Məhkəmə qərarları › İş №2(3-9)-1100/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1100/2026

02.09.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 2(3-9)-1100/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr – Novruzova Aytәn Nazim qızı (sәdrlik edәn, mәruzәçi), Əsәdov Ilham Qoşunәli oğlu vә Əliyev Qasım Vәli oğlundan ibarәt tәrkibdә, Kürdәmir Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә mәhkәmәnin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Ərizәçi Ərizәçi xüsusi icraat qaydasında әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, ##.##.1971-ci ildә Kürdәmir rayonun Yenikәnd kәndindә anadan olmuş X1 fәaliyyәt qabiliyyәti olmayan hesab edilmәsinә dair qәtnamә çıxarılmasını xahiş etmişdir. Kürdәmir Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qәrardadı ilә Ərizәçi (maraqlı şәxs Kürdәmir Rayon Icra Hakimiyyәti) şәxsin fәaliyyәt qabiliyyәti olmayan şәxs hesab edilmәsinә dair әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır. (Hakim: Xaliq Imanov) Ərizәçi Ərizәçi hәmin qәrardaddan şikayәt verәrәk, Kürdәmir Rayon Mәhkәmәsinin *(*- ***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrardadı lәğv edilmәsini vә işin icraata götürülәrәk sonrakı prosessual hәrәkәtlәrin davam etdirilmәsini xahiş etmişdir. Kürdәmir Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – MPM-in) 397.2ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, әrizә vә ona әlavә edilmiş sәnәdlәr әrizәnin icraata qәbul edilmәsi mәsәlәsinin yenidәn hәll olunması vә sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Kürdәmir Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Iş materiallarından görünür ki, birinci instansiya mәhkәmәsi әrizәçi Ərizәçi MPM-in 317.2ci maddәsindә müәyyәn edilmiş şәxslәr dairәsinә daxil olmadığını, başqa sözlә, şәxsin fәaliyyәt qabiliyyәti olmayan hesab edilmәsi barәdә әrizә ilә mәhkәmәyә müraciәt etmәk üçün subyektiv hüquqa malik olmadığını әsas gәtirәrәk, MPM-in 152.1.2-ci maddәsinә istinad etmәklә әrizәni vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarmışdır. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, MPM-in 317.2-ci maddәsindә şәxsin fәaliyyәt qabiliyyәti olmayan hesab edilmәsi haqqında әrizә vermәk hüququna malik yaxın qohumlar sırasında әr vә ya arvad göstәrilmәmişdir. Mәhkәmә hәmçinin әr vә arvadın bir-biri üzәrindә qәyyum tәyin edilmәsinin mәqbul hesab edilә bilmәyәcәyinә, habelә ailә vә vәrәsәlik münasibәtlәrini tәnzimlәyәn ayrı-ayrı maddi hüquq normalarına istinad etmişdir. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin qeyd olunan әsaslandırması vә gәldiyi hüquqi nәticә ilә razılaşmır. Əvvәla, MPM-in 152.1.2-ci maddәsinә әsasәn, iddia әrizәsi imzalanmadıqda vә ya onu imzalamağa hüququ olmayan şәxs tәrәfindәn, yaxud xidmәti vәziyyәti göstәrilmәyәn şәxs tәrәfindәn imzalandıqda hakim iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarır. Hәmin normanın mәzmunundan görünür ki, burada әrizәnin geri qaytarılması üçün әsas kimi әrizәnin ümumiyyәtlә imzalanmaması vә ya әrizәçinin adından başqa şәxs tәrәfindәn imzalanarkәn hәmin şәxsin buna dair müvafiq prosessual sәlahiyyәtә malik olmaması nәzәrdә tutulmuşdur. Başqa sözlә, MPM-in 152.1.2-ci maddәsi әrizәni imzalayan şәxsin prosessual sәlahiyyәti ilә bağlı halları tәnzimlәyir. Hazırkı halda әrizә Ərizәçi sәlahiyyәtli nümayәndәsi vә vәkili Vәkil tәrәfindәn imzalanaraq mәhkәmәyә tәqdim edilmiş, nümayәndәnin müvafiq prosessual hәrәkәtlәri yerinә yetirmәk sәlahiyyәtini tәsdiq edәn order vә etibarnamә dә әrizәyә әlavә olunmuşdur. Buna görә dә әrizәnin onu imzalamaq hüququ olmayan şәxs tәrәfindәn imzalandığı qәnaәtinә gәlmәk üçün әsaslar mövcud olmamış vә MPM-in 152.1.2-ci maddәsindә nәzәrdә tutulmuş prosessual әsas hazırkı әrizәnin geri qaytarılmasına tәtbiq edilә bilmәzdi. Mәhkәmә kollegiyası qeyd etmәyi zәruri hesab edir ki, şәxsin konkret tәlәb üzrә mәhkәmәyә müraciәt etmәk hüququna malik olub-olmaması ilә әrizәni onun adından imzalayan şәxsin belә bir prosessual sәlahiyyәtә malik olub-olmaması eyni hüquqi anlayışlar deyildir. Birinci halda tәlәb üzrә mәhkәmәyә müraciәt etmiş şәxsin müvafiq hüquq münasibәtinin subyekti olub-olmaması, ikinci halda isә әrizәni imzalayan şәxsin әrizәçinin adından prosessual hәrәkәt etmәk sәlahiyyәtinin mövcudluğu araşdırılır. Birinci instansiya mәhkәmәsi isә bu iki fәrqli hüquqi mәsәlәni eynilәşdirmiş, әrizәçinin tәlәb üzrә mәhkәmәyә müraciәt etmәk hüququna malik olmadığı barәdә qәnaәtini әrizәnin onu imzalamağa hüququ olmayan şәxs tәrәfindәn imzalanması kimi qiymәtlәndirmişdir. Bu isә MPM-in 152.1.2-ci maddәsinin mәzmununa vә hәmin normanın tәnzimlәmә predmetinә uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizənin icraata qəbul edilməsi mərhələsində məhkəmə yalnız prosessual qanunvericilikdə onun geri qaytarılması üçün dəqiq müəyyən edilmiş əsasların mövcudluğunu yoxlamalıdır. Ərizəçinin irəli sürdüyü tələb üzrə subyektiv hüquqa malik olub-olmaması isə ərizənin qəbul edilməsi mərhələsində deyil, işə mahiyyəti üzrə baxılarkən tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırılmalı və hüquqi qiymət verilməli olan məsələdir. Ərizənin geri qaytarılması şəxsin məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə mane olan prosessual hərəkət olduğundan, ərizənin geri qaytarılması əsasları geniş təfsir edilə və qanunda nəzərdə tutulmayan hallara şamil oluna bilməz. Buna görə də ərizəçinin subyektiv hüquqa malik olmadığı barədə ilkin qənaət ərizənin MPM-in 152.1.2-ci maddəsinə əsasən geri qaytarılması üçün hüquqi əsas hesab edilə bilməz. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, şikayәt tәmin edilmәli, Kürdәmir Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli, әrizә vә ona әlavә edilmiş sәnәdlәr әrizәnin icraata qәbul edilmәsi mәsәlәsinin yenidәn hәll olunması vә sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Kürdәmir Rayon Mәhkәmәsinә göndәrilmәlidir. MPM-in 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda şәrh edilәnlәrә әsasәn vә MPM-in 263, 264, 397-400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası, QƏRARA ALDI: Şikayәt tәmin edilsin. Kürdәmir Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrardadı lәğv edilsin. Ərizә vә ona әlavә edilmiş sәnәdlәr әrizәnin icraata qәbul edilmәsi mәsәlәsinin yenidәn hәll olunması vә sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün mülki iş Kürdәmir Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar