Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3792/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh4 etibarnamə əsasında nümayəndəsi (qardaşı) X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11rşı “avtomobilin ipotekadan çıxarılması, avtomobillə bağlı əqdlərin etibarsız hesab edilməsi və avtomobilin əvvəlki göstəriciləri bərpa edilməklə bankın saxlancına verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11rşı iddiaərizə ilə məhkəməyə müraciət edərək, “X17” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin bankın ipotekasından çıxarılması və həmin avtomobillə bağlı bağlanmış əqdlərin etibarsız hesab edilməsi və hal-hazırda Cavabdeh4 mülkiyyətində və sahibliyində olan “X17” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin cavabdehlər tərəfindən əvvəlki göstəriciləri bərpa edilməklə (** VG *** dövlət qeydiyyat, nişanı KMHST81CBDU018962 ban nömrəsi) ipoteka saxlayan kimi İddiaçı ASC-nin saxlancına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi Mülki Məcəllənin 157-ci, 158-ci, 337-ci və 340-cı maddələrinə istinadla belə əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-1053/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu ona məxsus, dövlət qeydiyyat nişanı ** VG ***, ban nömrəsi KMHST81CBDU018962 olan ağ rəngli “X17” markalı avtomobilə yönəlmişdir. Sözügedən avtomobil borcun tam ödənilməsi barədə bankın adından saxta məktub DİN-nin BDYPİ-nə təqdim edilməklə girovdan azad edildiyindən tələbin həmin əmlaka yönəldilməsi və banka olan borcun ödənilməsi bu günə qədər mümkün olmamışdır. Belə ki, avtomobil saxta sənəd (arayış) əsasında xx.xx.2013-cü il tarixdə bankın girovluğundan çıxarılaraq Cavabdeh1 tərəfindən xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Cavabdeh2 həmin avtomobilin dövlət qeydiyyat nişanın ** VJ *** nömrəsinə dəyişərək xx.xx.2013-cü il tarixdə Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında satmışdır. Cavabdeh3 həmin avtomobili xx.xx.2013-xx.xx.2014-cü tarixdə etibarnamə ilə X3 və xx.xx.2013xx.xx.2021-ci İl tarixlərdə Cavabdeh4 vermiş və xx.xx.2013-cü il tarixdə Cavabdeh3 tərəfindən alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 dövlət qeydiyyat nişanın ** VO *** nömrəsi ilə satılmışdır. Hal-hazırda həmin avtomobil dövlət qeydiyyat nişanı ** VO *** nömrəsilə etibarnamə əsasında X6 istifadəsinə verilmişdir. Sözü gedən avtomobil və bankın girovunda olan digər avtomobillərin saxta yolla bankın girovundan çıxarılması sübuta yetirilmiş və Cavabdeh2 təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2019-cu İl tarixdə hökm çıxarılmışdır. Hazırda həmin cinayət işinə Ali məhkəmədə baxılır. Yuxarda göstərilənlər onu deməyə əsas verir ki, hal-hazırda ** VO *** dövlət qeydiyyat nişanı ilə idarə olunan, İddiaçı ASCnin ipotekasında olan, ban nömrəsi KMHST81CBDU018962 olan, ağ rəngli “X17” markalı, ** VG *** qeydiyyat nişanlı avtomobil 3-cü şəxslərin sahibliyində olduğu və istifadə edildiyi müddətdə bankın ipoteka hüququ pozulmaqla banka olan borcun ödənilməsi mümkün olmayacaqdır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə əsasında nümayəndəsi X9 bildirmişdir ki, cavabdehlərdən Cavabdeh4 iddia etirazının əsası kimi vicdanlı alıcı olması ilə bağlı hüquq normalarına istinad etsə, o, Mülki Məcəllənin 182.2-ci maddəsinin tələbinə görə vicdanlı alıcı sayıla bilməz. Çünki əmlak iddiaçının iradəsinin ziddinə olaraq ona satılmışdır. Digər tərəfdən Binəqədi rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi ilə onsuz da “X17” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilmişdir. Eyni avtomobildir. Sadəcə qətnamədə həmin avtomobilin əvvəlki qeydiyyat nişanı göstərilmişdir. Bu mənada hazırkı iddianın təmin edilməməsi sözügedən qətnaməni də icrasız qoyacaqdır. Cavabdeh4 etibarnamə əsasında nümayəndəsi (qardaşı) X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddia ona münasibətdə əsassızdır. Belə ki, iddiaçının ipoteka borcunun yönəldilməsini tələb etdiyi əmlak – yəni, 2012-ci il buraxılışlı, ** VO *** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobil Cavabdeh4 mülkiyyətindədir. Həmin avtomobili notariat qaydasında alğı-satqı müqaviləsi imzalamaqla və dəyərini ödəməklə əldə etmişdir. Bu zaman heç bir dövlət orqanı və ya notarius tərəfindən avtomobilin hər hansı bir şəxsin hüquqları ilə yüklü olması bildirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən daşınar əmlak ipoteka ilə yüklü olduqda onun alğı-satqısı zamanı notarius Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X12 təqdim edilən arayışa əsasən əmlakın ipotekada olub-olmadığını yoxlayır. Belə olan halda alğı-satqı müqaviləsinin bağlanması zamanı dövlət orqanlarından avtomobilin yüklü olub-olmaması barədə hər hansı bir arayış təqdim etməyə borclu olmamışdır. Avtomobilin üzərində hüquqların yüklülüyünü qeydiyyata almalı və alğı-satqı zamanı yoxlamalı olan orqanlar vardır və o, bu işi görmək öhdəliyini daşımamışdır. Avtomobili tam qanuni şəkildə dəyərini ödəməklə, alğı-satqı müqaviləsini notariat qaydasında imza etməklə satın almışdır, onun üzərində mülkiyyət hüququnu qanuni şəkildə əldə etmişdir, yəni qanunvericiliyin tələblərinə əsasən vicdanlı alıcıdır. Alğı-satqı zamanı avtomobilin ipoteka ilə yüklü olmasını bilməmişdir, bilə də bilməzdi. Çünki bu barədə arayış əldə etmək hüququ da olmamışdır. Avtomobilin ipotekası ilə bağlı müqavilə bağlanmışsa, onun qeydiyyata alınmamasına görə də o, məsuliyyət daşımır. Əgər ipoteka qeydiyyata alınmamışsa, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsinə əsasən həmin müqavilənin heç bir hüquqi qüvvəsi də yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərmişdir ki, iddia ona və avtomobilin ondan sonrakı alıcısı olan Cavabdeh4 münasibətdə əsaslı hesab edilə bilməz. Çünki onlar vicdanlı alıcıdırlar. Avtomobili aldığı Cavabdeh2 cinayət xarakterli hərəkətlərindən onun xəbəri olmamışdır. Onun əvvəlki mülkiyyətçinin avtomobili hansı şəkildə əldə etdiyini araşdırmaq vəzifəsi də olmamışdır. Avtomobili əvvəlki mülkiyyətçidən alarkən avtomobil həmin şəxsin mülkiyyətində olmuş, eyni zamanda üçüncü şəxslərin hüquqları ilə yüklü olmamışdır. O, məhz bunlara arxayın olaraq və dövlətin verdiyi hüquqmüəyyənedici sənədlərə etimad edərək alğı-satqı müqaviləsini bağlamış, bu zaman hər hansısa qanunsuzluğa yol verilməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli avtomobil krediti və girov/ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə ilə Cavabdeh1 “Hyundai Santafe” markalı avtomobilin alınması və sığorta haqqının ödənilməsi üçün 36 ay müddətinə illik 17% ödəmək şərti ilə 33456 ABŞ dolları məbləğində kredit verilmiş, lakin ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək pozması səbəbindən bank müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(001)-1053/2014 saylı xx xxxxxx 2014-cu il tarixli qətnaməsi ilə isə iddia qismən təmin edilərək Cavabdeh1 borcun tutulması, borcun “Hyundai Santafe” markalı ** VG *** dövlət qeydiyyat nişanlı KMHST81CBDU018962 ban nömrəli avtomobilə yönəldilməsi və həmin avtomobilin satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X12 əldə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, “X17” markalı ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü ildə alğı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, onun tərəfindən xx.xx.2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, sonrakı alğı-satqı müqavilələrinə əsasən isə ardıcıl olaraq Cavabdeh3 və Cavabdeh4 satılmışdır və hazırda sonuncunun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlərə Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, mübahisəli nəqliyyat vasitəsi Cavabdeh2 satılarkən Cavabdeh1 hələ də banka kredit borcu olmaqla həmin avtomobil sözügedən kreditin təminatı kimi bankın ipotekasında olmuş, bununla belə Cavabdeh2 bankın blankında xüsusi kompüter proqramının təminatından istifadə etməklə axınlı printer vasitəsilə Müştəri Xidmətləri Deportamentinin direktoru Sənan Hacızadənin adından Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X14 ünvanlanmış kredit borcunun tam ödənilməsi barədə xx xxxx 2013-cü il tarixli 057/19-MXD nömrəli rəsmi hüquq verən sənəd olan saxta məktub çap etdirmiş, saxta olduğunu bilə-bilə göstərilən saxta sənədi Bakı şəhəri0 Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 4 saylı ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Baş Dövlət X15 inzibati binasında DYP-i əməkdaşlarına təqdim edərək istifadə edib göstərilən avtomobili bankın girovundan çıxartmağa nail olub həmin inzibati binada aparılmış sənədləşmə yolu ilə avtomobilin alğı-satqısını həyata keçirmiş və bununla da banka külli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. İddiaçı məhz yuxarıda qeyd olunan hökmlə müəyyən olunan hallara əsaslanmaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Mülki Məcəllənin 157-ci, 158-ci, 337-ci və 340-cı maddələrinə istinad edərək avtomobilin Cavabdeh2saxta sənəd (arayış) əsasında bankın girovundan çıxarılaraq satılması səbəbindən ondan sonrakı bütün əqdlərin də etibarsız olduğunu irəli sürmüşdür. Bankın təmin edilməsini xahiş etdiyi digər tələblər (avtomobilin əvvəlki göstəriciləri bərpa edilməklə ipoteka saxlayan kimi Bankın saxlancına verilməsi) isə məhz mübahisəli avtomobilə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi tələbindən törəmədir. Bu baxımdan məhkəmə ilk növbədə mübahisəli avtomobilə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi tələbi üzrə araşdırılma aparmağı məqsədə müvafiq hesab edir. Məhkəmə ilk növbədə hesab edir ki, iddiaçı bank tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırkı işin hallarından isə hər bir halda iddiaçının müvafiq müddət ərzində iddia qaldırmadığı qənaətinə gəlinməlidir. Belə ki, əvvəla iş materiallarından mübahisəli avtomobilə dair bağlanmış əqdlərin sonuncusunun (mübahisəli avtomobilin Cavabdeh4 satılmasına dair müqavilə) hələ xx.xx.2013-cü il tarixdə bağlandığı müəyyən edilir. Yuxarıda da göstərildiyi kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1053/2014 saylı xx xxxxxx 2014-cu il tarixli qətnaməsi ilə isə Bankın iddiası qismən təmin edilərək Cavabdeh1 borcun tutulması, borcun “Hyundai Santafe” markalı ** VG *** dövlət qeydiyyat nişanlı KMHST81CBDU018962 ban nömrəli avtomobilə yönəldilməsi və həmin avtomobilin satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Belə olan məhkəmə hesab edir ki, iddiaçı bank həmin qətnamənin icraya yönəldilməsindən qısa müddət ərzində mübahisələndirilən əqdlərdən hər bir halda xəbərdar olmuşdur və ya olmalı idi. Məntiqli deyildir ki, bank özünün iddiası əsasında tutma yönəldilməsi nəzərdə tutulan nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsindən beş il kimi uzun müddət ərzində məlumatlı olmasın. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X13 Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli avtomobili alğı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh3 və Cavabdeh4 onu vicdanlı əldə etmişlər və onların avtomobil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alğı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Belə ki, mübahisəli avtomobil adı çəkilən şəxslərin adına özgəninkiləşdirilərkən avtomobil üzərində ipoteka yüklülüyünün mövcudluğu barədə hər hansısa qeyd mövcud olmamışdır; onlar avtomobil üzərində daha əvvəl mövcud olmuş ipoteka yüklülüyünün saxta sənədlə götürüldüyündən məlumatlı olmamışlar və olmalı da deyildilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçı bankın ipoteka saxlayan kimi hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Məhkəmə xüsusilə qeyd edir ki, qeyd edilən iddia tələbi üzrə fərqli nəticəyə gəlinməsi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərin pozulmasına da gətirib çıxarardı. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə həmçinin qeyd edir ki, mübahisəli avtomobilə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbləri əsassız hesab edilməklə təmin edilmədiyindən ondan törəmə - avtomobilin bankın ipotekasından çıxarılması, avtomobilin əvvəlki göstəriciləri bərpa edilməklə ipoteka saxlayan kimi Bankın saxlancına verilməsi ilə bağlı tələblər də təmin edilə bilməz. Bununla belə, məhkəmə iddia tələbinin “avtomobilin bankın ipotekasından çıxarılması...” hissəsində xüsusi olaraq qeyd etməyi zururi hesab edir ki, həmin hissədə iddia tələbi ümumiyyətlə aydın olmamaqla qeyri-müəyyəndir; birincisi, iddia tələbinin həmin hissəsi üzrə iddia ərizəsində hər hansı əsaslandırma aparılmamışdır, digər tərəfdən hansı ipotekadan söhbət getdiyi, ipotekaya saxlayanın və ipoteka qoyanın kimliyi – yəni, həmin hissədə tələbin kimlərə yönəldildiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11rşı “avtomobilin ipotekadan çıxarılması, avtomobillə bağlı əqdlərin etibarsız hesab edilməsi və avtomobilin əvvəlki göstəriciləri bərpa edilməklə bankın saxlancına verilməsi” tələblərini irəli sürməkdə haqlı olmamışdır. Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11rşı “avtomobilin ipotekadan çıxarılması, avtomobillə bağlı əqdlərin etibarsız hesab edilməsi və avtomobilin əvvəlki göstəriciləri bərpa edilməklə bankın saxlancına verilməsi” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3792/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3792/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver