Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2922/2024 12.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 23 sentyabr 2024-cü il tarixli, 13000-01416/24 nömrəli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında 23 sentyabr 2024-cü il tarixli, 13000-01416/24 nömrəli protokolu Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı ünvan 1can Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən 23 sentyabr 2024-cü il tarixli, 13000- 01416/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən yük xx.xx.2023-cü il tarixdə **********6274 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında bəyan olunmuşdur. Gömrük orqanının verdiyi icazədə göstərilir ki, **********6274 sorğu nömrəli gömrük bəyannaməsinin öhdəlik müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin öhdəlik müddətinin başa çatmasına baxmayaraq Şəxs MMC tərəfindən müddətin uzadılması ilə bağlı gömrük orqanına müraciət olunmamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına netto çəkisi 316800.00 kq, gömrük dəyəri 128218.25 AZN olan “Fuel oil 100” adlı yük **********6274 sorğu nömrəli gömrük bəyannaməsi ilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı Şəxs MMC tərəfindən yükün xx.xx.2024-cü il tarixədək ölkə ərazisindən çıxarılması barədə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 154000/TF-792 nömrəli məktubuna əsasən öhdəlik götürülmüşdür. Öhdəlik müddəti bitdikdən sonra daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən 316800 kq xarici malın 41574.14 kq-ı qalıq kimi qaldığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixə isə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən 316800 kq xarici malın 11225.9 kq-ı qalıq kimi ölkə ərazisi daxilində qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən aparılmış xidməti qeyddən görünür ki, Şəxs MMC-nin ünvanına gələn netto çəkisi 316800 kq gömrük dəyəri 128218,25 manat olan “Fuel oil 100” adlı mal xx.xx.2023-cü il tarixli **********6274 sorğu nömrəli gömrük bəyannaməsi əsasında daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən “Fuel oil 100” adlı xarici malın emalı nəticəsində X2 İdarəsi tərəfindən təsdiq olunmuş hasilat normasına uyğun olaraq 1000 kq “Vakkum qazoil” məhulu almaq üçün 260 kq “Fuel oil 100” adlı xarici maldan istifadə olunur. ******* kq emal məhsulu olan “Vakkum qazoil” ixrac olunmuşdur və hasilat normasına uyğun olaraq ******* kq “Vakkum qazoil” məhsulunu əldə etmək üçün 305574,1 kq “Fuel oil 100” adlı xarici maldan istifadə olunmuşdur. Qeyd olunan **********6274 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən ümumi xarici malın miqdarı 316800 kqdır. Bu miqdarın 305574,1 kq-nın istifadə olunduğu nəzərə alınsa 11225,9 kq xarici malın qalıq kimi qaldığı hesablanmışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 154000/TF-792 nömrəli gömrük qarantiyasına dair məktubundan görünür ki, Şəxs MMC tərəfindən yükün xx.xx.2024-cü il tarixədək ölkə ərazisindən çıxarılması barədə öhdəlik götürülmüşdür. Dövlət Gömrük Komitəsinin X1 Sistemindən çıxarılmış bəyannamələrdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********3091 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 305538.00 kq, xx.xx.2024-cü il tarixli **********4451 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 306097.00 kq, xx.xx.2024-cü il tarixli **********3064 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 127466.00 kq, xx.xx.2024-cü il tarixli **********6308 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 319460.00 kq “Vakuum qaz oil” adlı mal Dubay şəhərində fəaliyyət göstərən “Tamai trading and logistics DMCC” şirkətinin ünvanına ixrac gömrük proseduru altında rəsmiləşdirilərək ölkə ərazisindən dəmiryol nəqliyyat vasitəsi ilə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Şəxs MMC-yə göndərilmiş məktubun surətindən görünür ki, MMC barəsində aparılan araşdırma ilə əlaqədar məlumatlandırılmış və xx.xx.2024-cü il tarixdə nümayəndəsinin iştirakının Baş İdarənin inzibati binasında təmin olunması xahiş edilmişdir. Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, xx.xx.2024-cü il tarixə hüquqpozma predmeti olan 41574.14 kq qalıq kimi qalmış “Fuel oil 100” adlı xarici malın gömrük dəyəri 16830.17 AZN olaraq götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən öhdəlik götürülmüş xx.xx.2023-cü il tarixli **********6274 sorğu nömrəli gömrük bəyannaməsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və öhdəlik müddətinin uzadılması barədə müraciət edilməmişdir. Bununla da Şəxs MMC malların emal edilməsi qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə İXM-nin 497-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 16830.17 (on altı min səkkiz yüz otuz manat on yeddi qəpik) manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində (16830,17,00 manat X 30%), yəni 5049,051 (beş min qırx doqquz manat əlli bir qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2922/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2922/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver