Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3061/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı, Əmanətlərin Sığortalanması Fondu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, «ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi, ipoteka qeydinin ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması» iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nə qarşı, Əmanətlərin Sığortalanması Fondu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, «ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi, ipoteka qeydinin ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 sentyabr 2011-ci il tarixli 08092011/203 nömrəli kredit müqaviləsinə və 08 sentyabr 2011-ci il tarixli 08092011/203İ nömrəli 3M/01-163 reyestr altında notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi, ipoteka qeydinin ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC-nin Yasamal filialı bağladığı 08 sentyabr 2011-ci il tarixdə 08092011/203 nömrəli kredit müqaviləsinə əsasən bankdan illik 23% olmaqla, 36 ay müddətinə 65000 (altmış beş min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmiş, buna dair 27.08.2020-ci il tarixdə “xxxx” MMC tərəfindən verilmiş SF-9712 saylı çıxarışda əsas borcun gecikdirilmədiyi və borcun tam olaraq ödənilməsi göstərilmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə banka müraciət etmişdir. LPO Cavabdeh ASC tərəfindən 29.09.2020-ci il tarixli **********601 №-li cavab məktubu və 30.09.2020-ci il tarixli **********629 №-li borc öhdəliyinin olub-olmaması barədə arayış vermiş, 08 sentyabr 2011-ci il tarixli 08092011/203İ nömrəli 3M/01-163 reyestr altında notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə aid olmayan borc öhdəliklərinin olduğu bildirilmişdir. Digər kredit müqavilələri üzrə girov müqavilələri tərtib edilmiş və girov olaraq İddiaçı məxsus yük maşınları və onların yarımqoşquları girov qoyulmuşdur. Cəfərov X2 rayonu Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə banka yenidən müraciət etsə də, hazırki vaxta kimi müraciətinə cavab verilmədiyindən, o məhkəməyə müraciət etmiş məcburiyyətində qalmışdır. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində qeyd edilən “maraqlı şəxs” ifadəsinin “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs” oxunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, İddiaçı ilə Cavabdeh ASC-nin Yasamal filialı bağladığı 08 sentyabr 2011-ci il tarixdə 08092011/203 nömrəli kredit müqaviləsi, habelə 01.08.2012-ci il tarixli 01082012/108168 №-li kredit müqaviləsi üzrə (08.09.2011-ci il tarixli 08092011/203/İ №-li ipoteka müqaviləsinə əlavə Razılaşma №1) təmsil etdiyi banka borcunun olmadığını, kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin digər müqavilələr üzrə ipotekada olmadığını, eləcə də iddiaçı özünə məxsus evini ipotekaya qoyduqda evə dair mülkiyyət hüququnu təsdiq edən sənədin əslini təqdim etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmanətlərin Sığortalanması Fondu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrin iştirakını təmin etməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 08 sentyabr 2011-ci il tarixdə 08092011/203 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC-dən illik 23% olmaqla, 36 ay müddətinə 65000 (altmış beş min) manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 08 sentyabr 2011-ci il tarixli 08092011/203İ nömrəli ipoteka müqaviləsindən görünür ki, 08 sentyabr 2011-ci il tarixdə 08092011/203 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı mülkiyyətində olan (fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 108 №-li vərəqində qeydiyyata alınmışdır) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 27.08.2020-ci il tarixli SF- 9712 saylı və 12.04.2021-ci il tarixli SF-5217 saylı çıxarışlardan görünür ki, İddiaçı 65000 (altmış beş min) manat və 11000 (on bir min) manat kreditləri üzrə əsas borcun gecikdirildiyi günlərin sayı 0 (sıfır), faiz borcun gecikdirildiyi günlərin sayı 0 (sıfır) olmaqla, kreditlərin statusu tam ödənilmiş qeyd edilmişdir. Mülki işin materiallarında olan LPO Cavabdeh ASC-nin 29.09.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC-nin Yasamal filialı ilə İddiaçı arasında 36 ay müddətinə qaytarılmaq şərti ilə bağlanmış 09.07.2012-ci il tarixli 09072012/108168 saylı kredit müqaviləsinə əsasən 32900 (otuz iki min doqquz yüz) manat, 26.06.2012-ci il tarixli 28062012/108168 saylı kredit müqaviləsinə əsasən 43000 (qırx üç min) manat, 11.07.2012-ci il tarixli 11072012/108168 saylı kredit müqaviləsinə əsasən 38000 (otuz səkkiz min) manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqavilələri üzrə öhdəliyini vaxtında icra etmədiyi üçün bank tərəfindən məhkəmədə iddia qaldırılmış, faizlərin hesablanması dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.04.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı kredit borcunun tutulması qət edilmişdir. İddiaçı ümumi kredit borcu 80270,98 manat təşkil edir. Mülki işin materiallarında olan LPO Cavabdeh ASC-nin 30.09.2020-ci il tarixli **********629 №-li borc öhdəliyinin olub-olmaması barədə arayışdan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 25.06.2012-ci il tarixli 28062012/108168 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə qaytarılmaq şərti ilə 43000 (qırx üç min) manat, 09.07.2012-ci il tarixli 09072012/108168 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə qaytarılmaq şərti ilə 32900 (otuz iki min doqquz yüz) manat və 11.07.2012-ci il tarixli 11072012/108168 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə qaytarılmaq şərti ilə 38000 (otuz səkkiz min) manat məbləğində kredit verilmiş, 21.09.2020-ci il tarixinə 25.06.2012-ci il tarixli 28062012/108168 saylı kredit müqaviləsi üzrə 30730,59 manat, 09.07.2012-ci il tarixli 09072012/108168 saylı kredit müqaviləsi üzrə 18284,50 manat, 11.07.2012-ci il tarixli 11072012/108168 saylı kredit müqaviləsi üzrə 31255,89 manat borcu mövcuddur. Mülki işin materiallarında olan 19.04.2021-ci il tarixli daşınmaz əmlakın təsvirinə dair, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 108 №-li vərəqində qeydiyyata alınmış fərdi yaşayış evi Cavabdeh ASC ilə bağlanmış – kreditin məbləği 65000 manat olan 08.09.2011-ci il tarixdə 08092011/203 №-li kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka, kreditin məbləği 11000 manat olan 01.08.2012-ci il tarixli 01082012/108168 №-li kredit müqaviləsi üzrə (08.09.2011-ci il tarixli 08092011/203/İ №-li ipoteka müqaviləsinə əlavə Razılaşma №1) ipotekanın əlavə qeydiyyatı kimi yüklü edilmişdir. Mülki işin materiallarında olan 18.03.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Mülki Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Həmin Qanunun 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh bank ilə bağladığı 08.09.2011-ci il tarixli 08092011/203 №-li kredit müqaviləsinə əsasən illik 23% olmaqla, 36 ay müddətinə 65000 (altmış beş min) manat məbləğində kredit, 01.08.2012-ci il tarixli 01082012/108168 №-li müqaviləyə əsasən isə 11000 manat məbləğində kredit (08.09.2011-ci il tarixli 08092011/203/İ №-li ipoteka müqaviləsinə əlavə Razılaşma №1) verilmişdir. Kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İddiaçı hazırda göstərilən kredit müqavilələri üzrə öhdəliklərini tam icra etmiş, buna dair “xxxx” MMC tərəfindən verilmiş 27.08.2020-ci il tarixli SF-9712 və 12.04.2021-ci il tarixli SF-5217 nömrəli çıxarışlarında iddiaçının borcu tam olaraq ödəməsi göstərilmişdir. İddiaçı mülkiyyətində olan evin ipoteka yüklülüyündən azad edilməsi barədə banka müraciət etmişdir. 08.09.2011-ci il tarixli 08092011/203İ nömrəli 3M/01-163 reyestr altında notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə aid olmayan borc öhdəliklərinin olduğu bildirilmişdir. Digər kredit müqavilələri üzrə girov müqavilələri tərtib edilmiş və girov olaraq İddiaçı məxsus yük maşınları və onların yarımqoşquları girov qoyulmuşdur. Həmçinin iddiaçı məhkəmədə “mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması” hissədə iddia tələbindən imtina etmişdir. Məhkəmə İddiaçı «ipoteka qeydinin ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması» hissədə iddia tələblərinə münasibətdə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Mülki Məcəllənin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Belə ki, məhkəmə hesab edir ki, ipoteka müqaviləsinə xitam verilməsi özülüyündə ipoteka qeydinin ləğv edilməsi anlamı daşıyır. Hazırki iş üzrə 08 sentyabr 2011-ci il tarixli 08092011/203İ nömrəli 3M/01-163 reyestr altında notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə xitam verildiyindən, ipoteka müqaviləsinə xitam verilməsi ipoteka qeydinin ləğv edilməsinə münasibət bildirilməsinə lüzum qalmamışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən özünə məxsus evini ipotekaya qoyduqda evə dair mülkiyyət hüququnu təsdiq edən sənədin banka təqdim edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 08 sentyabr 2011-ci il tarixli 08092011/203 nömrəli kredit müqaviləsinə və 08 sentyabr 2011-ci il tarixli 08092011/203İ nömrəli 3M/01-163 reyestr altında notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə xitam verilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ipoteka yüklülüyündən azad edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh LPO Cavabdeh ASCdən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08 sentyabr 2011-ci il tarixli 08092011/203 nömrəli kredit müqaviləsinə və 08 sentyabr 2011-ci il tarixli 08092011/203İ nömrəli 3M/01-163 reyestr altında notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə xitam verilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ipoteka yüklülüyündən azad edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh LPO Cavabdeh ASC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3061/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3061/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver