Məhkəmə qərarları › İş №3(050)-257/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-257/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-257/2023 20.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X10 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, X1 iştirkı ilə, X6 Masallı Rayon Polis X12 Xidmətinin inzibati xəta haqqında 05 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 barəsində tərtib edilmiş, Masallı Rayon Polis X12 xidmətinin polis serjantı X4 tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv dilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, o, X3 rayonu Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayır. 44 günlük vətən müharibəsində könüllü iştirak etmiş və hal-hazırdada vetrandır. Müharibədə yüksək şücayət göstərdiyinə görə iki medalla təltif olunmuşdur. İstifadəsində olan vaz 21074 minik markalı ** CA *** dövlət qeydiyyat nömrəli avtomobil vardır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Masallı şəhərindən Qəriblər kəndi istiqamətində getmişdir. Həzi Aslanov küçəsində yerləşən Araz marketin yanında yol patrul xidmətinin əməkdaşları tərəfindən maşınının saxlanılması işarə edilmişdir. O, da öz növbəsində maşınını kənara verib saxlamışdır. Tempraturu olduğundan maşından düşə bilməmişdir. Sonradan adını bildiyi polis serjantı Vüsal Həsənov ona yaxınlaşaraq yol hərəkəti qaydasını pozduğunu və qanunsuz olaraq ötmə əməliyyatı etdiyini bildirmiş və ona maşınının cərimə meydançasına aparılacağını demiçdir. O, isə öz növbəsində xəstə olduğunu və halının yaxşı olmadığını bildirmişdir. Halının yaxşı olmadığına özüdə inanıb ona boş kağıza imza etdirərək gedə biləcəyini bildirmişdir. O, da inanaraq boş kağıza imza etmiş və sonradan ona bildirilmişdir ki, 60 manat ötmə əməliyyatını səhv etdiyinə görə cərimə edilmişdir. O, polisə heç bir yerdə ötmə əməliyyatı etmədiyini, etmişdirsə videosuna baxmaq istədiyini bildirmişdir. Lakin polis videonun olmadığını hadisənin özü canlı olaraq gördüyünü bildirdi. O, etiraz əlaməti olaraq dərhal polisin 102 qaynar xəttinə zəng vuraraq polis serjantı Vüsal Həsənovdan şikayət etmişdir. O, heç bir qaydanı pozmayarq barəsində haqsız olaraq qərar qəbul edilmişdir. Qərar heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozmağı barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim etməlidir. Heç bir təqsiri olmadan ona qərar yazılmışdır. Odur ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Qanunun tələblərinə görə X5 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm insan rifahının, sosial institutların qiymət meyarının qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 05 fevral 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 05 fevral 2023-cü il tarixdə saat 21:42 radələrində Masallı şəhəri ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 05 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir, həmin qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Masallı Rayon Polis X12 xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar