Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 3(3-8)-241/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, X1 Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi barədə Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadından X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Şabran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Şabran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, apellyasiya şikayəti ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət qaldırmaq üçün 10 (on) gün müddət müəyyən edilmiş və material Şabran Rayon Məhkəməsinə geri qaytarılmışdır. Təyin edilmiş müddət ərzində Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Şabran Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti baxılmamış saxlanılmışdır. X1 Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessal müddətin bərpa edilməsi barədə vəsatət ilə ##.##.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. (Hakim Könül Mirzəfərova) Həmin qərardaddan X1 apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad, gəldiyi nəticə toplanmış materiallara uyğun olmamış, sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə əsassız qərardad qəbul edilmişdir. Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı poçt vasitəsi ilə ## ######## 2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvana gəlmiş, bundan sonra tərəfindən qanunla nəzərdə tutulmuş 10 gün müddətdə, yəni ##.##.2025-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının poçt vasitəsi ilə rəsmi şəkildə qərarın çıxarıldığı gündən 2 gün əvvəl, yəni ##.##.2025-ci il tarixdə əldə etdiyi qeyd edilmişdir. Hesab edir ki, tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir və məhkəmənin gəldiyi nəticə tamamilə əsassız hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə qərardan şikayət verən şəxs və qərarından şikayət verilən orqan məlumatlandırılmış olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə apellyasiya şikayətinə qərardan şikayət verən şəxs və qərarından şikayət verilən orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsi *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət qaldırmaq hüququ izah edilmiş və vəsatət qaldırmaq üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən bu barədə vəsatət qaldırılmadığından, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Şabran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti baxılmamış saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) isə Şabran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından 6 aydan çox müddət keçdikdən sonra yenidən həmin qərardan apellyasiya şikayəti verdiyindən buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair Şabran Rayon Məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq Qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-241/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-241/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver