Məhkəmə qərarları › İş №3(026)-275/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-275/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-275/2021 30.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, X3 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 11 mart 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 19 oktyabr 2020-cu il tarixli MN 075899 saylı inzibati təhbehvermə haqqında qərarından Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin qərardadı ilə həmin şikayətə dair materiallar baxılması üçün aidiyyatı üzrə Qobustan rayon məhkəməsinə göndərilmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, Qobustan rayonu ərazisində ovla məşğul olmağı şübhəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 1000 (min) manat məbləğibdə inzibati cəriməyə məruz qalmışdır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 11.03.2021-ci il tarixli qərar çıxarılaraq icra edilməsi üçün Bakı Şəhəri Nizami Rayon icra Şöbəsinə göndərilmişdir. Qeyd olunan inzibati cərimə tənbeh növündə qərarla icra məmurunun çağırışından sonra, yəni 22.10.2021-ci il tarixdə icra şöbəsində tanış olmuş və qərarın surətini götürmüşdür. Yəni qərar bilavasitə ona təqdim olunmamışdır və göndərilməmişdir. Həmin qərar tamamilə əsassızdır və ləğv edilməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Ov etmək üçün silahdan və ya alətdən istifadə etmək lazımdır. Lakin inzibati tənbeh haqqında qərarda da göründüyü kimi, məndən heç bir silah və ya alət | götürülməmişdir. Odur ki, mənə qarşı tətbiq olunmuş inzibati tənbeh tədbiri İXM-nin 273.3-İ cü maddəsinin sanksiyasına uyğun deyil. Bu da Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 11.03.2021-ci il tarixli qərarının ləğv edilməsinə əsas verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 11.03.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 məhkəmə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəyini göstərərək işə onun iştirakı olmadan baxılıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 11.03.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 11.03.2021-ci il tarixli qərarının surətindən görünür ki, X7 01 fevral 2021-ci il tarixdə Qobustan rayonu ərazisinə qanunsuz öv etmə məqsədilə gəlmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 11.03.2021-ci il tarixli qərarının surətindən görünür ki, X7 barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qobustan rayon polis şöbəsinin 01 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X7 01 fevral 2021-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndi ərazisinə qanunsuz öv etmə məqsədilə gəldiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. X2 rayon polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, 01 fevral 2021-ci il tarixdə Qobustan rayonu ərazisində öv etmək istəyərkən polis əməkdaşı onlara yaxınlaşmış və ov etməyin qanunsuz olduğu bildirilmişdir. Qobustan rayon polis şöbəsinin MN ******* saylı inzibati xəta haqqında qərardadının surətindən görünür ki, X7 01 fevral 2021-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndi ərazisinə qanunsuz öv etmə məqsədilə gəldiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və tədbir görülməsi üçün aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Fərid Piriyev tərəfindən X5 bildiriş təqdim olunmuş və Mübariz İlyasıovun imza edərək qəbul etdiyi 18 fevral 2021-ci il tarixli 43/212 saylı inzibati xəta haqqında işlər üzrə bildirişin surətindən görünür ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 03.02.2021-ci il tarixdə aşkar edilmiş, Qobustan rayonu, Xiimillı kəndi ərazisində qanunsuz ov edilməsi faktı ilə əlaqədar barəsində inzibati iş başlanmış, inzibati xəfa ilə bağlı işə 26.02.2021-ci ıl tarixdə, saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində baxılacağı, inzibati işə baxış zamanı özünün və ya səlahiyyətli nümayəndəsinin (vəkalətnamə ilə birgə) iştirakını təmin etməsi, əks təqdirdə inzibati xətalar barədə işə onun iştirakı olmadan baxılacağı bildirilmişdir. Müəyyən olundu ki, X7 01 fevral 2021-ci il tarixdə Qobustan rayonu ərazisinə ov etmək məqsədilə gəlmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 1000 (min) manat məbləğibdə inzibati cərimə edilmişdir. X3 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanı törətməsi onun verdiyi izahat, işə əlavə olunmuş sənədlərlə və fotoşəkillərlə də sübuta yetir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, X3 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 11.03.2021-ci il tarixli qərarından şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı j Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 11.03.2021-ci il tarixli qərarından şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar