Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-143/2024 09.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh X2 qarşı hərrac xidmətlərinin və icra hərəkətlərinə görə ödənişlərin tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsvir hissəsi: İddiaçı Bank "xxxx" ASC -nin cavabdeh X2 qarşı hərrac xidmətlərinin və icra hərəkətlərinə görə ödənişlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 3570 manat məbləğində icra ödənişi, 3028,13 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85.98 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-693/2020 saylı qətnaməsi ilə İddiaçı ASCnin Cavabdeh qarşı “ipoteka krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2018-ci il tarixli 251128- 1-31401 saylı “ipoteka krediti müqaviləsi” üzrə 77406,43 manat məbləğində əsas borc, 1894,23 manat məbləğində faiz borcu, cəmi 79300,66 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m ümumi sahədən ibarət olan 3562 E saylı bağ evi olan fərdi yaşayış evinin açıq hərracdan satılması; satışda əldə olunan vəsaitdən 79300.66 manat məbləğdə ödənişin icra ediləcəyi gün Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, Sizə məxsus ev hərrac təşkilatçısı "xxxx" MMC vasitəsilə açıq hərraca çıxarılmış və hərracın yekunu olaraq, ipoteka saxlayanİddiaçı ASC tərəfindən əldə edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən"xxxx" MMC-nin hesabına hesabfakturasına əsasən hərrac xidmətinin dəyəri olaraq 2161,01 manat xidmət haqqı və 388.98 manat məbləğində vergi ödənişin (18% ƏDV) ödənilməsi, həmçinin xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturasında təkrar hərracdan satılması ilə əlaqədar 405.20 manat məbləğində xidmət haqqı və 72.94 manat məbləğində vergi ödənişinin (18% ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2020-ci il tarixli 47 saylı hesab fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 2161,01 manat ödənilmişdir. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB tərəfindən X1 hesabına xx.xx.2021-ci il tarixli EQ seriya EBAY 244048 əsasən 388,98 manat ƏDV ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB tərəfindən "xxxx" MMC-ninKapital Bank” ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturaya əsasən cavabdehə məxsus evin herrac xidmətinin dəyəri olaraq 405,20 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB tərəfindənX1 hesabına xx.xx.2023-cü il tarixli EQ seriya 016023 əsasən 72,94 manat ƏDV ödənilmişdir. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 3570 manat məbləğində məhkəmə ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 3028,13 manat məbləğində hərracın keçirilməsi xərci və 3570 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkət(lər)i ilə əlaqədar çəkilən hərrac xərc(lər)i borclu tərəfindən ödənilir. Belə ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (“İcra haqqında” Azərbaycan RespublikasıQanununun 8.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Həmin Qanunun 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə əsasənborclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinin tələbinə əsasənicra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərclərinin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Göründüyü kimi, borcluCavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, tələbkar İddiaçı ASC-nin çəkilən xərcləri Cavabdeh tələb etmək hüququ yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyi bildirərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında bildirir ki, iddianın təmin edilməsini və Cavabdeh iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə 3570 manat icra ödənişi, 3028 manat 13qəpik hərrac xərci və 85 manat 98 qəpik dövlət rüsumun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə etmişdir ki, xx.xx.2020-ci il tarixli qətnamə ilə cavabdehin borcu üzrə tutma ipoteka predmetinə yönəlmişdir. İpoteka predmeti bank tərəfindən əldə edilmiş, bütün hərrac xərcləri də bank tərəfindən ödənilmişdir. Buna əsasən ödəniş tapşırıqları var. Külək MMC-ə 2161 manat, 478 manat və 388 manat 98 qəpik ödənişlər edilmişdir. Cavabdeh X3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd edir ki, iddianı qəbul etmir, qanuna əsasən ona kömək edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 693/2020 xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 77405,85 (yetmiş yeddi min dörd yüz beş manat 85 qəpik) manat məbləğində əsas borc, 5315,36 (beş min üç yüz on beş manat 36 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 82721,21 (səksən iki min yeddi yüz iyirmi bir manat 21 qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun məbləği tutularaq iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh tutulmalı olan borcun məbləği öhdəliyinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evinə yönəldilməsi, həmin bağ evi açıq hərrac yolu ilə satılması,bağ evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən olunması,Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562 E saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər bağ evindən məcburi qaydada çıxarılması və bağ evi boşaldılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin hərracın yekunları barədə protokolundan görünür ki "xxxx" MMC tərəfindən Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evi həraca çıxarılmış, hərracın yekunu olaraq, ipoteka saxlayanİddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən"xxxx" MMC-nin hesabına hesabfakturasına əsasən hərrac xidmətinin dəyəri olaraq 2161,01 manat xidmət haqqı və 388.98 manat məbləğində vergi ödənişin (18% ƏDV) ödənilməsi, həmçinin xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturasında təkrar hərracdan satılması ilə əlaqədar 405.20 manat məbləğində xidmət haqqı və 72.94 manat məbləğində vergi ödənişinin (18% ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, Bank VTB tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2020-ci il tarixli 47 saylı hesab fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 2161,01 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, Bank VTB tərəfindən X1 hesabına xx.xx.2021-ci il tarixli EQ seriya EBAY 244048 əsasən 388,98 manat ƏDV ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 3570 manat məbləğində məhkəmə ödənişi ödənilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, Bank VTB tərəfindən "xxxx" MMC-nin Kapital Bank” ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 405,20 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığından görünür ki, Bank VTB tərəfindən X1 hesabına xx.xx.2023-cü il tarixli EQ seriya 016023 əsasən 72,94 manat ƏDV ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İcra” haqqında Azərbaycan Respublikası Qanununu: “İcra” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Maddə 79.2.1. Borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Maddə 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İpoteka haqqında” Qanun:
31. Maddə 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Qanunverici ipoteka predmetinin satılmasından əldə olunan vəsaitin ilk növbədə tələbkarın tələblərinin ödənilməsinə yönəldilməsini təsbit etmişdir. Qanunvericinin bu iradəsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” 27 dekabr 2002-ci il tarixli Qərarındakı hüquqi mövqelərində də bir daha təsbit olunmuşdur ki, Mülki Məcəllənin 440.4-cü maddəsində isə müəyyən edilmiş növbəlilik ədalət anlayışına cavab vermir, ümumi və xüsusi mənafelər arasında ədalətli tarazlıq pozulmuş olur. Belə ki, yuxarıda göstərilən maddədə nəzərdə tutulmuş məhkəmə xərclərinin ödənilməsinin əsasını iddia təşkil etdiyi halda, tələbkarın tələblərinin yalnız məhkəmə xərclərinin ödənilməsindən sonra təmin olunması, pozulmuş hüquqların təsirli şəkildə bərpa olunması kimi qəbul edilə bilməz və belə hal Konstitusiyanın 60-cı maddəsinin pozulması kimi qiymətləndirilməlidir.” Konstitusiya Məhkəməsinin həmin qərarı ilə Mülki Məcəllənin qeyd edilən maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bundan əlavə, “İcra haqqında” və “İpoteka haqında” Qanunun aşağıda istinad ediləcək müddəalarından da görünür ki, ipoteka predmetinin satılmasından əldə edilən gəlirin ilk növbədə tələbkara (ipoteka saxlayana) ödənilməsi, ipoteka predmetinin satılması və s. ilə bağlı xərclərin, həmçinin icra ödənişinin isə ipoteka qoyandan (icra işi üzrə borcludan) tutulması birmənalı təsbit edilmişdir. Başqa sözlə desək, qanunverici sadalanan xərclərin ödənilməsi yükünü ipoteka predmetinin əvvəlki mülkiyyətçisinin (ipoteka qoyanın) üzərinə qoymuşdur. İpoteka predmetinin satılmasından əldə olunan vəsaitin tələbkarın tələblərini tam ödəmədiyi halda isə ipoteka qoyanın bu vəzifədən azad edilməsini təsbit edən norma olmamışdır. Belə olan halda, məhkəmənin konkret qanun normasına istinad etmədən ipoteka qoyanı qeyd edilən xərclərin ödənilməsi vəzifəsindən “azad etməsi” və əksinə, ipoteka saxlayanı isə bu vəzifəilə mükəlləfiyyətli etməsi qanunvericinin konkret iradəsinə açıq-aşkar zidd mövqemnolmuşdur. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi iddiaçı bank cavabdehdən hərracın təşkilinə və icra hərəkətlərinə görə ödəmiş olduğu xərcləri tələb edir. Cavabdeh isə iddia tələbini rədd etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlər ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi üzrə yaranmışdır. Bu münasibətlər “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsi ilə tənzimlənir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 4-cü maddəsinə əsasən (ipoteka ilə təmin edilən tələbin həcmi) əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İcra haqqında” Qanunun 79.1, 79.2.1-ci maddələri və “İpoteka haqqında” Qanunun 4.1.4 və 47.2-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, ipoteka predmeti olan əmlakların satılması üçün keçirilən hərrac xərclərinin tutulması və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra məmuru tərəfindən həyata keçirilən tədbirdir. İddiaçı tələbkar olaraq hərrac başa çatdıqdan sonra həmin xərcləri hərrac təşkilatına ödəmək vəzifəsi daşımamışdır. Beləliklə hazırkı iş üzrə cavabdehin bu xərclərə görə iddiaçı qarşısında müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq ondan tutula bilməz. Beləliklə, yuxarıda qeyd olunan normalara əsasən, iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi mübahisə ilə bağlı subyektiv hüquq icra orqanına məxsusdur. Lakin, icra orqanı tərəfindən bu hüquq iddia icraatı qaydasında deyil, icra hərəkətlərinin davamı kimi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka münasibətləri əsas borca münasibətdə tələbin təmin üsulu kimi çıxış etdiyindən iqtisadi dövriyyənin təmin olunması, bazar iqtisadiyyatı və mülki qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla ipoteka qoyan üzərinə əsas tələb üzrə öhdəlik qoyulması məqsədə müvafiq hesab edilmir. Nəzərə almaq lazımdır ki, ipoteka qoyan ipoteka saxlayan ilə hər hansı öhdəlik münasibətlərinə daxil olmamış, öhdəliyi yalnız ipotekaya qoyduğu mülkiyyəti həddində təşkil edir. Belə ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə öhdəliklər yalnız kreditor və əsas borclu arasında olur. İpoteka qoyan isə əsas öhdəlik üzrə yalnız ipoteka predmeti həddində mükəlləfiyyətli olur. Bu səbəbdən, əsas borclu ilə birlikdə ipoteka qoyana qarşı iddia irəli sürülməsi mövqeyi məhkəmə əsaslı hesab etmir. Əks halda, hüquq münasibətlərinin subyektləri arasında tələbin təmin edilməsi institutu kimi ipoteka münasibətlərindən çəkindiriciliyə səbəb ola bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, yuxarıda sadalanan normaları nəzərə alaraq hesab edir ki, iddiaçının müvafiq xərcləri ödəmək kimi bir vəzifəsi(mükəlləfiyyət) olmadığı kimi həmin xərcləri də cavabdehdən tələb etmək hüququnun əsası olmaması səbəbindən iddia tələbi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh X2 qarşı hərrac xidmətlərinin və icra hərəkətlərinə görə ödənişlərin tutulması tələbi rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Həşimova