Məhkəmə qərarları › İş №e-2(006)-4424/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4424/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4424/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «icra ödənişi və hərrac xərcinin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «icra ödənişi və hərrac xərcinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-6733/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2014-cü il tarixli 128283-CNS-6576 saylı “avtomobil krediti müqaviləsi” üzrə 21822,63 ABŞ dolları məbləğində əsas borc, 1884,84 ABŞ dolları məbləğində faiz borcu, 73,20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23780,67 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdehə məxsus **-US-*** dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” minik markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən cavabdehə məxsus **-US-*** dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin əldə olunması üçün ipotek saxlayana təklif olunmuşdur. “Hərracın yekuları barədə Protokolu”na əsasən **-US-*** dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” minik markalı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 400/22 saylı hesab-fakturasında **-US- *** dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” minik markalı avtomobilin əldə olunması ilə əlaqədar 729.34 manat məbləğində xidmət haqqı və 131,28 manat məbləğində vergi ödənişinin (18%ƏDV) nəzərdə tutulmuşdur. xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesab-fakturasına əsasaən **-US- *** dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” minik markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 729,34 manat və həmçinin bu xidmət üçün X1 hesabına 131,28 manat ƏDV ödənilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli digər ödəniş tapşırığı ilə məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X1 hesabına 1204,80 manat məbləğində icra ödənişi edilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından görünür kimi 860,62 manat məbləğində hərracın keçirilməsi xərci və 1204.80 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətləri ilə əlaqədar çəkilən hərrac xərcləri borclu tərəfindən ödənilir. Göstərilənlərə əsasən İddiaçı ASC tərəfindən ödənilmiş 1204,80 manat məbləğində icra ödənişi, 860,62 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərcləri və məhkəməyə müraciət etmək üçün ödənilmiş 40,65 manat dövlət rüsumununn Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, bildiriş məhkəməyə geri qaytarılmışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən ilə Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 400/22 saylı hərrac bildirişinin surətindən görünür ki, Cavabdeh ona məxsus olan“Mazda CX-5” minik markalı avtomobilin hərracı ilə bağlı xx.xx.2022-ci il tarixdə keçiriləcək hərracın yeri və vaxtı barədə məlumatlandırılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış “Təklifin qəbulu haqqında” ərizədən görünür ki, bank ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh məxsus olan “Mazda CX-5” minik markalı avtomobil təkrar hərracda satılmadığına görə tələbkar İddiaçı ASC-nin təklifini qəbul etmiş və həmin əmlakı bankın balansına almağa razılıq vermişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ASC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 400/22 saylı bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh məxsus olan “Mazda CX-5” minik markalı avtomobil hərracı ilə bağlı xx.xx.2022-ci il tarixdə keçiriləcək hərracın yeri və vaxtı barədə məlumatlandırılmışdır. Bank VTB (Azərbaycan)» ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə ödənilmiş 1204,80 manat məbləğində icra ödənişi, 860,62 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin İddiaçı ASC-yə ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-6733/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2014-cü il tarixli 128283-CNS-6576 saylı “avtomobil krediti müqaviləsi” üzrə 21822,63 ABŞ dolları məbləğində əsas borc, 1884,84 ABŞ dolları məbləğində faiz borcu, 73,20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23780,67 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdehə məxsus **-US-*** dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” minik markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən cavabdehə məxsus **-US-*** dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Təkrar hərrac baş tutmamış, ipoteka predmeti əldə olunması üçün ipotek saxlayana təklif olunmuş və avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İddiaçı ASC tərəfindən borclu Cavabdeh əvəzinə avtomobilin hərrac xidmətinin dəyəri olaraq 729,34 manat və həmçinin bu xidmət üçün X1 hesabına 131,28 manat ƏDV ödənilmişdir. Bundan əlavə İddiaçı ASC tərəfindən X1 hesabına 1204,80 manat məbləğində icra ödənişi edilmişdir. Nəticədə cavabdehin banka 860,62 manat məbləğində hərracın keçirilməsi xərci və 1204.80 manat məbləğində icra ödənişi borcu yaranmışdır. Azərbaycan Respublikası “İcra haqqında Qanun”un 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında Qanun”un 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci madəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Eyni Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, məhkəmə hesab edir ki, borclunun öz öhdəliyini yerinə yetirmədiyinə görə onun etməli olduğu ödənişlər (hərrac xərci və icra ödənişləri) tələbkar tərəfindən onun əvəzinə edildiyi üçün çəkilən xərcləri cavabdehdən alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 40.65 manat (qırx manat, altmış beş qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1204,80 manat məbləğində icra ödənişi, 860,62 manat məbləğində icra hərəkətlərinin keçirilməsi ilə əlaqədar çəkilən xərc və 40,65 manat (qırx manat, altmış beş qəpik) ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1204,80 manat məbləğində icra ödənişi, 860,62 manat məbləğində icra hərəkətlərinin keçirilməsi ilə əlaqədar çəkilən xərc və 40,65 manat (qırx manat, altmış beş qəpik) ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar