Məhkəmə qərarları › İş №2(3-6)-4676/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4676/2026

23.09.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4676/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialına qarşı mülki iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyi) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X3 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialını maraqlı şəxs qismində cəlb etməklə “ahıl şəxsə qulluq etmə barədə hüquqi faktın tanınması” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialını maraqlı şəxs qismində cəlb etməklə «ahıl şəxsə qulluq etmə barədə hüquqi faktın tanınması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.2007-ci ildən ##.##.2021-ci ilədək olan dövrdə mərhum qaynanası X1 qulluqetmə haqqında hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi və ərizəçiyə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizənin hüquqi əsası kimi ərizəçinin göstərdiyi "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində və 4.1.8-ci yarımbəndində göstərilir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qaydanın həmin müddəalar qulluq edilmə faktının məhz mülki mühakimə icraatı qaydasında hüquqi fakt kimi müəyyən edilməsini nəzərdə tutmur. Ərizəçinin yekun hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən sosial sığorta stajı kifayət etmədiyi üçün əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, əmək pensiyasının təyin edilməsi və ya sosial sığorta stajının müəyyən edilməsi ilə bağlı ərizəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında hər hansı mübahisə yarandığı halda, inzibati mühakimə icraatı qaydasında həll olunmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ##.##.2019-cu il tarixli, * №-li Qərarına istinadla əsaslandırmışdır. ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ: Ərizəçi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadının ləğv edilməklə, iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialını maraqlı şəxs qismində cəlb etməklə «ahıl şəxsə qulluq etmə barədə hüquqi faktın tanınması» tələbinə dair ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2007ci ildən ##.##.2021-ci ilədək olan dövrdə mərhum qaynanası X1 qulluqetmə haqqında hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialı maraqlı şəxs qismində cəlb edilməklə «ahıl şəxsə qulluq etmə barədə hüquqi faktın tanınması» tələbinə dair ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ##.##.2019-cu il tarixli, * №-li Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Lakin yuxarıda da qeyd edilən AR MPM-nin 308-ci maddəsinə əsasən - Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yəni hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi rayon (şəhər) məhkəməsinin icraatına aid olan mülki işdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № *(*-**)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə onun inzibati qaydada məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Halbuki o mülki qaydada – xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də kifayət qədər araşdırılmadan qəbul edilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini tələb edir. O, ## ### 1961- ci ildə Kəlbəcər rayonu Lev kəndində anadan olmuşdur. Halhazırda yaşa görə pensiya alır. Lakin ümumi sığorta stajı 25 ildən az olduğu üçün aidiyyatı orqan ona cəmi 220 manat pensiya təyin olunmasına qərar vermişdir. Ancaq ərizəçi ## ###### 2007-ci ildən ## #### 2021-ci ilədək, yəni vəfat etdiyi günədək 1928-ci il təvəllüdlü qaynanası X1 qulluq etmişdir ki, bu dövrdə "əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.4.-cü maddəsinə əsasən ona sığırta stajı olaraq hesablanmalıdır. Bu barədə tərtib olunmuş (3 qonşunun iştirakı ilə) MİS tərəfindən möhürlənmiş aktı * saylı Bakı DOST mərkəzinə təqdim etsə də Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialı tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, 3-17-1|2-c178412|**** saylı cavab məktubunda həmin dövrün ərizəçinin sığorta stajına daxil edilməsindən imtina edildiyi bildirilmişdir. İmtinanın səbəbi isə qulluq olunan şəxsin qaynanası X1 vəfat etməsi qeyd olunmuş və bu halda "əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi qaydalarının" 4.1.8-сi yarımbəndinin 3-cü abzasına əsasən ahıla qulluq dövrü qulluq olunan vəfat etmişdirsə, bu faktın yalnız məhkəmə qərarı ilə təsdiq edilməsindən sonra sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanmasının mümkünlüyü bildirilmişdir. Odur ki, ## ###### 2007-ci ildən ## #### 2021- ci il dövrünün mərhum qaynanası X1 qonşuların şahid ifadələrinə əsasən qulluq etməyi barədə hüquqi faktının təsdiq edilməsi barədə qətnamə istəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152 və 153-cü maddələrini nəzərə alaraq, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ##.##.2019-cu il tarixli, * №-li Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət əsassızdır və şikayətə münasibətdə qeyd edir ki, hazırki ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019- cu il tarixli, ** saylı Qərarının 14-cü bəndinə əsasən ərizəçinin xəstəyə qulluq etməsi kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən hazırkı tələbə baxıla bilməz. Ərizənin hüquqi əsası kimi ərizəçinin göstərdiyi "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində və 4.1.8-ci yarımbəndində göstərilir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qaydanın həmin müddəaları qulluq edilmə faktının məhz mülki mühakimə icraatı qaydasında hüquqi fakt kimi müəyyən edilməsini nəzərdə tutmur. Ərizəçinin yekun hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən sosial sığorta stajı kifayət etmədiyi üçün əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyasının təyin edilməsi və ya sosial sığorta stajının müəyyən edilməsi ilə bağlı ərizəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında hər hansı mübahisə yarandığı halda, inzibati mühakimə icraatı qaydasında həll olunmalıdır. Məhkəmə kollegiyası AR MPM-nin 151.1 və 153.2-ci maddələrini nəzərə alaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-98)-3354/2026 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar