Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-354/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Əhədov İxtiyar Azər oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Əhədov İxtiyar Azər oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Əhədov İxtiyar Azər oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və Əhədov İxtiyar Azər oğluna qarşı iddia qaldıraraq, ##.##.2016-cı il təvəllüdlü cavabdeh2 İxtiyar oğlu və ##.##.2019-cu il təvəllüdlü Əhədov Harun İxtiyar oğlu ilə birlikdə ünvan 2, mənzil 122 ünvanına köçürülməsi və həmin mənzildə yaşayış hüququna maneəçilik hərəkətlərinə yol verilməməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək ## #### 2022-ci il tarixdən etibarən ##.##.2016-cı il təvəllüdlü cavabdeh2 İxtiyar oğlunun və ##.##.2019-cu il təvəllüdlü Əhədov Harun İxtiyar oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh Əhədov İxtiyar Azər oğlundan ##.##.2016-cı il təvəllüdlü cavabdeh2 İxtiyar oğlunun və ##.##.2019-cu il təvəllüdlü Əhədov Harun İxtiyar oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin edilmiş hər ay 175 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,583 misli həddində indeksasiya edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Əhədov İxtiyar Azər oğlu ilə cavabdeh İddiaçı arasında * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində ##.##.2015-ci il tarixində 2853 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2016-cı il təvəllüdlü cavabdeh2 İxtiyar oğlu və ##.##.2019cu il təvəllüdlü Əhədov Harun İxtiyar oğlu cavabdeh İddiaçı yanında qalmışdır. Hazırda birgə nikahdan doğulmuş ##.##.2016-cı il təvəllüdlü cavabdeh2 İxtiyar oğlu və ##.##.2019-cu il təvəllüdlü Əhədov Harun İxtiyar oğlu ilə birlikdə atası X1 məxsus Salyan şəhəri, İsa Quliyev küçəsi, bina 17, mənzil 14 ünvanda yaşayır. Həmin ünvanda qardaşı və ailəsi yaşayır. Həmin evdə yaşamaq uşaqlarla birlikdə çətindir və uşaqlara birlikdə ünvan 2, mənzil 122-yə köçərək yaşamaq istəyir. * saylı Sumqayıt Asan Xidmət Mərkəzində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə aşağıdakı məzmunlu sorğu göndərilmişdir: “Hüquqlarını təmsil etdiyi İddiaçı Əhədov İxtiyar Azər oğlundan ##.##.2016-cı il təvəllüdlü cavabdeh2 İxtiyar oğlunun və ##.##.2019-cu il təvəllüdlü Əhədov Harun İxtiyar oğlunun saxlanılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması və cavabdeh2 və Cəmalə Əhədovaya qarşı evə köçürülmə iddiası olacaqdır. Məhkəməyə müraciət etmək zərurəti yarandığından cavabdeh2 (##.##.1954, *******, AA0139656), X3 Qızı (##.##.1965, 3D5HVKV, AZE15912298) adına ünvan 2, mənzil 122 mülkiyyətində olub-olmaması və bu mənzilə daşınmaz əmlakın qeydiyyatına dair reyestr çıxarışının verilib-verilməməsi barədə arayış məlumatların təqdim edilməsini xahiş edir.” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi idarəsinin cavab məktubunda bildirilmişdir ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən ünvan 2, mənzil 122 barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hesab edir ki, o və birgə nikahdan doğulmuş ##.##.2016-cı il təvəllüdlü cavabdeh2 İxtiyar oğlu və ##.##.2019-cu il təvəllüdlü Əhədov Harun İxtiyar oğlu ilə birlikdə ünvan 2, mənzil 122 ünvana köçürülməli və köçürüldükdən sonra cavabdehlər və onlarla birlikdə yaşayan ailə üzvləri bu mənzildə sərbəst və rahat yaşamaqlarına imkan verməlidirlər.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddianın təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2016-cı il təvəllüdlü cavabdeh2 İxtiyar oğlu və ##.##.2019-cu il təvəllüdlü Əhədov Harun İxtiyar oğlu ilə birlikdə ünvan 2 ünvanında yerləşən *** saylı mənzilə köçürülməsi, ünvan 2 ünvanında yerləşən *** saylı mənzildə İddiaçı yaşayış hüququna maneəçilik törədilməsi cavabdeh2 və Əhədov İxtiyar Azər oğluna qadağan edilməsi qət edilmişdir.
4. İddianın təmin edilməsi qənatinə gələn aşağı instansiya məhkəməsi iddiaçının daimi yaşayış yeri olan mübahisəli mənzili tərk etməsinin cavabdeh əri ilə olan ər-arvad münasibətlərinin sonda nikahın pozulması ilə nəticələnməsi həddində kəskinləşməsinin olması, onun mənzili könüllü olaraq tərk etməməsini, əri ilə birgə yaşamanın mümkünsüz olduğuna görə valideynlərinin evinə getməsini, bu zaman onun daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə daimi köçməsini təsdiq edən sübutlar, yəni başqa yerdə yaşayış sahəsinin olması, yaxud yaşayış sahəsi əldə etməyə cəhd göstərməsi, Əhədov İxtiyar Azər oğlu ilə birgə nikah müddətində əldə olunmuş əmlakının və ayrıca əmlakının aparıb hardasa yerləşdirməsi və sair bu kimi halları təsdiq edən sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi tam əsassız və qanunsuzdur. Belə ki, hazırki iş üzrə iddiaçı İddiaçı onun keçmiş gəlinidir. Oğlum Əhədov İxtiyar Azər oğlu ilə aralarındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddia tələbinin və öz növbəsində məhkəmə qətnaməsinin əsassız olduğu hallar tərəflər arasında bağlanmış nikahın rəsmi olaraq 2025-ci il tarixdə pozulmasına baxmayaraq, iddiaçı 2019-cu il tarixdən faktiki olaraq sözügedən ünvanda yaşamadığı, bu barədə iş materiallarının içində ## ###### 2025-ci il tarixli akt olduğu və həmin aktla qeyd olunan hal öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarında içində olan Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə onların birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün hazırki iş üzrə cavabdeh Əhədov İxtiyar Azər oğlundan aliment tutulması qət edilmişdir. Bu hal da məhz iddiaçının sözügedən mənzildə yaşamamasına dəlalət edir. Təbii ki, qanunvericiliyin tələbinə görə ər-arvad birgə yaşadığı dövrdə də bir-birinə qarşı aliment tələbi qaldıra bilər. Lakin yuxarıda qeyd olunan akt bu halı aradan qaldırır və iddiaçının həmin mənzildə yaşamadığı variantını daha gücləndirir. İş materiallarından da göründüyü kimi sözügedən mənzil Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ##.##.1988-ci il tarixli, **/*** nömrəli order ilə onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Göründüyü kimi sözügedən mənzil 30 ildən çoxdur ki, onun və ailə üzvlərinin istifadəsindədir. İddiaçı həmin mənzilə gəlin köçmüş, 2015-2019-cu illər ərzində həmin mənzildə müəyyən fasilələrlə ümumi 4 il yaşamışdır. İş materiallarında olan aktdan da görünür ki, iddiaçı 6 ildir ki, həmin mənzildə yaşamamışdır. Bu isə iddiaçının başqa yaşayış yeri olmasına dəlalət edir. Göründüyü kimi iddia tələbinin əsassızlığına görə iş materiallarının içində yetəri qədər sübut olsa da həmçinin bu hallar işin faktiki halları ilə də öz təsdiqini tapsa da məhkəmə heç bir araşdırma aparmamış, iddia tələbini heç bir əsas olmadan təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Əhədov İxtiyar Azər oğlu apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. İddiaçı ilə cavabdeh İxtiyar Əhədov arasında ## ###### 2015-ci il tarixdə nikahın qeydə alınması, iddiaçının həmin vaxtdan sözügedən mənzilə köçməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə qeydə alınmış nikahın pozulması və mübahisəli mənzil Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ##.##.1988-ci il tarixli, **/*** nömrəli orderə əsasən cavabdeh2 verilməsi işin mübahisəsiz halıdır.
17. İşin mübahisə olunmayan digər halına görə iddiaçı Salyan rayon Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada laborant vəzifəsində işləyir, oğlu cavabdeh2 həmin gimnaziyanın 3 a sinfində, digər oğlu Harun Əhədov isə məktəbəqədər sinifdə təhsil alırlar.
18. İddiaçı İddiaçı himayəsində olan uşaqları ilə birlikdə atası Rauf Rzayevə məxsus mənzildə yaşamasının çətin olduğunu əsas gətirərək, ünvan 2, mənzil 122 ünvanına köçürülməsi və həmin mənzildə yaşayış hüququna maneəçilik hərəkətlərinə yol verilməməsinin cavabdehlərə qadağan edilməsi tələb etmiş, cavabdehdə öz növbəsində sözügedən mənzilin ona və ailə üzvlərinə Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən ##.##.1988-ci il tarixli order əsasında verildiyini, iddiaçının oğlu İxtiyarla 2025ci il tarixdə nikahları pozulsa da, həmin mənzildə 2015-2019-cu illər ərzində müəyyən fasilələrlə ümumilikdə 4 il yaşadığını, lakin heç bir hüququnun olmadığını, özünün Salyan rayonunda atasına məxsus evdə yaşayış yeri olduğunu bildirərək iddiaya etiraz etmişdir.
19. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti ## ####### 2009-cu il tarixdən sonra yarandığından, hazırkı mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir.
20. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının köçürülməsini arzuladığı mənzilə hüququnun olduğunu və daha sonra cavabdehlər tərəfindən onun bu hüququnun pozulubpozulmadığının araşdırılmasını zəruri hesab edir.
21. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar (Mənzil Məcəlləsinin 68.1, 68.2. maddələri).
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
23. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
24. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır.
25. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh cavabdeh2 münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, başqa sözlə desək onun ailə üzvü hesab edilmədiyindən, mənzilə köçürülməsi və sözügedən mənzildə yaşayış hüququna maneəçilik hərəkətlərinə yol verilməməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbi təmin edilə bilməz.
26. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının köçürülməsini arzuladığı yaşayış sahəsinə hüququ müəyyən edilmədiyindən, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçının mübahisəli mənzilə köçürülməsi, həmin mənzildə yaşayan cavabdehlərin mənafelərinin pozulması ilə nəticələndiyindən iddianın təmin edilməsi barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edilə bilməz.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamış, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
28. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).
31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Əhədov İxtiyar Azər oğluna qarşı mənzilə köçürülməsinə dair iddia tələbləri rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.