Məhkəmə qərarları › İş №3(002)-804/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-804/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-804/2020 21.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərə qarşı mübarizə şöbəsinin Xüsusi ilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Bakı şəhəri Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs karantin rejimi qaydalarını pozaraq, rayon qeydiyyatlı sürücüləri torpaq yolla qanunsuz olaraq Bakı şəhərinə keçirilmələrində bələdçilik etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərə qarşı mübarizə şöbəsinin Xüsusi ilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 04:00-da Baş Dövlət X18 X21 alayının 6-cı tağımının inspektorları Bakı Qazax Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən xüsusi karantin postuna daxil olmadan Kötəli kəndinin ərazisindən torpaq yolla rayon qeydiyyatında olan və Bakı şəhərinə daxil olmaq üçün xüsusi icazəsi olmayan sürücüləri qanunsuz olaraq qeyri qanuni yolla Bakı şəhərinə keçirməkdə bələdçilik edən xx.xx.1984-cü təvəllüdlü Şəxs saxlayaraq Baş İdarəyə təhvil vermişlər. Bundan sonra Şəxs izahatı alınmış və o, izahatında bildirmişdir ki, rayon qeydiyyatında olan və Bakı şəhərinə daxil olmaq üçün xüsusi icazəsi olmayan sürücüləri pul müqabilində qanunsuz olaraq qeyri qanuni yolla Bakı şəhərinə keçirməkdə bələdçilik etmişdir. Daha sonra Şəxs iltizam alınaraq həmin gün o sərbəst buraxılmışdır. Elmmədin Xəlilovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Maddi imkanı aşağı olduğu üçün xx xxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri Ələt qəsəbəsində quraşdırılmış karantin postunun yaxınlığında tanımadığı rayon qeydiyyatlı avtobus sürücülərini saxladaraq hər maşına 40 manat olmaqla onları qeyri qanuni yolla yəni torpaq yolu ilə Bakı şəhərinə keçmələrində köməklik edə biləcəyini bildirmiş, həmin sürücülər də onunla razılığa gələrək öz avtomobilləri ilə onun olduğu avtomobili müşayiət edərək üzü Bakı şəhəri istiqamətinə arxasıca gəlmişlər. Bir qədər getdikdən sonra yolda polis əməkdaşları onları saxlayaraq özlərini təqdim edib, onlardan icazələrinin olub-olmamasını soruşmuş və həmin sürücülərin icazələri olmadıqları və özü isə qanunsuz olaraq bələdçilik etdiyi üçün əməkdaşlar onları Baş X2 İdarəsinə aparmışlar. Həmçinin Şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə gətirilsə də izahatı alındıqdan dərhal sonra ondan iltizam alınaraq həmin gün sərbəst buraxılmışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu, həmin əməlləri maddi imkansızlıq səbəbindən törətdiyini qeyd edib bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 04:00-da və Baş Dövlət X18 X21 alayının 6-cı tağımının inspektorları Mövlayev X16 birlikdə xidmətdə olduqları zaman Bakı Qazax Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən karantin postunun buraxılış məntəqəsindən yoxlanılmadan Kötəli kəndinin ərazisindən torpağ yolla qeyri qanuni sərnişindaşıma ilə məşğul olan bir neçə avtomaşının karantin postunun kənarından keçərək, Bakı istiqamətində hərəkətdə olduqları tərəflərindən aşkar olunmuş. 719 saylı postun qarşısında 4 ədəd sprinter hər bir maşında ayrilılıqda müxtəlif sayda sərnişinlər olmaqla Vaz 21-07 markalı avtomaşında isə bir nəfər sərnişin tərəflərindən aşkar olundu. Yoxlama zamanı **-UD-*** Mersedes sprinter markalı avtomobili idarəedən Tərtər rayonu sakini xx.xx.1975-ci il təvəllüdlü X10, **-BH-*** Mersedes sprinter markalı avtomobili idarə edən Goranboy rayonu sakini xx.xx.1983-cü il təvəllüdlü X15, **-BH-*** Mersedes sprinter markalı avtomobili idarə edən Tərtər rayonu sakini xx.xx.1981-ci il təvəllüdlü X13, **-BH-*** dövlətqeydiyyatnişanlı,VAZ-2107markalı avtomobili idarə edən Tərtər rayon sakini xx.xx.1992-ci il təvəllüdlü X1 öz avtomaşınları ilə torpağ yolla qanunsuz keçirtməsi müəyyən olunmuşdur.Yuxarda adları qeyd olunan sürücülər, X5 avtomobilində olan xx.xx.1981-ci il təvəllüdlü X8 və deyilənlərə görə sürücü X11 torpağ yolla qanunsuz keçməkdə bələdçilik edən xx.xx.1984-cü il təvəllüdlü Şəxs polis əməkdaşları tərəfindən Baş İdarəyə gətilimişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 05 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.6-cı maddəsinə əsasən bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər. İcazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir. Həmin Qərarın 2-ci hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qərarın 3-cü hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs X7 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 12:15dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar