Məhkəmə qərarları › İş №3(001)-6924/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6924/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6924/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in 5-ci PB-in sahə rəisi, polis mayoru X2, Zərər çəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, “İnstagram” sosial media platformasında yaxtanın icarəyə verilməsi ilə bağlı saxta elan yerləşdirməklə vətəndaş X4 elanın həqiqiliyinə və yaxtanı icarəyə verəcəyinə inandırıb aldatma yolu ilə 11 dekabr 2024-cü ildə 340 manat pulunu ələ keçirərək xırda talama törətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 inzibati xəta haqqında protokolun məzmununa uyğu izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta haqqında protokolun məzmununa uyğu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmişin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata işdə cinayətin əlamətləri olduğundan xitam verilməli, X3 ərizəsi əsasında toplanmış HK-1/2984 saylı material üzrə araşdırma aparılmasının təmin edilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı digər inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində oxşar fakt üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başqa bir inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən Şəxs “İnstagram” sosial media platformasında yaxtanın icarəyə verilməsi ilə bağlı saxta elan yerləşdirməklə vətəndaş X5 elanın həqiqiliyinə və yaxtanı icarəyə verəcəyinə inandırıb aldatma yolu ilə 11 dekabr 2024-cü ildə 260 manat pulunu ələ keçirərək xırda talama törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Maddənin məzmunundan da göründüyü kimi, əməldə cinayət tərkibi varsa, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. 114.2-ci və 114.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata cinayətin əlamətləri (Azərbaycan Respublikası CM-in 178.2.2) olduğundan xitam icraata verilməli, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 12, 114-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata işdə cinayətin əlamətləri olduğundan xitam verilsin. X1 ərizəsi əsasında toplanmış HK-1/2984 saylı material üzrə araşdırma aparılmasının təmin edilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar