Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-387/2022 06.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah оğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Gəncə Şəhər Baytarlıq İdarəsinin Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən Gəncə Şəhər Baytarlıq İdarəsi barəsində Azərbaycan Respublikası İХM-in 347-ci maddəsi ilə tərtib edilmiş 03 avqust 2022-ci il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, dövlət qurumu-Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı təqdim etməmişdir. Bunun nəticəsində dövlət qurumu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gəncə Şəhər Baytarlıq İdarəsinə və Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Gəncə Şəhər Baytarlıq İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş mаtеriаllаrındа оlаn və məhkəmə bахışındа tədqiq еdilmiş: Daxili İşlər Nazirliyinin X2 Veb portalından çıxarışdan məlum olur ki, “Chevrolet Niva” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Gəncə Şəhər Baytarlıq İdarəsinin mülkiyyətindədir. Bildirişin və poçt xəbərnaməsinin surətindən məlum olur ki, Gəncə şəhər DYPŞ tərəfindən Gəncə Şəhər Baytarlıq İdarəsinə ünvanlanmış, **-AF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” minik markalı avtomobili idarə edən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 16:22-də Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və həmin vaxt nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatın verilməsinin xahiş olunduğu məktub xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Baytarlıq İdarəsinin ünvanına verilmişdir. Gəncə Şəhər Baytarlıq İdarəsindən Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinə ünvanlanmış 06 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Gəncə Şəhər Baytarlıq İdarəsinə məxsus **-AF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” minik markalı avtonəqliyyat vasitəsi 01 iyul 2022-ci il, saat 16:22 radələrində idarənin əməkdaşı X1 tərəfindən idarə olunmuşdur. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Gəncə Şəhər Baytarlıq İdarəsinin hərəkətlərində İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Gəncə Şəhər Baytarlıq İdarəsinin hərəkətlərində İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməlidir. Lakin iş materiallarında olan sənədlərdən məlum olur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və elə həmin gün nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilmişdir. Görünür ki, Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin sürücüsü barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş müddətdə, yəni 5 gün müddətinə lazımi məlumat verilmişdir. Buna görə də Gəncə Şəhər Baytarlıq İdarəsi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 31, 40, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Gəncə Şəhər Baytarlıq İdarəsinin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-387/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-387/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver