Məhkəmə qərarları › İş №e-2(004)-1903/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1903/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1903/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə İddiaçı Rabitəbank ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «RabitəBank” ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5 fevral 2021-ci il tarixli, RBNPU-07624 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4654,24 manat, faiz borcuna görə 294,99 manat, dəbbə borcuna görə 376,72 manat, cəmi 5325,95 manat məbləğində pul və 74 manat dövlət rüsumunun Rabitəbank ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan «RabitəBank” ASC ilə Cavabdeh arasında bağlanmış 05.02.2021-ci il tarixli RPNPU-07624 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 33 ay müddətinə, illik 21% olmaqla, 6000 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti, ona hesablanmış faizləri, dəbbə pulunu və digər xərcləri borcverənin ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.02.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 05.03.2021-ci il tarixdən 05.11.2023-cü il tarixədək sonuncu ay 240,32 manat, hər ay 240,89 manat olmaqla ümumilikdə 7948,80 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışa əsasən müəyyən olunur ki, 5909 manat məbləğində pul Cavabdeh məxsus hesaba köçürülmüşdür. İş materiallarında olan 24.02.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdehnun 05 fevral 2021-ci il tarixli, RPNPU-07624 saylı kredit müqaviləsi üzrə 21 feval 2022-ci il tarixinə 4654,24 manat əsas, 294,99 manat faiz, 376,72 manat cərimə borcu olmaqla, cəmi 5325,95 manat məbləğində borcu vardır. İş materiallarında olan 18.11.2021-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 05 fevral 2021-ci il tarixli, RPNPU-07624 saylı müqaviləsi üzrə 4654,24 manat, faiz borcuna görə 294,99 manat, dəbbə borcuna görə 25 manat, cəmi 4974,23 manat məbləğində pul və 74 manat dövlət rüsumu tutularaq iddiaçı Rabitəbank ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti Cavabdeh vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə qeyd edir ki, 376,72 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 25 (iyirmi beş) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş 74 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı «RabitəBank” ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5 fevral 2021-ci il tarixli, RBNPU-07624 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4654,24 manat, faiz borcuna görə 294,99 manat, dəbbə borcuna görə 25 manat, cəmi 4974,23 manat məbləğində pul və 74 manat dövlət rüsumu tutularaq Rabitəbank ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar