Məhkəmə qərarları › İş №e-2(007)-2903/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2903/2024

02.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2903/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb

1. Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış Barışıq Sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi və 320 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının və məhkəməyə ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ərizə üzrə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 27 oktyabr 2018-ci il təvəllüdlü X5 adlı bir uşaqları var. Münasibətləri pozulduğu səbəbindən rəsmi olaraq boşanmaq qərarına gəlmişlər. Qanunvericiliyə uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvəl mediasiya prosesinin keçirilməsi üçün mediasiya qurumuna müraciət etmişlər. Mediasiya təşkilatında bütün mübahisəli məsələləri müzakirə edərək, razılığa gəliblər və xx.xx.2022-ci il tarixdə Barışıq Sazişi bağlayıblar. Barışıq Sazişinin şərtlərinə əsasən, nikahın pozulması, uşağın himayəsi, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi məsələləri ilə bağlı razılığa gəlmişlər. Bundan sonra nikahları məhkəmə qaydasında Nizami Rayon Məhkəməsinin 2(007)-433/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Həqiqət Əhmədova) pozulmuşdur. Barışıq Sazişinin şərtlərinə uyğun olaraq nikahları pozulmuş, uşaq onun himayəsində saxlanılmış və uşağın saxlanılması üçün aliment ödənilir. Lakin, birgə nikah dövründə əldə edilmiş əmlak olan ünvan 1 ünvanında yerləşən 10 saylı mənzillə bağlı maraqlı tərəf barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Belə ki, Barışıq Sazişinin 1.4-cü bəndinə əsasən, birgə nikah dövründə əldə olunan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 190 kv.m. olan mənzil saziş imzalandıqdan sonra satılaraq əldə olunan məbləğ bərabər qaydada bölünməlidir. Ərizə üzrə maraqlı şəxs bu bəndin əməl olunmasından yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəçi olaraq Bakı şəhəri Nizami rayonunda daimi qeydiyyatda olduğu səbəbindən ərizənin məhkəmə aidiyyəti Bakı Şəhəri Nizami Rayon Məhkəməsidir. Tərəfindən vəkillə hüquqi xidmət haqqında müqavilə bağlanaraq, müqavilə üçün 320 (üç yüz iyirmi) manat ödəniş edilmişdir. Bundan əlavə, hal-hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, həmin xərclər maraqlı şəxsdən tutulmalıdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, ərizəni qəbul etmir. Belə ki, dəfələrlə elan verib alıcı yoxdu. Əvvəl qiyməti baha qoymuşdular, daha sonra Melina xanıma da bildirib qiyməti aşağı saldı ki, mənzil satılsın. Hətta özləri də elan vermişdilər. Alıcı olanda aparıb mənzili göstərmək problem olurdu ona görə onun nömrəsini yazıblar elana ki, alıcı onunla vaxtı müəyyənləşdirsin. Alıcı yoxdur deyə satılmır bilərəkdən satışdan yayınmır ona görə ərizənin rədd olunmasını xahiş edir.

İş materialları:

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-433/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2017-ci il tarixdə Bakı nikah evində bağlanılmış və 186 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında saxlanılması, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli, MŞB/10- 00151 nömrəli Barışıq sazişinin 1.4-cü bəndinə əsasən “Birgə nikah dövründə əldə olunan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 190 kv.m olan mənzil bu saziş imzalandıqdan sonra satılacaq və əldə olunan məbləğ bərabər qaydada bölünəcəkdir”. Sazişin icra olunma müddəti 10 gündür.

7. 13 avqust 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi hüquqi xidmət üçün 320 manat ödəniş etmişdir.

8. Fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 190 kv.m olan mənzilin satışı ilə bağlı elan ”yeniemlak.az” saytında xx.xx.20240-cü il tarixdə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə isə elan yenilənmişdir.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 05 oktyabr 2022-ci il tarixli, MŞB/10-00151 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1.4-cü bəndinə əsasən “Birgə nikah dövründə əldə olunan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 190 kv.m olan mənzil bu saziş imzalandıqdan sonra satılacaq və əldə olunan məbləğ bərabər qaydada bölünəcəkdir”. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və Ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda. 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

34.1-ci bəndinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə, tərəflərin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir.

14. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinin 1.4-cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, tərəflər arasında 05 oktyabr 2022-ci il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişinin 1.4-cü bəndinin şərtləri maraqlı şəxs tərəfindən pozulmuşdur. Belə ki, həm barışıq sazişində, həm də qanunvericilikdə barışıq sazişinin könüllü icra olunması üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmiş və sözügedən mənzilin satılması üçün xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanandan iki il sonra elan yerləşdirilmişdir. Bütün bunlardan aydın olur ki, barışıq sazişinin 1.4-cü bəndi Maraqlı şəxs tərəfindən pozulmuşdur. Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.

Məhkəmə xərcləri:

16. Ərizə təmin edildiyindən və ərizəçi tələb etdiyindən ödənilmiş dövlət rüsumu 100 manat və hüquqi xidmət üçün ödənilmiş 320 manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

Nəticə:

17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli Barışıq sazişinin 1.4-cü bəndinin şərtləri təsdiq olunmalıdır.

18. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli, MŞB/10- 00151 nömrəli Barışıq sazişinin 1.4-cü bəndi “Birgə nikah dövründə əldə olunan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 190 kv.m olan mənzil bu saziş imzalandıqdan sonra satılacaq və əldə olunan məbləğ bərabər qaydada bölünəcəkdir” təsdiq edilsin. Maraqlı şəxs ödənilmiş dövlət rüsumu 100 manat və hüquqi xidmət üçün ödənilmiş 320 manat tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar