Məhkəmə qərarları › İş №e-2(006)-6231/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6231/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6231/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, iddiaçı «İcbari Sığorta Bürosu» X9 Cavabdeh qarşı “subroqasiya ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «İcbari Sığorta Bürosu» X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3030 manat məbləğin Büronun xeyrinə tutulmaqla bankın hesabına ödənilməsi üçün iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 03.10.2017-ci il tarixində saat 23:30 radələrində “AZSAMAND” minik markalı, 90AF285 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndob-Yalama yolunun 43-km hərəkətdə olarkən cavabdehin təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş vermişdir. Xaçmaz rayon məhkəməsinin 1(067)-63/2018 nömrəli, 25.04.2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci bəndində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermis yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra aşağıdakı “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə qeyd olunanlara əsasən zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmaları nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində “AZSAMAND” minik markalı, 90AF285 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 03.10.2017-ci il tarixində, saat 23:30 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 3000 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Mülki Məcəllənin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri müəyyən edilmişdir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-63/2018 saylı, 25.04.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, əsas cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəli Məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında ilitizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İcbari Sığorta Bürosuna ünvanlanmış 12.10.2018-ci il tarixli kompensasiya ödənişinə dair ərizədən görünür ki, zərərçəkənin –X5 əri X17 03.10.2017-ci il tarixində saat 23:30 radələrində Gəndob-Yalama yolunun 43 km ünvanında baş vermiş və X2 zərə vurulmasına səbəb olmuş yolnəqliyyat hadisəsi ilə əlaqədar kompenasiya ödənişi verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 1.000 manat məbləğində ödənişin edildiyini bildirmişdir. BM-Vİ serialı, 017693 nömrəli nikahın bağlanılması haqqında şəhadətnaməyə dair arayışın surətin görünür ki, X10 və X13 arasında 29.10.1977-ci il tarixində nikah bağlanılmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında həmin tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İslamov, arvada İslamova soyadı verilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş etibarnamənin surətindən görürünür ki, "xxxx" ASC-yə məxsus Mühərrik: **********2, Ban: 73214620, 2007-ci il buraxılışlı qızlı rəngli “AzSammand minik” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh idarə etmək hüququ vardır. Etibarnamə 21.01.2017-ci il tarixdən 30.12.2017-ci il tarixə kimi etibarlıdır. 11.10.2018-ci il tarixdə İcbari Sığorta Bürosuna ünvanlanan ərizənin surətindən görünür ki, X7 adına olan kompensasiyanı Azərbaycan Respublikasının vətəndaşı olan X3 adına keçirilməsini xahiş etmişdir. “İcbari Sığorta Bürosunun” kompensasiya ödənişinin verilməsi haqqında 05.12.2018-ci il tarixli, 1-163/2018 nömrəli qərarın surətindən görünür ki, kompensasiya ödənişinin məbləği “İcbari sığortalar haqqında” qanunun 14-cü və 56-cı maddələrinə əsasən ölümün halına görə 5.000 manat təşkil edir. Ərizəçi X17in ərizəsinə əsasən Cavabdeh 1.000 manat məbləğində ödəniş etmiş və kompensaiya ödənişi hesablanarkən həmin məbləğ çıxarılmalıdır. X8 ailə üzvü- X19 tərəfindən, İcbari sığorta bürosunda onu təmisil etmək səlahiyyəti iş üzrə ərizəçi X14 verilmədiyindən, payına düşən kompensasiya ödənişinin ¼ hissəi ( 1.000 manat) çıxarılmalı və X14 ailə üzvü X8 ölümü ilə əlaqədar 3.000 manat məbləğində kompensasiya ödənişi verilməsi qərara alınmışdır. 06.12.2018-ci il tarixli, 774 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən X4 3.000 manat kompensasiya ödənişi "xxxx" MMC-nin 1 saylı poçt filialının hesabına köçrülümüşdür. 06.12.2018-ci il tarixli, 775 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən X1 ödənişi üçün 1% bank xidmət haqqı 30 manat "xxxx" MMC-nin 1 saylı poçt filialının hesabına köçrülümüşdür. QÇQ/1 serialı, 495291 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən 3.030 manat məbləğ "xxxx" MMC-nin hesabına köçürülmüşdür. “İcbari Sığorta Bürosu”nun "xxxx" MMC-nin 1 saylı poçt filialına ünvanlanmış 22.04.2019-cu il tarixli, **-DQ-***/19 nömrəli məktubunun surətindən görünür ki, kompensasiya ödənişlərinin köçürülməsindən sonra faydalanan şəxslərlə əlaqə yaratmaq mümkün olmadığından, ödənişlərin poçtdan nə vaxt alınması barədə məlumat verilməsi xahiş edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 27.1.6, 32.1.3, 32.4, 33.1 və 63.3-cü maddələrinə əsasən «İcbari Sığorta Bürosu» X15 Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə edir. Mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişi verilir. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. Cavabdeh icbari sığorta müqaviləsi mövcud olmadan avtonəqliyyat vasitəsindən istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurduğundan sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 3000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3.030 (üç min otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X12 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar