Məhkəmə qərarları › İş №3(012)-1204/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1204/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1204/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X1, polis mayoru X8 iştirakları ilə, xx.xx.2004-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, R.Qənbərov küçəsində, nömrəsiz evdə yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi, ev 5, mənzil 28-də yaşayan Zərərçəkmiş şəxs1 kredit vermək adı ilə 250 manat məbləğində pulunu aldadaraq ələ keçirmişdir. 18 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, X66 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs14ı “Tik Tok” sosial şəbəkəsində kredit vermək adı ilə Xırdalan şəhəri Rəsulzadə küçəsi ev 10–da yerləşən ödəmə terminalı vasitəsilə 80 manat məbləğində pulunu aldadaraq ələ keçirmişdir. 29 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs24 özünü X16 təqdim edərək kredit götürmək adı ilə 185 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 22 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X86 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs13 qızıl satışı elanı ilə aldadaraq ondan 150 manat məbləğində pulun etibardan sui istifadə etməklə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, X66 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs15 sosial şəbəkədə kredit verilməsi adı ilə aldadaraq 218 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 10 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X68 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X9 özünü X17 təqdim edərək ona kredit vermək adı ilə ondan rüsum olaraq 60 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 22 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru X70 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Xəlil küçəsi, fərdi yaşayış evində yaşayan Qasımzadə Məhəmməd Əziz oğlunu sosial şəbəkədə kredit verməsi adı ilə aldadaraq 45 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 20 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Bəşirov Murad tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan X33 özünü Hüseyn adı ilə təqdim edərək kreditlə qızıl götürmək adı ilə aldadaraq 150 manat məbləğində pulunu oğurlamaqla maddi ziyan vurmuşdur. 18 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Zahirova Aybəniz Mahmud qızını sosial şəbəkədə telefon almaq adı ilə aldadaraq 100 manat məbləğində pulunu oğurlamaqla maddi ziyan vurmuşdur. 11 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X54 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşayan X55 zəng vuraraq özünü Ekologiya Postunun əməkdaşı kimi təqdim edərək siqaret və su almasını və ***-***-**-** nömrəsinə 15 manat məbləğində pul göndərməsini bildirməklə maddi ziyan vurmuşdur. 31 mart 2023cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X56 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yaşayan X2 “İphone 13 Pro Max” markalı telefon satmaq adı ilə ona verdiyi ***-***-**-** saylı mobil nömrəyə 200 manat pul köçürtməsi adı ilə aldadaraq maddi ziyan vurmuşdur.12 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X34 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yaşayan X18 ilə ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq özünü polis əməkdaşı kimi təqdim edərək onu aldadaraq 140 manat məbləğində pulu və 60 manat məbləğində kabab sifariş verməklə Xırdalan şəhərində Köhnə Bazar deyilən ərazidə dələduzluq yolu ilə 200 manat pulu ələ keçirmişdir. 30 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Humanitar kollec yaxınlığında yaşayan X21 “günlük avtomobil icarə etmək” adı ilə 200 manat məbləğində pulunu dələduzluq yolu ilə aldadaraq ələ keçirmişdir. 10 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanında yaşayan X36 ***-***- **-** nömrəsi ilə əlaqə saxladıqdan sonra sosial şəbəkədə kirayə mənzil elanı ilə aldadaraq 80 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 18 aprel 2023cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X71 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında yaşayan X37 ***-***- **-** mobil nömrəsinə 50 manat pul ödəməsi, ekoloji nəzarət postunda həmin pulu 10 manat gediş haqqı ilə verəcəyini vəd edərək aldatmaqla maddi ziyan vurmuşdur. 20 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yaşayan X11 +8801739-941-499 mobil nömrəsi ilə aldadaraq ona pul qazanacağını vəd verərək 98 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 23 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X66 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 11 ünvanında yaşayan X6 özünü Elnur adı ilə tanıdaraq avtomobil satmaq adı ilə 300 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. 24 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X54 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 12 ünvanında yaşayan X72 ilə ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona kirayə ev verilməsinə kömək edəcəyini vəd edərək 100 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 07 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X71 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1-də yaşayan X22 özünü Nuriyev Teymur kimi təqdim edərək ona kirayə ev vermək adı ilə aldadaraq 50 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçrimişdir. 05 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan X57 ona icarəyə avtomobil vermək adı ilə aldadaraq 140 manat məbləğində pulu ələ keçirməklə maddi ziyan vurmuşdur. 01 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis kapitanı X71 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksində yaşayan X20 təşkil etdiyi birjaya pul qoyaraq qazanc əldə etmək adı ilə aldadaraq 240 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X46 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 13 ünvanında yaşayan X47 məxsus Pubg oyun hesabını almaq adı ilə onun 40 manat dəyərində olan Pubg səhifəsini dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X23 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında yaşayan X38 özünü Səxavət kimi təqdim edərək onunla ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və ona “İphone 13 Pro Max” satmaq adı ilə 450 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X46 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 15 ünvanında yaşayan X48 özünü Tərlan Cəfərzadə kimi təqdim edərək kirayə ev vermək adı ilə 90 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X34 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 16 ünvanında yaşayan İsmayılova Həlilə Bəxtiyar qızını kredit vermək adı ilə aldadaraq 100 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Məmmədov tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 17 ünvanında yaşayan X24 qızıl götürmək adı ilə aldadaraq 100 manat məbləğində pulu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə kredit pul vermək adı ilə aldadaraq ünvan 19 ünvanında yaşayan Quliyev Pərviz Balabəy oğlunu kredit pul vermək adı ilə aldadaraq M10 ödəmə terminalı vasitəsi ilə 103 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu, S.Almazov küçəsində yaşayan X73 ilə ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlayıb “Bolt” taksi xidməti adı ilə aldadaraq 1 ədəd siqaret və M10 hesabı vasitəsilə 86 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X74 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan X12 ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb “Bolt” taksi xidməti adı ilə aldadaraq 1 ədəd “Rothmans” siqaret, 1 ədəd “CocaCola” içkisi və 25 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 20 ünvanında yaşayan X3 özünü Lalə adı ilə tanıdaraq sosial şəbəkədə kredit qızıl vermək adı ilə aldadaraq 250 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X58 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan X39 taksi sürücüsü adı ilə aldadaraq 66 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X71 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Osmanlı kəndində yaşayan X96 oğlunu sosial şəbəkədə kredit vermək adı ilə 220 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X75 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, Kristal Abşeron, 1 ünvanında yaşayan X25 055 ******* saylı nömrəsiylə əlaqə yaradarq gəlir əldə etmək adı ilə aldadaraq 240 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru, X46 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 21 ünvanında yaşayan X87 ilə ***-***-**-** mobil nömrə vasitəsilə əlaqə saxlayıb kredit olmayan rahat kredit təşkilatı adı ilə aldadaraq 184 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitan X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 22 ünvanında yaşayan Zərərçəkmiş şəxs11 kirayə vermək adı ilə aldadaraq 100 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X54 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 23 ünvanında yaşayan X76 işə düzəltmək adı ilə aldadaraq 402 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X34 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 24 ünvanında yaşayan Zərərçəkmiş şəxs10 internet saytındakı iti satmaq adı ilə aldadaraq 100 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X49 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 25 ünvanında yaşayan Zərərçəkmiş şəxs9 sosial şəbəkədə kredit vermək adı ilə aldadaraq "xxxx" ASC-yə məxsus 4169-7388-1027-4492 saylı kart vasitəsilə 200 manat məbləğində pulunu dələduzluqla ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X58 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 26 ünvanında yaşayan Zərərçəkmiş şəxs7 özünü Kamil kimi tanıdaraq onu işə sürücü kimi işə götürəcəyini vəd vermişdir. Bu yolla onu aldadaraq 85 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Bəşirov Murad tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 27 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 “Emlak.az” saytındakı kirayə ev vermək adı ilə aldadaraq 280 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X71 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 sosial şəbəkədə qapı düzəltmək adı ilə 235 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X26 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 28 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 Sərvan oğluna özünü Ruzi adı ilə təqdim edərək mebel satmaq adı ilə 150 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 29 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edərək ona məxsus kart rekvizitlərini almış, bu yolla da 90 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X54 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 30 ünvanında yaşayan Ağayeva Rəhilə Hidayət qızını sosial şəbəkədə kredit götürmək adı ilə aldadaraq "xxxx" ASC-yə məxsus 4169-7388-0463-1277 saylı kart vasitəsi ilə 44 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X58 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 31 ünvanında yaşayan X27 “Bolt” taksi xidməti adı ilə aldadaraq 1 ədəd siqaret və 26 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X58 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Ş.Əfəndizadə küçəsində yaşayan Zərərçəkmiş şəxs18 sosial şəbəkədə kredit vermək adı ilə aldadaraq 75 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Ş.Əfəndizadə küçəsi, fərdi evdə yaşayan Əliyeva Kəmalə Fəyyaz qızını sosial şəbəkədə işə götürmək adı ilə aldadaraq 150 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X68 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 32 ünvanında yaşayan Zərərçəkmiş şəxs20 sosial şəbəkədə geyim əşyası satmaq adı ilə 90 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X58 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 33 ünvanında yaşayan Zərərçəkmiş şəxs21 sosial şəbəkədə “Vaz 2107” markalı avtomobili satmaq adı ilə aldadaraq 500 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 34 ünvanında yaşayan Zərərçəkmiş şəxs22 sosial şəbəkədə avtomobil satmaq adı ilə aldadaraq 465 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X23 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Ələsgər küçəsində yaşayan Zərərçəkmiş şəxs23 sosial şəbəkədə telefon satmaq adı ilə aldadaraq 100 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 35 ünvanında yaşayan Zərərçəkmiş şəxs25 sosial yardım düzəltmək adı ilə tanışı Nahid Əliyevin təqdim etdiyi 5404-0852-3800-1905 saylı karta 450 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X77 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 36 ünvanında yaşayan Zərərçəkmiş şəxs26 “Sky Express ” BOKT adından istifadə etməklə kredit vermək adı ilə 208 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X59 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs27 sosial şəbəkədə kredit vermək adı ilə aldadaraq 200 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X59 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Bağlar yaşayış massivi adlanan ərazidə yaşayan Zərərçəkmiş şəxs29 sosial şəbəkədə kredit vermək adı ilə aldadaraq 140 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X28 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 37 ünvanında yaşayan Zərərçəkmiş şəxs28 sosial şəbəkədə kredit vermək adı ilə aldadaraq “Leo bank” 4098- 5844-5054-9207 saylı kart vasitəsilə 60 manat, “Birbank” 4169-7388-2625-0106 saylı kart vasitəsilə 150 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. xx.xx.2023cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X60 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 38 ünvanında yaşayan Zərərçəkmiş şəxs12 qızıl ziynət əşyalarının satmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 100 manat məbləğində pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. 03 dekabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X68 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 39 ünvanında yaşayan X40 “İphone 11Pro” markalı telefonu satmaq adı ilə dələduzluq yolu ilə 50 manat məbləğində pulunu ələ keçirmişdir. 14 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X54 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 40 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq dələduzluq yolu ilə 50 manat məbləğində pulunu ələ keçirmişdir. 09 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X58 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Xızı rayonu, Giləzi kəndi, R.Novruzov küçəsi, fərdi evdə yaşayan X4 ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq sosial şəbəkədə mobil telefon satmaq adı ilə aldadaraq **********2963564 saylı Kapital bank hesabına ayrı vaxtlarda hər dəfə 100 manat olmaqla. 200 manat köçürməklə maddi ziyan vurmuşdur. 18 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X60 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X41 Saray qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan zaman aldadaraq dələduzluq yolu ilə 30 manat pulunu ələ keçirmişdir. 23 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X61 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə İbrahimli Fəxri Elbrus oğlunu sosial şəbəkədə ev quşu satmaq adı ilə aldadaraq Ceyranbatan qəsəbəsi, Araz marketdə olan ödəmə terminalı vasitəsilə 60 manat pulunu ələ keçirmişdir. 30 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X61 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X29 Saray qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olarkən ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayaraq kontur vurmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 70 manat pulunu ələ keçirmişdir. 14 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X61 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 41 ünvanında yaşayan Camalova Elnurə Ramiz qızını sosial şəbəkədə telefon satmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 80 manat pulunu ələ keçirmişdir. 15 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X77 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndi, fərdi evdə yaşayan Abbasov Səbuhi Şahin oğlunu sosial şəbəkədə telefon satmaq adı ilə aldadaraq dələduzluq adı ilə 210 manat pulunu ələ keçirmişdir. 27 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X77 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 42 ünvanında yaşayan X30 özünü Vüsal kimi təqdim edərək onu işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə 50 manat pulunu ələ keçirmişdir. 27 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X68 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 43 ünvanında yaşayan Tağıyev Cavid Tahir oğlunu sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq dələduzluq yolu ilə 50 manat pulunu ələ keçirmişdir. 30 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X68 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 44 ünvanında yaşayan X14 özünü Azər kimi təqdim edərək sosial şəbəkədə avtomaşın satmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 200 manat pulunu ələ keçirmişdir. 17 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 45 ünvanında yaşayan Rəhimov Elmir Elbrus oğlunu sosial şəbəkədə telefon satmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 250 manat pulunu ələ keçirmişdir. 03 iyun 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, fərdi yaşayış evində yaşayan X15 özünü Atəş kimi təqdim edərək onu işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə 340 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yenikənd küçəsində yaşayan Nəzərov Ümid Məhəmməd oğlunu sosial şəbəkədə telefon satmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 150 manat pulunu ələ keçirmişdir. xx.xx.2023cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X86 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Hacıyeva Hicran Bağı qızını sosial şəbəkədə telefon satmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 110 manat pulunu ələ keçirmişdir. 09 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X77 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X31 taksi fəaliyyətində olan zaman ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq ona danışıq kartı və ərzaq məhsulu almasını söyləmişdir. Bu yolla da aldadaraq 30 manat pulunu, 2 ədəd redbull içkisi və 2 ədəd kent siqaretini dələduzluq yolu ilı ələ keçirməklə 80 manat maddi ziyan vurmuşdur. 06 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X61 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X7 özünü Rəşad kimi təqdim edərək sosial şəbəkədə işə düzətmək adı ilə aldadaraq dələduzluq yolu ilə Abşeron rayonu, Saray qəsəbəsi, Rəsulzadə küçəsində yerləşən Sənan marketdə olan terminal vasitəsilə 25 manat pulunu ələ keçirmişdir.11 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X77 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Cəfərov Anar Nurəddin oğlunu sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Araz marketdə olan terminal vasitəsilə 100 manat, özündə olan kart vasitəsilə isə 160 manat olmaqla 260 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 23 may 2023-cü il tarixdə Abşeron RPİnin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 46 ünvanında yaşayan Şirinov Tural Qərib oğlunu sosial şəbəkədə avtomobil satmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 50 manat pulunu ələ keçirmişdir. 31 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X86 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 47 ünvanında yaşayan X42 ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaq sosial şəbəkədə “İphone 14 Pro Max” markalı telefonu satmaq adı ilə aldadaraq dələduzluq yolu ilə 130 manat pulunu ələ keçirmişdir. 07 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X60 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, fərdi yaşayış evində yaşayan X43 taksi fəaliyyətində olan zaman ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq 70 manat pul köçürməsini söyləmişdir. Bu yolla da onu aldadaraq dələduzluq yolu ilə maddi ziyan vurmuşdur. 08 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X60 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 48 ünvanında yaşayan Məmmədəliyev Anar Bilal oğlunu sosial şəbəkədə tikinti materialı satmaq və Novxanı kəndinə çatdıracağı adı ilə aldadaraq dələduzluq yolu ilə 380 manat pulunu ələ keçirmişdir. 20 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X77 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X44 protokolları müdafiə edərək Şəxs barəsində inzbiati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X5 protokolları müdafiə edərək Şəxs barəsində inzbiati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qismən qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs narkotik vasitə aludəçisi olmasını nəzərə almaqla ona həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs16 “Bolt Food” yemək proqramı vasitəsi ilə aldadaraq 4169-7388-0110-3189 nömrəli kartından hissə-hissə olmaqla 127 manat pulunu və xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsi, ev 16-da yaşayan Zərərçəkmiş şəxs4 nömrəsi ilə əlaqə saxlayan şəxs yastıq elanı ilə bağlı ona məxsus kart məlumatlarını ələ keçirməklə 143 manat pulunu çıxarması ələ keçirməsi hissəsində geri qaytarılmalı və cinayət tərkibin olması ilə bağlı prokurora məlumat verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikasının İXM-nin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsi barədə məhkəmə qərar qəbul edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 2 ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs etmənin əvvəli 21 iyun 2023-cü il tarixdən saat 21:10 dəqiqədən hesablansın. Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs16 “Bolt Food” yemək proqramı vasitəsi ilə aldadaraq 4169-7388-0110-3189 nömrəli kartından hissə-hissə olmaqla 127 manat pulunu və xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsi, ev 16-da yaşayan Zərərçəkmiş şəxs4 nömrəsi ilə əlaqə saxlayan şəxs yastıq elanı ilə bağlı ona məxsus kart məlumatlarını ələ keçirməklə 143 manat pulunu çıxarması ələ keçirməsi hissəsində Abşeron rayon Polis İdarəsinə geri qaytarılsın və cinayət tərkibin olması ilə bağlı prokurora məlumat verilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar