Məhkəmə qərarları › İş №2(3-6)-399/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-399/2026

16.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-399/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X14” X22ə və Cavabdeh1 X22ə qarşı mülki iş (Açar sözlər: «əmək mübahisəsi üzrə iddia müddətinin keçməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər “X14” X18 nümayəndələri X13 və X2,Cavabdeh1n nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-354/2025 saylı, 25 noyabr 2025ci il tarixli qətnaməsindən cavabdeh “X14” X15 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: İddiaçı xx.xx.2022-ci il tarixdən X11 (Cilov bölməsi üzrə) daxili əvəzçilik Cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə (0,5 ştat vahidi) qəbul edilmişdir.

2. “X14” X18 12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 saylı İddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən ünvan 1 ünvanında yerləşən “X14” X18 TTTY şöbəsində (Cilov bölməsi üzrə) təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 036BFBM000208 nömrəli əmək muqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilməsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 13,31 təqvim günü ödənilsin və işçi ilə son haqq-hesab aparılması; Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işçiyə "X14” PHŞ-də bir ildən beş ilədək əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməsi; İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cаvabdehlər Cavabdeh1 X22ə və “X14” X22ə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə pul tələbinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət edərək 12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

4. İddiada göstərilib ki, İddiaçı 1987-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin 1ci Müalicə profilaktika fakültəsini həkim reanimotoloq-anestezioloq ixtisası üzrə təhsil almışdır. 2000-ci ildə isə X1 həkim cərrah kimi 1 (bir) illik ixtisasdəyişmə kursunu bitirərək, Səhiyyə Nazirliyi tərəfindən təyinatla (5 illik müqavilə ilə) indiki Pirallahı rayonunun ərazisindəki Cilov adasında yerləşən Bakı Baş Səhiyyə İdarəsinin nəzdnində olan 12 nömrəli X17 1 ştat vahidi cərrah, 0.5 ştat vahidi isə lor həkimi vəzifəsində çalışmışdır. Sonradan 12 nömrəli tibbi sanitar hissənin (TSH) adı dəyişilərək 16 saylı Birləşmiş şəhər Xəstəxanası (BŞX) olmuşdur. 2014-cü ildə Birləşmiş şəhər Xəstəxanasının (BŞX) nəzdində X6 Yardım Şöbəsi (TTYŞ) yaradılarkən, mövcud kadrlar hesabına 1 ştat vahidi TTYŞ-si həkimi, 0,5 ştat vahidi isə cərrah həkimi kimi 2022-ci ilədək işləmişdir. Sonradan 0,5 ştat vahidi kəsilərək 1 ştat vahidi TTYŞ-si həkimi saxlanılmışdır. 2021-ci ildə həmin müəssə yəni - 16 saylı Birləşmiş şəhər Xəstəxanası, Cavabdeh1n (TƏBİB) nəzdinə keçrilmişdir. Bundan sonra, TƏBİB-in nəzdində olan “X14” X19 Çilov bölməsi adı ilə fəaliyyətini davam etdirmiş və iddiaçı həkim İddiaçı da həmin vəzifədə öz fəaliyyətini 2025ci ilin mart ayınadək davam etdirmişdir. İddiaçının həkim kimi 26 (iyirmi altı) il iş stajı vardır. İddiaçı işlədiyi müəssisədə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtı-vaxtında yerinə yetirmiş, işlədiyi müddət ərzində işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamışdır. Əksinə Çilov adasında yerləşən Təcili Təxirəsalınmaz və Təcili Yardım şöbəsində səhiyyədəki xidmətlərinə görə rəhbərlik tərəfindən fəxri fərman və əmək haqqından əlavə pul mükafatları ilə təltif edilmişdir. Lakin 15 noyabr 2023-cü il tarixdə Cavabdeh1n “X14” X18 və “Bakı Baş Səhiyyə Mərkəzi” X18 ştatına və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında 18-1/3-2-1506/2023 saylı ərmi verilmişdir. Həmin ərmə əsasən BBSM-in 45 nömrəli Şəhər Poliklinikasının “Pirallahı həkim məntəqəsi” BBSM-in strukturunda ləğv edilmiş və PTM-in strukturuna verilmişdir. “Pirallahı həkim məntəqəsi”nin bazasında və İddiaçı BBSM-in 45 nömrəli Şəhər Poliklinikasının “Cilov həkim məntəqəsi” BBSM-in strukturunda ləğv edilmiş, PTM-in “Cilov bölməsi” strukturunda ləğv edilmiş və “Cilov bölmə”sinin bazasında və mövcud ştat vahidləri hesabına PTM-in strukturunda, Cilov qəsəbəsi ünvanında “Cilov Ailə Sağlamlıq Mərkəzi” (Cilov ASM) yaradılmışdır. Həmçinin əmrin 8.1 bəndinə əsasən Pirallahı ASM və Cilov ASM-in əmək fəaliyyətini icra edəcək əməkdaşlarla əmək qanunvericiliyinə əsasən əmək münasibətlərinin tənzimlənməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq Cavabdeh1n və cavabdeh “X14” X15 qəbul etdiyi xx.xx.2025-ci il tarixli 18-1- 16/3-1- 308/2025 saylı əmr ilə İddiaçı müddətsiz bağlanmış əmək müqaviləsinə iddiaçıya heç bir əsas olmadan, hər hansı bir iş təklif edilmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı barəsində Cavabdeh1n “X14” X22i tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 18-1-16/3-1-308/2025 saylı əmri qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndləri, 69-cu maddəsinin 7-ci hissəsi, 76-cı maddəsinin, 77-ci maddəsinin 2-ci və 3-cü hissəsinin, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndi və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. İddiaçı peşəkar işçidir, işlədiyi müddətdə həmişə işinin öhdəsindən layiqincə gəlmiş və işinə vicdanla yanaşmışdır. İşçinin 26 (iyirmi altı) ilə yaxın əmək stajı var, hazırda isə işsizdir. Özü isə 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündür və müvəqqəti olaraq ailə üzvləri ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır(əsas məcburi köçkün vəsiqəsi №196020 əlavə edilir). Bundan başqa, iddiaçı eyni zamanda müharibə veteranıdır(əsas Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 14 may 2016-cı il tarixli 057844 №li vəsiqə əlavə edilir). Himayəsində dörd övladı vardır. Heç yerdən gəliri yoxdur. Bütün bunlar barədə işlədiyi cavabdeh qurumun rəhbərliyinin də məlumatı var. Eyni zamanda, iddiaçı işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamış, ona rəsmi şəkildə iş təklif edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 01 may tarixli 2130 nömrəli Fərmanı “əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımının kefiyyətinin yüksəldilməsi və ilkin səhiyyə xidmətinə əlçatanlığın təmin edilməsi” məqsədi ilə verilmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş Cavabdeh1n 15 noyabr 2023-cü il tarixdə “X14” X18 və “Bakı Baş Səhiyyə Mərkəzi” X18 ştatına və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında 18-1/3-2- 1506/2023 saylı ərmi də məhz ölkə başçısının qeyd olunan Fərmanının icrası ilə əlaqədar qəbul edilməsinə baxmayaraq, cavabdeh bu imkandan sui-istifadə edərək, yeni yaradılmış “Cilov Ailə Sağlamlıq Mərkəzi” (Cilov ASM)-də iddiaçının çalışdığı ştatın boş və vakant olmasına baxmayaraq onu işlə təmin etməmişdir. İddiaçıya bu boş qalmış vakant ştat hansı səbəblərə görə işəğötürən tərəfindən təklif edilmədiyi hələ də sual doğurmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 01 may tarixli 2130 nömrəli Fərmanında məqsəd işçilərin işdən çıxarılaraq işsiz qalması deyil, əksinə uzun illər tibb sahəsində çalışmış, peşəkar intizamlı işçilərin əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımının kefiyyətinin yüksəldilməsi və ilkin səhiyyə xidmətinə əlçatanlığın təmin edilməsi olmalıdır. Qeyd olunan ərazi adadır, ora gediş gəliş yalnız helikopter və ya gəmi ilə olur, belə olan halda həmin yerdə ilkin tibbi xidmət əlçatan olmalıdır. Cavadeh isə bu Fərmandan öz məqsədlərinə uyğun şəkildə istifadə etmiş və iddiaçıya digər alternativ iş təklif etməmiş və boş qalmış ştata isə iddiaçını işə qəbul etməkdən müxtəlif bəhanələrlə yayınmaqdadır. Belə ki, hazırda “X14” X18 özündə Cərrahiyə Şöbəsində və X20 Şöbəsində boş ştat vahidləri mövcuddur. Cavabdeh qurum tərəfindən burda da ayrıseçkiliyə yol verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq məktubunu gec təqdim etmiş həkim vəzifəsində işləyən iddiaçıya xəbərdarlıq məktubunu Əmək Məcəlləsinin tələblərinə uyğun göndərməmişdir. İddiaçı isə haqlı olaraq ona qanuna zidd təqdim edilmiş xəbərdarlıq məktubu ilə razılaşmayaraq onu imzalamaqdan imtina etmişdir. Cavabdehin ümumi işçilərinin sayında hər hansı cüzi azalmaya yol verilsə də iddiaçının həmin əsasla işdən çıxarılması tam qanunsuzdur. Bu cür əmək mübahisəsi ilə bağlı işlərdə sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranırsa və ixtisarı zəruri edən hallarla bağlı sübutlar təqdim edilməlidir. Lakin cavabdeh qurum iddiaçını işdən azad edərkən bu halları araşdırmamış və nəzərə almamışdır. Cavabdeh tərəfindən qəbul edilən əmr tam qanunsuz və əsassızdır. İddiaçının hüquqlarının təmin olunması üçün məhkəmə tərəfindən müvafiq qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, iddiaçı digər bir problemlə qarşılaşmışdır. Belə ki, iddiaçı işdən qanunsuz azad edildikdən sonra qeyd olunan məsələnin araşdırılması və prosessual müdafiə hüquqlarının bərpa edilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilə (X5) müraciət etmiş, həmin vəkil iddiaçı və digər bir neçə şəxsdən külli miqdarda pul mənimsəyərək onlara yardım edəcəyini, hətta işə bərpa edəcəyinə dair yalan vədlər vermişdir. Beləliklə də iddiaçının həmçinin digər şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri öz iradələrindən asılı olmayan səbəblərdən pozulmuşdur. Hazırda həmin işlə bağlı iddiaçı və digər zərərçəkmiş şəxslərin şikayəti həm Azərbaycan Respublikası Vəkillər Kollegiyasında, həm Pirallahı rayon prokurorluğunda və Pirallahı rayon Polis İdarəsinin İstintaq Şöbəsində icraatdadır. Qeyd olunan məsələ ilə bağlı araşdırma aparıldığından və hələ cinayət işi istintaq mərhələsində olduğundan iddiaçı prosessual müddətləri buraxmamaq və işi daha da uzatmamaq üçün qanunvericilikdə nəzərdə tutulan məhkəmədən əvvəl Mediasiya Təşkilatına müraciət etmişdir. Mediatorun bütün səylərinə baxmayaraq cavabdeh tərəfindən heç bir nümayəndə prosesdə iştirak etmək istəməmişdir. Bununla bağlı, Bakı 2 saylı Mediasiya Təşkilatından xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə edilmiş və həmin arayış hazırda iddia ərizəsinə əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələbinin həlli yalnız məhkəmə qaydasında mümkündür. Heç bir təqsiri olmadan uzun illərdir həkim adını layiqincə yerinə yetirən işçinin müddətsiz əmək müqaviləsinə xitam verilməsi və bu halın müəssisədə aktiv vakansiyanın olduğu halda edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər iddiaçının da bir vətəndaş kimi hüquqlarının pozulması ilə nəticələnmişdir.Cavabdehin iddiaçının əmək fəaliyyətinə xitam verilməsinə dair əmri tam qanunsuz və əsassızdır. Belə ki, fəaliyyəti müsbət qiymətləndirildiyindən iddiaçı dəfələrlə təriflər almış, başqa müəssisələrə əvəzə getmişdir. Fəaliyyəti dövründə heç bir ciddi nöqsana yol verməmişdir. Hazırda həmin müəssisədə iddiaçıdan sonra işə düzələn həkimlər öz vəzifəsində işləməyə davam edir və həmin sahə üzrə aktiv vakansiyalar vardır. Eyni zamanda, cavabdehin rəhbərliyi qanunsuz şəkildə iddiaçı ilə bərabər bir neçə şəxsi də işdən çıxararkən onlara öz xahişləri ilə işdən çıxmalarına dair yazılı ərizələr imzalatdırmışdır. Lakin iddiaçı heç bir yerə imza etməmişdir. Qeyd olunan məsələ ilə bağlı iddiaçı müddətləri keçirmədən hüquqlarının müdafiəsi ilə bağlı vəkil ilə müqavilə bağlamış, lakin həmin vəkil də (X5) iddiaçının inamından sui-istifadə edərək dələduzluq etdiyi üçün barəsində cinayət işi açılmışdır. Qeyd olunan səbəbdən iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət, iddiaçının təqsiri ucbatından buraxılmadığından həmin müddət üzürlü hesab edilərək bərpa edilməli və iddia ərizəsi baxılması üçün icraata qəbul edilməlidir.

5. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-354/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia tələbinin təmin edilərək “X14” X22 tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 nömrəli əmrin ləğv edilməsi; İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı xx.xx.2022-ci il tarixdən X11 (Cilov bölməsi üzrə) daxili əvəzçilik Cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə (0,5 ştat vahidi) qəbul edilmişdir. X14” X18 ştat cədvəlinə əsasən Ştat vahidi ixtisar edildiyinə görə İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bunu Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi tələb edir. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alınmayıb. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyri siyasi təşkilatdır”. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. Razılıq qərarda deyil, protokoldan çıxarışla ifadə olunub. Bu, qanunvericiliyə ziddir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: “Həmkarlar ittifaqı təşkilatı ... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmr qanunsuzdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh “X14” X22i apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib göstərir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmkarlar ittifaqı üzvü olan işçinin əmək müqaviləsinin ləğvi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı ilə həyata keçirilməlidir. Həmin razılıq yazılı formada işəgötürənə təqdim olunmalıdır. Əmək Məcəlləsinin 80.2-ci maddəsinin üçüncü cümləsində də bu,“əsaslandırılmış yazılı qərar” kimi ifadə olunmuşdur. Lakin təqdim etdikəri sənəd -protokoldan çıxarış hüquqi baxımdan həmkarlar ittifaqının kollegial iradəsinin ifadəsidir. Həmin çıxarışın sonunda “HİK-in üzvləri çıxış edərək qoyulan məsələ ilə razı olduqlarını bildirdilər”, “Səsvermədə gündəlik məsələlər yekdilliklə qəbul olundu” ifadəsi ilə həmkarlar ittifaqı üzvlərinin razılığı, yəni kollegial qərarı açıq şəkildə qeyd olunmuşdur. Protokollar kollegial orqanın sənədi olmaqla, qəbul olunmuş qərarı və iştirakçılar tərəfindən edilən səsvermənin nəticəsini əks etdirir. Təqdim edilmiş çıxarışın qərara alındı hissəsində qeyd olunan “məsələyə etiraz edilmir” ifadəsi də öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmkarlar ittifaqının iradəsi formal deyil, məzmun baxımından tam hüquqi qüvvəyə malik şəkildə ifadə olunmuşdur. Belə olan halda, sənədin başlığının “qərar” deyil, “protokoldan çıxarış” adlandırılması formaya aid texniki uyğunsuzluqdur, mahiyyətə təsir etmir və əmək müqaviləsinin ləğvini qeyri-qanuni hesab etmək üçün əsas ola bilməz. Burada formal texniki termin fərqi - “qərar” əvəzinə “çıxarış” yazılması tərəflərin iradəsini dəyişmir, nəticəyə təsir etmir. Qanunvericilikdə forma pozuntusunun hüquqi nəticəyə təsiri yalnız o halda əsas hesab olunur ki, bu, işçinin hüquqlarının pozulmasına, əsaslandırılmamış qərarın verilməsinə səbəb olsun. Bu iş üzrə isə həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilmiş iclasda məsələyə baxılıb, üzvlərin yekdil razılığı ilə əmək müqaviləsinin ləğvinə etiraz olunmayıb və bu, rəsmi sənədlə təsdiqlənib. Nəticə etibarı ilə, təqdim edilən protokoldan çıxarış həmkarlar ittifaqının kollegial iradəsinin yazılı formasıdır və qanunvericiliyin tələbinə zidd deyildir. Beləliklə, ilkin məhkəmə tərəfindən əmrin ləğvi ilə bağlı verilmiş qətnamə formal texniki uyğunsuzluğu əsas götürərək qəbul edilmiş, lakin hüquqi və faktiki mahiyyətə uyğun deyil. İşçinin əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə tam əməl olunmuş, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ixtisar) uyğun olaraq işə xitam verildiyi üçün işçiyə qanunla nəzərdə tutulmuş bütün ödənişlər, o cümlədən 4099.39 (dörd min doxsan doqquz manat, otuz doqquz qəpik) manat məbləğində birdəfəlik kompensasiya ödənilmişdir. Bu vəsait dövlət büdcəsindən ödənilmiş və artıq hüquqi baxımdan bağlanmış əmək münasibətləri üzrə maliyyə öhdəliyinin icrasını təşkil etmişdir. Digər tərəfdən, ixtisar qərarı qəbul olunmazdan öncə işçiyə qanunvericiliyə uyğun olaraq ixtisar haqqında yazılı xəbərdarlıq edilmiş, ona yeni iş axtarması üçün həftədə birgün ödənişli məzuniyyət hüququnun verilməsi də rəsmi olaraq təmin olunmuşdur. Həmçinin müəssisə tərəfindən işçiyə alternativ vəzifə təklif olunmuş, lakin işçi bu təklifi əsassız olaraq rədd etmişdir. Bütün bu hallar göstərir ki, işəgötürən öz hüquqi və sosial öhdəliklərini tam şəkildə icra etmişdir və işçinin əmək hüquqlarının pozulması halları baş verməmişdir. Belə bir şəraitdə məhkəmə tərəfindən əmək münasibətlərinin bərpası, artıq ödənilmiş kompensasiyanın hüquqi və iqtisadi mənasız hala düşməsinə, dövlət müəssisəsinin maliyyə itkilərinə, büdcə vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur ki, bu da qanunun məqsədinə və dövlət maraqlarına ziddir. İddia müddətinin üzrlü hesab edilməsi hissəsində qeyd olunmalıdır ki, etibarnamənin mövcudluğu vəkilin nümayəndə kimi çıxış etdiyi konkret məhkəmə işində onun hüquqi statusunu və iştirakını təsdiq edən yeganə sənəd sayıla bilməz. Mülki Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti” haqqında qanuna əsasən, vəkilin məhkəmədə iştirakını və konkret prosessual hərəkətləri yerinə yetirmək səlahiyyətini təsdiq edən sənədlər - vəkil orderi və vəkillə bağlanmış müqavilə olmalıdır. Həmin sənədlər təqdim edilmədən təkcə etibarnamənin olması əsasında vəkilin hüquqi təmsilçilik həyata keçirdiyi nəticəsinə gəlmək hüquqi baxımdan əsassızdır. Bu baxımdan, iş materiallarında order və ya müqavilənin olmaması şəxs ilə vəkil arasında hüquqi münasibətin formalaşmadığını, yəni faktiki təmsilçiliyin baş tutmadığını göstərir. Belə olan halda, hüquqi nəticə doğuran heç bir prosessual hərəkət vəkil tərəfindən etibarlı şəkildə həyata keçirilməmiş hesab olunmalıdır. Cavidan Osmanlı öz ifadəsində şəxslərlə müqavilə bağladığını bildirsə də, həmin müqavilələr nə birinci instansiya məhkəməsinə, nə də digər hüquqi prosedurlara təqdim edilməmişdir. Müqavilənin mövcud olduğu halda təqdim edilməməsi artıq vəkilə müraciət faktını təsdiq etmir. Ümumiyyətlə, vəkilin hüquqi nümayəndə kimi çıxış etməsi üçün mütləq surətdə yazılı müqavilə və order təqdim olunmalıdır. Bu sənədlərin heç biri təqdim olunmadığı halda, şəxslərin hüquqi yardım aldığı və buna görə müddəti ötürdükləri iddiası hüquqi cəhətdən əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin bərpası ilə bağlı verilmiş qərar hüquqi əsasdan məhrumdur və təfsilatsız, yetərsiz araşdırmalara söykənir. Belə ki, müddətin bərpasının əsaslandırılması üçün vəkil Cavidan Osmanlıya qarşı başlanmış cinayət işi istinad kimi götürülmüş, lakin həmin iş üzrə heç bir ittiham irəli sürülməmiş, ittiham aktı tərtib edilməmiş və nəticə etibarilə, onun təqsiri sübuta yetirilməmişdir. Əgər vəkilin əməlləri ilə bağlı hüquqi məsuliyyət formalaşmayıbsa, bu halda vətəndaşların onun tərəfindən aldadılması iddiası da hüquqi baxımdan təsdiqini tapmamış qalır. Bu isə iddia müddətinin üzrlü səbəblə keçməsi kimi qiymətləndirilə bilməz. Əksinə, vəkilin polis ifadəsində göstərilir ki, vətəndaşlar ona etibarnamə verərək könüllü şəkildə müqavilə bağlamış, o, isə adından mediasiyaya müraciət etmişdir. Həmçinin vəkilin iddiasına görə, oxşar iş təklifləri olduğuna görə proses uzanmış, sonradan vətəndaşlar pullarını geri tələb etdikdə, Cavidan Osmanlı həmin vəsaitləri qaytarmışdır. Bu ifadədən açıq görünür ki,vətəndaşlar ilkin mərhələdə öz hüquqlarının müdafiəsini vəkilə könüllü etibar etmiş, lakin sonra öz səhlənkarlıqları və passiv davranışları nəticəsində iddia müddətini ötürmüşlər. Məhkəmənin iddia müddətinin bərpasını yalnız vəkilin polisə verdiyi ifadəyə əsasən həyata keçirməsi isə hüquqi cəhətdən ciddi qüsurdur. Çünki bu ifadə əksinə, onların hüquqlarının pozulması ilə bağlı gecikmənin vəkilin deyil, bilavasitə özlərinin məsuliyyətsizliyi ilə bağlı olduğunu göstərir. Nəticə etibarilə, ortada vəkilə qarşı rəsmi ittiham irəli sürülmədən və günahı sübuta yetirilmədən, onun guya şəxsləri aldatması ilə bağlı müddətin keçməsi iddiası yalnız ehtimal xarakterlidir, sübut olunmayıb və belə ehtimallar əsasında müddətin bərpası qanunvericiliyin tələblərinə ziddir. Bu isə cavabdeh tərəfin hüquqlarını pozur. İddiaçılar tərəfindən iddia müddətinin ötürülməsi məsələsində gətirilən əsaslar Mülki Məcəllənin müddətə dair tələbləri baxımından üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Qanunvericilik yalnız istisna hallarda, məsələn, şəxsin ağır xəstəlik keçirməsi, savadsız olması, köməksiz vəziyyətdə qalması və ya digər müstəsna şəraitlər mövcud olduqda iddia müddətinin ötürülməsini üzrlü sayır. Hazırkı iş üzrə isə iddiaçılar hər biri ali təhsilli, ixtisaslı tibb işçiləridir. Onların hüquqi savadsızlıq və ya hüquqi yardımdan məhrum qalmaq halları mövcud deyil. Əksinə, Pirallahı Rayon Məhkəməsinin qətnaməsində özlərinin etiraf etdikləri kimi, əlavə hüquqşünasla da məsləhətləşmiş və yardım almışlar. Belə olan halda onların hüquqi köməksizlik vəziyyətində olması tam əsassızdır. Bundan başqa, şəxslərin vəkil Cavidan Osmanlıya etibarnamə verdikdən sonra onu nəzarətsiz buraxmaları, onun fəaliyyətini izləməmələri və hüquqlarının müdafiəsində passiv davranmaları, müddətin üzrlü səbəbdən ötürüldüyünü sübut etmir. Qanunvericilikdə vəkilə etibarnamə verilməsi, mübahisənin nəticələri ilə bağlı məsuliyyətin bütünlüklə vəkilin üzərinə ötürülməsi mənasına gəlmir. Şəxslər hüquqlarının müdafiəsi üçün etibarlı şəkildə nəzarət və təşəbbüskar davranış göstərməyə borcludurlar. Beləliklə, onların etibarnamə verdikləri və sonra nəzarətsiz buraxdıqları şəxsin fəaliyyətinə görə məsuliyyəti və hüquqi nəticələri öz üzərlərinə götürmələri qanunla nəzərdə tutulur. Bu baxımdan, müddətin ötürülməsi iddiaçıların şəxsi səhlənkarlığı və passivliyi səbəbindən baş vermişdir və bu hal qanunvericilikdə nəzərdə tutulan “üzrlü səbəb” anlayışına uyğun gəlmir. Məhkəmənin bu şərtlərlə müddəti bərpa etməsi qanunun tələblərinin kobud şəkildə pozulmasıdır və cavabdeh tərəfin müdafiə hüquqlarına birbaşa zərbə vurur. Hüquqi baxımdan bağlanmış və iqtisadi baxımdan başa çatmış əmək münasibətlərinin süni şəkildə bərpası nə hüquqi zərurətə, nə də iqtisadi məqsədəuyğunluğa əsaslanır, əksinə, bu cür nəticə dövlət müəssisəsinin iş rejiminə və resurs bölgüsünə mənfi təsir göstərir. Mülki Prosesual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Yuxarıda qeyd olunanlar onların mövqelərinin həqiqəti əks etdirdiyini və nəticədə əsaslı olmayan qətnamə qəbul olunduğunu göstərir. Hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə məhz qeyd olunan maddələrə əsasən tam qanuni və əsaslı surətdə xitam verilsə də, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar proseduru tam qanunauyğun şəkildə həyata keçirilmiş, həmçinin işçiyə xəbərdarlıq edilmiş, alternativ vəzifə təklif olunmuş, eyni zamanda Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinin tələbinə uyğun olaraq 4099.39 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan əlavə, bərpa qərarı yalnız hüquqi deyil, eyni zamanda idarəetmə və maliyyə baxımından da zərər doğurur, çünki artıq bağlanmış əmək münasibətləri üzrə verilmiş kompensasiya (4099.39 manat) faktiki olaraq boşa xərclənmiş olacaq və dövlət büdcəsinə əlavə zərər yaranacaqdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o,hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqaviləvə maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27dekabr tarixli Qərarı). Eyni zamanda, qanunvericilikdə tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Yekun olaraq qeyd edir ki, vəkilə verilmiş sadə etibarnamə onun məhkəmədə iştirakını və konkret hüquqi fəaliyyəti təsdiq etmir, bu yalnız vəkil orderi və müqavilə ilə mümkündür. Həmçinin, Cavidan Osmanlı barəsində hər hansı ittiham aktı mövcud deyil və onun ifadəsi göstərir ki, müddətin ötürülməsi şəxslərin öz səhlənkarlığı ilə bağlı olmuşdur. Şəxslər ali savadlı həkimlərdir və hüquqi kömək imkanları da olub, bu baxımdan onların müddəti üzrlü hesab edilə bilməz. Nəticə etibarilə,Mülki Məcəllənin 377ci, Əmək Məcəlləsinin 296-cı maddələrinin tələbləri pozulmuş, müddət əsassız olaraq bərpa edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırdığı apellyasiya şikayətinə qarşı yazılı etirazda şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında cavabdeh “X14” X18 nümayəndələri X13 və X3 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə iclasında Cavabdeh1n nümayəndəsi X9 da apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 11 (“ə” bəndi). Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Maddə 12 (“c” bəndi). Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 16 (1-ci hissə). Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 (“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71(1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77(1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: Maddə 78(1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 292 (1ci hissə). İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 292(2-ci hissə). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296(2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3-cü hissə)(xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296(3-cü hissə) (xx.xx.2024-cü ildən sonra olan variant).Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296(6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296(7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, uzlaşmasa da, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı hüquqi dəyərləndirmə aparıb iddianı rədd etmək əvəzinə, iddianın əsaslı olduğu qənaətinə gəlib təmin etməklə səhv nəticəyə gəlmişdir.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, uzlaşmasa da, cavabdehin etiraz və müdafiə hüquqlarına, yəni iddia müddəti ötürüldüyünə görə aradan qalxdığından iddia haqlı sayılmır.

23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməmiş, həm də tətbiq etdiyi normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

24. Əvvəla, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinin tələbləri pozulub. Belə ki, 12 avqust 2024-cü ildən qüvvədə olan redaksiyada Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilib ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunduğu kimi xx.xx.2025-ci il tarixdə iddiaçıya çatacaq son haqq-hesab aparılmış, ona işdən çıxma müavinəti verilmiş, istifadə edilməmiş əsas məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Bununla yanaşı, nə qədər qəribə görünsə də iddiaçı əmək müqaviləsi ləğv edilən gün hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edilməsi məqsədi ilə vəkil Cavidan Osmanlıya etibarnamə verdiyini bəyan edir. Demək ki, ən azından həmin tarixdən iddiaçı hüququnun pozulduğunu bilib. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün yalnız işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) yaxud əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün deyil. Çünki bu maddədə sadalanan əsaslardan biri kifayət edir ki, işçi hüququnun pozulduğu günü bilməli olsun. Ona görə də iddia müddətinin axımının elə xx.xx.2025-ci ildən başlanması işin mübahisəsiz halına çevrilib.

25. Məhkəmə tərkibi əmək münasibətlərində işçinin daha zəif tərəf olduğu mövqeyini nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. Belə ki, iddiaçı özü də bu normada nəzərdə tutulan konkret səbəblərin olduğunu israr etmir. Sözügedən normada qanunverici “və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə” ifadəsindən istifadə edib. İddiaçının vəkil Cavidan Osmanlı tərəfindən əmək hüquqlarının müdafiəsi üçün məhz məhkəməyə müraciət edəcəyi ilə əlaqədar aldadılması digər obyektiv hallarla bağlı səbəb kimi nəzərə alınması ilk baxışdan açıq-aşkar əsassız görünməyə bilər. Lakin burada əmrin verildiyi tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixə qədər 6 aydan artıq müddətin keçməsi belə bir səbəbin əsaslı olmasını aradan qaldırır. O başqa məsələ ki, iddiaçı həmin vəkillə müqavilə bağlamasına və order təqdim etməsinə dair də məhkəməyə heç bir sübut təqdim etməmişdir.

26. Başqa sözlə, iddiaçının vəkil Cavidan Osmanılı tərəfindən aldadılması həqiqi olsa və digər obyektiv hallarla bağlı üzrlü səbəb kimi qəbul edilsə belə, yenə də bu bəlli bir müddətə qədər olmalı idi. Bu məsələdə iddiaçının özünün davranışı və digər şübhəli hallar da bu qədər müddətin ötürülməsinin üzrlü səbəblərdən baş vermədiyinə açıq-aşkar dəlalət edir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroruna, Vəkillər Kollegiyasına və Pirallahı Rayon Prokuroluğuna ünvanlanmış və xx.xx.2025-ci il tarixdə rəsmi qaydada Pirallahı Rayon Prokuroluğuna daxil omuş, iddiaçının da imzaladığı şikayət ərizəsinin məzmunundan(i.v.40-46;112-119) bəlli olur ki,... 2025-ci ilin iyun ayından da əvvəl vəkil Cavidan Osmanılının onları aldatmasından narahat olub Pirallahı Rayon Məhkəməsi ilə qaynar xətt vasitəsilə əlaqə saxlanılıb, lakin hər hansı bir iddianın məhkəməyə daxil olmadığı onlara bildirilib, daha sonra Cavidan Osmanlının onlara “özünün gizli şəkildə iş gördüyünü, e-məhkəmədə müvafiq işlərin görülməməsinin normal olduğunu, özünün məhkəməyə tapşırıq verməsi ki, işlə bağlı heç kimə məlumat verilməsin, hətta guya bərk-bərk tapşırıq verib məhkəməyə, yenə də məhkəməyə müraciət edərkən, məhkəmə əməkdaşının vəkilin yalan və məhkəmənin adından danışdığını, Vəkillər Kollegiyasına şikayət etmələrini bildirdiyini, sonra yenə vəkilin ofisində görüşdüyünü onlara səbrli olmağı iyun ayının sonlarında qətnamənin təqdim olunacağını, iyun ayının sonunadək də gözlədiklərini, yenidən Cavidan Osmanlı ilə görüşərkən qətnaməni onlara göstərdiyini, ancaq qətnaməni təqdim etməyəcəyini, qarşı tərəfə çatdırıldıqdan sonra təqdim edə biləcəyini, özünün belə variant seçdiyini, çünki bunu qarşı tərəfin şikayət vermə müddətinin az qalması üçün etdiyini, xx.xx.2025-ci ildə təqdim olunacağını, həmin günü görüşü 30-na təxirə saldığını, sonra 31 iyula görüş təyin etdiyini, lakin həmin gün görüşdən imtina etdiyini və vaxtı olmadığını, ondan şikayət edəcəklərini dedikdə isə, onlara dələduzluq etdiyini və 15 min manatı mənimsədiyini etiraf edəcəyi göstərilib. 27.Göründüyü kimi, iddiaçının vəkil tərəfindən aldadılması 2025-ci ilin iyun, hətta iyul ayına kimi davam etməsi üzrlü səbəb kimi nəzərə alınsa belə, yenə də iddia müddəti ötürülmüşdür. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının da imzaladığı Azərbaycan Respublikasının Baş prokuroruna, Vəkillər Kollegiyasına və Pirallahı Rayon Prokuroluğuna ünvanlanmış şikayət ərizəsi xx.xx.2025-ci il tarixdə rəsmi qaydada Pirallahı Rayon Prokuroluğuna daxil olub. Demək ki, hətta hüququnun pozulduğu aşkar edildiyi gün və müddətin axımının başlanması ən geci xx.xx.2025-ci ildən hesablandıqda belə, iddiaçı ilkin mediasiya sessiyası üçün ərizəni 20 avqust 2025-ci ildə verib, 04 sentyabr 2025-ci ildə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim edilib, hazırkı iddia ərizəsi isə məhkəməyə 24 sentyabr 2025-ci ildə daxil olub. Demək ki, hətta 01 avqust 2025-ci ilə qədər iddiaçı hüquqlarının pozulmasını bilməmiş olsa idi belə, yenə də sonuncu tarixdən məhkəməyə müraciət etdiyi vaxta qədər, ilkin mediasiya sessiyasında iştirak müddəti çıxılmaqla 1 ay müddətinə iddia verməməklə müddəti üzrsüz səbəbdən ötürmüşdür. Bu cür vəziyyətdə, yəni xx.xx.2025-ci ildən sonra ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi.

28. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ancaq birinci instansiya məhkəməsi ümumiyyətlə bu ərizə üzrə heç bir hüquqi dəyərləndirmə aparmayıb, sanki belə bir ərizənin olmadığı kimi davranmışdır. 29.Baxmayaraq ki, iddiaçı tərəf cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə dair yazılı etiraz təqdim edib(i.v.100-103), etirazda - vəkil Cavidan Osmanılı ilə hər hansı yazılı müqavilə bağlanmadığını və order təqdim edilmədiyini, bununla da “Vəkillər və vəkillik fəaliyəti haqqında” Qanunun 20.1 və 20.3-cü maddələrinin pozulduğunu, yəni bu tələblərin olmaması şəxsə hüquqi yardımın faktiki göstərilməsini və hüquqi nəticələrin yaranmasını istisna etdiyini, belə ki, orderin və müqavilənin mövcud olmaması Cavidan Osmanlının iddaçının nümayəndəsi qismində çıxış etmək səlahiyyətinə malik olmadığını, daha da önəmlisi, onun iddiaçıya verdiyi məlumatların və tövsiyyələrin qanuni qüvvəyə malik hüquqi yardım kimi qəbul edilməsinin mümkün olmadığını təsdiq etdiyini - göstərib. Əslində iddiaçının nümayəndəsinin və vəkilinin bu cür etirazı birinci instansiya məhkəməsinə əsas verməli idi ki, iddia müddətinin tətbiqi barədə ərizəni birmənalı olaraq qəbul edib iddiadan imtina barədə qərar çıxarsın. Çünki iddiaçı tərəf özü etiraf edir ki, vəkil Cavidan Osmanlı ilə müqavilə və orderin olmaması onun nümayəndə qismində çıxış etmək və verdiyi məlumatların və tövsiyyələrin hüquqi yardım kimi qəbul edilməsini mümkünsüz edir. Demək ki, vəkil Cavidan Osmanlı ilə müqavilə bağlamaması və orderin təqdim edilməməsini iddiaçı ona etibarnamə verdiyi tarixdən bilirdi yaxud bilməli idi. Bu cür vəziyyətdə vəkil Cavidan Osmanlı iddiaçını hətta “aldatmış” olsa idi belə, əslində 6 ay müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət edilməsi də, iddiaçının şikayətində göstərilənlərə rəğmən hansısa hüquqa uyğun olmayan vasitələrlə (vəkilin məhkəməyə bərk-bərk tapşırıq verməsi və.s) istəyinə qanunsuz nail olmaq üçün bilərəkdən gözləmə mövqeyində olmasına dəlalət edib. Əks halda müqavilə bağlamayan və order təqdim etməyən vəkilin tutaq ki, onu aldatmasına, özü də bu “aldanmanın” 6 aydan artıq bir müddətdə davam etməsi, hüququnun pozulduğu gündən 1 ay müddətinə məhkəməyə müraciət etməli olan iddiaçı üçün nə üçün üzrlü səbəb kimi qəbul edilməlidir. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də iddiaçı tərəf bu dəlillərdən istifadə edərkən bunun mümkün cavabını da əvvəlcədən özü üçün müəyyənləşdirməli idi, ancaq müəyyənləşdirməyib, demək ki, müddətin üzrlü səbəbdən ötürülməsi də baş verməyib.

30. Göstərilənlərdən əlavə, məhkəmə tərkibi xüsusilə vurğulayır ki, hətta iddia müddəti ötürülməmiş olsa və bu əsasla iddianın rədd edilməsi üçün əsas olmasa idi belə, yenə də iddia açıq-aşkar əsassız olub və iddiaçının əmək hüquqlarından sui-istifadə etməklə irəli sürülüb. Belə ki, işdə olan sübutlarla, o cümlədən cavabdehin Pirallahı rayon İcra Hakimiyyətinə, X7 və “X14” PHŞ-nin Həmkarlar İttifaqı Komitəsinə müvafiq olaraq ünvanladığı xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli rəsmi məktublarında(i.v.58-67) göstərilib ki, “X14” PHŞ-in strukturuna daxil olan Çilov adası bölməsində hazırda 103 nəfər işçi çalışır. Onlardan 12 nəfəri ali tibb həkim ixtisaslı, 19 nəfəri orta tibb ixtisaslı, 72 nəfəri isə qeyri-tibb peşə və vəzifələrdə çalışır. Adada yaşayan əhalinin sayının az olması və 28 May NQÇ-nin müasir tipli xəstəxanasının olması səbəbindən son 1 il ərzində Çilov adası bölməsində çalışan ümumi işçilərin 80%-nin heç bir əmək funksiyası qeydə alınmamışdır. Tibbi xidmətin optimallaşdırılması, əhaliyə göstərilən ilkin tibbi-sanitar yardımın yüksəldilməsi və ilkin səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi məqsədilə Cavabdeh1n 15 sentyabr 2023-cü il tarixli 18-1-/3-11506/2023 nömrəli əmrinə əsasən 18 dekabr 2024-cü il tarixində “X14” PHŞ-nin Çilov adası bölməsi müəssisənin strukturundan ləğv edilmiş, “PirallahıTibb Mərkəzi” PHŞ-nin strukturunda 43 ştat vahidindən ibarət “Çilov Ailə Sağlamlıq Mərkəzi” (Çilov ASM) yaradılmışdır. Yeni ştat cədvəlinə əsasən hazırda adada çalışan 103 nəfər işçidən 36 nəfəri peşə və vəzifələrinə uyğun olaraq Çilov ASMdə, 30 nəfəri “X14” PHŞ-nin Pirallahı adasında yerləşən əsas binasında ixtisas və peşələrinə uyğun vəzifələrdə, 37 nəfəri ixtisaslarına uyğun TƏBİB tabeli digər tibb müəssisələrində yerləşdirilməsi və 1 nəfərin əmək müqaviləsinə xitam verilməklə Çilov ASM yaradılması nəzərdə tutulmuşdur. 31.Apellyasiya baxışı cavabdehin nümayəndələri bu məlumatları bir daha təsdiq etməklə yanaşı məlum oldu ki, sözügedən adada faktiki olaraq 203 nəfər yaşayır. Son 1 il ərzində onlara demək olar ki, heç bir tibbi xidmət göstərilməyib. 12 nəfər ali tibb həkim ixtisaslı şəxslərin ştatı ixtisar edilərək, 3 nəfərədək azaldılmış, bunlardan 2-si terapevt, 1-i isə pediatr həkim olmaqla fəaliyyət göstərsə də, hətta gələcəkdə onların sayının da azaldılmasının nəzərdə tutulub. İddiaçının ixtisasına uyğun cərrah ştatı isə ümumiyyətlə yoxdur, çünki “Çilov Ailə Sağlamlıq Mərkəzi”ndə cərrah həkimə ümumiyyətlə zərurət və ehtiyac olmayıb. Çünki iddiaçının da işlədiyi dövrdə demək olar ki, cərrah həkim kimi faktiki fəaliyyəti olmayıb. Demək ki, hazırda faktiki olaraq işləsə də bu iddianı irəli sürməklə, yalnız dəniz əmsalı da tətbiq edilməklə heç bir tibbi fəaliyyət göstərmədən dövlət büdcəsindən yüksək əmək haqqı almaq istəyində olub.

32. Əslində ixtisar zamanı iddiaçıya “X14” PHŞ-də ixtisasına uyğun iş təklif olunub, bununla əlaqədar tibbi müayinədən keçsə də son anda bundan imtina edib(apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının tibbi müayinədən keçdiyinə dair Tibbi Arayışın surətini təqdim etdi). “Elektron Məhkəmə” informasiya sistemində olan məlumata əsasən də iddiaçının hazırda “X8” MMC də işlədiyi bəlli oldu. Apellyasiya baxışı zamanı Cavabdeh1n nümayəndəsi də açıq şəkildə bəyan etdi ki, bu gün Bakı şəhərində X20 Stansiyalarında yüksək əmək haqqısı olan çoxsaylı həkimlərə ehtiyac var və iddiaçının yaşadığı ərazi üzrə ona iş təklif edir, ancaq iddiaçı tərəf bu təklifi də qəbul etmədi. Göründüyü kimi, apellyasiya baxışı zamanı da iddiaçının əmək hüquqlarından sui-istifadə etdiyi, yəni ixtisar edilmiş ştat üzrə qeyd olunan adada əvvəlki işində heç bir iş görmədən yüksək əmək haqqı almaq istəyində olması açıq-aşkar təsdiq olundu. Demək ki, ştatların ixtisarı da tam əsaslı və qanuni olmuş, cavabdeh tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulan bütün tədbirlər görülmüş, lakin bu tədbirlər iddiaçını “qane” etməmişdir.

33. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı rədd edərkən yuxarıda qeyd olunanlarla bağlı heç bir hüquqi dəyərləndirmə aparmadan, yalnız cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsinin tələbləri pozulduğunu əsas gətirməklə, yəni həmin normada “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunduğundan həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmrin qanunsuz olduğu qənaətinə gəlib iddianı rədd etmişdir. Məhkəmə tərkibi də qəbul edir ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. Ancaq cavabdehin təqdim etdiyi sənəd də(i.v.66-67) hüquqi baxımdan həmkarlar ittifaqının kollegial iradəsinin ifadəsidir. Həmin sənədin sonunda HİK-in üzvləri çıxış edərək qoyulan məsələ ilə razı olduqlarını bildiriblər. “Səsvermədə gündəlik məsələlər yekdilliklə qəbul olundu” ifadəsi ilə həmkarlar ittifaqı üzvlərinin razılığı, yəni kollegial qərarı açıq şəkildə qeyd olunmuşdur. Cavabdehin də şikayətdə göstərdiyi kimi protokollar kollegial orqanın sənədi olmaqla, qəbul olunmuş qərarı və iştirakçılar tərəfindən edilən səsvermənin nəticəsini əks etdirir. Təqdim edilmiş çıxarışın qərara alındı hissəsində qeyd olunan “məsələyə etiraz edilmir” ifadəsi də öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmkarlar ittifaqının iradəsi formal deyil, məzmun baxımından tam hüquqi qüvvəyə malik şəkildə ifadə olunmuşdur. Belə olan halda, sənədin başlığının “qərar” deyil, “protokoldan çıxarış” adlandırılması formaya aid texniki uyğunsuzluq kim görünə bilər, ancaq mahiyyətə təsir etmir və əmək müqaviləsinin ləğvini qeyri-qanuni hesab etmək üçün əsas ola bilməz. Burada formal texniki termin fərqi - “qərar” əvəzinə “çıxarış” yazılması tərəflərin iradəsini dəyişmir, nəticəyə təsir etmir. Qanunvericilikdə forma pozuntusunun hüquqi nəticəyə təsiri yalnız o halda əsas hesab olunur ki, bu, işçinin hüquqlarının pozulmasına, əsaslandırılmamış qərarın verilməsinə səbəb olsun. Bu iş üzrə isə həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilmiş iclasda məsələyə baxılıb, üzvlərin yekdil razılığı ilə əmək müqaviləsinin ləğvinə etiraz olunmayıb və bu, rəsmi sənədlə təsdiqlənib. Nəticə etibarı ilə, təqdim edilən protokoldan çıxarış həmkarlar ittifaqının kollegial iradəsinin yazılı formasıdır və qanunvericiliyin tələbinə zidd deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi formal texniki uyğunsuzluğu əsas götürərək qətnamə qəbul etmiş, lakin bu hüquqi və faktiki mahiyyətə uyğun olmayıb.

34. Beləliklə məhkəmə tərkibi hesab edir ki: cavabdeh “X14” X18 apellyasiya şikayəti təmin edilməli; Hazırki mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-354/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı cavabdehlər Cavabdeh1 X22ə və “X14” X22ə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə pul tələbinə dair iddiası təmin edilməməli;

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-354/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 X22ə və “X14” X22ə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar