı mülkiyyətdə olan əmlakın hərracda satılması, satış pulunun bölünməsi və təmir xərci tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “payların naturada ayrılması, paylı mülkiyyətdə olan əmlakın hərracda satılması, satış pulunun bölünməsi və təmir xərci” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ½ paylı mülkiyyətlərində olan Bakı şəhəri Nizami rayonu B.Çobanzadə küçəsi ev 63, mənzil 59-un naturada bölünməsi, bölünmə mümkün olmadıqda mənzilin qiymətləndirilməsi və hərrac yolu ilə satılmaqla satış pulunun paylara mütənasib olmaqla bölünməsi, eyni zamanda mənzilin təmirinə sərf etdiyi 6034 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə küçəsi ev 63, mənzil 59, 2 otaqdan ibarət olmaqla, ½ hissədə onun, digər ½ hissə isə bacısının, iş üzrə cavabdeh Cavabdeh mülkiyyətindədir. Həmin mənzildə onların birgə yaşamaqları qeyri mümkündür. Ona görə də öz aralarında razılığa gəlməyə çalışmışlar ki, mənzili satıb pulunu bölsünlər. Lakin cavabdeh tərəf bəzi şərtlər irəli sürdüyündən mənzilin satılması baş tutmamışdır. Odur ki, mübahisəli mənzilin qanunvericiliyin tələblərinə müvafiq qaydada həll edilməsi üçün və Az.Res.MM-nin 218.2-ci maddəsinin tələblərinə uyğun olaraq öz ½ payını cavabdeh Cavabdeh satmaq barədə 2025-ci ilin avqust ayının 15-də ona bildiriş göndərmişdir. Bildirişdə mənzilin bazar qiymətinə uyğun olaraq qeyd olunan mənzili 130000 (yüz otuz min) manata qiymətləndirməklə öz payına düşən hissəni, yəni 65000 manat hissəsinin ona verilməsini təklif etmişdir. Lakin cavabdeh tərəf 45 gün keçməsinə baxmayaraq ona cavab verməmişdir. Qeyd olunan mənzil bərbad vəziyyətdə olduğundan mənzilin bütün təmir işləri öz vəsaiti hesabına görmüşdür. Başqa sözlə mənzilin malyar işlərinə 2500 manat, pəncərə və qapının dəyişdirilməsi və quraşdırılmasına 400 manat, santexnika işlərə 730 manat, mal-materiala 1874 manat, zibillərin təmizlənməsi işlərinə 150 manat, mebel-materialına 230 manat və mebel ustasına 150 manat, cəmi 6034 manat təşkil etmişdir. Hesab edir ki, həmin xərclər cavabdehdən alınıb ona qaytarılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 63, ** saylı mənzil 112000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaiti hər birinə 1/2 hissə olmaqla, İddiaçı və Cavabdeh arasında bölünmüş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, 50 manatı isə iddiaçıya aid edilmiş, cavabdeh tərəfindən ödənilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun 200 manat hissəsinin iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, iddiaçı onun ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı ##.##.2026-cı il tarixli ərizəni müdafiə edərək, apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında ##.##.2026-cı il tarixli ərizəni müdafiə edərək, apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddiaçı tərəfindən verilmiş ərizəyə etiraz etmədiyini bildirmiş və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 114.1; 114.1.6. Ödənilmiş dövlət rüsumu apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə qaytarılır: Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Ərizənin məzmunundan göründüyü kimi, iddiaçı apellyasiya şikayətindən imtina etməsi barədə iradə ifadəsini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “payların naturada ayrılması və sair” tələbinə dair mülki iş üzrə verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Izah edilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “payların naturada ayrılması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “payların naturada ayrılması və sair” tələbinə dair mülki iş üzrə iddiaçının apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı İddiaçı tərəfindən ödənilmiş 50,60 (əlli manat altmış qəpik) manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) iddiaçı İddiaçı geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-2578/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2578/2026
06.07.2026 · Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver