Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3349/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Kreditor Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə elektron kabinet vasitəsilə daxil olmuş və elektron qaydada imzalanmış ərizəyə ********** nömrəli qəbzin məlumatları yüklənmışdir. Lakin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, həmin qəbz üzrə ödəniş ilk dəfə xx.xx.2024-cü il tarixdə icra edilmiş və e-2(001)-2765/2024 saylı iş üzrə istifadə edilmişdir. Eyni qəbzin hansı əsaslarla iki iş üzrə istifadə olunması ərizənin məzmunundan aydın deyil. İzah etməyi zəruri hesab edirəm ki, dövlət rüsumu konkret iş üzrə ödənilirsə və həmin işə hər hansı səbəbdən mahiyyəti üzrə baxılmırsa, rüsum məhkəmə tərəfindən qaytarılır. Belə olan halda iddiaçı (kreditor) ödənişi qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri alıb, məhkəməyə yenidən müraciət edildiyi təqdirdə dövlət rüsumunu təzədən ödəyərək, qəbzi ərizəyə əlavə etməlidir. Əks yanaşma dövlət rüsumlarının ödənilməsi sahəsində nəzarətsizliyə və sui-istifadələrə yol açmış olacaq. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalı və kreditora izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4., 152.1.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditora izah olunur ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3349/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3349/2024
19.04.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver