Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1087/2024 25.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İnzibati xəta haqqına protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X7, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində X5 döyməklə ona dərəcəsi bilinməyən bədən xəsarəti yetirmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqına protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X14 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Kürdəmir rayonu Cənub məhəlləsi Cavanşir küçəsi ev 29-da qeydiyyatda olan və yaşayan X11 DİN-nin 102 mərkəzi zəng xidmətinə və Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, elə həmin tarixdə saat 11 radələrində Kürdəmir İcra və Probasiya şöbəsinin inzibati binasında aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı X8 tərəfindən döyülməsini göstərməklə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə İTB-yə göndərilmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin yerdə təhlükəsizlik kameraları işləmədiyindən orda baş vemiş mübahisənin videogörüntüsünün götürülməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs X11 izahatında göstərmişdir ki, Şəxs onun keçmiş arvadı olmuşdur. Birgə nikahdan 3 qız övladları dünyaya gəlmişdir. övlarından iki qızı- 2016-cı və 2021-ci il təvəllüdlü uşaqları Şəxs, 2014-cü il təvəllüdlü qızları isə onda qalmışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə qərarının icrası bağlı Kürdəmir rayon İcra və Probasiya Şöbəsiniə icraçı Şahid yanına gəldiyində qızına Şəxs yanına getməsini demişdir. Lakin qızı Zəhra onun yanına getmək istəməmişdir. Buna görə də Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs icra məmurunun otağında onun ayaq nahiyəsinə bir neçə dəfə vurmuş, sonra isə yumruqla sinə nahiyəsinə bir neçə dəfə qəsdən vurmuşdur. Bu zaman orada olan mühafizəçi və icra məmuru Şəxs ondan uzaqlaşdırdıqları zaman, Narın əməllərinə davam etməyə başlamışdır. Ona görə də o, DİN-nin 102 mərkəzi zəng xidmətinə müraciət etmişdir. Sonra polis əməkdaşları icra şöbəsinə gəlmiş və Şəxs sakitləşdirmişdir. O isə qızı Zəhra ilə oradan çıxıb getmişdir. Daha sonra olanlarla bağlı Kürdəmir RPŞ-yə ərizə yazmışdır. Sonda o, X2 şikayətçi olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, X11 ilə 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 qız övladları dünyaya gəlmişdir. 2023-cü il tarixdə X12 Rayon Məhkəməsinin qərarı ilə boşanmışdır. xx.xx.2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin qərarında qızı Zəhranı hər həftənin şənbə günləri saat 10 dan 16-yadək müddət ərizində görüb ünsiyyət yaratmağı göstərildiyindən, qərarın icrası ilə əlaqədar Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə həvalə edildiyindən xx.xx.2024-cü il tarixdə qızı Zəhranı görmək və qərarın icrası ilə bağlı Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə getmişdir. Həmin vaxt X10 gətirmişdir. İcra məmuru Şahid iş otağında Zəhra ilə görüş zamanı uşaq onunla ünsiyyət qurmaqdan imtina etmişdir. Zəhranının onunla ünsiyyət qurmamasının səbəbinin keçmiş əri Rafiqin onu öyətməsi, uşağa hədə-qorxu gəlməsi olmuşdur. Məhkəmənin qətnaməsi ilə uşaqlar onunla qalmalı olduğu halda, Rafiq Məmmədov uşağın birini götürərək özündə saxlarır, onunla görüşməsinə imkan vermir. Ona görə də Rafiq Məmmədovla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rafiq onu təhqir etməsinə görə, ona əsəbləşmiş, aralarında mübahisə yaranmış, icra məmuru Şahid və orada olan mühafizəçi onu uzağlaşdırmış, Ona görə də oradan çıxıb getmişdir. Sonda Şəxs bildirmişdir ki, o, Rafiq Məmmədovu döyməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir Rayon İcra Və Probasiya şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə uşaq görüşü təşkil edilmişdir. Həmin tarixdə Şəxs atasının yanında qalan qızı Zəhra ilə görüş zamanı, Zəhra atasıyla birlikdə qalmaq istmiş, anası Narının yanına getməmişdir. Orada olan zaman Şəxs ilə Rafiq Məmmədov arasında mübahisə olmuş, bu zaman polis əməkdaşları onu ayıran zaman Şəxs təpik atmış, lakin onun atdığı təpiyin Rafiq Məmmədova dəyibdəyməmisini görməmiş, həmin vaxt Şəxs Rafiq Məmmədovu döyməsinin şahidi olmamışdır. Həmin yerdə təhlükəsizlik kameraları işləmədiyindən orda baş vemiş mübahisənin videogörüntüsünün götürülməsi mümkün olmamışdır. Proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə X5 döyməklə ona dərəcəsi bilinməyən bədən xəsarəti yetirmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə X5 döyməklə ona dərəcəsi bilinməyən bədən xəsarəti yetirmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Kürdəmir rayonu Cənub məhəlləsi Cavanşir küçəsi ev 29 da qeydiyyatda olan və yaşayan X6 DİN-nin mərkəzi zəng xidmətinə və Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, Kürdəmir Ryaon İcra və Probasiya Şöbəsinin inzibati binasında aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı B.Narının onu döydüyünü bildirmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Kürdəmir rayonu Cənub məhəlləsi Cavanşir küçəsi ev 29-da qeydiyyatda olan və yaşayan X6 DİN-nin mərkəzi zəng xidmətinə və Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, keçmiş arvadı B.Narın və qardaşı Rəşad Babayevin onun yaşadığı evə hücum edərək arvadı Səbuhəni döyüb azyaşlı qızı Zəhranı zorla apardıqlarını bildimişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə yaranır. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və sair müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin hazırki işə məhkəmə iclasında baxılarkən Şəxs Zərərçəkmiş şəxs döyməsini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə edilməmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması təsdiq edilmir. İş materiallarında, eləcə də məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdiyi Rafiq Məmmədovu vurmaması, aralarında yaranmış mübahisə zamanı ordakı şəxslərin onları sakitləşdirərək oradan uzaqlaşdırması kimi xüsusatları təkzib edəcək heç bir sübut müəyyən edilməmişdir. Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə X11 ilə Şəxs arasında qızları Zəhranın anası Şəxs getməməsi üstündə söz-söhbət olmuşdur. Rafiq Məmmədovun şikayəti əsasında Şəxs Kürdəmir Rayon Polis Şöbəsinə dəvət edilmiş və polis əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs Rafiq Məmmədovu döyməsi iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi inzibati xətalar haqqında işlər üzrə sübutlar (maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar) sadalansa da hazırkı iş üzrə zərərçəkmiş şəxsin izahatı üzrə ona xəsarət yetirilib-yetirilməməsi barədə ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Məhkəmədə Kürdəmir RPŞ-dən sorğu ilə alınmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar üzrə toplanmış materiallar tədqiq edilərkən (HK-1-1862, HK-1-1889) müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla Şəxs X9 döyməsi barədə araşdırma aparılmış, lakin Kürdəmir RPŞ tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda Şəxs Zərərçəkmiş şəxs döyməsi barədə tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən şahid ifadəsi də müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 (hər iki tərəf hadisə zamanı şahidin orda olmasını təsdiq edir) izahatında Şəxs ilə Rafiq Məmmədov arasında mübahisə olduğunu, lakin həmin vaxt Şəxs Rafiq Məmmədovu döyməsinin şahidi olmadığını bildirmişdir. Onları ayıran zaman Şəxs təpik atdığını, lakin təpiyin Rafiq Məmmədova dəyib-dəyməməsini görmədiyini bildirmişdir. Beləliklə təqdim edilmiş inzibati xəta haqqında protokollar üzrə Şəxs Zərərçəkmiş şəxs döyməsi, bununla da onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №3(041)-1087/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1087/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver