Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2508/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı Baş Səhiyyə X6 şəxsin nümayəndələri Nümayəndə3 və Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Baş Səhiyyə X6 şəxsi və Cavabdeh2 qarşı “Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, həmin əmrin qəbul edilməsi nəticəsində vururlmuş mənəvi ziyana görə cavabdeh Bakı Baş Səhiyyə X6 Şəxsdən 5000 (beş min) manat tutularaq ödənilməsi, əmək haqqından qanunsuz tutularaq Həmkarlar İttifaqına edilmiş ödəmələrin hesabalanması və həmin məbləğlərin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh Bakı Baş Səhiyyə X6 Şəxsdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, əmək haqqından Həmkarlar İttifaqına tutulmaların aparılmasının qadağan edilməsi, Cavabdeh2 iddiaçını təhqir etməyə, şəxsiyyətini alçatmağa şərait yaratdığına görə 5000 manat pulun mənəvi zərər qismində tututlaraq ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı Baş Səhiyyə X6 şəxsi və Cavabdeh2 qarşı “Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, həmin əmrin qəbul edilməsi nəticəsində vururlmuş mənəvi ziyana görə cavabdeh Bakı Baş Səhiyyə X6 Şəxsdən 5000 (beş min) manat tutularaq ödənilməsi, əmək haqqından qanunsuz tutularaq Həmkarlar İttifaqına edilmiş ödəmələrin hesabalanması və həmin məbləğlərin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh Bakı Baş Səhiyyə X6 Şəxsdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, əmək haqqından Həmkarlar İttifaqına tutulmaların aparılmasının qadağan edilməsi, Cavabdeh2 iddiaçını təhqir etməyə, şəxsiyyətini alçatmağa şərait yaratdığına görə 5000 manat pulun mənəvi zərər qismində tututlaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı 1 nömrəli şəhər poliklinikasında həkim-cərrah vəzifəsində çalışır. İddiaçı barədə daxil olmuş şikayətə əsasən Poliklinikanın baş həkimi Cavabdeh2 tərəfindən qanunsuz olaraq heç bir faktiki və hüquqi əsası olmayan xx.xx.2024-cü iol tarixli 50-K saylı əmr qəbul edilmişdir. Baş həkim tərəfindən verilmiş əmrə əsasən guya ki, iddiaçı işdə səhlənkarlıq etmişdir. Bu əmr qanunsuzdur. Qeyd edilən şikayətə əsasən Baş həkim Cavabdeh2 02 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində X1 Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 16 ünvanında yerləşən ünvan da ora çağırmış, X2 iddiaçının şəxsiyyətini təhqir etməyə və böhtan atmağa kolleqalarının və ictimaiyyət arasında nüfuzuna xələl gətirməsinə, o cümlədən ağır cinayət törətməkdə (CM 311.2-ci maddəsi, rüşvət almaq) ittiham etməyə şərait yaratmışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək haqqından qanunsuz olaraq həmkarlar ittifaqına hər ay tutulmalar edilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddianın təmin olunması xahiş olunur. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı Baş Səhiyyə X6 şəxsin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən müəyyən edilir ki, işdə göstərdiyi səhlənkarlığa görə, belə ki, xəstəni müayinə edən zaman əlavə müayinələrə cəlb etmədiyinə görə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 132541 nömrəli üzvlük biletinə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqının üzvüdür və o, müvafiq üzvlük biletini xx.xx.2007-ci il tarixdə şəxsən təhvil almışdır. Əlavə edilmiş digər sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqı təşkilatının müvafiq güzəştlərindən istifadə etmişdir. İş materiallarına işçi İddiaçı 2007-2024-cü illərə dair şəxsi vərəqəsi əlavə edilmişdir. İş materiallarına həkim İddiaçı barədə vətəndaş X4 tərəfindən (həyat yoldaşı Hüseynova İradə Əlirza qızı ilə bağlı) TƏBİB publik hüquqi şəxsə ünvanlanmış şikayət ərizəsi əlavə edilmişdir. Şikayətçi ərizədə qeyd etmişdir ki, həkim İddiaçı müalicə və müayinəni yanlış aparmışdır. İş materiallarına vətəndaş Hüseynova İradə Əlirza qızına dair tərtib edilmiş müvafiq xəstəlik tarixçəsi sənədləri əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 650/KEŞ nömrəli rəyinə əsasən ekspert qarşısına qoyulmuş 6 (altı) sual cavablandırılmışdır (rəy iş materiallarında olduğundan məhkəmə qətnamənin genişləndirilməməsi üçün rəyin nəticə hissəsini qərardada köçürməyi zəruri hesab etmir). Rəyin nəticə hissəsinə əsasən həkim İddiaçı müvafiq müalicə və müayinəni səhiyyə normativləri və tibbi protokollara uyğun aparması müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin Məcəllənin 175-ci maddəsinin “g” bəndinə əsasən, əsasən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları işəgötürənin sərəncamı əsasında tutulur. Həmin Məcəllənin 175-ci maddəsinin 6-cı hissəsinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmənin tibbi bilikləri olmadığından mülki iş üzrə müvafiq ekspertiza rəylərinin əsaslandırma və nəticə hissəsini mötəbər hesab etməklə qərar qəbul edərkən sözügedən rəyə istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin müvafiq rəylərinə (təsviri və nəticə hissə) əsasən əməliyyat üzrə həkim qismində işçinin təqsiri müəyyən edilmir, müvafiq tibbi (beynəlxalq) protokol və qaydalara zidd üsul(lar)a müalicə edilməsi xüsusatları aşkarlanmır. Əksinə, müəyyən edilir ki, həkim müvafiq tibbi hərəkətləri müvafiq səhiyyə təlimatları və protokolarına uyğun aparmışdır. Xəstənin sağlamlığı ilə bağlı həkimin hərəkəti ilə (müalicə üsulu və qaydası) baş vermiş nəticə arasındakı səbəbli əlaqə istisna edilir. Odur ki, işçini səhlənkarlıqda təqsirli bilməklə ona dair xəbərdarlıq barədə əmrin qəbul edilməsi qanunsuzdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında (audio-video yazılar mövcuddur) iddiaçının vəkilinin sualına verilən cavab qismində cavabdeh Bakı Baş Səhiyyə X6 şəxsin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, xəstə Hüseynova İradə Əlirza qızının sağlamlıq durumunun ağır olması (şəkərinin dərəcəsinin 20-dən çox olması) səbəbindən onun bədənin əməl gələn hüceyrə ölümləri 1, 5, 10 gün, hətta 1 ay ərzində baş verə bilərdi. Buradan məhkəmə qənaətə gəlir ki, xəstənin sağlamlığında yaranan pisləşmə (barmaqların amputasiyasına səbəb olan) 1 aya yaxın müddətdə yaranmışdır. Yəni, həmin pisləşmənin xəstənin vəziyyətinə uyğun olaraq bir neçə gün ərzində də yaranması tibbi baxımdan tam normaldır. İşəgötürən müvafiq əmrlərini formal mülahizələrə əsasən qəbul etməməli, qəbul etdiyi əmri əsaslandırmalıdır. Əgər işçinin təqsiri yoxdursa, onun barəsində xəbərdarlıq belə olsa (baxmayaraq ki, intizam tənbehi hesab edilmir) hər hansı əmrin qəbul edilməsi yolverilməzdir. İşçi yalnız qanun çərçivəsində intizam məsuliyyəti daşıyır. İşçini müvafiq əmr əsasında səhlənkarlıqda ittiham etmiş onun müvafiq vətəndaş (xəstə) qarşısında mülki məsuliyyətinin hüquqi əsası qismində çıxış edə bilər ki, bu hal da preyudisial olaraq sübut qismində qiymətləndirilməklə həkimin maddi məsuliyyətinin yaranmasına səbəb ola bilər. Halbuki, müəyyən edilir ki, həkim səhvi baş verməmişdir. İşəgötürən isə formal əsaslarla işçiyə intizam tədbiri tətbiq etməməli, əmək şəraitinin sağlam mühitinin qorunmasında maraqlı olmalıdır. 132541 nömrəli üzvlük biletinə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqının üzvüdür və o, müvafiq üzvlük biletini xx.xx.2007-ci il tarixdə şəxsən təhvil almışdır. Əlavə edilmiş digər sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqı təşkilatının müvafiq güzəştlərindən istifadə etmişdir. Yəni, işçi özünün həmkarlar ittifaqının üzvü olması xüsusatını bilmişdir. Bu hal uzun illər ərzində ona aşkar şəkildə məlum olmuşdur. Məhkəmə məsələləri formal əsaslarla deyil, mahiyyəti üzrə ədalətli və ağlabatan formada həll etməyi əsaslı hesab edir. Odur ki, iddia tələbi sözügedən hissədə əsassızdır. Əgər işçi həmkarlar ittifaqı üzvlüyündən çıxmaq istəyirsə, bu barədə müvafiq müraciət etməli, əgər müraciəti təmin edilmədikdə, müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair məhkəməyə müraciət etməlidir. Hazırda isə müvafiq müraciətin edilməsi və müraciətə müsbət cavab verilməməsi müəyyən edilmir (sübutlar mövcud deyildir). Məhkəmə hesab edir ki, bu məsələnin tərəflər arasında həll edilməsi mümkündür və bu istiqamətdə hal-hazırda hüquqi baxımdan ortada olan mübahisə mövcud deyildir. İddiaçıya cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərərin vurulması xüsusatı ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi sözügedən hissədə sübuta yetirilmir, ağlabatan deyildir, iddiaçının şəxsi mülahizələrinə əsaslanır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə müvafiq hissədə qeyd olunan dispozitiv şərtlər yerinə yetirilmir. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı Baş Səhiyyə X6 şəxsi 1 nömrəli şəhər poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-K saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bakı Baş Səhiyyə X6 şəxsi və Cavabdeh2 qarşı “Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, həmin əmrin qəbul edilməsi nəticəsində vururlmuş mənəvi ziyana görə cavabdeh Bakı Baş Səhiyyə X6 Şəxsdən 5000 (beş min) manat tutularaq ödənilməsi, əmək haqqından qanunsuz tutularaq Həmkarlar İttifaqına edilmiş ödəmələrin hesabalanması və həmin məbləğlərin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh Bakı Baş Səhiyyə X6 Şəxsdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, əmək haqqından Həmkarlar İttifaqına tutulmaların aparılmasının qadağan edilməsi, Cavabdeh2 iddiaçını təhqir etməyə, şəxsiyyətini alçatmağa şərait yaratdığına görə 5000 manat pulun mənəvi zərər qismində tututlaraq ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı Baş Səhiyyə X6 şəxsi 1 nömrəli şəhər poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-K saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2508/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2508/2024
27.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver