Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3165/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkili vəkil3, Cavabdehin nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, İddiaçılar iddiaçı20 və qeyrilərinin cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi, tikinti və söküntü işlərinin dayandırılması, ərazinin əvvəlki vəziyyətinin cavabdehin vəsaiti hesabına bərpa edilməsi və.s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı iddiaçı20 və digərlərinin nümayəndəsi-vəkili vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı20, iddiaçı19, iddiaçı18, iddiaçı17, iddiaçı16 və iddiaçı15 cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X1, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.6 ha sahəsində qanunsuz inşa edilən hasarların sökülməsi, sakinlərin əvvəlki kimi əraziyə giriş-çıxışının bərpa edilməsi, tikinti və söküntü işlərinin dayandırılması, tikinti ilə bağlı olaraq ərazidən istifadə edilməsinin, cavabdehin həmin əraziyə daxil olmasının qarşısının alınması, həmin ərazidə hər hansı bir fəaliyyət göstərməsinin qadağan edilməsi, ərazinin əvvəlki vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra birgə iddiaçılar qismində cəlb edilmə barədə ərizə təqdim edilmiş və iddiaçı14, iddiaçı13, iddiaçı12, iddiaçı11, iddiaçı10, iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı6 İlyas qızı, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 iddiaçı qismində işə cəlb edilmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası ##.##.2026-cı il tarixə, saat 12:30a təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Həmçinin apellyasiya şikayətində apellyasiya şikayəti vermiş şəxslərdən Məmmədov Vasif İlham oğlu və Məmmədov Emil İlham oğlunun birinci instansiya məhkəməsində iddiaçı kimi işdə iştirak etmədiklərini bildirərək, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*- *)-****/**** saylı qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ****/**** saylı icraata qəbul qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Məmmədov Vasif İlham oğlu və Məmmədov Emil İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə, səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-3165/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3165/2026
16.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver