Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-1203/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Eldaniz Ramiz oğlunun cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı İsmayılov Eldaniz Ramiz oğlunun, cavabdeh Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. AZ-İ ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı İsmayılov Eldaniz Ramiz oğlunun cavabdeh Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin 04-cü ayının 26-cı günündə 135 nömrəsi ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Həsənova” soyadı verilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli qərardadı ilə cavabdeh İsmayılov Eldaniz Ramiz oğlundan ##.##.2026-ciı il tarixdən başlayaraq ##.##.2015-ci il təvəllüdlü İsmayılova Nərgiz Eldaniz qızının və ##.##.2016-cı il təvəllüdlü İsmayılov Neman Eldaniz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında tutulan aliment məbləği hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmuşdur.
3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İsmayılov Eldaniz Ramiz oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
4. AZ-II ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Eldaniz Ramiz oğlu ilə X3 arasında bağlanmış nikah * saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsində ##.##.2025-ci il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1112 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir.
5. Sumqayıt Tibb Mərkəzi PHŞ * nömrəli xəstəxananın Radiologiya şöbəsi tərəfindən təqdim edilmiş ultrasəs müayinənin nəticəsindən görünür ki, İsmayılova Qönçə Şərafət qızına LMP-yə görə 13-14 həftəlik hamiləlik təyin edilir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli “əvəzləmə kartı”ndan görünür ki, İsmayılova Qonça Şərafət qızının ## #### 2026-cı il tarixdə bir qız övladı anadan olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İsmayılov Eldaniz Ramiz oğlu cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Cavabdeh ilə birgə nikahlarından olan ##.##.2015-ci il təvəllüdlü İsmayılova Nərgiz Eldaniz qızının və ##.##.2016-cı il təvəllüdlü İsmayılov Neman Eldaniz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün müəyyən edilmiş alimentin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı İsmayılov Eldaniz Ramiz oğlu iddia tələbinə dəqiqləşmə ərizəsi verərək cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə alimentin azaldılaraq hər uşaq üçün hər ay 200 manat olmaqla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh Cavabdeh ilə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan bir müddət sonra münasibətləri pozulmuş və nikaha xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı qərardadı ilə cavabdeh İsmayılov Eldaniz Ramiz oğlundan ##.##.2026-ciı il tarixdən başlayaraq ##.##.2015-ci il təvəllüdlü İsmayılova Nərgiz Eldaniz qızının və ##.##.2016-cı il təvəllüdlü İsmayılov Neman Eldaniz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında tutulan aliment məbləği hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmuşdur. İddiaçı ikinci dəfə ##.##.2025-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları dünyaya gələcəkdir. Bundan başqa onun kredit borcları vardır. Bu səbəbdən ailəvi öhdəlikləri artmışdır. Hazırki vəziyyəti nəzərə alaraq alimentin məbləğinin azaldılması barədə qərarın qəbul olunmasını xahiş edir.
10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Məhərrəmov) iddia qismən təmin edilərək: - Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilmiş alimentin məbləği azaldılaraq ##.##.2015-ci il təvəllüdlü İsmayılova Nərgiz Eldaniz qızının və ##.##.2016-cı il təvəllüdlü İsmayılov Neman Eldaniz oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün İsmayılov Eldaniz Ramiz oğlundan cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi işin hallarından çıxış edərək qeyd edib ki, hazırda iddiaçı daha öncə məhkəmə tərəfindən müəyyən edilmiş alimentin azaldılmasına dair iddia tələbini maddi imkanının aşağı olması, ikinci evlilikdən uşağının dünyaya gəlməsi ilə əlaqədar öhdəliklərini artması ilə əsaslandırmışdır. Hazırkı halda iddiaçı hesab edir ki, o, ikinci dəfə ##.##.2025-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Eldaniz İsmayılovun birgə nikahdan ## #### 2026-cı il təvəllüdlü İsmayılova Elisa Eldaniz qızı adlı bir övladı dünyaya gəlmişdir. Bundan başqa onun kredit borcları vardır. Bu səbəbdən ailəvi öhdəlikləri artmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5-155)- ***/**** saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilmiş alimentin məbləği azaldılaraq ##.##.2015-ci il təvəllüdlü İsmayılova Nərgiz Eldaniz qızının və ##.##.2016-cı il təvəllüdlü İsmayılov Neman Eldaniz oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün İsmayılov Eldaniz Ramiz oğlundan cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 5, 13, 19-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarına, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** saylı qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir.
14. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli "əvəzləmə kartı"ndan görünür ki, İsmayılova Qonça Şərafət qızının ## #### 2026-cı il tarixdə bir qız övladı anadan olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli, 2(060)- ****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilmiş alimentin məbləği azaldılaraq ##.##.2015-ci il təvəllüdlü İsmayılova Nərgiz Eldaniz qızının və ##.##.2016-cı il təvəllüdlü İsmayılov Neman Eldaniz oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün İsmayılov Eldaniz Ramiz oğlundan cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır”. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşaqların saxlanılması üçün aliment təyin edilərkən mütləq qaydada uşaqların üstün mənafeyi nəzərə alınmalı, onlar üçün yaşayış minimumundan aşağı həddə aliment təyin edilməməlidir. Hazırkı işdə məhkəmə tərəfindən aliment miqdarının azaldılması uşaqların yaşayışına və rifahına ciddi təsir göstərir. Ona görə də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qət olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun iki yetkinlik yaşına çatmayan övladı var, ilk övladı İsmayılova Nərgiz Eldaniz qızı anadangəlmə qüsurludur, onun 3cü dərəcə əlilliyi var, yetkinlik dövrünə qədər yenə də əməliyyat olunmalıdır. Özü işləmir, uşaqlara baxır, uşağa baxmağı ilə əlaqədar olaraq ona aylıq 120 manat ödəniş edilir. Daha əvvəl aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 mislində müəyyən edilmişdi, hazırda isə məhkəmə tərəfindən bu məbləğ azaldılaraq 0,57 mislində müəyyən edilib, yəni aliment məbləği 270 manatdan 230 manata endirilib. Uşaqların sağlamlığı, təhsili, qidalanması xərclər tələb edir. Qarşı tərəfin faktiki olaraq yaxşı maddi imkanı var. O, usta işləyir. İddiaçı hətta qətnamə ilə müəyyən edilmiş aliment məbləğindən də artıq məbləğdə ödəniş edə bilər. Lakin heç vaxt alimenti könüllü qaydada ödəmir. Aliment məbləğinin azaldılmasına etiraz edir. Cavabdeh göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılov Eldaniz Ramiz oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, aliment məbləği uşaqların yaşamı, geyimi, qidalanması üçün müəyyən edilir. Maddi imkanı yaxşı deyil, ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Uşağın özəl xəstəxanalara aparılması üçün, yaxud əlavə məşğələ üçün ödənişlərin ondan tələb edilməsi əsassızdır. O, özü usta işləyir və aylıq qazancı bəzi hallarda 400, 500, 1000 manat məbləğində olur. Bəzən isə ümumiyyətlə aylıq qazancı olmur. Himayəsində xəstə anası vardır. İkinci dəfə nikaha daxil olmuş və həmin nikahdan da 1 azyaşlı övladı var. Alimentin icrası ilə bağlı ödənişlərdə ləngimə isə maddi imkanının olmaması ilə əlaqəlidir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Maddə 112.1. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
24. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Tələb daha əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılması barədədir.
27. Baxılan işin mübahisəsiz hallarından bəlli olur ki, hazırkı iş üzrə tərəflər rəsmi nikah münsibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Bu nikahdan onların ##.##.2015-ci il təvəllüdlü İsmayılova Nərgiz Eldaniz qızı və ##.##.2016-cı il təvəllüdlü İsmayılov Neman Eldaniz oğlu adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuşdur.
28. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli qərardadı ilə cavabdeh İsmayılov Eldaniz Ramiz oğlundan ##.##.2015-ci il təvəllüdlü İsmayılova Nərgiz Eldaniz qızının və ##.##.2016-cı il təvəllüdlü İsmayılov Neman Eldaniz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmuşdur.
29. Yenə işin mübahisəsiz hallarından görünür ki, iddiaçı İsmayılov Eldaniz Ramiz oğlu ilə X3 arasında bağlanmış nikah * saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsində ##.##.2025-ci il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1112 nömrəsi ilə qeyd edilmişdir. Həmin nikahdan onların 1 övladları vardır.
30. İddiaçı tələbini onunla əsaslandırır ki, hazırda onun ailə və maddi vəziyyətində dəyişiklik olduğundan, yəni yeni nikaha daxil olması və bu nikahdan azyaşlı övladının olması, habelə sonuncunun kredit öhdəliyinin olması kimi hallar nəzərə alınmalıdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı vəziyyətdə “Elektron məhkəmə” informasiya sisteminə baxış keçirdikdə, iddiaçının adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Habelə onun yeni nikaha daxil olması və bu nikahdan övladının olması kimi hallar iddiaçının maddi vəziyyətində yeni öhdəliklərinin yarandığını qaçılmaz edir. Digər tərəfdən iddiaçının əlavə gəlir və qazancı barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
32. Aliment ödənilməsinə dair qanunvericlik aktlarının məqsədi ona yönəlmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
33. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-155)-2678/2026 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.