Məhkəmə qərarları › İş №2(5-111)-126/2026

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(5-111)-126/2026

23.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(5-111)-126/2026 23.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən istifadə edilən mülkiyyətlərində olan 0.4203 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mülkiyyətində olan Astara rayonu Burzubənd kəndində yerləşən 0,4203 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsinin naturada yerinin koordinatları üzrə tanıdılmasına köməklik göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumun 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi tərəfindən mübahisə predmeti olan torpaq sahəsi naturada yenidən tanıdılmış və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi başqa vətəndaş – cavabdeh tərəfindən istifadə olunur. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh torpaq sahəsini könüllü olaraq zəbtdən azad etməmişdir. Buna görə də hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, Cavabdeh tərəfindən istifadə edilən mülkiyyətlərində olan 0.4203 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni tələblə bağlı mülki iş olmuş və iddia təmin edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 1854 saylı arayışdan görünür ki, Əliyev X5 rayonun Ojakəran kəndində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 1853 saylı arayışdan görünür ki, İddiaçı ailə tərkibi: X1 qızı, X7 oğlu, Gəlini- X6, Nəvələri- X11 və X9. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********54 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu, Burzubənd kəndində 0.4203 hektar kənd təsərrüfat təyinatlı torpaq İddiaçı və X3 ümumi birgə mülkiyyətində olmaqla xüsusi mülkiyyətdədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, 21 aprel 2022-ci il tarixli, 2(018)- 94/2022 nömrəli Astara Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçılar İddiaçı, Əliyeva (Dadaşova) Rəvayyət Balakişi qızı, X8, Həkimova (Əliyeva) Nuray Firudin qızının Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada əkilmiş ağacların çıxarılması və cavabdehin özbaşınalığına son qoyulması” tələbinə dair iddasının əsassız olmasına görə təmin edilməməsi qət edilmişdir. İş materialların da olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, 2(018)- 28/2022 nömrəli Astara Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı “inəyin dəyərinin, əldən çıxmış mənfəətin qaytarılmasının, əkilmiş mandarin ağaclarının, orada inşa edilmiş evin və tövlənin dəyərinin geri” tələbinə dair iddiasının əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla Astara rayon Məhkəməsinin icraatında mülki iş olmuşdur. Belə ki, iddiaçılar İddiaçı, Əliyeva (Dadaşova) Rəvayyət Balakişi qızı, X8, Həkimova (Əliyeva) Nuray Firudin qızı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada əkilmiş ağacların çıxarılması və cavabdehin özbaşınalığına son qoyulması” tələbinə dair idda ilə məhkəməyə müraciət etmiş, iddia əssassız olduğundan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-28/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Hazırda iddiaçı eyni cavabdehə qarşı eyni predmet və eyni əsaslarla yenidən iddia qaldırmış, dəyişən əsas kimi torpağa dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış aldığını qeyd etmişdir. Həmin Çıxarışın verilməsi üçün ilkin hüquqmüəyyənedici sənəd isə JN-129, KOD 80103028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı olmuşdur ki, həmin akt əsasında iddiaçının eyni tələbinə Astara rayon Məhkəməsində baxılmış, iddia təmin edilməmiş və həmin qətnamə qüvvədədir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı eyni iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq, hazırki iş üzrə cavabdehə qarşı, eyni tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsində qeyd edilmiş müddəalar əsas götürülməklə iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. İşin hallarından da göründüyü kimi, iddiaçı eyni cavabdehə (cavabdehlərə), eyni iddia predmeti və eyni əsasla bir dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia üzrə onların iddia tələblərinə baxılaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda, yenidən eyni cavadehə, eyni iddia predmeti və eyni əsasla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçının hazırkı iddia ərizəsinə yenidən baxıla bilməz. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, iş üzrə icraata xitam verilməsi qərara alındığından, iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar