Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-27/2026 09.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, təqdimat verən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin probasiya üzrə böyük icra məmuru X6, Mingəçevir şəhər prokurorunun köməkçisi X5, X1 iştirakı ilə xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu, Ərəbbəsrə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025ci il tarixli 1(107)-352/2025 saylı hökmü ilə CM-in 321.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına 06 ay sınaq müddəti müəyyən edilməklə məhkum olunmuş X7 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə dair Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X1 barəsində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin probasiya üzrə böyük icra məmuru X9 təqdimat ilə məhkəməyə müraciət edərək, X3 barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.12-ci bəndinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(107)- 352/2025 saylı qərarı ilə X7 Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(039)- 55/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin Azərbaycan Respublikası CM–in 70-ci maddəsinə əsasən barəsində 6 ay sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi, X7 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət X7 yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya şöbəsinə tapşırılması, sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, X7 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında həbsdən azad edilməsi və hökmün qalan hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.12-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur. X2 Rayon Məhkəməsinin 1(039)- 55/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-352/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, 01 il azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 06 ay müddətinə şərti hesab olunmuşdur. Məhkum E.İbrahimov "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.12-ci bəndinin təsiri altına düşür. Məhkəmə iclası zamanı təqdimat verən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin probasiya üzrə böyük icra məmuru X9 təqdimatın məzmununa uyğun izahat verərək, müvafiq qərar qəbul edilməsini xahiş etdi. X3 məhkəmə iclasında verdiyi izahatında barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarını tətbiq etməklə təyin edilmiş cəzadan azad edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Mingəçevir şəhər prokurorunun köməkçisi X8 izahat verərək, X3 barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının tətbiq edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə təqdimatı, işdə iştirak edən şəxslərin izahatlarını və digər iş materiallarını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(107)- 352/2025 saylı qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(039)-55/2025 saylı hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, X7 Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(039)-55/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin Azərbaycan Respublikası CM–in 70-ci maddəsinə əsasən barəsində 6 ay sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi, X7 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət X7 yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya şöbəsinə tapşırılması, sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, X7 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında həbsdən azad edilməsi və hökmün qalan hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 515.1-ci maddəsinə əsasən cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 10.2. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır: 10.2.12. cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi,(...) 167.0. Məhkumlar cəza çəkməkdən aşağıdakı əsaslarla azad edilirlər: 167.0.5. amnistiya və ya əfvetmə aktına əsasən; “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.12-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər cəzalardan azad edilirlər. Həmin Qərarın 5.2.2-ci bəndinə əsasən bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 19.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq amnistiya tətbiq edilir. Həmin Qərarın 22-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi nəticəsində müəyyən olundu ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən məhkum X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(039)-55/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin Azərbaycan Respublikası CM–in 70-ci maddəsinə əsasən barəsində 6 ay sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş, X7 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökmün icrasına nəzarət X7 yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya şöbəsinə tapşırılmış, sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, X7 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilmiş, məhkəmə iclas zalında həbsdən azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanmış və hazırda Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində icraatdadır. Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının müvafiq müddəalarını rəhbər tutaraq qərara gəlir ki, təqdimat təmin edilməli, X4 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(107)-352/2025 saylı qərarına əsasən ona 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 509 və 515-ci maddələrinin rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.12-ci bəndinə əsasən, X3 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(107)- 352/2025 saylı qərarına əsasən ona 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar dərhal icra edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(5-146)-27/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-27/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver