Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(5-88)-335/2026 11.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSI Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçıya məxsus olan ünvan 1 yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və cavabdeh Cavabdeh iddiaçıya məxsus olan ünvan 1 yaşayış sahəsinin qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslndırılmışdır ki, o, ## ##### 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında satın alımışdır. Həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Hal-hazırda cavabdeh Cavabdeh qeyd olunan ünvanda qeydiyyatda qalmaqda davam edir. Lakin o, artıq həmin yaşayış sahəsinin mülkiyyətçisi deyil və mənzil üzərində hər hansı bir istifadə və yaşayış hüququ yoxdur. Cavabdehin qeydiyyatda qalması onun mülkiyyət hüqularını mədudlaşdırır və ailə üzvlərini qeydiyyata salmaq, eləcə də sərəst istifadə etmək imkanını çətinləşdirir.
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir.
4. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
5. Həmin qanunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
6. Məhkəmə qeyd edir ki, cavabdeh həmin əmlakı satmış, lakin sözügedən mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin həmin ünvanda qeydiyyatda olması formal xarakter daşıdığından məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.
7. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.
8. Məhkəmə izah edir ki, İddiaçı onun mülkiyyətində formal qeydiyyatda olan Cavabdeh qeydiyyatına xitam verilməsi üçün inzibati orqana müraciət etmək hüququna malikdir.
9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsi icraata qəbul edilməməli, ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır.
10. MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
11. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz manat) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Aslan Heydarov.