Məhkəmə qərarları › İş №3(003)-432/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-432/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-432/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X18, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Lərik rayonu, Cəngəmiran kəndində doğulmuş, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X25 tərəfindən X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli, MN 2023958, MN 2023959, MN 2023960, MN ******* və MN ******* nömrəli protokollar tərtib edilərək X16 inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X25 bildirdi ki, X2 Aynurə Xeybər qızına, X7, X13, X8 və X9 qarşı dələzduzluq etmiş, aparılmış təhqiqat zamanı onun əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Ona görə də tərəfindən müvafiq protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X21 məhkəmə iclasında inzibati xətaları törətdiyini etiraf edərək izahatında bildirmişdir ki, X14 aldadaraq telefon satmaq adı ilə 130 manatını almış, X19 aldadaraq kağız reklam düzəltmək adı ilə 65 manatını almış, X15 aldadaraq işə düzəltmək adı ilə 40 manat pulunu almış, Aynurə Xankişiyevanı aldadaraq telefon satmaq adı ilə 130 manat pulunu almış, Nurəddin Məmmədovu aldadaraq 89 manat pulunu mənimsəmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulu qaytarmamış, lakin qaytarmaq niyyətindədir. Hazırda əməlindən peşmandır və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, X21 dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, X3, X4, X10, X5 və X11 müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və onlara qarşı dələduzluq edən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. -AZA 012008 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X21, xx.xx.2024-cü il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində X12 telefon satacağını bildirməklə ona qarşı dələduzluq edərək 130 manat pulunu əldə etməsi səbəbindən X21 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X1 reklam düzəldəcəyini bildirməklə ona qarşı dələduzluq edərək 65 manat pulunu əldə etməsi səbəbindən X21 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində X13 işə düzəldəcəyini bildirməklə ona qarşı dələduzluq edərək 40 manat pulunu əldə etməsi səbəbindən X21 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində Aynurə Xankişiyevaya telefon satacağını bildirməklə ona qarşı dələduzluq edərək 130 manat pulunu əldə etməsi səbəbindən X21 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində X9 qarşı dələduzluq edərək 89 manat pulunu əldə etməsi səbəbindən X21 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 1 ay 15 gün müddətə inziabti həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollara münasibət bildirərək hesab edir ki, həmin protokollar üzrə X21 inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokollara əlavə edilmiş sənədlərdən və X16 məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən edilmişdir ki, o, X12 telefon satacağını bildirməklə ona qarşı dələduzluq edərək 130 manat pulunu əldə etmiş, X1 reklam düzəldəcəyini bildirməklə ona qarşı dələduzluq edərək 65 manat pulunu əldə etmiş, X13 işə düzəldəcəyini bildirməklə ona qarşı dələduzluq edərək 40 manat pulunu əldə etmiş, X8 telefon satacağını bildirməklə ona qarşı dələduzluq edərək 130 manat pulunu əldə etmiş və X9 qarşı dələduzluq edərək 89 manat pulunu əldə etmişdir. Bu hallar, məhkəmə iclasında özünün etiraf edici izahatı ilə də təsdiq olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. X21, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən əxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, X16 törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, şəxsiyyətini xarakretizə edən halları, məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, X21 inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X20 X6 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar