Məhkəmə qərarları › İş №e-2(004)-5168/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5168/2025

04.02.2026 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5168/2025 04.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs olmaqla daşınar əşyaların məhv edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: əşyaların məhv edilməsi faktı) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədzadə Ülkər Təbriz qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə1, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs olmaqla daşınar əşyaların məhv edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Məhkəmənin qərarınadək götürülmüş malların Maraqlı şəxs saxlanc anbarına qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 02 S/2025 nömrəli akta əsasən 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi və 1500 ədəd gavalı tingi olmaqla cəmi 5810 ədəd ting Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs anbarına təhvil verilmişdir.

2. xx.xx.2025-cii l tarixli malların müsadirə edilməsi haqqında 02 nömrəli aktdan görünür ki, Birliyin anbarına 02 S/2025 nömrəli xx.xx.2025-ci il tarixli aktla qəbul edilmiş 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi və 1500 ədəd gavalı tingi olmaqla cəmi 5810 ədəd tinglər Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(027)-287/2025 nömrəli qərarı əsasında dövlət nəfinə müsadirə edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1393 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs saxlanc məntəqəsinə verilmiş 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi və 1500 ədəd gavalı tingi olmaqla cəmi 5810 ədəd ting vegetativ orqanları bioloji inkişafdan dayanmış, əkin üçün yararsızdırlar.

Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) ərizə tələbi

4. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş ərizə təmin edilərək 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi və 1500 ədəd gavalı tinginin məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizənin əsaslarına görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs saxlanc məntəqəsinə təhvil verilmiş ümumilikdə 5.810 adda tingi yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Ərizəyə əlavə edilmiş fotolordan görünür ki, 5.810 ədəd tingi yarasız vəziyyətə düşmüşdür. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş mallar öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Bu səbəbdən də 3800 ədəd xurma tingi, 2. 510 ədəd şaftalı tingi və 1500 ədəd gavalı tingi yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Belə olan təqdirdə 5.810 ədəd tingi məhv edilməsi barədə qətnamə çıxarılmalıdır.

b) Ərizəyə qarşı etiraz

6. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.3. Bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir.

10. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 331.1. Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər; Maddə 331.2. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların sahibinin vəsaiti hesabına yerinə yetirilir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”: Bənd 2.1. Gömrük orqanlarına təqdim edilmiş mallar aşağıdakı hallarda məhv edilir: 2.1.1. şəxsin müraciəti əsasında; 2.1.2. qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə. Bənd 2.3. Bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... Maddə 305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər; Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

Məhkəmə baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

14. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

15. İş üzrə təqdim edilmiş sübutlarla və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1393 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs saxlanc məntəqəsinə verilmiş 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi və 1500 ədəd gavalı tingi olmaqla cəmi 5810 ədəd tingin vegetativ orqanlarının bioloji inkişafdan dayandığı, əkin üçün yararsız olduğu müəyyən edilir.

16. Göründüyü kimi, ərizədə adı qeyd olunan Dövlət Gömrük Komitəsinin nəzarətində olan daşınar əşyalar istifadəyə yararsızdır və bu halda həmin əşyaların məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın tələblərinə uyğundur.

15. Odur ki, hazırkı halda adı çəkilən əşyaların (tinglərin) məhv edilməsi üçün maddi hüquqi əsaslar mövcuddur.

16. Beləliklə, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs saxlanc məntəqəsinə verilmiş 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi və 1500 ədəd gavalı tingi olmaqla cəmi 5810 ədəd ting məhv edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri ərizəçidən tutulmalıdır.

17. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs saxlanc məntəqəsinə verilmiş 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi və 1500 ədəd gavalı tingi olmaqla cəmi 5810 ədəd ting məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 70 manat Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, AZ41NABZ******************** - müxbir hesab, kod: 210005, VÖEN:**********) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar