Məhkəmə qərarları › İş №2(3-8)-886/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-886/2026

27.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-886/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi * saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi * saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması, ərizəçi Ərizəçi tərəfindən ##.##.2026cı il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən alınaraq ərizəçiyə qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, ərizəçiyə qərardadda göstərilmiş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada şikayət ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi yenidən Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi Mülki Prosesual Məcəllənin 385-ci (Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar) və 386-cı (Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) maddələrinin tələblərini pozaraq, öz qərarının əsaslandırma hissəsində düzgün olmayan aktı tədbiq etmiş, bütün faktiki halları araşdırmamış, işə formal baxmış və qanunu səhv təfsir etmişdir. Belə ki, ərizədən və ərizəyə əlavə etdiyi sənədlərdən konkret olaraq görsənir ki, qayınananası ##.##.1962-ci il tarixli ** saylı ölüm haqqında akt qeydində soyadı Eyvazova (qızlıq soyadı), əri Mehtiyev Fizulinin ##.##.1954-cü il tarixli *** saylı doğum haqqında akt qeydində isə anasının soyadı Mehtiyeva (nikah soyadı) yazılmış, lakin qayınanasının nikah haqqında akt qeydi müəyyən edilmədiyindən bu iki soyad arasında əlaqəni müəyyən etmək mümkün olmamışdır. Nəticədə Eyvazova (Mehtiyeva) Afərimin həyat yoldaşının anası olması (yəni eyni şəxs olmaqları) faktı müəyyən edilmədiyi üçün vərəsələrin dairəsini müəyyən etmək mümkün olmamışdır. Yəni akt qeydlərində hər hansı bir yalnışlıq olmamışdır. Sadəcə o vaxtın müvafiq qurumu qayınanasının bir sənəddə qızlıq soyadını, digər sənəddə isə nikah soyadını qeyd etdiyindən bugünki sənədlərdə fərqliliklər yaranmış və ərinin anası olması faktında müəyyən çətinliklər yaratmışdır. Əgər məhkəmənin müəyyən etdiyi qaydada inzibati məhkəməyə müraciət olunduğu halda onda sual yaranır ki, iddia necə qoyulsun. Axı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli Qərarının 2.1-ci və 2.2-ci bəndləri birmənalı olaraq texniki yalnışlıqları bildirmişdir. Faktiki halda texniki səflər deyil müvafiq dövrlərdə qeyd edilmiş soyad fərqləridir. Əgər soyadların dəyişdirilməsi tələbi qoyulsa onda hüquqi faktların (soyadların) təhrif olunması olardı ki, belə olan halda həm inzibati orqan, həm də ki, inzibati məhkəmələrə imtina üçün əsasdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Vüsal Məhərrəmov) şikayət təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılması, ərizəçi Ərizəçi nümayəndəsi və vəkili X3 Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından ##.##.2026-cı il tarixdə verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Birinci instanisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin mahiyyətindən görünür ki, ərizəçi Ərizəçi * saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Eyvazova (Mehdiyeva) Afərim Balakişi qızının X2 anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qərardadında “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli Qərarının 2.1-ci və 2.2-ci bəndlərinə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi öz qərarını qəbul edərkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, * nömrəli qərarına əsaslanmaqla düzgün istinad etsə də, sonda ərizəni geri qaytarmaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, istinad olunan Qərarın 2.1-ci bəndində qeyd edilir ki, “......Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi)......” Odur ki, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli və ərizənin icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Ərizənin icraata qəbul qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar