Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-205/2026 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: nikahın etibarsız hesab edilməsi tələbi) Hakimlər X9 (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı nümayəndəsi nümayəndə1, nümayəndəsi və vəkili nümayəndə2, Cavabdeh Cavabdeh Barisovna, onun nümayəndəsi və vəkili İsgəndərova Nina Vladimirovnanın, Tərcüməçi-X6 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. Naftalan şəhər VVAQ şöbəsi tərəfindən ## ### 1983-cü il tarixdə verilmiş II-JQ seriyalı ****** saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı ## ### 1983-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ## ### 1983-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəliyeva, arvada Qarayeva soyadı verilmişdir.
2. Naftalan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məktubun surətindən görünür ki, ##.##.1950-ci il təvəllüdlü X11 ilə ##.##.1961-ci il təvəllüdlü X2 arasında bağlanmış nikah və həmin nikahın pozulması haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ##.##.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ##.##.1983-cü il tarixdə bağlanmış nikahın pozulması haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: ##.##.1983-cü il tarixdən ##.##.1992-ci il tarixdə X11 növbəti nikaha daxil olduğu günədək Naftalan şəhər qeydiyyat şöbəsinin arxivində nikah pozulması haqqında akt qeydləri üzrə yoxlamalar aparılmış və nikah pozulması haqqında akt qeydi aşkar olunmamışdır.
3. * saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktublardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ##.##.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.2 və 5.4-cü bəndlərinə uyğun olaraq ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında qeydiyyat orqanı tərəfindən pozula bilər. Ər-arvadın nikahın pozulmasına razılığı və ya bu razılığa dair məlumat olmadıqda nikahın pozulması, eyni zamanda nikahın etibarsız sayılması Ailə Məcəlləsinin 25.2-ci bəndinə uyğun olaraq nikah məhkəmə qaydasında etibarsız sayılır. X11 ##.##.1983-cü il tarixdə İddiaçı ilə olan birgə nikah pozulmadan ##.##.1992-ci ildə X23 ilə nikaha daxil olmuşdur. X7 ##.##.2003-cü il tarixdə vəfat etmişdir. Qeyd edilənlərə əsasən nikahın pozulması və ya etibarsız sayılması üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
4. Bakı şəhəri Səbail rayon VVAQ şöbəsi tərəfindən ## ###### 1992-ci il tarixdə verilmiş ****** saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən və Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış X11 ilə X23 nikah haqqında akt qeydinin surətindən görünür ki, X11 ilə X26 ## ###### 1992ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ## ###### 1992-ci il tarixdə 236 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəliyeva, arvada Baxşəliyeva soyadı verilmişdir.
5. Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən ## ###### 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ## ###### 2003-cü il tarixdə intoksikasiya səbəbindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında ## ###### 2003-cü il tarixdə 182 nömrə ilə qeyd edilmişdir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, atası X11 ilə anası Cavabdeh rəsmi nikahda olduğunu bilir. Bununla bağlı veriləcək suallara cavab verəcəkdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddia ərizəsində qoyulan tələbdən xəbəri vardır. Belə ki, iddia tələbində X8 ilə anası Cavabdeh arasında olan nikahın rəsmi olmadığının müəyyən edilməsi xahiş edilir. X8 uşaq olduğu vaxtdan onun yadındadır. Belə ki, atası Nizami uşaqlıqdan onlarla birlikdə yaşamışdır. Onun ikinci ailəsinin olması barədə həmin vaxtı məlumatı olmamışdır. Böyüdükdən sonra bundan məlumatlı olmuşlar. Bəlkə də anasının həmin vaxtı bundan xəbəri var idi. Lakin bu barədə o dövrdə onlara heç bir söz deməmişdir. Atası N.Baxşəliyev 2003-cü il tarixdə vəfat etmişdir. Vəfat etdiyi dövrə qədər onlarla yaşamışdır. Ailə kimi qonşularla və ailəvi dostlarla münasibətləri olmuş, bir-birilərinin tədbirlərindən iştirak etmişlər. Nizami Baxşəliyevin digər ailəsinin olması barədə orta məktəbi qurtardıqdan sonra təxminən 18 yaşında eşitmişdir. Bu barədə məlumatı bacılarından eşitmişdir. Atası bu barədə, yəni digər ailəsinin və ondan oğlan uşaqlarının olması haqqında ona heç nə deməmişdir. Atasının ölümü və onun dəfn edildiyi yerə getməsi onun mənəvi cəhətdən yaralı yeridir. Təxminən 5 il bundan əvvəl atasının dəfn edildiyi yerə getmişdir. Nizami Baxşəliyevin rayonda dəfn edildiyini bilmişlər. Lakin bu onlar üçün mənəvi cəhətdən gərginlik doğuran məsələ olduğundan atasının dəfn edildiyi yerə getməmişlər. Atasının məzarı üstünə gedəndən sonra üstündən bu gərginlik qalxmışdır. Qardaşı, bacısı və rayonda yaşayan digər qohumları atasını dəfn etmişlər. O, bacıları və anası dəfndə iştirak etməmişlər. Daha dəqiq atası xəstələndiyi dövrə qədər onlarla yaşamışdır. Xəstələndikdən sonra isə evdən getmiş, onun bacısı ona baxmışdır. Onların bildikləri budur. O, həmin vaxtı uşaq olmuşdur. Bu səbəbdən də atasının tibbi sənədlərinə baxmamışdır. N.Baxşəliyevdə diaqnoz insult olmuşdur. Beynində xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Bununla bağlı atası 2 (iki) dəfə əməliyyat olunmuşdur. Hətta yadındadır ki, atası birinci dəfə əməliyyat olunan zaman işdən evə gəlmiş və onlara səhəri gün beynindən xərçəng xəstəliyindən əməliyyat olunacağını bildirmişdir. Bu onlar üçün çox pis gözlənilməz hadisə olmuşdur. Çünki atasında qeyd olunan xəstəliyin olmasını bilməmişlər. O, həmin vaxtı balaca uşaq olmuşdur. Bu səbəbdən də atasının neçə gün xəstəxanada yatdığı dəqiq yadında deyil. Həmin vaxtı 13 yaşı var idi. Əməliyyat üçün evdən çıxdıqda atası anasına əməliyyatdan sonra rayonda olacağını demişdir. Həmin vaxtı uşaq olduğundan anasının xəstəxanaya nə üçün getməməsini deyə bilməz. Eyni zamanda həmin dövrdə bibisi ilə münasibətləri yaxşı olmamışdır. Hansı orqanı olmadan Nizami Baxşəliyevin dəfn edildiyini bilmir. Növbəti dəfə bunu anasından dəqiqləşdirib suala cavab verə bilər.
7. Şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, atası X11 valideynləri kimi çox sevmişlər. Ata tərəfdən qohumlarından babaları onlara gəlmiş və babalarını görmüşlər. Bibisi onlara zəng edib anası ilə telefonda danışmışdır. Bibisi onlarla əlaqə saxlamışdır. Daha sonra isə zəng etməmişdir. Lakin həmin vaxtı bunun səbəbini bilməmişlər. Daha sonra atasının xərçəng xəstəliyinə tutulduğunu bilmişlər və buna görə də çox pis olmuşlar. Atası onu və bacılarını dəfələrlə məktəbə aparmışdır. Nizami Baxşəliyev cərrah olmuşdur. Onu tanıyıb və ona hörmət etmişlər. Avtobus görməmişlər, ataları özünə məxsus volqa markalı avtomobillə onları məktəbə dərsə aparmışdır. Sonradan bildiyinə görə həmin volqa markalı avtomobil qarşı tərəfə qalmışdır. Onlar böyüdükdən sonra atasının digər uşaqlarının olmasını bilmişlər. Daha doğrusu bunu atası xəstə olanda bilmişlər. O özü onlara Kamil və Əli adlı oğlanlarının olduğunu demişdir. Bunu atası özü xəstə olanda onlara demişdir. Onlarla yaşadığı dövrdə atası bəzən ezamiyyətlərdə olmuş və tez-tez rayona gedibgəlmişdir. Atasının xəstəliyi ilə bağlı onlarda evdə sənədlər də mövcud olmuşdur. Lakin atasının xəstəliyi ağırlaşıb evdən getdikdə o özü ilə həmin xəstəlik sənədlərini aparmışdır. Onlar dörd bacı qız uşaqları olmuşlar və atasının şahzadələri olmuşlar. Atası daima onlarla yaşamışdır. Atası tərəfdən qohumları anası Cavabdeh xoşlamamışlar. Bildiyinə görə ata tərəfdən qohumları həm Nizami Baxşəliyevin birinci həyat yoldaşı olan Natalya adlı xanımı, həm də anası Natalyanı heç vaxt sevməmişlər. Eşitdiyinə görə əvvəlcə bibisi onu övladlığa götürmək istəmişdir. Anası onu bibisinə övladlığa vermədiyindən buna görə sonradan münasibətlər pozulmuşdur. Atası vəfat edəndə onlar onun yanında olmamışlar. O rayonda vəfat etmişdir. Atası evə gəlməyəndə Nərimanovdakı mənzilə getmişdir. Onun ölüm xəbərini onun qohumları onlara zəng edib demişlər. Ata tərəfdən qohumları bizi görmək istəməmişlər. Anasını da sevməmişlər. Bu səbəbdən də dəfnə və yas mərasiminə getməmişlər. Evdən çıxdıqdan 3 ay sonra atası vəfat etmişdir. Atası vəfat etdikdən dərhal sonra onun məzarına getməmişlər. Onları həmin vaxtı heç kim ora aparmamışdır. Həmçinin həmin vaxt kiminlə atasının dəfn edildiyi yerə getməliydi. Eyni zamanda atası vəfat ediyi dövrdə o, uşaq idi. Lakin onun vəfatından 2 (iki) il keçdikdən sonra atasının məzarını ziyarət etmişdir.
8. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının müvafiq sorğusuna AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X19 tərəfindən verilən ## ##### 2026-cı il tarixli cavab məktubunda qeyd olunub ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Nizami Baxşəliyev ilə İddiaçı ##.##.1983cü ildə Naftalan şəhər qeydiyyat şöbəsində qeydə alınmış nikahının pozulması haqqında məlumat aşkar edilmədi. Həmçinin əvvəllər qüvvədə olmuş “VVAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən siyahı”ya əsasən nikaha daxil olmaq haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlərin saxlanma müddəti 5 il idi. Göstərilənlərə əsasən N.Baxşəliyev ilə Cavabdeh (Fətəliyeva) nikahı haqqında ərizəsi və ona əlavə edilmiş sənədlərin kserosurətinin təqdim edilməsi mümkün deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 ilə Cavabdeh arasında Səbail rayon VVAQ şöbəsində bağlanmış ## ###### 1992-ci il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ### 1983-cü ildə X11 ilə Naftalan şəhəri VVAQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan uşaqları olmuşdur. Bu nikah bu günə kimi pozulmamışdır. Bunu Naftalan şəhəri qeydiyyat şöbəsindən verilən arayış təsdiq edir. Bu yaxınlarda iddiaçıya X11 onunla nikahda ola-ola ## ###### 1992-ci ildə Səbail VVAQ şöbəsində cavabdeh Cavabdeh ilə rəsmi nikaha daxil olduğu məlum olmuşdur. X11 uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra ## ###### 2003-cü ildə vəfat etmişdir. İddiaçı bu mübahisə ilə əlaqədar mediatora müraciət etmişdir. Mediator tərəfindən bununla bağlı müvafiq arayış verilmişdir. İddiaçı hesab edir ki, X11 onunla nikahda ola-ola cavabdeh ilə bağladığı nikah qanuna əsasən etibarsız hesab olunmalıdır. Həmçinin X11 hazırda vəfat etsə də, etibarsız nikahın yaratdığı nəticələr hazırda da davam etdiyi üçün belə bir etibarsız nikahın mövcudluğunun davam etdirilməsi iddiaçının hüquqlarını pozur. Göstərilənlərə əsasən X11 ilə Cavabdeh arasında Səbail rayon VVAQ şöbəsində bağlanmış ## ###### 1992-ci il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
11. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Əyyubov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehin və onun nümayəndəsi və vəkilinin istinad etdiyi hallar, yəni Nizami Baxşəliyev ilə Cavabdeh faktiki ailə kimi yaşamaq və birgə təsərrüfat aparmaq faktı mövcud və ya tam şəkildə sübut olunsa belə, Nizami Baxşəliyev ilə Cavabdeh arasında rəsmi nikah münasibətinin mövcudluğu nəticəsinə gəlmək üçün kifayət etmir. Çünki, mərhum Nizami Baxşəliyev həmin dövrdə cavabdeh ilə faktiki olaraq yaşamış olsaydı belə, rəsmi olaraq iddiaçı ilə boşanmamış və onunla evli olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edib ki, iddia əsaslı hesab edilməklə təmin edilməli, Nizami Baxşəliyev ilə Cavabdeh arasında qeyd edilmiş nikah etibarsız sayılmalıdır. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı İddiaçı X11 ilə Cavabdeh Barisovanın rəsmi nikah münasibətlərindən 1992-ci il tarixdən məlumatlı olduğunu, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verildiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı tərəfin mübahisələndirməsinə və məhkəmənin təklif etməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçının hazırda mübahisələndirilən nikahdan 2025-ci ilin iyun ayından deyil, 1992-ci il tarixdən məlumatı olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bunu sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edib ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının ## #### 2000-ci il tarixədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 13, 17, 48, 49, 51-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, 373.5, 354.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Cavabdeh Barisova qətnamədən apellyasiya şikаyəti vermiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, eyni zamanda prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh Cavabdeh izahatından aydın olur ki, onun Nizami Baxşəliyevlə münasibətləri uzunmüddətli olub. Onlar 1981-ci ildə faktiki nikaha girməzdən 4 il əvvəldən tanımışlar. Daha sonra, 1981-ci ildən 1992-ci ilə qədər Natalya və Nizami Baxşəliyev faktiki nikah münasibətlərində olublar və bu müddət ərzində onların dörd övladı anadan olub (1984cü il, 1985-ci il, 1986-ci ilvə 1988-ci il tarixlərdə). Cavabdeh Nizami Baxşəliyevin iddiaçı İddiaçı ilə rəsmi nikahda olması barədə heç bir məlumatı olmamışdır. Çünki, Nizami Baxşəliyev ona qohumu ilə qeyri-rəsmi münasibətdə olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı X14 Qarayeva ilə evliliyindən iki oğlu olduğu müəyyən edilib: 1984-cü il təvəllüdlü Kamil və 1986-cı il təvəllüdlü Əli. Nizami Baxşəliyevin Cavabdeh ilə evliliyindən dörd qızı dünyaya gəlib. Natalya və Nizami Baxşəliyevlərin sonuncu qızı 1988-ci ildə dünyaya gəlmişdir. Beləliklə, Nizami Baxşəliyevin Cavabdeh ilə nikah münasibətləri Aida Qarayeva ilə nikahdan iki oğlu dünyaya gəldikdən sonra da davam etmişdir. 2000-ci ilə qədər qüvvədə olan SSRİ Cinayət Məcəlləsinin 130-cu maddəsinə əsasən 2 (iki) arvadlılığa görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Buna görə də hesab edir ki, Nizami Baxşəliyev həmin dövrdə İddiaçı ilə nikahda olmuş olsaydı, cavabdeh ilə nikaha daxil olmazdı. Eləcə də hazırda Cavabdeh öz nikahına münasibəti araşdırılmalıdır. Əgər Cavabdeh Nizami Baxşəliyevin başqa şəxsdən nikahda olmasını bilsəydi bu nikaha daxil olmazdı. X15 rayon qeydiyyat şöbəsində Cavabdeh ilə nikaha daxil olarkən qeydiyyat şöbəsinə subay olması barədə sənəd gətirmişdir. Bu səbəbdən də Cavabdeh onunla nikaha daxil olmuş və Səbail rayon qeydiyyat şöbəsi də bu nikahı rəsmiləşdirmişdir. Həmçinin işdən görünür ki, həm iddiaçının, həm də cavabdehin birinci övladları 1984-cü il tarixdə dünyaya gəlmişlər. Hətta cavabdehin qızı Kamilə daha əvvəl, 1984-cü ilin sentyabr ayında, iddiaçının oğlu Kamil isə 1984-cü ilin oktyabr ayında dünyaya gəlmişdir. Göründüyü kimi Nizami Baxşəliyevin birinci ailə münasibətləri Cavabdeh ilə olmuş və sonuna qədər onunla davam etmişdir. İddiaçının son oğlu nümayəndə1 1986-cı il təvəllüdlü olsa da, cavabdehin sonuncu uşağı Raisa Baxşəliyeva 1988-ci il təvəllüdlüdür. Göründüyü kimi Nizami Baxşəliyevilə cavabdeh faktiki ailə olmuşlar. Belə olan halda ailə qanunvericiliyi tərəfin ailə hüquqlarının saxlanılmasını tələb edir. Bundan əlavə, cavabdehin təqdim etdiyi fotoşəkillər Nizami Baxşəliyevin daim ailəsi ilə - həyat yoldaşı Cavabdeh və onların dörd uşağı ilə birlikdə olduğunu göstərir. Fotoşəkillər onların birləşmiş, mehriban və xoşbəxt bir ailə olduqlarını göstərir. Cavabdehin izahatlarından görünür ki, rəsmi nikaha daxil olarkən Nizami Baxşəliyev ondan onun soyadını qəbul etməyini tələb etmişdir. Beləliklə, cavabdeh Cavabdeh Nizami Baxşəliyev ilə rəsmi evlilik tarixindən bu günə qədər Baxşəliyeva soyadını daşıyır. İşdə olan Bakı şəhəri, Səbail rayonu VVAQ şöbəsi tərəfindən ## ###### 1992-ci il tarixdə verilmiş ****** saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X27 ## ###### 1992-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ## ###### 1992-ci il tarixdə 236 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəliyev, arvada Baxşəliyeva soyadı verilmişdir. Bütün bu hallar Cavabdeh ilə Nizami Baxşəliyevin uzun illər tək bir ailə olduqlarını, nikahın həm faktiki, həm də rəsmi olduğunu təsdiqləyir. Bu halda iddiaçı X4 X36 ilə nikah münasibətlərindən xəbərsiz ola bilməzdi. Buna görə də, məhkəmə qətnamədə Mülki-Prosessual Məcəlləsinin 375.2-ci maddəsinin tələblərini pozmuşdur. Hər halda, bu qədər uzun müddət davam edən nikah etibarsız hesab edilə bilməz. Natalya və Nizami Baxşəliyevlər 1992-ci ildə rəsmi nikaha daxil olarkən, X21 Baxşəliyevin başqa qadınla rəsmi nikahda olması barədə heç bir məlumatı olmamışdır. Buna görə də, hesab edir ki, ## ###### 1992-ci il tarixdə Cavabdeh Nizami Baxşəliyevlə tam şəkildə qanuni əsasla rəsmi nikaha daxil olmuşdur. Bütün bunlara baxmayarq, məhkəmə tərəflər arasında ## ###### 1992-ci il tarixdə X18 bağlanmış nikahı etibarsız hesab etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh Natalya Baxşəliyevin vəkili iddiaçı İddiaçı qanunla müəyyən olunmuş iddia müddətinin buraxılması ilə bağlı iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə ərizəsi ilə müraciət etmişdir. Lakin məhkəmə Natalya və Nizami Baxşəliyevanın nikahının müddətini və etibarlılığını nəzərə almadan qərarında bu iddianı rədd etmişdir. Yenə də qeyd etmək istəyir ki, bununla məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 375.2-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 məhkəməyə yazılı izahat təqdim etmişdir ki,, izahatın məzmunu apellyasiya şikayətinə qarşı etiraz şəklində tərtib edilmişdir. Etirazda qeyd olunub ki, apellyasiya şikayətində cavabdehin dəlillər qismində qeyd etdiyi halların, yəni cavabdehin mərhum Nizami Baxşəliyevlə ailə bağlarının olması, bir yerdə yaşamaları kimi ifadələr heç bir sübutla təsdiq edilmir, yalnız sonuncunun şəxsi heç bir əsası olmayan fikirləridir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh Cavabdeh Barisovna apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mərhum Nizami Baxşəliyevlə 1981-ci ildən nikahda olmuş, bu nikahdan 4 övladı olmuşdur. Onlar ər-arvad münasibətində olmuşlar. Nizami Baxşəliyevlə nikaha onun birinci arvadından boşanması ilə bağlı sənəd təqdim edilməklə daxil olmuşdur. Nizami Baxşəliyevin 3 rəsmi nikahı olmuş, ilk nikahı Natalya adlı şəxslə bağlanmış və onunla olan nikahının pozulması barədə şəhadətnaməni görmüşdür. İddiaçı barədə məlumatı olmayıb. Göstərilənlərə əsasən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Cavadehin nümayəndəsi və vəkili İsgəndərova Nina Vladimirovna apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, cavabdeh Cavabdeh keçmiş əri, 2003-cü ildə ölmüş Nizami Baxşəliyevlə faktiki ailə münasibətləri 1981-ci ildən yaranmışdır. Onlar 1981ci ildə qeyri-rəsmi ailə münasibətlərinə daxil olublar. Bu nikahdan onların 1984-cü ildə, 1985ci ildə, 1986-cı ildə və 1988-ci ildə 4 qızı doğulub. Tərəflərin ailə münasibətləri 1981-ci ildən Nizami Baxşəliyevin ölümünə qədər davam edib. 1992-ci ildən onların yetkinlik yaşına çatmamış 4 qızı var idi. 1992-ci ildə onlar Səbail rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Həmin vaxt mərhum Nizami Baxşəliyev cavabdeh Cavabdeh bildirmişdir ki, İddiaçı ilə qeyri-rəsmi nikaha daxil olub, eyni zamanda ilk nikahından boşanma haqqında arayış təqdim edərək cavabdehlə nikahlarını rəsmiləşdirmişdir. 2025-ci ilin iyun ayında iddiaçı İddiaçı pensiya yaşına çatandan sonra pensiyanı rəsmiləşdirmək üçün X5 müraciət etmiş və həmin zaman məlumat əldə etmişdir ki, onun əri Nizami Baxşəliyev 1992-ci ildə cavabdehlə rəsmi nikaha daxil olub. Qeyd edir ki, hal-hazırda onlara düşən yaşla bağlı pensiya aralarında bərabər bölünüb. İşə baxan məhkəmə tərəfindən Mülki Məcəllənin 375ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddia ərizəsi vermək üçün qanunla müəyyən olunmuş müddət ötürülüb. Cavabdehlə Nizami Baxşəliyevin nikahı uzunmüddətli olub, bu nikahdan 4 övlad doğulub, ona görə də iddiaçının bu barədə məlumatı var idi. 2003-cü ildə Nizami Baxşəliyev ölmüş, onun ölümündən sonra o vaxt uşaqlar yetkinlik yaşına çatmadıqlarından cavabdeh uşaqları saxlamaq, pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdi. Eyni zamanda İddiaçı da uşaqlarının sosial təminatı üçün pensiya almışdı. Həmin vaxt iddiaçının cavabdehlə Nizami Baxşəliyev arasında olan rəsmi nikah barədə məlumatı var idi, çünki həmin sosial təminat 6 uşaq arasında bölünmüşdü. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, idia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdehin 4 uşağı rəsmi nikahdan deyil, nikahdan kənar doğulub. Bundan başqa 2003-cü ildə uşaqlar arasında sosial müavinətin bölünməsi ilə bağlı qeyd edir ki, cavabdeh özü 2003cü ildə 35% pensiya aldığını deyib, bu isə pensiyanın bərabər bölgüsü demək deyil. Nikahın etibarsızlığı ilə bağlı qeyd edir ki, şəxsin ailəyə aid olmağını ilk növbədə onun hüquqi bağları sübut edir. Bununla bağlı sənədlərin də hamısı istisnasız olaraq iddiaçı tərəfdədir. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirib ki, guya Nizami Baxşəliyevin qırmızı pasportunda birinci nikahdan olan Natalya İvanovna ilə boşanması haqqında möhür var, İddiaçı barədə məlumat yoxdur və bu əsasla qeydiyyat şöbəsinə gedib bunu özü görməklə nikaha daxil olub. Bunun əksini sübut edən fakt budur ki, o vaxt hərbçilər pasportla nikaha daxil olmurdular, şəxsiyyətini təsdiq edən sənəd və “Jek”dən alınan xüsusi forma ilə nikaha daxil olurdular. Həmin vaxt bu formada sənəd alınması mümkün idi. İddiaçı ilə Nizami Baxşəliyev arasında 1983-cü ildə nikah bağlanandan 1 həftə sonra cavabdehin bu nikah barədə məlumatı olub. Cavabdeh Naftalandakı evə zəng etdikdə Nizami Baxşəliyevin bacısı, yəni bibisi cavabdehə bildirmişdi ki, Nizami Baxşəliyev ailə qurub, onu narahat etməsin. Bibisi məhkəmə iclasında şahid kimi gələ bilər. Cavabdeh 1992-ci ilə qədər dəfələrlə onların mənzilə gəlib, münaqişələr yaradıb. Mərhum atası məcbur qalıb, cavabdehlə saxta nikaha daxil olub. Cavabdeh barədə məlumatları olsa da, onun atası ilə rəsmi nikaha daxil olmasını yalnız 2025-ci ildə anasına pensiya ilə bağlı sənəd düzəldəndə məlumatları olub. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsində araşdırma nəticəsində, təqdim etdikləri sənədlərdən məlum olmuşdur ki, birinci, İddiaçı ilə bağlanmış nikah ləğv olunmayıb, ona xitam verilməyib, buna baxmayaraq, hansısa başqa yollarla cavabdehlə ikinci nikah qeydə alınıb. Hətta həmin dövrün qanunvericiliyinə əsasən qeyd olunan hal cinayət məsuliyyəti yaradırdı. Bütün halda şəxsin qüvvədə nikahı olduğu halda yeni nikaha daxil olması qanun pozuntusudur. İşə baxan birinci instansiya məhkəməsi ətraflı araşdırma aparılmasını təmin etmiş və nəticədə qanuni qətnamə qəbul etmişdir. Ona görə də iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 sonda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsi İ. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
22. Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsi Maddə 17. Nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir: İkisindən biri başqası ilə nikahda olan şəxslər arasında. Maddə 48. Nikah, bu məcəllənin 15-17-ci maddələrinin müəyyən edilmiş şərtləri pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah), etibarsız sayıla bilər. Maddə 49. Nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Maddə 53. Etibarsız hesab edilən nikah bağlandığı vaxtdan etibarsız sayılır. Bu maddənin dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, belə nikahda olan şəxslərin heç bir ər-arvad hüququ və vəzifəsi yaranmır.Etibarsız hesab edilən nikahda olmuş şəxslərin birlikdə əldə etdikləri əmlaka Azərbaycan SSR Mülki Məcəlləsinin 111-125-ci maddələrinin qaydaları tətbiq olunur. Nikahın etibarsız hesab edilməsi bu nikahdan doğulmuş uşaqların hüquqlarına təsir etmir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Tələb nikahın etibarsız hesab edilməsi barədədir.
28. Baxılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı İddiaçı X11 ilə ## ### 1983-cü il tarixdə Naftalan şəhər VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınmış nikah bağlamaqla ailə həyatı qurmuşlar.
29. Daha sonra iddiaçı İddiaçı ilə N.Baxşəliyev arasında ## ### 1983-cü il tarixdə Naftalan şəhər VVAQ şöbəsində akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınmış nikah qüvvədə olduğu və pozulmadığı dövrdə mərhum X11 ilə cavabdeh Cavabdeh arasında ## ###### 1992-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsində akt qeydləri kitabında 236 nömrə ilə nikah qeydə alınmışdır.
30. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hallar, yəni Nizami Baxşəliyev ilə Cavabdeh faktiki ailə kimi yaşamaq və birgə təsərrüfat aparmaq faktı mövcud və ya tam şəkildə sübut olunsa da belə, onlar arasında rəsmi nikah münasibətinin mövcudluğu nəticəsinə gəlmək üçün kifayət etmir. Belə ki, mərhum Nizami Baxşəliyev həmin dövrdə rəsmi olaraq iddiaçı ilə boşanmamış və onunla evli olmuşdur.
31. Hüquq münasibəti baş verən (hüquq münasibəti 1992-cı ildə baş vermişdir) vaxtı qüvvədə olan Azərbaycan SSR-nin Nikah və Ailə Məcəlləsinin nikahın bağlanmasına maneə olan hallardan biri “ikisindən birinin başqası ilə nikahda olması” (Azərbaycan SSR Ailə Məcəlləsində Maddə 17) göstərilmişdir.
32. Həmçinin həmin Məcəllənin 51-ci maddəsində nikaha daxil olmaq üçün maneçilik olduqda bağlanmış nikahın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmuş, həmin əsaslardan biri isə “bu məcəllənin 17-ci maddəsində göstərilən hallar olduqda bağlanmış nikah etibarsız hesab edilə bilər” müddəası olmuşdur. Belə nikahın məhkəmə qaydasında etibarsızlığı təsbit edildikdə, nikah onun bağlandığı gündən etibarsız sayılır.
33. Həmin maddədə həmçinin qeyd olunur ki, “işə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.”
34. Apellyasiya şikayətinin dəlilləri əsasında araşdırmanı davam etdirən kollegiya qeyd etməyi vacib bilir ki, 1992-ci ildən cavabdeh Cavabdeh ilə Nizami Baxşəliyev arasında nikahın etibarsızlığı üçün maneə hesab edilən şərtlər aradan qalxmamış və hazırkı vaxtadək nikahın etibarlı hesab edilməsi üçün qanuni əsaslar yaranmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır
35. Apellyasiya instansiyası məhkəməsi sonda onu da qeyd edir ki, nikahın etibarsız hesab edilməsinin nəticələrinin həmin nikahdan doğulan uşaqların hüquqlarına təsir etməməsi qanundan irəli gələn şərtdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamış, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh Barisovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elekrton kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.