Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-805/2020 21.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Məcidov Namiq Hakim oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Tərtər rayonu, Sarov kəndində ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Şəxs Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 05 iyul tarixli, 208 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2020ci ilin 05 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün məhdudiyyətlər tətbiq edildiyi vaxtda yəni, xx.xx.2020ci il tarixdə, saat 04:00 xüsusi icazəsi olmadan Bakı Qazax Gürcüstan yolunun 65-ci kmdə yerləşən karantin postunun yaxınlığındakı Kötəli kəndinin ərazisindən torpaq yolla ** BH *** dövlət qeydiyyat nişanlı Mersedes sprinter markalı avtomobillə 14 nəfər sərnişinlə Bakı şəhərinə daxil olmağa cəhd göstərməklə xüsusi karantin rejimini pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Məcidov Namiq Hakim oğlu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 04:00-da Baş Dövlət X14 X16 alayının 6-cı tağımının inspektorları Natiq Mövlayev və Elçin Tahirov birlikdə xidmət aparan zaman xx.xx.1981-ci il tarixdə Tərtər rayonu, Sarov kəndində qeydiyyatda olmaqla yaşayan sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Şəxs idarə etdiyi ** BH *** dövlət qeydiyyat nişanlı Mersedes sprinter markalı avtomaşında olan 14 nəfər sərnişinlə birlikdə Qaradağ rayonu ərazisində yerləşən 719 saylı stasionar postda saxlanılmışdır. Müəyyən olunmuşdur ki, Şəxs etibarnamə ilə idarə etdiyi ** BH *** dövlət qeydiyyat nişanlı Mersedes sprinter markalı avtomaşınla sərnişin daşıma fəaliyyəti ilə məşğul olur və vətəndaşları qeyri-qanuni formada xüsusi karantin rejimi qaydalarını pozmaqla Bakı Qazax Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postuna daxil olmadan kötəli kənd ərazisindən torpaq yolla maqistral yola çıxaraq Bakı şəhərinə şəhərinə aparır. Daha sonra həmin sürücü Baş Dövlət X14 X16 alayının əməkdaşları tərəfindən Baş X2 İdarəsinə gətirilmişdir. Bundan sonra Şəxs izahatı alınmış və o, həmin gün sərbəst buraxılmışdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailəlidir, azyaşlı övladı var, Bakı şəhərinə sərnişin aparmaqla ailəsini saxlayır. Karantin postuna çatan zaman heç bir icazələri olmadıqları üçün qanunsuz olan torpaq yola, postu keçəndən sonra isə yenidən asfalt yola çıxmışlar. Bir neçə kilometr getdikdən sonra 719 saylı stasionar postda polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, icazələrinin olub-olmamasını soruşmuş və onların əksəriyyətinin icazələri olmadıqları üçün onlar Baş X2 İdarəsinə aprılmışlar. Həmçinin Şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə gətirilsə də izahatı alındıqdan dərhal sonra ondan iltizam alınaraq həmin gün sərbəst buraxılmışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu, həmin əməlləri maddi imkansızlıq səbəbindən törətdiyini qeyd edib bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 04:00-da və Baş Dövlət X14 X16 alayının 6-cı tağımının inspektorları Mövlayev X12 birlikdə xidmətdə olduqları zaman Bakı Qazax Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən karantin postunun buraxılış məntəqəsindən yoxlanılmadan Kötəli kəndinin ərazisindən torpağ yolla qeyri qanuni sərnişindaşıma ilə məşğul olan bir neçə avtomaşının karantin postunun kənarından keçərək, Bakı istiqamətində hərəkətdə olduqları tərəflərindən aşkar olunmuş. 719 saylı postun qarşısında 4 ədəd sprinter hər bir maşında ayrilılıqda müxtəlif sayda sərnişinlər olmaqla Vaz 21-07 markalı avtomaşında isə bir nəfər sərnişin tərəflərindən aşkar olundu. Yoxlama zamanı **-UD-*** Mersedes sprinter markalı avtomobili idarəedən Tərtər rayonu sakini xx.xx.1975-ci il təvəllüdlü X8, **-BH-*** Mersedes sprinter markalı avtomobili idarə edən Goranboy rayonu sakini xx.xx.1983-cü il təvəllüdlü X11, **-BH-*** Mersedes sprinter markalı avtomobili idarə edən Tərtər rayonu sakini xx.xx.1981-ci il təvəllüdlü Şəxs, **-BH-*** dövlətqeydiyyatnişanlı,VAZ-2107markalı avtomobili idarə edən Tərtər rayon sakini xx.xx.1992-ci il təvəllüdlü X1 öz avtomaşınları ilə torpağ yolla qanunsuz keçirtməsi müəyyən olunmuşdur.Yuxarda adları qeyd olunan sürücülər, X4 avtomobilində olan xx.xx.1981-ci il təvəllüdlü X5 və deyilənlərə görə sürücü Şəxs torpağ yolla qanunsuz keçməkdə bələdçilik edən xx.xx.1984-cü il təvəllüdlü X6 polis əməkdaşları tərəfindən Baş İdarəyə gətilimişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir;
1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin; 1.2. 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilsin; 2 1.3. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: “1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”; 1.4. 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin. Müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı: 2.1. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsi və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 12:35dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D İ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 12:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. «Əsli ilə düzdür Hakim: İslam Həsənov