Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2726/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh Bakı şəhəri üzrə Təhsil Idarəsi * nömrəli xüsusi təhsil məktəbinə (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ####### 2025-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## #### 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi və iddiaçı İddiaçı Bakı Şəhər Təhsil Idarəsi * nömrəli xüsusi təhsil məktəbinə "xxxx" vəzifəsi üzrə işinə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə iddiaçıya əmək haqqı hesablanaraq ödənilməsi, iddiaçıya dəymiş mənəvi ziyan əvəzi olaraq 10000 manat, həmçinin, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350 manat, ümumilikdə, 10410 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 2012-ci il tarixində X1 ilə ailə həyatı qurmuş, onun həmin nikahdan 2 qız övladı vardır. İddiaçı 2025-ci ilin fevral ayından üçüncü övladı üçün hamilədir. Iddiaçının anası uzun sürən onkoloji xəstəlik nəticəsində ## #### 2025-ci il tarixində vəfat etmişdir. Iddiaçı 2008-2012-ci illər ərzində Azərbaycan Dillər Universitetində xarici dil-ingilis dili müəllimi olaraq əyani təhsil almış və həmin universiteti bitirmişdir. İddiaçı ##.##.2012-ci il tarixindən Suraxanı rayonu, * nömrəli xüsusi internat məktəbinə "tərbiyəçi" təyin edilmiş, lakin ##.##.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə * nömrəli xüsusi internat məktəbi ləğv edildiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. ##.##.2014-cü il tarixində Təhsil Nazirliyinin *** nömrəli əmrinə əsasən Bakı Şəhər Təhsil Idarəsi * nömrəli xüsusi təhsil məktəbinə (bundan sonra "cavabdeh", "işəgötürən"xxxx"müəssisə" adlandırılacaq) "xxxx" vəzifəsinə qəbul edilmişdir. Iddiaçı cavabdeh müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar üçün onların evində onlara baza səviyyədə təhsil və təlim tərbiyə tədris etmişdir. Məsələn, yazma, oxuma, davranış qaydaları və s. Iddiaçı ## #### 2025-ci il tarixində təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikasiya imtahanında iştirak etmiş, mümkün 50 baldan 15 bal yığaraq imtahandan kəsilmişdir. Cavabdeh Bakı Şəhər Təhsil Idarəsi * nömrəli xüsusi təhsil məktəbinin ## #### 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən ## #### 2025-ci il tarixindən ləğv edilmişdir. Hesab edir ki, aşağıdakılara əsasən, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin ## #### 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğvi edilməli və iddiaçı işinə bərpa edilməlidir. Əmrin ləğv edilməsi üçün əsas ondan ibarətdir ki, iddiaçı 2025-ci ilin fevral ayından üçüncü övladı üçün hamilədir (qoşma: iddiaçının hamiləliyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir) və hamilə qadınlar sertifikasiyaya cəlb edilmədikləri halda iddiaçı hamilə olduğu halda cavabdeh tərəfindən qanunsuz olaraq sertifikasiyaya cəlb edilmiş və sertifikasiyanın nəticəsi əsas gətirilərək iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, məhkəmə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 2-ci bəndinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinə əsasən, hamilə qadınlar sertifikatlaşdırmadan keçmirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "ç", 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair ## ###### 2016-cı il tarixli qərardadı ilə aşağıdakı hüquqi mövqe ortaya qoyulmuşdur: "On birinci fəslin adından da göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı həmdə sosial yönümlü dövlətdir. Göstərilənlərə əsasən, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə, eləcə də müraciətdə şərhi qoyulan normalara zidd kimi təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı var. Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir". Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından da açıq-aşkar göründüyü kimi, dövlət hamilə qadınları hamiləlik müddəti və uşaq doğulduqdan sonra 3 (üç) yaşına çatanadək olan müddət ərzində sertifikasiyadan azad etmişdir. Bunun səbəbləri müxtəlifdir. Əvvəla, hamiləlik dövründə qadınların hormonları dəyişdiyindən ümumilikdə fizioloji və psixoloji vəziyyətləri sabit olmadığından, o cümlədən, 3 (üç) yaşına qədər uşağa qulluq etmək fizioloji və psixoloji baxımdan olduqca ağır və gərgin əmək tələb etdiyindən qanunvericilik ədaləti və bərabərliyi təmin etmək üçün bu kateqoriyadan olan qadın işçilərə maksimum dərəcədə güzəşt və imtiyazlar təmin edir. Bu güzəşt və imtiyazlardan biri də hamilə qadınların təhsilverənlərin sertifikasiyalaşdırılmasına cəlb edilməməsidir. Digər bir səbəb isə ondan ibarətdir ki, qanunvericilik bu tip qadağalarla hamilə və 3 yaşına qədər uşağı olan qadın işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsini, ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsini hədəfləyir. Belə olduğu təqdirdə cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tələbləri gözlənilməmiş və iddiaçının qanunsuz olaraq işdən çıxarılmasına səbəb olmuşdur. Ona görə də cavabdehin ## #### 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğvi edilməli və iddiaçı işinə bərpa edilməlidir. Hazırki tələb əmrin ləğvi və işə bərpa tələbindən törəmə tələbdir. Əsas tələb təmin olunacağı təqdirdə törəmə tələbin də təmin edilməsi üçün öz-özlüyündə hüquqi zəmin yaranır. Buna görə də cavabdehin əmri qanunsuz və əsassız olduğu üçün ləğv ediləcəyinə və iddiaçı öz işinə (vəzifəsinə) bərpa olunacağına görə iddiaçının özündən asılı olmayan səbəblərə görə, daha doğrusu, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məcburi olaraq iş buraxdığı dövrə görə əldə etməli olduğu əmək haqqı ödənişləri ona geri ödənilməlidir. Bu tələbin hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Digər iddia tələbi isə ondan ibarətdir ki, iddiaçının qanunsuz və əsassız olaraq, xüsusilə də üçüncü övladı üçün hamilə olduğu və anasının yeni rəhmətə getdiyi müddətdə əvvəlcə qanunsuz olaraq sertifikasiyalaşdırmaya cəlb edilməsi, daha sonra isə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilərək işdən uzaqlaşdırılması iddiaçıya fiziki iztirablar və mənəvi sarsıntılar yaşadaraq ona mənəvi ziyan vurmuşdur. Ali Məhkəmənin də mövqeyi budur ki, hamilə vəziyyətdə olanüçüncü övladını gözləyən qadının iş yerini itirməsi onsuz da həssas olan qadın psixologiyasına ağır zərbələr vurması mübahisə mövzusu ola bilməz. Iddiaçı müstəqil olaraq yaşadığı mənəvi ziyanın kompensasiyası qismində ona ödənilməli vəsaitin məbləğini 10000 manat olaraq qiymətləndirməkdədir. Iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə ##.##.2025-ci il tarixində mediasiya təklifi ilə müraciət etmiş və ##.##.2025-ci il tarixində Bakı şəhəri * saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin cavabdeh təşkilat ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Buna görə də ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayış tərtib edilmişdir. Arayış iddiaçıya ##.##.2025-ci il tarixində mediator tərəfindən şəxsən təqdim edilmişdir. Iş üzrə iddiaçı tərəfindən 60 manat məbləğində ilkin mediasiya sessiyasında iştirak haqqı ödənilmişdir. Hesab edir ki, iddia təmin ediləcəyi təqdirdə həmin məbləğ cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin xitam əmri və əmək kitabçası iddiaçıya ##.##.2025-ci il tarixində şəxsən təqdim edilmişdir. Iddiaçı əmri alan kimi dərhal peşəkar hüquqi yardım almaq üçün vəkil olaraq onunla əlaqə saxlamış, sübutlar toplanmış və ##.##.2025-ci il tarixində mediasiya icraatı başladılaraq 1 aylıq müddətin axımı dayandırılmışdır. Iddia müddətinin axımı ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayışın iddiaçıya təqdim edildiyi tarix olan ##.##.2025-ci ildən etibarən bərpa olunmuş və iddiaçı həmin tarixdə də Bakı Şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Ona görə də hazırki mübahisədə iddiaçı tərəfindən dövlət büdcəsinə hər hansı dövlət rüsumu ödənilməmişdir. Hazırki tələb iddiaçının əmək fəaliyyəti ilə bağlı yarandığından işə ümumi (rayon-şəhər) məhkəmələrində baxılmalı, cavabdeh təşkilatın hüquqi ünvanı isə Bakı Şəhəri Nizami Rayonunda yerləşdiyindən işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır.
2. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
3. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ## #### 2025–ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbinin inglis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırma imtahanından 15 bal toplamış və bununla da keçid balını (30 bal) toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırılmada iştirak etməyənxxxxsertifikatlaşdırılmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırılmada iştirak etmək hüququna malikdirlər.Təkrar sertifikatlaşdırılmada iştirak etməyən şəxslər sertifikatlaşdırılmadan keçməmiş hesab olunurlar. Imtahan gününə qədər İddiaçı tərəfindən hamilə olması barədə heç bir məlumat (təsdiqedici sənəd) təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.4-cü bəndinə əsasən Sertifikatlaşdırılmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Yəni iddiaçı imtahanın keçiriləcəyi tarix barədə əvvəldən xəbərdar olmuş, lakin bu barədə məlumatı və həkim arayışını iş yerinə təqdim etməmişdir. Yəni iddiaçı qəsdən hamilə olduğunu gizlətmiş və imtahanda iştirak etmişdir. Əlavə olaraq bildirir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. Bundan əlavə qeyd etmək istiyərdi ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29 69\*-*-**F/**** nömrəli, ##.##.2025-ci il tarixli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsinə, regional təhsil idarələrinə və Agentliyinin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, ## #### 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi təmin edilsin. Yəni İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin göstərişi əsasında Bakı şəhəri * nömrəli xüsusi təhsil məktəbinin direktorunun əmri əsasında xitam verilib. Bakı şəhəri * nömrəli xüsusi təhsil məktəbinin inglis dili müəllimi İddiaçı işəgötürəni Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbidir və onunla bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin direktorunun əmri ilə xitam verilib. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən İddiaçı barədə verilmiş əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi ziyan tələbi tamamilə əsassızdır.
4. Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) ## #### 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Bakı şəhəri üzrə Təhsil Idarəsi * nömrəli xüsusi təhsil (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) məktəbində əvvəlki vəzifəsinə bərpa olunması, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi, Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) 60 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 350 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2.2, 68, 70.c), 74.2, 79.1, 132, 154, 156, 294.4, 294.5, 296.2, 296.3-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "ç", 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair ## ###### 2016 cı il tarixli qərardadına; Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli və “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarlarına; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * saylı Qərarının 8-ci bəndinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 119.2, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və ## #### 2025-ci il tarixdə Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) təklif göndərilmişdir. ## ###### 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir. Məhkəmə iddia tələbinin cavabdehin “əmək müqaviləsinin ləğv edilməsi haqqında ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmrdə ilk öncə təhsil müəssisəsinin adı düzgün şəkildə qeyd edilməmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ## ####### 2024-cü il tarixli, KQ-** nömrəli qərarından görünür ki, Cavabdeh adı Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbinə dəyişdirilmişdir. Buna baxmayaraq sözügedən əmrdə Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi yazılmalı olsa da Bakı şəhəri üzrə Təhsil Idarəsi * nömrəli xüsusi təhsil məktəb qeyd edilmişdir. Bundan əlavə işçinin əmək kitabçasında onun ixtisası "xxxx" qeyd edilmişdir. Lakin Cavabdeh ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmrində Bakı şəhəri * nömrəli xüsusi təhsil məktəbinin ingilis dili ixtisaslı evdə təhsil müəllimi qeyd edilmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) nümayəndəsi bildirmişdir ki, iddiaçı sağlamlıq imkanları məhdud uşaqlara evdə təhsil tədris edirdi. Onların məktəbində coğrafiya, tarix, azərbaycan dili və ingilis dili fənni tədris edilmir. Göründüyü kimi iddiaçı tədris etdiyi fəndən yox ixtisası üzrə sertifikatlaşdırmaya cəlb olunmuşdur. Halbuki, Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) 2014cü ildən ixtisası üzrə fənni tədris etmir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi iddia ərizəsinə etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.4-cü bəndinə əsasən Sertifikatlaşdırılmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərildiyini qeyd etsə də, həmin bildirişi nə cavabdeh, nə də sertifikatlaşdırmanı həyata keçirən orqan məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlardan başqa iddia tələbinin qanuni əsasını iddiaçının hamilə olması təşkil edir. Bu məhkəməyə təqdim edilmiş müayinə sənədləri ilə də sübut olunur. Qanunvericiliyin tələbinə əsasən hamilə qadınların sertifikatlaşdırılması keçirilmir. Hamilə qadınların bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinə əsasən, hamilə qadınlar sertifikatlaşdırmadan keçmirlər. Beləliklə, ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmr qanunun tələblərinə zidd olduğundan ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçı İddiaçı Bakı Şəhər Təhsil Idarəsi * nömrəli xüsusi təhsil məktəbinə "xxxx" vəzifəsi üzrə işinə bərpa edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmr ləğv edildiyindən İddiaçı əvvəlki vəzifəsinə ("xxxx") bərpa olunmalıdır. Məhkəmə iddia tələbinin “əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə iddiaçıya əmək haqqı hesablanaraq ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmr qanunsuz və əsassız olduğundan cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Odur ki, ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmr ləğv edildiyindən və işçi əvvəlki vəzifəsinə işə bərpa edildiyindən İddiaçı işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçıya dəymiş mənəvi ziyan əvəzi olaraq 10000 manat tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini əsaslı edəcək sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkətixxxxhərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkətixxxxhərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350 manat” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini əsaslı edəcək sübut təqdim etdiyindən iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) ## #### 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğv edilməli, iddiaçı İddiaçı Bakı şəhəri üzrə Təhsil Idarəsi * nömrəli xüsusi təhsil (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) məktəbində əvvəlki vəzifəsinə bərpa olunmalı, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməli, Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) 60 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 350 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ###### 2025-ci il tarixli arayışa əsasən Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı vəkili və nümayəndəsi nümayəndə2 50 manat mediasiya xərci ödəmişdir; - ****** nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı ##.##.2014-cü il tarixdə Təhsil Nazirliyinin *** nömrəli əmrinə əsasən Bakı Şəhər Təhsil Idarəsi * nömrəli xüsusi təhsil məktəbində "xxxx" vəzifəsinə qəbul edilmişdir; - ##.##.2025-ci il tarixdə ingilis dili ixtisaslı ev təhsil müəllimi ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. 12. Mediasiya prosesinin tətbiqi barədə təklifə əsasən, ## #### 2025-ci il tarixdə cavabdehə təklif göndərilmişdir; - Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı hüquqi yardım üçün 350 manat ödəniş etmişdir; - Cavabdeh ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmrinə əsasən 1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri * nömrəli xüsusi təhsil məktəbinin ingilis dili ixtisaslı evdə təhsil müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək 70-ci maddəsinin "c" bəndinə əsasən ## #### 2025-ci il tarixdən ləğv edilsin. 2. İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılsın. Əsas: ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri; - “X4” tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli müayinə sənədinə əsasən İddiaçı 8 həftə 4 günlük hamilədir; - “X5” tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışa əsasən İddiaçı 25 həftəlik hamiləlik təsdiq olunmuşdur; - Ödəniş kartı üzrə çıxarışa əsasən İddiaçı debet kartına ##.##.2025-##.##.2025-ci tarixdə 2907,23 manat mədaxil edilmişdir; - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun ## #### 2025-ci il tarixli əmrinə əsasən məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılsın ki, ## #### 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin ## #### tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər; - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ## ####### 2024-cü il tarixli, KQ-** nömrəli qərarına əsasən Cavabdeh adı Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbinə dəyişdirilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməsi və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 35.2-ci; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.c) maddəsinə; Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 36-2-ci; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbinin ingilis dili müəlimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi məktəbin ##.##.2025-ci il tarixli OU**********/e nömrəli əmri ilə ləğv edilmişdir. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən də birinci instansiya məhkəməsinin əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona boşdayanmaya görə əməkhaqqının ödənilməsi tələbinin təmin edilməsinə dair qətnaməsi tamamilə əsassızdır və ləğv edilməlidir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bakı şəhəri * nömrəli xüsusi təhsil məktəbin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmişdir, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir. Sertifikatlaşdırmadan keçmirlər: hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni ki, iddiaçı hamilə olduğunu işəgötürəndən gizlətmiş və bu barədə ərizə və təsdiqedici sənədlər təqdim etməyərək, imtahanda özü könüllü iştirak etmişdir. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Qeyd edilməlidir ki, sertifikatlaşdırma təhsilin keyfiyyətinə birbaşa təsir göstərən dövlət nəzarət tədbiri olduğundan, burada əsas meyar tədris fəaliyyətinin nəticəsi və bilik səviyyəsidir. Əgər bilik səviyyəsi aşağı olan və sertifikatlaşdırmadan keçməmiş şəxs uzunmüddətli olaraq pedaqoji fəaliyyəti davam etdirərsə, bu hal bir tərəfdən təhsilalanların konstitusion hüquqlarını – keyfiyyətli təhsil almaq hüququnu pozur, digər tərəfdən dövlətin təhsil siyasətinin məqsədlərinə zidd olur. Burada artıq iki münasibət arasında müqayisə aparmaq zərurəti meydana gəlir. Nəzərə alınsa ki, bir müəllim tədris ilində ən azı 50-60 şagirdə təhsil verir, belə olan halda, çoxsaylı təhsilalaların marağı və hüquqları, bir şəxsin əmək münasibətləri ilə müqayisədə üstün tutulmalıdır, çünki təhsil sahəsində başlıca məqsəd təhsilalanların inkişafıdır. Beləliklə, qanunvericinin iradəsi aydındır: təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxs də bilavasitə “sertifikatlaşdırmadan keçməmiş” hesab edilir. Təhsilalanların bilik səviyyəsinin və təhsilin ümumi keyfiyyətinin qorunması məqsədilə belə şəxslərin pedaqoji fəaliyyətini davam etdirməsi qanunvericiliklə yolverilməz sayılır. Bu mövqe dövlətin təhsil siyasətinin keyfiyyətyönümlü məqsədlərinə tam uyğundur. Digər tərəfdən, sertifikatlaşmadan keçmədiyinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslər öz bilik və peşə səviyyələrini artırmaqla, gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edib yenidən pedaqoji fəaliyyətə başlaya bilərlər. Bu, onların konstitusion əmək hüququnu məhdudlaşdırmır, əksinə, qanunvericinin müəyyən etdiyi bərabər imkanlar çərçivəsində öz bilik səviyyəsini artırmaq və yenidən təhsil sisteminə qayıtmaq üçün qanuni imkan yaradır. Apellyasiya icraatında müəyyən edilən hallar:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının həmin dövrdə hamilə olduğunu, fiziki görünüş olaraq da onun hamilə olduğunun iş yerindəki hamıya məlum olduğunu, lakin işəgötürənin buna baxmayaraq əsassız olaraq onu imtahana girməyə məcbur etdiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
8. Iddiaçının nümayəndəsi vəkil nümayəndə2 elektron kabinet vasitəsi ilə ərizə təqdim etmiş və ərizədə qeyd edilmişdir ki, qarşı tərəfin arqumenti Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı birmənalı hüquqi mövqe ilə tam ziddiyyət təşkil edir. Belə ki, Ali Məhkəmənin analoji əmək mübahisələri ilə bağlı yaydığı rəsmi məlumata əsasən, əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etməsi yalnız onun təşəbbüsündənxxxxmüraciətindən asılı deyil. Əmək qanunvericiliyi işəgötürəndən işçinin əmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraiti yaratmağı, o cümlədən işçinin əmək təminatlarının tətbiqini tələb edir. Ali Məhkəmə xüsusilə vurğulayır ki, işəgötürən isə əmək münasibətlərində təşkilati, hüquqi və informasiya baxımından daha güclü tərəfdir. O, peşəkar idarəetmə imkanlarına, insan resursları xidmətinə və hüquqşünas dəstəyinə malik olmaqla əmək qanunvericiliyinin tələblərini bilməli və tətbiq etməlidir. Əmək qanunvericiliyi məhz işçinin əmək münasibətlərində daha zəif tərəf olmasını nəzərə alaraq işəgötürənin üzərinə pozitiv öhdəlik qoyur. Buna görə də, işəgötürən əmək münasibətləri dövründə işçinin hüquqi statusunu müəyyən etməli, bununla bağlı zəruri məlumatları toplamalı və qanunvericilikdən irəli gələn təminatları tətbiq etməlidir. Işçinin bunu xatırlatmamasıxxxxayrıca tələb etməməsi həmin öhdəlikləri aradan qaldırmır.Beləliklə, "Işçi bizə məlumat verməmişdi"xxxx"sənəd təqdim etməmişdi" kimi arqumentlər işəgötürənin əmək qanunvericiliyindən irəli gələn öhdəliklərini aradan qaldırmır. İddiaçı işində də məhz yuxarıda qeyd olunan halların analoqu baş vermişdir. Işçinin ## #### 2025-ci il tarixində faktiki olaraq hamilə olması obyektiv faktdır və işəgötürən subyektiv olaraq bundan xəbərsiz olduğunu iddia edərək Əmək Məcəlləsinin 79-cu maddəsinin imperativ tələbindən (hamilə qadınların işdən çıxarılmasının qadağan olunması) boyun qaçıra bilməz.
9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 67-2.2. hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.70 (c) Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Işçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 74.2. Əgər qanunsuzxxxxəsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinəxxxxrazılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 79.1 Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 132. məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154.Əmək haqqımüvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pulxxxxnatura formasında ödənilən gündəlikxxxxaylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294.4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçinixxxxişəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 294.5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın: 1.4-cü bəndinə əsasən, hamilə qadınlar sertifikatlaşdırmadan keçmirlər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "ç", 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair ## ###### 2016- cı il tarixli qərardadına əsasən : "On birinci fəslin adından da göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı həmdə sosial yönümlü dövlətdir. Göstərilənlərə əsasən, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə, eləcə də müraciətdə şərhi qoyulan normalara zidd kimi təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı var. Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir"
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallarxxxxfaktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsixxxxdəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Bunun əksinə iddiaçının hamilə olması ilə bağlı təqdim etdiyi sənədlər, qanunvericiliyin hamilə qadınlarla bağlı olan əmək münasibətlərə xitam verilməsi barədə qadağaları, habelə hamilə qadınların sertifikatlaşdırmadan azad olması ilə bağlı göstərişi, bununla yanaşı cavabdeh qurumun sertifikatlaşdırılmanın keçirilməsinə ən azı 1 ay qalmış onun vaxtı və yeri barədə bildirişi iddiaçının şəxsi kabinetinə göndərməsi ilə bağlı hər hansı sübutunun olmaması bir daha cavabdeh tərəfindən qəbul edilmiş əmrin əsassız olduğunu təsdiq edir.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.