Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-103)-187/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Məmməd Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh bir cüt qızıl sırğa və qızıl üzük komplekti, 1 ədəd qızıl sep və kulon, 1 ədəd qızıl qolbağın, həmçinin ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və 50 manat məbləğində mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Evliliklərinin ilk aylarında cavabdehlə mehriban yaşasalar da, bir müddət sonra cavabdehlə münasibətləri nikahın pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onlar arasında Bakı 13 saylı mediasiya təşkilatında xx.xx.2024-cü il tarixində barışıq sazişi bağlanmışdır. Barışıq sazişi ilə nikaha xitam verilməsi, uşağın ananın himayəsində qalması, alimentin məbləği və ödənilməsi qaydası barədə razılıq əldə edilmişdir. Lakin qızıl-zinət əşyalarının qaytarılması barədə razılıq əldə edilməmişdir. Cavabdeh bir cüt qızıl sırğa və qızıl üzük komplekti, 1 ədəd qızıl sep və kulonu, 1 ədəd qızıl qolbağını ona qaytarmaqdan imtina etmişdir. Daha sonra iddiaçı qeyd edir ki, cavabdeh qızılların onda qaldığını və həmin qızılları satdığını mediasiya prosesi zamanı etiraf etmişdir. Hesab edir ki, qızıllar cavabdehdən alınmalı və ona qaytarılmalıdır. Tələbin artırılması İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bir cüt qızıl sırğa və qızıl üzük komplekti, 1 ədəd qızıl sep və kulon, 1 ədəd qızıl qolbağı, olmadıqda onların dəyəri olan 3000 manat məbləğində pulun və 100 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini tam qəbul edərək bildirdi ki, keçmiş arvadına məxsus olan qızıl-zinət əşyaları onun tərəfindən satılmışdır. Qızıl-zinət əşyalarının hazırkı bazar dəyəri olan 3000 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsinə etiraz etmir. İş materialları. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-3292/2025 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2022-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 2495 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixində məhkəmə hazırlıq iclasında təqdim edilmiş ərizədən görünür ki, cavabdeh hazırkı iddia üzrə tələbi tam olaraq qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. İş materiallarında olan Bakı 13 saylı mediasiya təşkilatında 16 may 2024-cü il tarixdə imzalanmış MŞB/13/2024-00595 nömrəli barışıq sazişinin 5-ci bəndindən görünür ki, 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh nişan, toy mərasimində 1-ci tərəfə hədiyyə olunan qızılzinət əşyalarını (bir cüt qızıl sırğa və qızıl üzük komplekti, 1 ədəd qızıl sep və kulonu, 1 ədəd qızıl qolbağını) tələb edir və ya tələbin məhkəmə qaydasında həll edilməsini təklif edir. 2-ci tərəf Cavabdeh 1-ci tərəf İddiaçı nişan toy mərasimində 1-ci tərəfə hədiyyə olunan qızıl-zinət əşyalarını (bir cüt qızıl sırğa və qızıl üzük komplektini, 1 ədəd qızıl sep və kulonu, 1 ədəd qızıl qolbağını) 1500 (min beş yüz) manata satdığından qeyd edilən qızıl-zinət əşyalarını 1-ci tərəfə qaytara bilmir. Tələbin məhkəmə müstəvisində həll edilməsinə razıdır. Barışıq sazişi iddiaçının nümayəndəsi X3, Cavabdeh və mediator X5 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı üzərində bir cüt sırğa və üzük komplekti, 1 ədəd sep və kulon, 1 ədəd qolbağı vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Bakı 13 saylı mediasiya təşkilatının hesabına 50 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli **********80 nömrəli və xx.xx.2026-cı il tarixli ********** nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən hər biri 50 manat olmaqla ümumilikdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdeh rəsmi nikahda olmuş və boşanmışlar. Qızıl-zinət əşyaları cavabdeh tərəfindən satılmışdır. Hazırda həmin qızıl-zinət əşyaları cavabdehin sahibliyində deyil. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666. Bağışlama müqaviləsi. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmənin mövqeyi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh keçmiş ər-arvaddır. İddiaçıya nişan və toy mərasimi zamanı bir cüt qızıl sırğa və qızıl üzük komplektini, 1 ədəd qızıl sep və kulonu, 1 ədəd qızıl qolbağı hədiyyə edilmişdir. Həmin əşyalar cavabdeh tərəfindən satılmış və hazırda cavabdehin sahibliyində deyil. İddiaçı qızıl-zinət əşyalarının dəyərini 3000 manat məbləğində qiymətləndirmişdir. Cavabdeh qızıl-zinət əşyalarının hazırkı bazar dəyərini mübahisələndirmir və iddiaçı tərəfindən onların 3000 (üç min) manat məbləğində qiymətləndirilməsi ilə razılaşır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin həm hazırlıq iclasında, həm də baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini və tələblə razılaşdığını bildirmişdir. Prosessual normalardan görünür ki, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə məhkəmə iki məsələni araşdırmalıdır: 1) etirafın qanunauyğun olub-olmaması 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etməməli və mübahisəyə mahiyyəti üzrə baxılmasını davam etdirməlidir. Bu cür hallar aşkar edilmədikdə isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iddianın etiraf edilməsinin qanunazidd olub-olmaması yalnız iddia tələbinin əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməsini istisna edən hallar mövcud deyil və iddianın etiraf edilməsi digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, qızıl-zinət əşyaları satıldığından və hazırda cavabdehin sahibliyində olmadığından onların dəyəri olan 3000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu, ilkin mediasiya prosesində iştirakla bağlı isə 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İddia tam təmin olunduğundan dövlət rüsumu və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh bir cüt qızıl sırğa və qızıl üzük komplektinin, bir ədəd qızıl sep və kulonun, bir ədəd qızıl qolbağının dəyəri olan 3000 (üç min) manat məbləğində pul, 100 (yüz) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(5-103)-187/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-103)-187/2026
11.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver